[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə248/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   244   245   246   247   248   249   250   251   ...   282

412 

 

G

 

 

 

 

 

 

GEGEÇKORĠ  Yevgeni  Petroviç  (1879-1954)  -  Gürcüstanın  istiqlal  hərəkatı  xad imi,  sosial-demokrat.  3-cü 

Dövlət du masının deputatı olmuşdur (1907-12). Fevral inqilabından (1917) sonra Xüsusi Zaqafqaziya Ko mitəsinin ü zvü idi. 

1917  ilin  noyabrında  Zaqafqaziya  Ko missarlığının  sədri  seçilmişdir.  1918  ilin   fevralında  Zaqafqaziya  seymi,  Gegeçkori 

başda olmaqla, Zaqafqaziya höku mətin i təşkil etmişdir. 1918 ilin aprelində yaradılan Ali Müdafiə Şurasına daxil  idi.  1918 

ilin mayından Gürcüstan Respublikasının xarici işlər naziri olmuşdur. Gürcüstanda Sovet hakimiyyəti elan ed ild ikdən (1921) 

sonra Fransaya mühacirət etmişdir. 



GEN ERAL-KVARTĠRMEYS TER  -  A zərbaycan  Xa lq  Cü mhuriyyətinin  Hə rbi  Na zirliy ində  yüksək  vəzifə li 

zabit.  Qoşun hissələrində əməliyyat və səfərbərlik,  kəşfiyyat və əks-kəşfiyyat, rabitə xid mətinin təşkili  işlərinə baxırdı (bax 

həmç inin General-k vartirmeyster idarəsi). 

GENERAL-KVARTĠRMEYS TER  ĠDARƏSĠ - Azərbaycan Xalq Cü mhuriyyəti ordusunun Baş ərkani hərbinin 

(qərargah) tərkibində  mövcud olan idarələrdən biri. Əsası 1918  il noyabrın 15-də qoyulmuşdur. Hərbi na zirin həmin tarixli 

əmrinə əsasən, əvvəlcə şöbə kimi  Ümu mi qərargahın tərkib ində, 1919  il  martın sonlarında isə Baş ərkani hərb in tərkibində 

fəaliyyət göstərmişdir. Başlıca vəzifəsi qoşun hissələrin in ko mple ktləşdirilməsi, onların döyüş hazırlığının təşkili, kəşfiyyat 

və əks-kəşfiyyat işlərinin aparılması id i.General-kvart irmeyster idarəsinin strukturu müntəzə m surətdə təkmilləşdirilmişdir. 

Onun  ilkin  strukturundakı  səfərbərlik  bölməsi  hərbi  mü kəlləfiyyət  haqqında  sənədlərin  hazırlan ması,  hərbi  qeydiyyatın 

aparılması,  səfərbərlik  plan larının  və  cədvəllərinin  tərtib  edilməsi,  hərb i  strukturlarda  və  mülki  təşkilatlarda  səfərbərlik 

hazırlığın ın  yo xlanması,  könüllü,  partizan,  həmçinin  digər  dəstələrin  qeydiyyatının  aparılması,  qoşun  hissələrinin  təşkili, 

onların  idarə edilməsi, qoşunların döyüş hazırlığın ın gücləndirilməsi istiqamətində tədbirlərin  müəyyənləşdirilməsi ilə  məş-

ğul olmalı idi. 

General-kvart irmeyster idarəsinin ə məliyyat bölməsinin  qarşısında ü mu mqoşun hazırlığ ı, müdafiə xara kterli işlərin 

planlaşdırılması, əməliyyatların hazırlan ması və həyata keçirilməsi kimi vəzifələr dururdu. 

Qoşun  hissələrindən  döyüş  rayonları  haqqında  məlu matlar  toplan ması,  agentura  şəbəkəsinin  yaradılması  və 

inkişafı, əks-kəşfiyyatın təşkili, hərb i attaşelərlə yazış maların aparılması işləri ilə kəşfiyyat və əks-kəşfiyyat bölməsi məşğul 

olurdu. 

General-kvart irmeyster idarəsinin tərkibində niza mi bölmə  və rabitə   xid məti bölməsi də var  id i.  Hərb i na zirin  17 

avqust 1919  il tarixli ə mrinə əsasən, təşkili başa çatdırılmış 1  -ci və 2-ci  zirehli qatarla r da Ümu mi qərargahın tərkib indən 

çıxarılaraq  general-kvartirmeyster  idarəsinin  tabeliy inə  verilmişdi.  1920  ilin  martında  aparılan  geniş  islahatdan  sonra 

yaradılmış A zərbaycan ordusu qərargahının struktur tərkibi kimi general-kvartirmeyster idarəsi də dəyişikliyə uğradı. Onun 

tərkib inə  ə mə liyyat-kəşfiyyat  bölməsi  (rə isi  polkovnik  Hacıbəylinski),  səfərbərlik  və  məhəlli  qoşunlar  şöbəsi  (rə isi 

polkovnik Seyfu llin), n iza mi və  ü mu mi bölmə  (rə isi podpolkov Hacıbəylinski), səfərbərlik və  məhəlli qoşunlar şöbəsi (rə isi 

polkovnik  Seyfu llin),  niza mi  və  ü mu mi  bölmə   (rəisi  podpolkovnik  Maqrubov),  hərb i  ə laqələ r-daşın mala r  bölməsi  (rə isi 

rotmistr  Xudaverdov) şöbə və bölmələri və rabitə ko mandası daxil id i.  General-kvar-tirmeyster idarəsinin  rəisi po lkovnik 

V.Karqalete li  id i  (bu  vəzifəni  o,  1919  il  iyulun  15-dən  icra   edird i).  Ondan  qabaq  bu  vəzifəni  polkovnik  Sokolov  və 

podpolkovnik Zeynalov  icra etmişdilər.  V.Karqaleteli A zərbaycan Höku mətinin  24  mart  1920  il tarixli qərarı  ilə general-

mayor rütbəsinə layiq görülmüşdü. 



 

Əd.: 

Süleymanov M., Azərbaycan ordusu (1918-1920), B., 1998.

 

 

GENOS ĠD  (yun. genos - nəsil, soy və lat. caedere - ö ldürmək)  -  1) bütöv əhali qruplarının, etnosların irqi,  milli, 

etnik, ya xud dini ə la mət lərə görə ta ma milə və ya qismən  məhv edilməsi, soyqırımı. Müasir beynəlxalq hüquqda (BMT-nin 

1948  il  Konvensiyası  və  s.)  genosidə  beynəlxalq  cinayət  kimi  baxılır;  2)  19-20  əsrlərdə  erməni  millətçiləri  və  daşnak 

terrorçu  quldur  dəstələri  Şimali,  Cənubi  və  Qərb i  Azərbaycanda  (indiki  Ermənistan  ərazisində)  azərbaycanlılara,  Şərq i 

Anadoluda isə türklə rə qarşı dəfə lərlə kütləvi genosid cinayətləri törət mişlə r (ət raflı mə lu mat üçün bax Soyqırımı). 



413 

 

GƏNCƏ  -  Azərbaycanın  qədim  şəhərlərindən  biri, 

Azərbaycan  Xalq   Cü mhuriyyətinin  ilk  paytaxt ı  (1918  il  iyunun 

ortaları  -  sentyabrın  ortaları).  Gəncə  orta  əsrlərdə  bütün  Yaxın  və 

Orta Şərqdə çox  mühü m sənətkarlıq, ticarət və  mədəniyyət mərkəzi 

idi.  Azə rbaycan  və  dünya  ədəbiyyatının  dahi  nümayəndəsi  Niza mi 

Gəncəvi  bu  şəhərdə  doğulub,  yaşayıb  yaratmışdır. 

Gəncə 


Azərbaycanın  dövlətçilik  tarixində  də  böyük  rol  oynamış,  yadelli 

təcavüzlərinə  qarşı  ço x  mühü m  mübarizə  mərkə zi  id i.  Nadir  şah 

imperiyasının  süqutundan  sonra  Gəncə  eyni  adlı  A zərbaycan 

xanlığının  mərkəzi  olmuşdur.  1804  il  yanvarın  3-də  Cavad  xanın  

başçılığı  ilə  Gəncədə  işğalçı  çar  Rusiyası  qoşunlarına  qəh-

rə mancasına  müqavimət  göstərilmişdir.  İşğalç ıla r  ş əhəri  ələ  

keçirdikdən  sonra  Qafqazdakı  rus  qoşunlarının  baş  ko mandanı 

P.D.Sisianovun təklifi ilə Gəncə çar I Aleksandrın arvadı Ye lizaveta 

Alekseyevnanın  adı  ilə  Yelizavetpol  adlandırılmışdı.  Rusiya 

işğalçıları onlara inadlı müqavimət göstərmiş Gəncənin adın ı xalqın  

yaddaşından silmək üçün "Gəncə" sözünün işlədilməsini belə yasaq 

etmişdilər. Gəncənin işğalından sonra, 1804 il martın 2-də aparılmış 

ka mera l təsvirə görə, burada 213 ev, hər iki c insdən olan 7303 nəfər 

(3922  kişi,  3381  qadın)  əhali  qeydə  alın mışdı.  Birinci  dünya 

müharibəsi  (1914-18)  ərəfəsində  şəhər  120  kv.km  ərazini  əhatə 

edirdi.  Yaşayış evləri və təsərrüfat tikililərinin sayı 13  minə çatırd ı. 

Qafqa z  təqvimin in  (1917)  mə lu matına  görə,  şəhərdə  57731  nəfər 

əhali  var  idi.  On ların  48592  nəfəri  yerli  sakinlər,  9139  nəfəri 

müvəqqəti  yaşayanlar  idi.  Şəhər  əhalisinin  28503  nəfərini  kişilər, 

29228 nəfə rini qadınlar təşkil edirdi.  Yelizavetpol eyni adlı dairənin, 

sonra isə qəza və quberniyanın mərkəzi olmuşdur. Şəhərdə dairə məh-

kə məsi yaradılmış,  məhkə mə  islahatından sonra (1868-69) bu orqan 

yenidən təşkil olunmuşdu. Burada əsas idarə orqanı polis idarəsi id i. 

19 əsrin sonlarında  Gəncədə şəhər duması fəa liyyətə başladı. Şəhərin  iqtisadi həyatının əsasını sənətkarlıq və tica rət təşkil 

edirdi. Bakı-Tiflis dəmir yol xəttin in çəkilməsi (1883), dəmir yol stansiyası və depo tikintisi şəhərin  iqtisadi həyatında ciddi 

dəyişikliklə r yaratdı. Poçt-teleqraf ə laqəsi in kişaf et məyə başladı. 1887 ildə ilk telefon xətti çəkildi, 1910-11 illə rdə Ba kı və 

Tiflis şəhərləri  ilə telefon əlaqəsi yaradıldı. Şəhərin sosial-siyasi və mədəni həyatında da dəyişikliklər baş verird i.  1905-07 

illər inqilabı dövründə Gəncə sosial-siyasi zü lmə  və müstəmləkə  əsarətinə qarşı mübarizə  mə rkə zlərindən birinə çevrilməyə 

başladı.  Ermən ilərin azərbaycanlılara qarşı soyqırımına  kəskin  müqavimət göstərildi, siyasi təşkilatlanma sahəsində mühüm 

addımlar atıld ı. " Qeyrət" (1905), "Difai" (1906), "Müdafiə " (1907) kimi siyasi partiya və təşkilatlar fəaliyyətə başladı. Xəlil 

bəy  Xasməmmədov,  Xudadat  bəy  Rəfibəyli,  Həsən  bəy  Ağayev,  Nəsib  bəy  Yusifbəyli  və  digər  görkə mli  siyasi  xadimlə r 

yetişdi. Şəhərdə sosial-demo krat qrupu və "Hümmət" təşkilatı da iş aparırdı. Fev ral inqilabından (1917) 

 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə