[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə256/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   252   253   254   255   256   257   258   259   ...   282

428 

 

 



 

 

 




429 

 

Qafqaz İslam Ordusunun xeyrinə dönüş yaratdı. İyulun 10-da Kürdəmir, 14-də  isə Kərrar stansiyası düşməndən azad olundu. 



Göyçay qəzası azad edildikdən sonra burada dinc quruculuq işlərinə başlandı. Azərbaycan Parlamenti 1919 il noyabrın 3-də 

Göyçay şəhərində realnı məktəb açmaq üçün qanun qəbul etdi. Bu məqsədlə müvafiq  maliyyə vəsaiti ayrıldı. 1920 il martın 

4-də  Göyçay şəhərinin seldən qorunması üçün qanun layihəsi hazırlandı.  Lakin A zərbaycan Xalq  Cü mhuriyyətinin süqutu 

nəzərdə tutulan bütün bu tədbirləri həyata  keçirməyə  imkan verməd i.  Göyçay qəzası 1929  ildə Azərbaycan Sovet Sosialist 

Respublikasının rayonlaşdırılması ilə əlaqədar o laraq ləğv olundu. 

 

Əd.: 

Aзepбaйджанская Демократиская   Pecnублика  (1918-1920),  Законодательные  акты  (сборник  документов),  Б.,  1998;  

Süleymanov M., Azərbaycan ordusu (1918-1920), B., 1998.

 

 



GÖYÇƏ MAHALI, G ö y ç ə  d a ir ə s i -  A zərbaycan Xalq Cü mhuriyyəti dövründə inzibati-ərazi vahid i. Göyçə 

Azərbaycanın  tarixi-coğrafi  bölgələ rindəndir.  Göyçə  adın ın  ilk  dəfə  5  əsrin  sonlarında  işlədildiy i  gü man  edilir.  Şah 

İsmayılın  (1501-24)  fərman ında  (1510)  " Göyçə  mahalı"  qeyd  edilmişdir.  İrəvan  xanlığının  mahallarından  biri  olmuşdur. 

Türkmənçay  müqaviləsinə  (1828)  əsasən  İrəvan  xanlığın ın  tərkibində  çar  Rusiyasının  tərkibinə  qatılmışdır.  1829-32  illərə 

aid  məlu mata  görə,  Göyçə  mahalında  100-dən  çox  yaşayış  məskəni,  14354  nəfər  əhali  qeydə  alın mışdı.  Əhalisi,  əsasən, 

azərbaycanlılardan  ibarət  idi.  Ça r  Rusiyası  İrəvan  xanlığın ı  işğal  edəndən  sonra  bu  əraziyə  kütləv i  surətdə  ermənilərin 

köçürülməsi  nəticəsində  əhalin in  etnik  tərkibi  dəyişməyə  başladı.  İrəvan  quberniyası  yaradıldıqdan  (1849)  sonra  Göyçə 

mahalı  onun  tərkib ində  təşkil  o lunmuş  Nor-Bayazet  (Yen i  Bəyazid)  qəzasına  daxil  edilmişdi.  Qafqaz  təqviminin  (1917) 

mə lu matına  görə hə min  qəzanın  əra zisi 4122,76 k v. verst idi. Qə zada 174111 nəfə r əhali yaşayırdı. Çarizmin həyata keçirdiyi 

erməni  və  rusların  köçürülməsi  siyasətinə  baxmayaraq,  yenə  də  qəza  əhalisinin  üçdə  birinə  qədərini  müsəlmanlar,  əsasən, 

azərbaycanlılar təşkil edirdi. Azərbaycan Xalq  Cü mhuriyyəti qurulduqdan sonra ərazi  məsələsinə ba xıld ıqda,  Yeni  Bəyazid 

qəzasının 1 -c i və  2-ci polis sahələri mübahisəsiz A zərbaycan əra zisi, 3-cü polis sahəsinin bir hissəsi isə mübahisəli əra zilə r 

sırasına daxil edilmiş, Azərbaycan daxilində  Göyçə dairəsi yaradılmışdı. Xarici  işlər nazirliy inin  məlu matına görə, " Göyçə 

rayonu" adı altında  Göyçə gölü və Kiçik  Qafqa z dağları arasında yerləşən İrəvan quberniyası Yen i  Bəyazid qəzasın ın şərq 

hissəsi nəzərdə tutulurdu. Əhalisi başdan-başa müsəlmanla rdan ibarət idi.  Göyçə  mahalının əhalisi özünü Azərbaycan Xalq 

Cü mhuriyyətinin  tərkib  hissəsi  hesab  edir  və  onun  hakimiyyətinin  möhkəmləndirilməsi  uğrunda  mübarizə  aparırdı. 

Ermənilər bu torpaqlara iddia larını həyata keçirmək üçün azərbaycanlılara qarşı soyqırımı siyas əti yeridirdilər. 1919 ildə Zod, 

Daşkənd, Basarkeçər və başqa kəndlərdə azərbaycanlılara qarşı soyqırımları törədilmişdi. Dairən in əhalisi  kənd təsərrüfatı 

ilə   məşğul  olurdu,  bölgə  iqtisadi  cəhətdən  Azərbaycanın  digər  torpaqları  -  Qa za x,  Qa rabağ  və  Na xç ıvanla  sıx  bağlı  idi. 

Azərbaycanda və Ermənistanda sovet hakimiyyəti quru lduqdan sonra respublika lara rası s ərhədlər sovet-bolşevik re jimin in 

himayəsi  ilə  Ermən istanın  xeyrinə  dəyişdirildi.  Göyçə  da irəsinin   əra zisi,  de mə k  o lar  ki,  bütünlüklə  Ermən istana  verildi. 

Ermənistan Sovet Sosialist Respublikası bu əra zidə A zərbaycan-türk adlarını dəyişərək, Ka mo  (Kəvər), Martuni (Qaranlıq), 

Vardenis (Basarkeçər),  Krasnoselsk (Çəmbərək)  kimi  rayonlar təşkil etdi. Sonralar Azərbaycan türklərinə  məxsus yaşayış 

məskənlə rinin  adları  kütləvi  surətdə  dəyişdirildi.  Ermənilərin  həyata  keçirdikləri  soyqırımları  və  zo rakı  köçürmələ r 

nəticəsində tarixən a zərbaycanlılara mə xsus olan Göyçə mahalında hazırda bir nəfər də olsun azərbaycanlı qa lma mışdır. 



 

Əd

.: Aдpec-календары  Aзepбaйджанской   Pecnублики  нa  1920 r.,    B.,  1920;  Щепотьев  А.,  Доклад  о  спорных  кавказских 

территориях,  на  которые  имеют  права  самоопределившиеся  азербайджанские  тюрки,  Известия  АН  Азерб.  ССР  (серия  истории, 

философии  и  права),  1990,  №  2;  Bayramov  L,  Qərbi  Azərbaycanın  türk  mənşəli  toponimləri  B.,  2002;  Budaqov  B.,  Qeybullayev  Q., 

Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti, B., 1998. 



 

GÜLÜS TAN  MÜQAVĠLƏSĠ  (1813)  -  Rusiya imperiyası  ilə  İran şahlığ ı arasında 1804-13  illər  müharibəsinin 

yekunların ı  və  Azərbaycanın  həmin  dövlətlər  arasında  birinci  dəfə  bö lüşdürülməsini  təsdiq  edən  sənəd.  Gülüstan 

müqaviləsinə əsasən, Şimali A zərbaycan (İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla) Rusiyanın, Cənubi A zərbaycan isə 

İranın tərkibinə qatıldı. 

18  əsrdən  başlayaraq,  Rusiyanın  Qara   dəniz  və   Xə zə r  sahillə rindəki  torpaqlara   doğru  irəlilə məsi  Qa fqazda 

vəziyyəti  xeyli  mü rəkkəbləşdird i.  1801  il  sentyabrın  12-də  Şərq i  Gü rcüstanın  Rusiyaya  birləşdirilməsi  haqqında  çar 

man ifestindən  sonra  bütün  Cənubi  Qafqazı  ə lə  keç irmə k  üçün  strateji  meydan  yarandı.  1803  ildə  Ca r-Ba lakən,  1804  ildə 

Gəncə inadlı müqavimətdən sonra Rusiya tərə findən işğal olundu. 1804 ilin  mayında A zərbaycana bütövlükdə yiyələn məyə 

çalışan İran rus qoşunlarının Cənubi Qafqazdan çıxarılmasını tələb etdi. Rusiya buna rədd cavabı verdi. Həmin  il iyunun 16-

da iki dövlət arasındakı diplo matik  münasibətlər  kəsild i,  müharibə başlandı. Müharibə hər  iki tərəfdən ədalətsiz  idi, çünki 

özgə torpaqların ın ələ  keçirilməsi uğrunda gedirdi. Qeyd etmək  lazımdır  ki, həm  Rusiya, həm də  İran, eyni  zamanda, yerli 

Azərbaycan xanlıqlarına qarşı da mübarizəni davam etdirir, onların əra zisini işğal edib ö z ə razilərinə qatırd ıla r. 

1805 il  may ın 14-də  Qarabağ  xanlığı,  mayın  21-də isə Şəki  xan lığ ı  Rusiya ilə  müqavilələr  imzaladılar.  Lakin bu 

müqavilələr dövlətlərarası  münasibətləri  müəyyən edilmiş şərtlər əsasında, hüquqi yolla nizama sala bilmədi.  Çünki Rusiya 

üzərinə götürdüyü təəhhüdləri sonadək yerinə yetirməd i. Qarabağ  xanı İbrahim  xan 1806 ildə  Rusiya işğalçıları tərəfindən 

xaincəsinə qətlə yetirildi və 1822 ildə xan lıq ləğv edildi. 

Şimali Azərbaycanın ən böyük xan lığının  - Şirvanın Rusiyaya qatılması (1805) nəticəsində növbə Bakı xanlığına 

çatdı.  1806  ildə  Bakı  xanlığı,  az  sonra  Quba  xanlığı  ələ  keçirild i.  Beləliklə,  1806  ildə  demək  o lar  ki,  bütün  Şimali 

Azərbaycan  Rusiyanın  hakimiyyəti  alt ına  keçirildi.  1806  ildə  Rusiya  ilə  Türkiyə  arasında  da  müharibənin  başlanması 

Rusiya-İran cəbhəsində rusların vəziyyətini nisbətən ağırlaşdırdı. 

 

 

 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə