[]



Yüklə 6,32 Mb.

səhifə259/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
1   ...   255   256   257   258   259   260   261   262   ...   282

432 

 

HACI  ƏLĠ Qasım oğlu  (?-.?)- Azərbaycan  milli azadlıq hərəkatın ın  fəal  iştirakçılarından biri. A zərbaycan Xalq 

Cü mhuriyyəti  Parlamentin in  üzvü.  A zərbaycan  Milli  Şu rasının  "Azərbaycan  Məclisi-Məbusanının  təsisi  haqqında  qanun 

"una (1918, 19 noyabr) əsasən,Gəncə qəzasından Cü mhuriyyət Parla mentinin tərkibinə da xil edilmişdi. 



HACI SƏLĠM SƏYYAH,  Qasımzadə Hacı  Səlim  Hacı  Qasım oğlu (1869,  Vilnüs - 1943, Bakı)  -  maarif   xadimi, 

şair.  Vilnüsdə  rus  (1883-85),  İstanbulda  türk  və  fars  dillərində  (1885-87)  ibtidai,  Misirdə  "Cameyi-əzhər"də  ərəb  dilində 

(1887-1900)  orta  təhsil  almışdır.  Bakıda  "Nəşri-maa rif‖  cə miyyətinin  təşkil  etdiyi  ikiillik  pedaqoji  kurslarda  (1906-07) 

dinləyic i olmuş,  ibtidai  mə ktəb  müəllimi hüququ qazanmışdır.  İstanbulda təhsil aldığ ı  illərdə  mühac ir 

ko missiyasında  işləmiş,  Robert  Lens  adlı  bir  səyyahın  yanında  xid mətə  başlamış,  Türkiyə,  Rusiya, 

Misir,  Hindistan  və  Bolqarıstan,  Ərəbistan,  Afrika  ö lkə lərinə  səyahət  etmişdir.  Bo mbey  ş əhərində 

ingilislərin  təşkil  etdiyi  "Ölü m  qəhvəsi"  cəmiyyətinə  yazılmış,  mason  lojasının  üzvü  olmuşdur. 

Səyahətinin  ilk  çağlarında  Ərəbistanda  muzd lu  hərbi  xid mətə  qəbul  olunmuş,  dağıstanlı  Məhəmməd 

paşanın komandası altında ərəb üsyanının yatırılmasında iştirak etmişdir. 

"Nəşri-maarif‖  cə miyyətinin  Ba kıda  açdığı  b ir  sıra  mə ktəblərdə  müdir  işlə mişdir.  1913  ildə  

vəsait  olma ması  üzündən  mə ktəblər  şəhər  idarəsinin  ixt iyarına  keçərkən,  Hac ı  Səlim  9-cu  "rus-

müsəlman" məktəbinə müəllim təyin ed ilmişdir. 

1917 ildə Anadolu hərbzədə ləri haqqında ilk kitab nəşr etdirmiş, "Qa rdaş kö məyi" toplusunda 

"Hamı ağ layır, mən də ağ layıram" şerini dərc etdirmişdir. 

Azərbaycan Xalq Cü mhuriyyəti dövründə şəhər 3-cü türk mə ktəbində ana dili, nəğmə, id man  müəllimi işlə mişdir. 

Hacı  Səlim  zəngin  ədəbi  irs  yaratmışdır.  Pedaqoq-şair  "Korlar  məktəbi"  (1915),  "Küçə  uşaqları"  (1916),  "Bahar"  (1916), 

"Xəzan"  (1916),  "Buz  sındıran"  (1917),  "Eşq"  (1917),  "Suri-İsrafil"  (1917),  "Şey x  və  intiligent"  (1917),  "Ənuşiravanın 

nəsayihi",  "Həyyi-ə la  xey rül-ə məl",  "Siratə l-müstəqim",  "Məkkə   xat iratım",  "Mey,  məşuqə  və  qumar,  ya xud  bir  əyyaşın 

macə rası", "Hesab əyləncələri" və s. əsərlərin müə llifid ir. 

HACIBABABƏYOV  Mehdi  bəy  (1871-1925)  -  ictimai-siyasi  xad im.  A zərbaycanın  istiqlal  mübarizəsinin  fəal 

iştirakçılarından biri. Zaqafqaziya seyminin, Zaqafqaziya Demo kratik Federativ Respublikasın ın süqutundan (1918, 26 may ) 

sonra Azərbaycan Milli Şurasının (1918, 27 may) üzvü o lmuşdur. Milli Şuran ın A zərbaycanın İstiqlal bəyannaməsini qəbul 

edən 26 ü zvündən biri idi. 

Bakı  realn ı  məktəbin i  bitirmiş,  1901  ildən  1-ci  Bakı  rus-tatar  məktəbində  dərs  demişdir.  " Nicat"  xeyriyyə 

cəmiyyətinin  katiblə rindən biri olmuş, a xşa m  kurslarında dərs demiş, "Nicat" cə miyyətinin teatr bölməsinə başçılıq et miş, 

eyni za manda, "Nicat" cə miyyətin in 1-c i şəhər rus-tatar məktəbin in direktoru  seçilmişdir. Müəssislər Məclisinin çağ ırılması 

üzrə  mərkəzi  ko missiyanın  üzvü  idi.  Hacıbababəyov  Azərbaycan  Milli  Şurasının  "Azərbaycan  Məclisi-Məbusanının  təsis 



edilməsi  haqqında  qanun"una  (1918,  19  noyabr)  əsasən  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Parla mentinin  tərkibinə  da xil 

edilmişdi. "Müsavat" fraksiyasının (sonralar "Müsavat" və bitərəflər fraksiyası) ü zvü id i. 



HACIBƏYLĠ  Ceyhun  bəy  Əbdülhüseyn  oğlu  (2.2.1891,  Şuşa  -  22.10.1962,  Paris)  -  ictimai 

xadim,  d ilçi,  tarixçi,  jurnalist,  tərcüməçi.  Üzeyir  bəy  Hacıbəylinin  kiçik  qardaşıdır.  İbtidai  təhsilin i 

Şuşada  rus-tatar  məktəbində  almış,  orta  təhsilini  Bakıda  tamamlamışdır.  " Leyli  və  Məcnun" 

operasının yaradılmasında yaxından iştirak etmiş, ilk tamaşada (1908) iki ro lda - İbn Səlam və Nofəl 

rollarında  çıxış  etmişdir.  1908  ildə  Üzeyir  bəylə  b irlikdə  Əli  bəy  Hüseynzadənin  müdir  olduğu 

"Səadət" mə ktəbində müəllim işlə mişdir. 

Ceyhun  bəy  Hacıbəyli  milyonçu-xeyriyyəçi  Murtuza  Muxtarovun  vəsaiti  ilə  Peterburq 

Universitetinin  hüquq  fakültəsinə  daxil  olmuş  (1909),  oradan  Paris ə  gedərək,  Sorbonna 

Universitetində  oxu muşdur.  C.Hac ıbəylin in  Parisdən  göndərdiyi  məqalə lər  Ba kıda  rus  dilində  çıxan  

qəzetlərdə dərc  olun muşdur. O, 1909 ildə "Ba kı" qə zetində dərc  olun muş "Müs əlman lar və incəsənət" 

məqa ləsində dövrün aktual  məsələlə rinə  to xunurdu.   C.Hacıbəyli   "Ley li  və  

 

 



 

 



433 

 

Məcnun"  operasının  yaran ması  və  ilk  ta maşası  haqqında  Fransa  mətbuatında  çıxış  et miş,  opera  barədə  Qə rbi  Avropa 



xalq larına geniş məlu mat vermişdir ("Revyü de Monde mü zülman" jurnalı, aprel, 1910). 

1916  ildə  ali  təhsilini  başa  vurub  Bakıya  qayıdan  Hacıbəyli  mühə rrirliklə  məşğul  olmuş,  doğma  xalq ının  acına-

caqlı  vəziyyəti  haqqda  mətbuat  səhifələrində  ço xlu  məqalə  dərc  etdirmişdir  ("Kaspi",  №  18,  22,  24,  28,  34,  1917). 

Məqalələrini, əsasən, "C.Dağıstani" tə xəllüsü ilə  yazırdı. "Ba kı  müs əlman  ictimai təşkilatları ko mitəsinin  xəbərlə ri"ni (rus 

dilində) redaktə et mişdir. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  dövründə  (1918-20)  Hacıbəyli  Cü mhuriyyət  Höku mətinin  rəsmi  orqanı  o lan 

"Azərbaycan" qəzetinin redaktorlarmdan  biri olmuşdur. Qə zet Azə rbaycan dilində çıxan a lt mc ı nö mrəsindən, rus dilində isə 

beşinci  nömrəsindən  " mühərrirləri:  Ceyhun  bəy  Hacıbəyli  və  Şəfi  bey  Rüstəmbəyli"  imzalan  ilə  buraxıl-mışdır.  1918  il 

noyabrm  28-dən  Azə rbaycan  dilində  olan  nö mrə lər  C.Hacıbəylinin,  rus  dilindəki  nö mrə lər  isə  Şəfi  bəy  Rüstəmbəylinin 

redaktorluğu  ilə  çıxmışd ır.  Paris  sülh  konfransında  (1919-20)  iştirak  etmək  üçün  Azərbaycan  Xalq  Cü mhuriyyəti 

nümayəndə heyətinin tərkib inə müşavir kimi "Azərbaycan" qəzetinin redaktoru C.Hacıbəyli də daxil edilmişdi. Qəzetin 1919 

il 9 yanvar tarixli 83-cü nö mrəsində Ceyhun bəy Hacıbəyli "Möhtərəm qare lərimizə" mürac iətində yazırdı: "Vətən və millət 



yolunda əlimdən gələn xidməti və öhdəmə düşən vəzifəmi qəzetimizin müdiri sifətilə ifaya məşğul ikən, vətən övladlarının 

xahiş və əmrinə müti olaraq cahan sülh konfransına göndərilməklə öhdəmə daha ağır və məsuliyyətli, lakin müqəddəs 

bir vəzifə düşdü. 

Bu böyük xidməti möhtərəm arkadaşlarım ilə bərabər ifa üçün Avropaya getmək lazım olduğuna görə, qəzetə 

idarəsi işindən müvəqqəti olaraq ayrılıb əziz vətənimizin istiqlalı məsələsinin istədiyimiz yoldakı həlli-hüsn ifasından asılı 

olan məsul vəzifəmizin haqqında var qüvvəmizlə çalışacağımızı əlavə etməyi və möhtərəm oxucularımıza kamali-sidq və 

səmimiyyət ilə xudahafiz deməyi özümə fərz bildim". 

Bununla  əlaqədar  ola raq,  1919  il  yanvarın  16-da  bura xılmış  89-cu  nömrəsindən  etibarən  "Azərbaycan"  qəzetini 

redaktor kimi Üzeyir bəy Hacıbəyli imzalamışdır. 

Parisdə  C.Hacıbəylinin  fransız dilində "İlk  müsəlman  respublikası Azə rbaycan" (1919) adlı  kitabı çapdan çıxmış -

dır.  Həmin  ildə  C.Hacıbəylin in  Parisdə  "Revyü  de  Monde  müzü lman"  jurnalında  1918  ildə  Bakıda,  eləcə  də  Şamaxı, 

Kürdəmir və  Xaçmazda erməni-daşnak quldur dəstələrinin  azərbaycanlı əhalini kütləvi şəkildə qırmasını  kəskin  ifşa edən 

məqaləsi çap olun muşdur. O, Pa risdə "Fransa-Qafqaz" ko mitəsinin işinə cə lb edilmişdi. C.Hac ıbəyli Aprel işğalından (1920) 

sonra  Vətənə  dönə bilmə miş,  Pa risdə  qalmağa  məcbur  olmuş,  ömrünü  mühacirətdə  başa vurmuşdur.  Parisdə  Azərbaycan 

mədəniyyətinin təbliği yönündə qızğın fəaliyyət göstərmişdi. 1920 ilin əvvəllərində Ü.Hacıbəylinin "Arşın mal alan" musiqili 

ko mediyasını  fransız  d ilinə  tərcü mə  etmiş  və  əsər  həmin  il  tamaşaya  qoyulmuşdur.  1926  ildə  çap  etdirdiyi  "Azərbaycan 

teatrı" adlı  məqaləsində o,  fransız o xucularına Hüseyn Cavid və Cəfər Cabbarlının yaradıcılığ ı haqqında  məlu mat vermişdir 

("Revyü de Monde müzülman",  №3). "Ümu mi yenidənqurma problemində Azərbaycanın iqtisadi bərpası" əsərində (1922-

23)  C.Hacıbəyli  təbii  sərvətlərdən  səmərəli  istifadə  edilməklə  A zərbaycanın  müstəqil  iqtisadi  inkişafı  ideyasını 

əsaslandırmışdır. 1928 ildə nəşr etdirdiy i " XIX əsrin əvvəlləri Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov" məqaləsində 

Azərbaycan  tarixşünaslığı  və  arxeologiyasının  banisi,  ensiklopedik  biliyə  malik  Abbasqulu  ağa  Bakıxanovu  fransız 

oxucularına  tanıtmışdır  ("Jurnal  Aziatik",  iyul-sentyabr,  1928).  Onun  1905-10  illər  A zərbaycan  mətbuatı  tarixinə  dair 

məqa ləsi ("Aziatik Revyü" jurnalı, 27-c i c ild, №90, 1931) isə xa lqımızın mədəniyyətini öyrənən Qə rbi Avropa alimlə ri üçün 

istiqamətverici mənbə rolu oynamışdır. C.Hacıbəylinin 1933 ildə çap etdirdiyi "Qafqaz Azə rbaycanının Qarabağ dialekt i" adlı 

elmi  məqa ləsi  ("Jurnal  A ziatik"  yanvar-may,  1933)  A zərbaycan  və  Qərb i  Avropa  dilç iliy i  üçün  indi  də  ö z  əhə miyyətini 

itirmə mişdir. 

Məşhur fransız şərqşünasları A.Beniqsen və Ş.Le merse Ke lke jenin  1964  ildə Pa risdə fransız dilində nəşr etdirdik-

ləri "Rusiyada 1920 ilə  qədər ç ıxan müsəlman  mətbuatının tarixi" ad lı əsərin  müqəddiməsindən məlu m o lur ki, Azə rbaycan 

mətbuatına dair fəslin hazırlan masında C.Hac ıbəyli də iştira k et mişdir. 

C.Hacıbəyli  Əbdürrəh man  bəy  Fətəlibəyli-Düdənginskinin  təşkil  etdiyi  "Azərbaycan  Milli  Birlik  Məclisi"  idarə 

heyətinin  üzvü,  Məc lisin  orqanı  olan   "Azərbaycan"  jurnalının   (Mün xen)  redaktoru   olmuşdur  (1954  ildə   nəşri  dayan-

dırılmışdır). 

Ceyhun bəy Hacıbəyli ö mrünün son illərində SSRİ-ni öyrənən institutun Parisdə fransızca nəşr etdiyi "Qafqaz" jur-

nalının  A zərbaycan  bölməsində  gedən  yazıların  redaktəsi  ilə  məşğul  olmuşdur.  1959  ildə  həmin  institutun  xətti  ilə 

Münxendə Ceyhun Hacıbəylinin "Azərbaycanda islam əleyhinə təbliğat və onun metodları" əsəri çap o lunmuşdur. 

Ceyhun  Hacıbəylin in  şəxsi  fondunu  YUNESKO-nun  əməkdaşı  Ramiz  Abutalıbov  böyük  zəhmət  və  çətinliklər 

bahasına  toplamış  və  Azərbaycana  gətirmişdir.  Həmin  materiallar  hazırda  Salman   Mümtaz  ad ına  Respublika  Dövlət 

Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunur. 

 

Əsərləri: Избранное, Б., 1993





Əd.:  Əliyev  M.,  Ceyhun  Hacıbəyli,  "Azərbaycan  Demo kratik  Respublikası:  Azərbaycan  Höku məti  (1918-1920)" 

kitabında, B., 1990. 



 

 

 

 

 

 

 

 




Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   282


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə