[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə249/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   245   246   247   248   249   250   251   252   ...   282

414 

 

sonra şəhərdə Yelizavetpol quberniyası icraiyyə ko mitəsi təşkil olundu, şəhər başçısı X.Xas məmmədov onun sədri seçildi. 



1917 ilin martında Nəsib bəy Yusifbəylinin  başçılığı ilə Türk ədəmi-mərkəziyyət partiyası yaradılmışdı. Bu partiya federativ 

şəkildə  qurulacaq  Rusiyada  Azərbaycana  mu xtariyyət  verilməsi  uğrunda  mübarizə  aparırd ı.  Şəhərdəki  Şah   Abbas 

məscidin in  həyətində  "Yaşasın  Demokratik  Respublika",  "Yaşasın  Azə rbaycanın  muxtariyyəti"  kimi  şüarlarla  mitinq 

keçirilmişdi.  Apreldə  Bakıda  keçirilən  Qafqaz  müsəlman ları  quru ltayında  da  mu xtariyyət  ideyası  müdafiə  olun muşdu. 

İcraiyyə  Ko mitəsi  ilə  bərabər  Fəhlə  və  Əsgər  Deputatları  Soveti  də  fəaliyyət  göstərirdi.  Bolşeviklər  tədricən  mövqelərin i 

möhkəmləndirməyə çalışırd ılar.  Onların sırası ermən ilər hesabına artırdı. Aprelin  10-da bolşeviklərlə  menşeviklərin Rusiya 

Sosial-De mokrat Fəhlə  Pa rtiyası birləş miş  Yelizavetpol ko mitəsi yaradılmışdı.  Oktyabr çevrilişindən (1917) sonra ş əhərdə 

milli  azadlıq  ideyaları  daha  da  gücləndi.  Şəhər  Azərbaycanın  dövlət  müstəqilliy inin  elan  edilməsində  və  onun  erməni-

daşnak  və  bolşevik  qüvvələrindən  azad  ed ilməsində  tarixi  rol  oynadı.  1918  il  may ın  25-də  A zərbaycanda  təşkil  o lunan 

Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Gəncəyə gəldi və qərargahın ı formalaşdırmağa başladı. 

Mayın  28-də  Azərbaycan  Xalq   Cü mhuriyyətinin  yaran ması  böyük  ruh  yüks əkliyi  ilə  qarşılandı,  höku mətin 

Tiflisdən  buraya  köçürülməsi  üçün  tədbirlər  görüldü.  18  günlük  Tiflis  fəaliyyətindən  sonra  Azərbaycan  Milli  Şu rası  və 

Höku məti  buraya  köçdü.  Gəncənin  paytaxt  olduğu  dövrdə 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mət i  əsas  diqqəti 

Bakın ın azad edilməsi uğrunda mübarizənin təşkilinə yönəltdi. 

Höku mətin  burada  olduğu  dövrdə  bütövlükdə  dövlət,  o 

cümlədən şəhərin həyatına dair  120-dən ço x  mü xtəlif qərarlar 

qəbul  olundu.  Azərbaycan  Xa lq  Cü mhuriyyəti  Höku mətin in 

22  iyun  tarixli  qəra rı  ilə  Ye lizavetpol  ş əhərinin  ictimai 

idarəsinin  fəaliyyətinin  bərpasına  başlandı,  onun  işinə 

kö məklik  üçün  150  min  manat  faizsiz  borc  ayrıldı.  27  iyun 

tarixli  qəra rla  Yelizavetpol  ş əhər  milisi  yerli  idarəçiliyin 

tabeliyinə  verildi,  11  iyul  qərarı  ilə  Ye lizavetpol  hərbi 

mü kəlləfiyyət  idarəsi  yaradıldı.  Höku mətin  30  iyul  tarixli 

qərarı  ilə  Yelizavetpol  adı  ləğv  olundu,  Gəncənin  tarixi  adı 

özünə qaytarıldı. Sentyabrın 15-də  Bakı azad edildikdən sonra 

Azərbaycan  Xa lq  Cü mhuriyyəti  Hö ku məti  həmin  ay ın  17-də 

Bakıya  köçdü.  Paytaxtın  Bakıya  köçürulməsinə  baxmayaraq 

Gəncə ölkənin həyatında mühüm rol oynamaqda davam edirdi. 



Mudros barışığına (1918) əsasən, türk qoşunları A zərbaycanı 

tərk  etdikdən  sonra  ingilis  qoşunları  ölkəyə  da xil  o ldu. 

Gəncədə  ingilis  hərbi  hissələri  yerləşdirildi.  İngilislərin  tələbi 

ilə   hərbi  na zirlik  də   noyabrın  22-də   Bakıdan  Gəncəyə 

köçürüldü.  Milli  ordunun  formalaşdırılması  prosesi  Gəncədə 

davam  etdirild i,  Qarabağda  ermənilərin   Azərbaycan  xalq ına 

qarşı  törətdikləri  soyqırımlarına  qarşı  fəal  mübarizə  təşkil 

olundu.  Gəncədə  ermən ilə rin   türk-müsəlman  əhaliyə   qarşı 

soyqırımları  ü zündən  qaçqın  düşmüş  azərbaycanlıların 

yerləşdirilməsində və onlara qayğı göstərilməsində mühüm 

 

 

 



 

 

 




415 

 

iş  görüldü.  1919  ilin  əvvəllərində  Gəncə  və  ətrafında  20  mindən  ço x  qaçqın  yerləşdirilmişdi.  A zərbaycan  Xalq 



Cü mhuriyyəti  Höku məti Bakıya köçdükdən sonra da Gəncənin problemlərinə  xüsusi diqqət yetirməkdə davam edir, sosial-

siyasi,  iqtisadi  və   mədəni  həyatın  canlandırılması  üçün 

tədbirlər görürdü. Hö ku mətin 1 o ktyabr tarixli qərarı ilə Gəncə 

sənət  mə ktəbi  hərbi  mə ktəbə  çevrilmiş,  bunun  üçün  müvafiq 

maddi  vəsait  ayrılmışdı.  Şəhərdə  xəstəliklərlə  mübarizə  və 

səhiyyənin təşkili də diqqət  mə rkə zində sa xlan ırdı.  Parla ment 

1919  il yanvarın  25-də səpmə yatalaqla  mübarizə üçün  Gəncə 

şəhər  özünüidarəsinə  450  min  manat  faizsiz  borc  verilməsi 

haqqında 

qanun 


qəbul 

etmişdi. 

A zərbaycan 

Xa lq 


Cü mhuriyyətinin  gördüyü  tədbirlərə  baxmayaraq,  antimilli 

qüvvələr,  xüsusilə ermən i daşnaklar və bolşeviklər pozuculuq 

fəaliyyətlərin i  davam  etdirird ilər.  1919  ilin  yazında  Gəncədə 

Fərhad 


Əliyev  başda  olmaqla, 

Rusiya 


Ko mmun ist 

(bolşeviklər)  Partiyası  dairə  ko mitəsi  yaradıldı.  İyulun  13-də 

Gəncədə  fəhlə   konfransı  işə  başladı.  Qə zada  Cü mhuriyyət 

Höku mətinə  qarşı  kəndli  çıxış larının  qızışdırılmasına  cəhd 

göstərilird i. 

Bakıda  Sovet  hakimiyyətinin  qurulması  Gəncədə 

vəziyyətə  ciddi  təsir  göstərdi.  Aprelin  28-də  Azə rbaycan 

Ko mmunist  (bolşeviklər)  Partiyası  Gəncə  dairə  ko mitəsi 

F.Əliyevin  sədrliyilə  Quberniya  İnqilab  Ko mitəsi  yaratdı.  O, 

hakimiyyətin 

bolşeviklərə  verilməsi  haqqında 

Gəncə 


qubernatoruna  ultimatum  verdi.  Ultimatu m  qəbul  olundu  və 

ayın  29-da  hakimiyyətin  Quberniya  İnqilab  Ko mitəsinə 

verilməsi  haqqında  akt  imza landı.  Mayın  1-də  11-c i  Qırmızı 

ordu  hissələri  Gəncəyə  da xil  o ldu.  La kin  Gəncə  mübarizəni 

davam  etdirirdi.  May ın  26-də  Gəncədə  sovet  işğalına  qarşı 

güclü  üsyan  baş  verdi  (bax  Gəncə  üsyanı  (1920)).  Bolşevik 

rejimi  Gəncə  üsyanını  yalnız  mayın  31-də  yatıra  bildi. 

Azərbaycan  Sovet  Sosialist  Respublikası  Hö ku məti  Gəncədə 

sovet hakimiyyətinin möh kə mləndirilməsi üçün cəza  tədbirlə ri 

ilə  yanaşı,  inzibati-siyasi dəyişikliklər də həyata keçirdi.  İyulun 3-də  Gəncədə  Qə za  İnqilab  Ko mitəsi yaradıldı.  1935 ildə 

Gəncə şəhəri S.M .Kirovun adı ilə Kirovabad adlandırıldı. Belə liklə, çar Rusiyası za manında olduğu kimi, sovet dövründə də 

Gəncə özünün tarixi ad ın- 



 

 

 



 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə