[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə247/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   243   244   245   246   247   248   249   250   ...   282

411 

 

Cavid in  "İblis"  faciəsi,  S.Manafzadənin  "Ey  inqilab,  ey  naciyi-miləl",  M.S.Ordubadinin  " Eşq  və  şeir",  Feyzulla  Sacədin 



"Aclıqdan  ölən  bir  fəqir  cocuqun  qarşısında",  Ümmügülsü mün  "Hicran"  və  s.  şeirləri  dərc  o lunmuşdur.  "Füqəra 

füyuzatı"nın son nömrəsində Aprel işğalı (1920) xad imlərinin tərcü mey ihalları və portretləri dərc olun muşdur. 



 

Əd.: "Füqəra füyuzatı"  1920-1921  ko mplekti, A zərbaycan sovet ədəbiyyatı tarixi,  2cilddə, c.l,  B.,  1967; A xundov 

N., Azə rbaycan dövri mətbuatı (biblioqrafiya), B., 1965.  



 

"FÜQƏRA  SƏDAS I"  -  gündəlik  leqal  bolşevik  qəzeti.  1-ci  nömrəsi  1919  il  avqustun  14-də,  sonuncu  12-ci 

nömrəsi həmin  il avqustun 28-də çıxmışdır. Turan  mətbəəsində çap olunurdu. Redaktoru və naşiri  Əliheydər Qarayev  idi. 

Qəzetdə   S.C.Cavadzadə  (Pişəvəri),  H.Su ltanov,  M.S.Ordubadi,  H.Ziya  və   b.  ə məkda lıq   edirdilər.  "Füqarə   sədası" 

Cü mhuriyyətə qarşı açıq-aşkar düşmən mövqe tutaraq Hö ku məti kəskin tənqid edird i. Qəzetin 4-cü nö mrəsindəki " Höku mət 

böhranı",  11-ci  nömrəsindəki  "Azərbaycanda  vəziyyət"  və  bir  sıra  başqa  materiallarında  Cü mhuriyyətin  hakimiyyəti 

illərində ö lkədə  sinfi mübarizənin  kəskinləş məsindən bəhs olunurdu.‖Füqarə sədası" Cü mhuriyyət Hö ku mətinin  guya xa lqa 

zidd siyasət yeritdiyini kütlə lərə aşıla mağa ça lışır, milli istiqlaliyyət əleyhinə ç ıxır, Sovet Rusiyasının "demokratik", inqilab i 

tədbirlərini, da xili və  xarici düşmənlərə qarşı " müvəffəqiyyətli"  mübarizəsini  işıqlandırırdı.  Xalqa və Hö ku mətə zidd  möv-

qeyinə görə "Füqarə sədası" Cümhuriyyət Höku məti tərəfindən bağlanmışdır. 

 

Əd.: 

Axundov N., Azərbaycan dövri mətbuatı (1832-1920). B., 1987.

 

 

"FÜYUZAT"  - həftəlik elmi, ədəbi,  ictimai-siyasi, şəkilli  jurnal.  1906  il noyabrın 1-dən,  1907  il noyabrın 1-dək 

Bakıda  Azərbaycan  dilində  nəşr  edilmişdir.  Cəmi  32  nömrəsi  çıxmışdır.  "Füyuzat"  Hacı  Zeynalabdin  Tağıyevin vəsaiti  ilə 

nəşr  olunurdu.  Jurnalın  müdiri  və  baş  mühərriri  Əli  bəy  Hüseynzadə  idi.  Redaksiyası  H.Z.Tağıyevin  Nikolay  (indiki 

İstiqlaliyyət) küçəsindəki evində yerləşir, "Kaspi" mətbəəsində çap olunurdu. 

Müsəlman-türk  vətəndaşlarını  maarifləndirib,  mədəni  səviyyələrini  yüksəltmək,  ictimai  və  milli  şüurunu oyadıb, 

dövlətçilik  hisslərin i  qüvvətləndirmək,  bu  yolla  siyasi  birliyin i  yaradıb,  xoşbəxt  həyata  qovuşdurmaq  "Füyuzat‖'ın  əsas 

amalını təşkil edirdi. Baş mühərrir jurnalın b irinci sayında "Həyat və meyli-Füyuzat" adlı baş məqaləsində məsləki haqqında 

məlu mat  verərək  yazırdı:  "Füyuzat"  ləfzən  "feyz"in  cəmi,  ə lcə məsi  o lub,  rifah  və  bərə kətə,  bolluğa,  maddi  və  mənəvi 

nemətlə rin   bolluğuna,  tərəqqiyyat  və  ka ma latın   şəşeyi-təcəllisinə  dəlalət  edərsə  də,  fəqət  əsl  məfhu mu  səadət,  ələlxüsus  

səadəti-mənəviyyədir.    Həqiq i    zövqü-səfalarından  ibarət  bir  səadəti-mənəviyyədir.  Həyat  isə  mənayi-batin isilə  da imi  bir 

mey li-səadət, bir mey li-Füyuzatdır". 

"Füyuzat‖'ın  ideya  istiqamətin i  "turançılıq"  ideologiyasının  təbliği  təşkil  edirdi.  "Türk  d ilinin   vəzifeyi-mədəniy-

yəsi",  "Türklər  üçün  şiveyi-ü mu miyyə",  "Lisan  qovğası",  "Məcnun  və  Leylay i-isla m",  "Mü xtəsər  bir  cavab",  "İntiqad 

ediyoruz,  intiqad olunyoruz" məqalələ rində Çin səd-dindən Səhrayi-Kəbirə qədər qurulması nəzərdə tutulan böyük "Turan" 

imperiyasının siyasi,  in zibati və  mədəni əsasları  işlənib hazırlan mışdır. "Füyuzat"ın "türk qanlı,  müsəlman etiqadlı,  firəng 

fikirli,  Avropa  libaslı  fədai"  yetişdirmək  düsturu  "türk  aləmin in  hər  tərəfinə  yayılmış",  "türkləşmək,  islamlaş maq, 

müasirləş mək"  şəklində  Azərbaycanda  milli  azadlıq  hərəkatının   şüarına  çevrilmişdi.  A zərbaycan  Cü mhuriyyətinin 

dövlətçilik atributları "Məcnun və Leylayi-islam" əsərində  müsəlman lıq və türklüyün rəmzi kimi təsvir edilən "yaşıl rəngli 

şərarə", "ay-yıldızlı mü zəyyən bir qırmızı örtü" və s. əsasında yaradılmışdır. 

"Millət imizi... cə mi füyuzati-v icdaniyyəyə mə zhər" et mək məqsədi izləyən "füyuzatçı‖lar "fikir və zehni tənvir, ruh 

və qəlbi təhyic" et məklə,  xa lq  kütləsinin  maariflən məsi və  milli şüurun oyanması işinə  xüsusi diqqət yetirird ilə r.  Jurnalda 

Rusiya  və  dünya  miqyasında  cərəyan  edən siyasi  hadisələrə  dair  ic mallar  verilirdi.  "İc mal",  " Vəqiyyeyi-alə mə  bir  nəzə r", 

"Qırmızı qaran lıq lar  içində yaşıl işıq lar", "İkinci Döv lət Du ması", "Kasablanka faciəsi və osmanlı-iranlı  ko mediyası" və s. 

məqa lələ rdə  azad lıq la  irt ica,  inqilabla   istibdad,  Şərq lə  Qərb,  müsəlmanlıqla   xristianlıq  a rasında  gedən  mübarizə lərin 

mən zərəsi ə ks olun muş, əsl həqiqət müsəlman vətəndaşlara aşkar edilmişdir. 

"Füyuzat"da bədii ədəbiyyat mərkəzi yer tuturdu. Bir il ərzində jurnal 102 şeir, 3 pyes dərc etmiş, ro mantik ədəbiy-

yatın yaranmasına qüvvətli təsir göstərmişdir. 

Azərbaycan  xalq ının  mədəni  üfüqlə rin i  genişləndirmək,  dünya  ədəbiyyatını  təbliğ  et məklə  milli  ədəbiyyatın 

inkişafına  yeni  istiqamət  vermək  "Füyuzat‖ın  fəaliyyətində  önəmli  yer  tuturdu.  Jurnalda,  ilk  dəfə,  yaradıcılıq   metodu 

("Qırmızı  qaran lıq lar  içində  yaşıl  işıq lar"),  ədəbi  prosesdə  tənqidin  rolu  ("İntiqad  ediyoruz,  intiqad  olunyoruz"),  rus, 

Avropa,  türk,  fars  klassiklərinin  həyat  və  yaradıcılığ ı  haqqında  məlu mat  və  məqalələr  dərc  edilmiş,  ədəbiyyatşünaslıq 

məsələ lərinə  müasir  mövqedən  elmi-nəzəri  aydınlıq  gətirilmişdir.  Jurnal  Bayron,  Höte,  Heyne,  M ilton,  Prudon,  Şekspir, 

Tolstoy, Sədi, Hafiz və başqaların əsərlərindən tərcümə lər dərc et mə klə, a zərbaycanlıla rın dünya klassiklərinin yaradıc ılığ ı 

ilə  ana dilində tanış olmasına imkan yarat mışdır. 

"Füyuzat" Azərbaycanda milli istiqlal ideyalarının fo rmalaşmasında mühüm rol oynamışdır. 

 

Əd

.: Hüseynzadə Ə., Qırmızı qaranlıqlar içində yaşıl işıqlar, B., 1996; İsrafilov H., "Füyuzat" və bədii  ədəbiyyat. Ədəbiyyat 

məcmuəsi, B.,1999; Vəliyev Ş., "Füyuzat" ədəbi məktəbi, B., 1999; "Füyuzat" jurnalının biblioqrafiyası, B., 2002. 

 

 

 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə