[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə25/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   21   22   23   24   25   26   27   28   ...   282

67 

 

şərait  yaratmaq,  beləliklə,  yo xsulluğu  min imu m  həddə  endirmək.  İkincisi,  cəmiyyət  üzvlərinə  elə  b ir  gəlir  əldə 



etməyə tə minat verilsin ki, onlar bu gəlirlə ö zlərinin  ictima i-zə ruri ehtiyacla rın ı ödəyə bilsinlə r. Qısa bir  müddətdə ölkədə  

həm sosial müdafiə, hə m də sosial təminat sistemlə ri formalaşdırılır və inkişaf edirdi. 

Dövlətin sosial siyasətini reallaşdırmaq üçün aşağıdakı əsas göstəricilərə nail o lun ması nəzərdə tutulmuşdu: ü mu mi 

daxili məhsulda istehlak fondunun payının artırılması, əhalinin hər nəfərinə görə istehlak fondunun, ümu mi da xili məhsulda 

milli gəlirin və  məşğulluq səviyyəsinin artırılması; ə mək şəraitin in ya xşılaşdırılması; təhsil, səhiyyə,  mənzil və  ko mmunal 

təminatı  səviyyəsinin  yüksəldilməsi.  La kin  mürə kkəb  beynəlxa lq  və   da xili  vəziyyət,  iqtisadi  çətin liklər,  yolu xucu  

xəstəliklə r,  keç miş  İrəvan  quberniyası  ərazisində  ermənilə r  tərəfindən  soyqırımına  mə ruz  qalan  150  mindən  ço x  türk-

müsəlman  əhalinin  öz  tarixi  vətənlərindən  didərgin  düşüb  Cümhuriyyətə  pənah  gətirməsi,  əhalinin  ço xluğunu  təşkil  edən 

kəndlilərin həyat şəraitini ya xşılaşdırmağ ın əsas amili o lan torpaq məsələsinin həll olun ma ması və s. sosial vəziyyəti  xeyli 

çətinləşdirirdi.  Belə  ağır  şəraitdə  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Parlamenti  və  Höku məti  sosial  gərginliyi  aradan 

qaldırmaq məqsədilə təxirəsalın maz tədbirlər həyata keçirird i. 

Qaçqınların  maddi ehtiyaclarının ödənilməsi və yerləşdirilməsi, on lara tibbi  xid mət göstərilməsinin  təşkili və bu-

nunla bağlı başqa məsələlərə xüsusi qayğı göstərilird i. Hö kumətin "Qaçqınlara yardımın təşkil edilməsi haqqında" (1918, 13 

iyul),  "Qaçqınların  yerləşdirilməsi  məsələsini  nizama  salmaq  üçün  Şamaxı  qəzasına  ko missiya  göndərilməsi  haqqında" 

(1919,  17  fevral),  "Qaçqın  və  köçkünlərin  vəziyyətinin,  onların  daimi  yaşayış  yerlərinə  qayıtması  məsələsinin  

aydınlaşdırılması  üçün  mərkəzi  ko missiyanın  yaradılması  haqqında"  (1919,  23  iyun),  "Qaçqınların   yer ləşdirilməsi  üçün 

təcili tədbirlə rin  görülməsi haqqında" (1919, 8 noyabr) qərarları və s., Pa rla mentin "Qaçqın ların ehtiyacla rı üçün 21 milyon 

manat  pul  ayrılması  haqqında"  (1920,  8  yanvar),  " Epidemiya  ilə  mübarizə  və  qaçqınlara  tibbi  yardım  göstərilməsi  üçün 

epidemiyaya qarşı  12  mübarizə  dəstəsinin yaradılması haqqında" (1920, 26  fevral) qanunları bu istiqa mətdə atılan  mühüm 

addımlardan idi. Ölkədəki ağ ır vəziyyətə baxmayaraq, A zərbaycan Höku məti Gü rcüstan və Ermən istan ərazilərində yaşayan 

azərbaycanlı əhaliyə də müntəzə m yard ım edird i. 

1919  ilin  əvvəllərindən  1920  ilin  əvvəllərinə  qədər  təkcə  Ermənistanın  azərbaycanlı  əhalisinə  yardım  göstə-

rilməsinə  aid  6  qəra r  qəbul  edilmişdi.  Qeyd  et mək  la zımd ır  ki,  ö z  tarixi  ənənələrinə  sadiq  qalan  Azərbaycan  Höku mət i, 

milliyyətindən asılı olmayaraq, sosial və ziyyəti ağır o lan bütün ins anlara yardım göstərird i. Məsələn,  Höku mət  1919  ildə  

Müsəlman qadın xeyriyyə cəmiyyəti ilə yanaşı, Rus xeyriyyə cəmiyyətinə, Yəhudi xeyriyyə cəmiyyətinə, Erməni və Yəhudi 

Milli Şuralarına və digər cəmiyyətlərə uşaqların, qocaların və b. imkansız adamların  saxlanılması üçün xeyli vəsait ayırmış, 

1920 ilin fevralında Gürcüstanda baş verən zəlzələ nəticəsində ziyan çəkmiş əhaliyə yard ım etmişdi. 

Yo lu xucu  xəstəliklər, həkim və başqa tibb kadrlarının, dərmanla rın çat ışma ması səhiyyə sistemində vəziyyəti son 

dərəcə  ağırlaşdırmışdı.  Bu   sahədə  vəziyyəti  qaydaya  salmaq  məqsədilə  bir  sıra  qanun  və  qərarlar  qəbul  edilmişdi. 

Höku mətin  1918 il 27 iyun tarixli qərarı ilə yolu xucu xəstəliklərlə mübarizə üçün Gəncə şəhər özünü-idarəsinə əvəzsiz suda 

verilmişdi.  Parlamentin  1919  il  25  yanvar,  17  mart,  2  iyun  tarixli  qanunları  ilə  Bakı,  Gəncə,  Şəki  və  Quba  şəhər 

özünüidarələrinə  faizsiz borclar verilməsi nəzərdə tutulurdu. Höku mətin  1919  il 1 noyabr tarixli qərarı  ilə  Gəncə əhalisinə 

tibbi yardım göstərmək üçün 500  min  manat vəsait ayrılmışdı. Hö ku mət, həmçin in,  müalicə  müəssisələrini dərman la təmin  

etmə k üçün vəsait ayrılması haqqında qərarlar qəbul et mişdi (1919, 5 noyabr, 3 dekabr və s.) 

Beşinci  Höku mət  kabinəsinin  təsdiqindən  sonra  Parlament  üzv ləri  qarşısında  yeni  Höku mətin  gələcək  vəzifələri 

haqqında çıxış edən baş nazir  Nəsib bəy  Yusifbəyli  xalq səhiyyesi sahəsində yaranmış ağır vəziyyəti yaxşılaşdırmaq üçün 

bir sıra tədbirlərin heyata keçirilməsini  - bataqlıq  və göllərin  qurudulmasın ı,  içməli suyun keyfıyyətinin yaxşı-laşdırılması 

üçün müəyyən işlərin görülməsin i, tibbi kadrlar hazırlan masım, onlarm sayca artırılmas mı zəruru hesab etdi. Lakin bürün bu 

işlərin yerinə yetirilməsi üçün tələb olunan külli miqdarda maliyyə vəsaitini tap maq isə çox çətin idi. 

İnflyasiya    ilə  əlaqədar  olaraq  əhalinin  mü xtəlif  təbəqələrinin  maaşlarının  artırılması  məsələsi  Höku mətin  sosial 

siyasətinin mühü m  istiqamətin i təşkil edirdi.  Cü mhuriyyət Höku mətinin  1918  il  3  iyul,  21 sentyabr, 13 o ktyabr, 1919  il 10 

fevral, 21 aprel, 1920 il 5 yanvar tarixli qəra rları ilə  Hö ku mət qulluqçuların ın (hərb i və mü lki idarələ rin işçiləri) maaşlarının  

artırılması  nəzərdə  tutulurdu.  Bu  məqsədlə  Parlament  "Qulluqçulara  müavinət  verilməsi  haqqında"  (1919,  10  yanvar), 

"Dəmir yolu qulluqçularının və ziyyətini ya xşılaşdırmaq haqqında" (1919,  4  fevral), "Da xili  İşlər  Nazirliyi işçilərinin ə mə k 

haqqının  müvəqqəti  artırılması  haqqında"  (1919,  7  aprel),  "Hö ku mət  qulluqçularının  maaşlarına  müvəqqəti  əlavələr 

haqqında"  (1919,  12  may),  "'Bahalıq la  əlaqədar  mülki  və  hərb i  təyinatlı  Höku mət  idarələrində  qulluqçuların  maaşlarına 

əlavələr haqqında" (1920, 15 mart) və b. qanunlar qəbul etmişdi. 

Parla mentin 1919  il  12  may tarixli  müvəqqəti qanunu ilə ibtidai  məktəb  müəllimlə rinin  maaşları artırılmış, 1919  il 

23 iyun tarixli qanunu ilə isə aşağı yaşayış minimu mu  qaldırılmışdı. 

Höku mətin   "Kasıb  ailələrdən  olan  uşaqlara  yardım  ed ilməsi  haqqında"  1919  il  12  fevral  tarixli  qərarı  və 

Parlamentin  "Bakı  şəhərində  1-ci  qadın  milli  gimnaziyası  nəzd ində  uşaq  bağçasının  açılması  haqqında"  1920  il  1  mart 

tarixli qanunu bu sahədə həyata keçirilməsi nəzə rdə tutulan diqqətəlayiq tədbirlərdən idi. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mət i  və  Parla menti  fəhlə lərin  sosial  vəziyyətinin  ya xşılaşdırılması  isti-

qamətində də bəzi işlər görmüşdü. 1919 ilin yanvarından 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə