[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə257/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   253   254   255   256   257   258   259   260   ...   282

430 

 

Hərbi ə mə liyyat  meydanındakı uğursuzluqlar və  Napoleonun Rusiya s ərhədlərindən qovulması ilə  rus qoşunla-



rın ın  Avropa  səfərinin  başlan ması  nəticəsində  beynəlxalq  vəziyyətdə  yaranan  dəyişikliklər  İran ın  Rusiya  ilə  müqavilə 

bağlamasını  sürətləndirdi.  İngiltərə  danışıqlarda  vasitəçilik  ed ird i.  1813  il  oktyabrın  12-də  Qarabağın  Gülüstan  kəndində 

Rusiya və İran  arasında müqavilə imza landı. 11 maddədən ibarət olan  müqaviləyə əsasən İran şahlığı A zərbaycanın Gəncə, 

Qarabağ, Şəki,  Şirvan, Quba,  Bakı və Talış  xanlıqlarına, Şərq i  Gü rcüstan və Dağıstana olan iddialarından əl çəkir, onların 

Rusiyanın  hakimiyyəti  altına  keçməsini  təsdiq  edirdi  (maddə  3).  Gü lüstan  müqaviləsinə  əsasən,  yalnız  Rusiyaya  Xəzər 

dənizində  hərbi  donanma  saxla maq  hüququ  verilir  (maddə  5),  ticarət  ma lla rı  üçün  beş  faizlik  gömrük  qoyulur,  hər  iki 

dövlətin tacirləri daxili gömrük verg ilərindən azad olunurdular (maddə 8-10). 

Rus çarı I A leksandr İranla sülh bağlan ması haqqında man ifestin ilkin layihəsini 1813 il dekabrın  12 (24)-də Fri-

burda  (İsveçrə)  imzaladı.  Xarici  işlər  naziri  N.P.Ru myansev  Sankt-Peterburqda  manifesti  alarkən,  orada  səhv  olduğunu 

müəyyən  etdi,  çünki  manifestdə  Rusiyaya  keçən  Qarabağ  və  Gəncə  xan lıqların ın  adı  yo x  idi.  Odur  ki,  manifest  1814  il 

yanvarın  4  (16)-də  geri  göndərildi.  Müqavilən in  ratifikasiya  fərmanları  tərəflər  arasında  növbəti  dəfə  mübadilə  o lundu. 

İranla sülh haqqında çar man ifesti yaln ız 1818 il iyulun 16 (28)-da, müqavilən in mətni isə avqustun 7 (19)-də elan edildi. 

Gü lüstan müqaviləsi ü mu mdünya tarixində özgə torpaqlarının bölüşdürülməsi məqsədilə bağlan ılmış rüsvayçı və 

antihumanist  müqavilələrdən  b iridir.  Bu   müqavilə,  eyni  zamanda,  iki  işğalçı  dövlət  arasındakı  ziddiyyətləri  də  həll  edə 

bilməd i. Müqavilənin b irinci  maddəsində dəbdəbəli ibarə lərlə bəyan edilən sülh uzun sürmədi.  1826  ildə tərə flə r a rasında 

ikinci müharibə başlandı. Azərbaycan ərazisi yenidən iki qəsbkarın qanlı döyüş meydanına çevrild i. 



GÜMRÜ  -  Qərb i Azərbaycanda yaşayış məntəqəsi.  Gü mrü  kimmer (kimmerlər) tayfasının adından yaranmışdır. 

1728  ildə  Şirəke l  (Şörəyel)  nahiyəsinə,  sonra  İrəvan  xan lığ ına  da xil  idi.  Əhalisi,  əsasən,  türk-müsəlmanlardan  ibarət  idi. 

Xanlığın  işğalından sonra Türkmənçay  müqaviləsinə (1828) əsasən çar Rusiyasına ilhaq o lunmuşdu. 1837 ildə rus çarının 

şərəfinə  Aleksandropol  adlandırılmışdı.  1840  ildə  şəhər  statusu  almışdı.  Aleksandropol  qəzasının  mərkəzi  id i.  Qafqaz 

təqviminin  (1917)  məlu mat ına  görə,  burada  51874  nəfər  əhali  yaşayırdı,  onla rın  43464  nəfə ri  yerlilər,  8410  nə fəri 

müvəqqəti yaşayanlar  idi.  Çarizmin  köçürmə siyasəti nəticəsində hərbi-strateji  məntəqə olan   Gü mrüdə ermən i və rusların 

sayı artırıldı. Fevral inqilabından (1917) sonra Müvəqqəti hökumətin  Gü mrüdə yerli hakimiyyət orqanı ilə yanaşı, Fəhlə və 

əsgər  deputatları  soveti  də  yaradılmışdı.  Qərb i  A zərbaycanda  daşnak  hökuməti  qurulduqdan  (1918,  28  may)  sonra 

Aleksandropolda erməni hakimiyyətinin  möhkə mlən məsinə  mühüm əhə miyyət verilmişdir.  1920 ilin  mayında burada sovet 

hakimiyyəti  qurulmuş,  la kin  daş naklar  te zliklə  onu  yıxmağa  nail  olmuşdular.  1920  il  noyabrın  7-də  türk  qoşunları 

Aleksandropolu tutdu. Noyabrın 17-də burada sovet hakimiyyəti elan edild i, ancaq bu formal xarakter daşıyırdı. Dekab rın 2-

də  Türkiyə  höku mət i  ilə   Ermənistan  Respublikası  arasında  Gü mrü  müqaviləsi  (1920)  bağlansa  da,  art ıq  noyabrın  29-da 

Ermənistanda sovet hakimiyyəti e lan olunduğundan, yeni höku mət hə min  müqaviləni tanımaqdan imt ina etdi.  Ermənistan 

Sovet Sosialist  Respublikasının  tərkib ində qalan Aleksandropol 1924 ildə  Leninakan  adlandırıldı.  1990  ildə şəhərin tarixi 

Gü mrü adı ermən i tələffü zünə uyğunlaşdırılaraq təhrif o lunmuş Ku mayr şəklində bərpa edild i. 

 

Əd.: 

Budaqov  B.,  Qeybullayev  Q.,  Ermənistanda  Azərbaycan  mənşəli  toponimlərin  izahlı  lüq əti,  B.,  1998;  Агаян  Ц.П., 

Победа Советской власти и возрождение армянского народа, М., 1981; Победа Советской власти в Закавказье, Тб., 1971. 

 

GÜMRÜ  MÜQAVĠLƏS Ġ  (1920)  -  Tü rkiyə  ilə  Ermənistan  Respublikası  arasında  müharibəni  dayandırmaq  və 

uzunmüddətli  sülh  yaratmaq  məqsədilə  bağlan mış  müqavilə.  Ermən istan  Respublikasın ın  Ermən istan-Türkiyə  mü -

haribəsində (1920)  məğlubiyyətindən sonra, dekabrın 2-də  Gü mrü şəhərində imza lan mışdır. Müqaviləni Türkiyə höku mət i 

tərəfindən Fərid Ka zım Qa rabəkir paşa, Ərzuru m valisi  Ha mid bəy, Ərzuru mdan deputat Süleyman  Nicati bəy,  Ermənistan 

Respublikası tərəfindən baş nazir A.Xatisyan, maliyyə naziri A.Gü lxəndanyan, daxili  işlər nazirinin  müavini S.Qordanyan 

imzalamışlar.  Müqavilə  18  maddədən  ibarət  idi.  1-ci  maddə  ilə  müharibəyə  son  qoyulduğu  və tərəflərin  daimi  sülh  üçün 

danışıqlara  başladığı  b ild irilirdi.  2-ci  maddədə  Türkiyə  ilə  Ermənistan  Respublikası  arasındakı  sərhəd  dəqiqləşdirilirdi. 

Ermənistan  Respublikasının  əra zisi  İrəvan  və  Göyçə  gölü  bölgələrindən  ibarət  olmaqla  əvvəlki  sərhədlərinə  -  1918  il  21 

iyun  sərhədlərinə  qaytarılırdı.  Hə min  maddənin  ikinci  hiss əsində deyilirdi:  "Kükü  dağı,  Hə məsur  dağı,  Qurdqulaq  kəndi, 

Sayat  dağı,  Arpaçay  evləri,  Kö mürlü  dağı,  Saraybulaq,  Ararat  stansiyası,  Araz  çayı  yaxınlığındakı  Aşağı  Qarasunun 

töküldüyü yerdən keçən zolağın cənubundakı (Naxçıvan,  Şahtaxtı, Şərur) əraziyə, daha sonra referendumla təyin o lunacaq 

idarə  formasına   və  bu  idarənin   əhatə  edəcəyi  torpaqlara   Ermənistan  qarış mayacaq,  hə min   əra zidə  hə ləlik  Tü rkiyənin 

himayəsində yerli  idarə yarad ılacaqdır".  Ermənistan Respublikasının təcavüzka r siyasəti nə zərə a lınaraq  müqavilədə onun 

silahh qüvvələrinin  həddi müəyyən edilirdi. 4-cü maddəyə görə Ermənistan hökuməti "daxili təhlükəsizliy ini qorumaq  üçün 

lazımi səviyyədə yüngül silahlı jandarm qüvvəsi və ölkən i qorumağa ayrılan 8 dağ və ya səhra topu ilə 20 pulemyota malik 

1500 mu zdlu əsgərdən ibarət birlikdən artıq hərbi qüvvəyə malik olmayacağını öhdəsinə götürürdü".  

 

 

 



 

 

 



 

 

 



 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə