[]



Yüklə 6,32 Mb.

səhifə254/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
1   ...   250   251   252   253   254   255   256   257   ...   282

425 

 

Azərbaycan Cümhuriyyəti Höku mətinin 1918  il  30 iyul tarixli qərarı ilə ədalətsizlik  ləğv olunaraq Gəncə şəhərinin 



adı bərpa edilmişdi. 

GƏNCƏ  ÜS YANI  (1920)  - sovet işğalına qarşı 1920  il  may ın  26-31-də  Gəncədə baş vermiş  xalq  üsyanı. Üsyan 

Azərbaycanın  işğal  edilməsinə,  onun  dövlət  müstəqilliyinə  son  qoyulmasına  qarşı  xalq ın  ən  kütləvi  və  mütəşəkkil 

müqaviməti id i.  "Gəncə üsyanı millətimizin şərəf və  namusunun yenidən qəsbi-etibar qazandığı bir dastandır" (Ceyhun 

Hacıbəyli). Üsyanın təşkilatçıları və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cü mhuriyyəti ordusunun zabitləri  idi. Mayın 

23-də üsyan başçılarının  sonuncu müşavirəsi keçirildi. Müşavirədə A zərbaycan ordusunun təchizat rəisi general Məhə mməd 

Mirzə  Qacar,  1  -c i  piyada  diviziyasının  ko mandiri  general-mayor  Cavad  bəy  Şıxlinski,  süvari  diviziyasının  ko mandiri 

Teymur  bəy  Novruzov,  3-cü  Şəki  süvari  alay ının  ko mandiri  polkovnik  Cahangir  bəy  Kazımbəyov  və  başqaları  iştira k 

edirdilər. 

Üsyanın təşkilində başlıca olaraq, A zərbaycan ordusunun 1-ci piyada diviziyası, 3-cü  Gəncə alay ının şəhərdə olan 

bölmələri,  3-cü  Şəki  süvari  alayın ın  təlim  ko mandası,  bir  topçu  batareyası,  diviziya  qərargahına  tabe  olan  ko mendant 

bölməsin in şəxsi heyəti  iştirak ed ird i.  Qaçaq Qəmbər, Sarı  Ələkbər, qaçaq Qasım  Kolaxani, qaçaq Mikayıl və başqaları da 

öz silahlıları ilə b irlikdə Gəncə üsyanında iştirak edirdilər. Şəhər əhalisindən qoşuları könüllülərlə b irlikdə üsyançıların sayı 

10 mindən artıq idi. 

Üsyan  ərəfəsində şəhərin  daxilində  və  ətrafında  11-ci  Qrrmızı  ordunun  20-ci  atıcı  d iviziyasının  hissələri  mövqe 

tutmuşdu.  Diviziyanın  178-ci  və  180-ci  atıcı  alayları  şəhərin  ermən i  məhəlləsində,  3-cü  briqadanın  rabitə  taboru  və 

ko mendant  bölməsi  isə  şəhərin  azərbaycanlılar  yaşayan 

məhə lləsində  idi.  40-cı  süvari  briqadası  Zurnabad  kəndinin  

ətrafında  dayanmışdı.  Mayın  25-də  Taman  süvari  briqadasının 

2-c i a layı da Gəncəyə gətirildi. 

Üsyan 1920  il  mayın  25-dən 26-na keçən gecə başladı. 

Üsyançılar  q ısa  müddətdə  şəhərin  mühü m  obyektlərini, 

azərbaycanlılar  məhəlləsindəki q ırmızı qoşun hiss ələrini nə zarət  

altına  götürdülər.  Hərbi  anbar,  şəhər  həbsxanası,  dəmir  yolu  

stansiyası,  fövqəladə  ko missarlığın  b inası  da  ələ  keçirildi. 

Üsyanın başlama tarixin in seçilməsi də təsadüfi deyildi. Mayın  

28-də Azərbaycan Xa lq Cü mhuriyyətinin elan olun masının  2 ili 

tama m olurdu. Hə min gün  Gəncə üsyanının rəhbərləri və  şəhər 

ictima iyyəti 

dairə 

məh kə məsinin 



binasına 

toplaşıb, 

Azərbaycanın istiqlaliyyətinin elan olun masının  iki  illiyin i qeyd 

etdilər. 

11-ci  Qırmızı  ordu  ko mandanlığ ı  üsyanın  yatırılması 

üçün təcili tədbirlər gördü. Üsyan başlanan kimi 179-cu alay və 

20-ci  div iziyanın   süvari  briqadası  dərhal  Gəncəyə  gətirildi. 

Mayın  28-də  18-ci  süvari  d iviziyası  da  Zaqatala  bölgəsindən 

gətirilərə k,  Gəncə  ətrafında  yerləşdirildi.  May ın  29-da  kifayət 

qədər  möhkə mləndirilmiş  q ırmızı  qüvvələrin  üsyançılar  üzə rinə  hücu mu  uğursuzluqla   başa  çatdı.  Bir  neçə  istiqa mətdən 

həyata keçirilən hücumda bolşevik qüvvələri qarşıya qoyduqları vəzifəni yerinə yetirə bilmədilər. Əksinə, üsyançıların əks-

hücumları bolşevik qüvvələrini ağır vəziyyətə saldı. Belə olduqda 11-ci Qırmızı ordu ko mandanlığ ı Gəncəyə əlavə qüvvələr 

gətirməyi qəra rlaşdırdı. 20-c i d iviziyanın  Gürcüstan s ərhədində olan 2-ci briqadası,  Bakıdakı  zirehli avtodivizion  Gəncəyə 

göndərildi. Mayın 30-da növbəti döyüşlər başlamazdan əvvəl 11-ci Qırmızı ordunun Gəncədə 5 piyada alay ı, 6 süvari alayı, 

7 ə lahiddə hissə və dəstələri, 57 ədəd topu və 2 zirehli avtomobili var idi. Bu qüvvələrin ço xu şəhərin şima lında yerləşdirild i 

və  mayın  31-də  əsas  hücum  buradan  başladı.  Hücu mun  bütün  istiqamətlərdən  gücləndirilməsi,  ço xlu  sayda  topların  və 

zirehli avtomob illərin işə salın ması şəhərdə son dərəcə böyük dağıntılara səbəb oldu. Yaln ız bundan sonra vətənin azadlığ ı 

uğrunda  ölüm-dirim  mübarizəsinə  girən  üsyançıların  müqavimətini  qırmaq  mü mkün  oldu.  Onlara  dəhşətli  divan  tutuldu. 

Şəhəri tərk etmək  imkanları olmayan üsyançılar, habelə dinc əhali  mühasirəyə alınaraq kütləvi şəkildə güllələndilər. Üsyan 

yatırıldıqdan sonra Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitan, ştabskapitan, poruçik və 

podporuçiki, 146 p raporşik və podpraporşiki, 267 d igər hərbi qulluqçusu bolşeviklər tərə findən güllə ləndi. 

Gəncə  ermən ilə ri  və  silah lı  daşnak  dəstələri  üsyançılara  d ivan  tutulmasında  bolşeviklərə  növbəti  dəfə  xid mət 

göstərdilər. 

 

Əd.: 

Süleymanov M., Azərbaycan ordusu (1918-1920), B., 1998; İbişov F., Azərbaycan kəndində sosial-siyasi proseslər (1920-

1930). B., 1996. 

 

GƏNCƏ  YUNKER  MƏKTƏBĠ Azərbaycan Xalq  Cü mhuriyyəti o rdusu üçün milli hərbi kad rlar hazırlayan təhsil 

müəssisəsi (bax Gəncə hərbi məktəbi). 



"GƏNCLƏR  YURDU" - Azərbaycan Xalq Cü mhuriyyəti elan o lunduqdan (1918,  28  may) sonra nəşrə başlayan 

ictima i-siyasi  jurna l;  "Müsavat"  partiyasının  nəzdində  yarad ılmış  " Gənc lər  cə miyyəti"nin  orqanı.  1918  ilin  iyunundan 

noyabrın  15-dək  (əvvəlcə  həftəlik,  sonra  isə  ayda  2  dəfə)  Bakıda  Azərbaycan  dilində  nəşr  olunmuş,  cəmi  35  nömrəsi 

çıxmışdır.  Redaktorları  T.F.Hacızadə  və  Mirzəbala  Məmmədzadə  id ilər.  Jurnalda  gənc  ədəbi  qüvvələrin   milli  istiqlalın, 

müstəqilliy in qorun masına çağırış ruhlu şeirləri, ictimai həyatın mü xtəlif məsələləri, xüsusilə gəncliy in problemləri ilə bağlı 

yazıları çap edilird i. 






Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   282


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə