[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə245/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   241   242   243   244   245   246   247   248   ...   282

409 

 

də, artıq hə min  ilin  sentyabrından, fakt iki olaraq, ədliyyə nazirliyi nəzd ində fəaliyyət göstərirdi. Bu  da ta ma milə  təbii  idi, 



çünki bu işlə bilavasitə məşğul olan lar, əsasən, hüquqşünaslar id ilər. 

Ko missiyanın  fəaliyyətinin  sonuna qədər  onun  sədri  Ə.Xas məmmədov,  üzv lərdən  isə  A.F.Novatski  və  N.M.Mi-

xaylov  daha  s əmərəli  fəaliyyət  göstərmişlər.  Bundan  başqa,  mü xtə lif  va xt larda  Bakı  da irə  məhkə məsi  pro kurorunun 

müavin i Aleksandr  Yevgenyeviç Klige, andlı iclasçı Məmməd  xan Təkinski,  Gəncə dairə  məhkəməsinin  xüsusi əməliyyat 

işləri ü zrə  müstəntiqi Məhyəddin bəy Şah malıyev,  Bakı quberniya dairə  məhkəməsin in ü zvü Hidayət bəy Sultanov, andlı 

iclasçılar A ley Aleksandroviç Litovski,  Çeslav Bo leslavoviç Klossovski, hüquqşünas Abbas əli bəy Hacırzayev, Bakı dairə 

məh kə məsinin ü zvü B.Yusifbəyov ko missiya üzvü kimi fəa liyyət göstərmişlə r. 

Ko missiya  artıq  1918  ilin  sentyabr-oktyabrından  geniş  təhqiqat  işlərinə  başlamışdı.  Ko missiyanın  üzvü  N.M.Mi-

xaylov  1918  il  o ktyabrın  26-da  həmin  ilin  sentyabrın  22-dən  oktyabrın  23-nə  qədər  olan  müddətdə  Göyçay  qəzasında 

aparılan  təhqiqat  işləri  haqqında  məlumat  verird i.  Məlu mata  görə,  göstərilən  müddət  ərzində  500  nəfərdən  ço x  şahid 

dindirilmiş,  Kürdəmir  dəmir  yolu   vağzalına  və  Kü rdəmir  polis  sahəsinə  aid  7  kəndə  (Kürdəmir,  Qarabucaq,  Mustafalı, 

Xəlilli, Qasım bəy, Ərəb Mehdibəy, Dadalı) ba xış keçirilmişdir. 

1918

 

il  noyabrın  22-də  Fövqəladə  Təhqiqat  Komissiyasının  sədri  Ə.Xasməmmədov  Azərbaycan  Xalq  Cü m-



huriyyətinin  ədliyyə  nazirliy inə  göndərdiyi  məru zə lərdə  Bakı  quberniyası,  Göyçay  qəzasının  Kürdəmir,  Qarabucaq,  Ərəb 

Mehdibəy  və  b.  kəndlərində,  Şama xı  şəhəri  və  Şa ma xı  qə zasının  müsəlman  kəndlə rində,  habelə  Ba kı  şəhərində 

azərbaycanlılara  qarşı törədilmiş zora kılıq ların təhqiqinin ilkin vəziyyəti haqqında ətraflı məlu mat ve rirdi. 

1919


 

il yanvarın  6-da  Fövqəladə Təhqiqat  Ko missiyasının sədri  Ə.Xas məmmədov Paris sülh  konfransına  (1919-

20)  gedən  nümayəndə  heyətinə  təqdim  et mək  üçün  Bakı,  Quba  və  Şama xı  şəhərlərində,  Şamaxı,  Göyçay,  Cavad,  Quba 

qəzala rında ermən ilə r tərəfindən müsəlmanla ra qarşı törədilmiş vəhşilikləri əyani şəkildə sübut edən məlu mat ları  mə ktubla 

birlikdə  xaric i  işlə r  nazirinə  göndərmişdi.  Mə lu matda  göstərilirdi  ki,  Lənkəran  qəzasında  daşnak  polkovnik  Avetisovun 

silahlı quldur dəstələri tərəfindən, Cavad qəzasının bir hissəsində isə polkovnik  İllarinoviç başda olmaq la ruslar tərəfindən, 

həmç inin  İrəvan  quberniyasında,  Gəncə  quberniyasının  4  qəzasında  (Cavanşir,  Cəbrayıl,  Şuşa  və  Zəngəzur)  böyük 

dağıntılar törədilmiş, azərbaycanlı əhali ucdantutma məhv edilmişdir.  Ko missiya  xaricə göndərilən nümayəndə heyəti üçün 

əşyayi-dəlil kimi altı cilddən ibarət ilkin təhqiqat materialı və 95 ədəd fotoşəkil hazırlamışdı. 

Ko missiya fəa liyyətin in  ilk dövrlərində ço x gərgin  işləy irdi. 1919  il yanvarın  16-da  ko missiyanın üzvü  N.M.M i-

xaylov Gəncə  quberniyasının Ərəş və Nu xa  (Şəki) qə zala rı, A.F.Novatski is ə hə min ilin iyununda Quba ş əhəri, Quba qə zası 

kəndlərində  ermənilərin  törətdiyi  soyqırımla rı,  qətl-qarətlə r  və  digər  zora kılıq  hərəkət ləri  haqqında  təhqiqat  materia lları 

əsasında  ətraflı  məruzələr  hazırlayaraq,  ko missiyaya  təqdim  etmişdilər.  1919  il  avqustun  27-də  Fövqəladə  Təhqiqat 

Ko missiyasının  üzvü  Ç.B.Klossovski  ko missiyanın  fəaliyyəti  ilə  əlaqədar  tərtib  etdiyi  arayışda  göstərirdi  ki,  toplanmış 

materiallar  36  c ild  və  3500  vərəqdən  ibarətdir.  Azərbaycanlılara  qarşı  törədilmiş  cinayət  hərəkətlərinin  təşkilatçıları  və 

iştirakçıları  olan  şəxslərə  qarşı  cinayət  işi  qaldırmaq  haqqında  128  məruzə  və  qərar  layihəsi  hazırlan mış,  194  nəfər 

erməninin c inayət məsuliyyətinə cəlb edilməsi barədə məsələ qaldırılmışdı. 

1919  il  avqustun  23-də  ko missiyanın  sədri  Ə.Xasmə mmədov  ədliyyə  na zirinə  Bakı  və  Şa ma xı  şəhərlərində  və 

Şamaxı  qəzasında  azərbaycanlılara  qarşı  törədilmiş  vəhşiliklərdə  müqəssir  olan  şəxslərin  art ıq  məsuliyyətə  cəlb  edilməsi 

işinə başlanıldığ ını b ild irərək qeyd edirdi ki,  Bakı şəhərində hələlik  24,  Şamaxı şəhəri və  Şamaxı qəzasında isə 100 nəfərə 

yaxın müttəhim istintaqa cəlb olun muşdur. 

1919  il  martın  21-də  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Hö ku məti  Fövqəladə  Təhqiqat  Komissiyasının  səlahiyyət-

lərini genişləndirmə k haqqında ədliyyə nazirin in məru zəsini dinlə miş və müvafiq qə rar qəbul et mişdi. 

Fövqəladə Təhqiqat Komissiyası azərbaycanlılara qarşı törədilmiş, soyqırımı və zorakılıq hallarının günahkarlarını 

istintaqa  cəlb  etməyə  başlayan  kimi,  Bakıda  Erməni  M illi  Şurası  və  "Daşnaksutyun"  partiyasının  parla ment  fraksiyası, 

həmişə  olduğu  kimi,  ermənilərin  müdafiəsinə  qalxmış,  onların  günahsız  olduqlarını  sübut  etməyə  çalış mışla r.  1919  il 

avqustun  23-də  Erməni  M illi  Şurasın ın  ədliyyə  na zirliy inə  göndərdiyi  mə ktubda  deyilirdi  ki,  avqustun  18-də   Bakıda 

Telefonnaya  (indiki  28  may)  küçəsində  Şamaxı  şəhəri  sakinləri  Martiros  Gü lbəndiyants,  Mixail  Arzu manov  və  Yenok 

İvanyants sonuncuya məxsus mağazada həbs edilmişlər.  Həbs edilənlərin hamısının  Şamaxının  "ən hörmətli" adamları və 

uzun  müddət Şamaxı şəhər dumasının  üzv ləri o lduqlarını qeyd edən erməni  liderləri onlardan M.Gü lbəndiyantsın Şamaxı 

şəhər  poçt-teleqraf  kontorunun  rəisi,  M.Arzu manovun  Şamaxı  ermən i  kilsəsinin  hamiktikoru,  Y.İvanyantsın  isə  "məşhur 

tacir"  olduğunu  bildirirdilər.  Halbuki,  Fövqəladə  Təhqiqat  Ko missiyasının  zərərçəkənlərin   və  şahidlərin  dind irilməsi 

protokollarında  azə rbaycanlılara  qarşı  zora kılıqla rın  təşkilatçıları  və  fəa l  icraç ıla rı  sırasında  cəllad  S.La layandan  sonra, 

məh z  bu  "hörmətli"  adamların  adları  çə kilird i.  "Daşnaksutyun"  liderləri  riyakarcasına  bəyanatlar  verir,  Azə rbaycan 

Höku mətin i  keçmişləri  yada  salmaqla  "intiqam  və  düşmənçilik"  hisslərini  daha  da  qızışdırmaqda  ittiham  edirdilər.  Lakin 

Aprel  işğalından  (1920) sonra  erməni-daşnak  terrorçuları  1920-21  illərdə  məhz  q isasçılıq  niyyəti  ilə  Tiflis  və  İstanbulda 

Azərbaycan Xa lq Cü mhuriyyəti Hö ku mətinin  ilk sədri Fətə li xan Xoyskini, Pa rla ment s ədrinin müavin i Həsən bəy Ağayevi 

və 2-c i Höku mət kabinetində da xili işlər naziri o lmuş Behbud xan Cavanşiri qətlə yetirmişlər. 

 

 



 

 

 



1920 ilin yanvarında Paris sülh konfransında Azərbaycanın müstəqilliy inin de-fakto tanınması  münasibətilə həmin 

il fevralın 9-da Azərbaycan Xalq  Cü mhuriyyəti Parlamenti amnistiya haqqında qərar qəbul etdi və  milli ədavət zəminində 

qaldırılmış  cinayət  işlərinə  xitam  verdi.  A mnistiyadan  sonra  Fövqəladə  Təhqiqat  Komissiyası,  zəif  də  olsa,  fəaliyyətini 

davam etdirmişdir.  Lakin Aprel  işğalı  (1920)  ko missiyanın işinə son qoydu. Təxminən 20 ay fəaliyyət göstərmiş və böyük 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə