[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə260/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   256   257   258   259   260   261   262   263   ...   282

434 

 

HACIBƏYLĠ    (Hacıbəyov)  Üzeyir  Əbdülhüseynoğlu  (18.9.1885,  Şuşa  qəzasının  Ağcabədi  k.  -  23.11.1948,Bakı)  -  dahi 

Azərbaycan bəstəkarı, musiqişünas alim, publisist, dramaturq,  pedaqoq  və ictimai   xadim.  M üasir Azərbaycan peşəkar musiqisinin və 

milli operasının banisi. Xalq  artisti (1938), Dövlət mükafatları Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor (1940). Bəstəkarlar 

İttifaqının  sədri  (1938-48),  Azərbaycan  Dövlət  Konservatoriyasının  (indiki  Bakı  Musiqi  Akademiyası)  rektoru  1928-29;    1939-48), 

Azərbaycan Elmlər Akademiyası İncəsənət İnstitutunun direktoru (1945-48) olmuşdur. 

Üzeyir bəy Hacıbəyli kənd mirzəsi ailəsində doğulmuş, valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra ilk təhsilini buradakı 

ikisinifli rus-Azərbaycan məktəbində almışdır. Şuşanın zəngin musiqi-ifaçılıq  ənənələri Üzeyir Hacıbəylinin 

musiqi  tərbiyəsinə  müstəsna  təsir  göstərmişdir.  Onun  ilk  musiqi  müəllimi  xalq  musiqisinin  gözəl  bilicisi, 

dayısı Ağalar Əliverdibəyov olmuşdur. Üzeyir bəy Hacıbəyli 1897-98 illərdə Əbdürrəhim bəy Haqverdiyevin 

rəhbərliyi və məşhur xanəndə Cabbar Qaryağdı oğlunun ifası ilə  Şuşada  göstərilən "M əcnun Leylinin məzarı 

üstündə"  səhnəciyində  xorda  iştirak  etmişdi.  1899-1904  illərdə  Qori  Müəllimlər  Seminariyasında  təhsil 

almışdır.  Onun  dünya-görüşünün  formalaşmasında  seminariya  böyük  rol  oynamışdır.  Üzeyir  bəy  Hacıbəyli 

seminariya  illərində  qabaqcıl  dünya  mədəniyyəti,  rus  və  Qərbi  Avropa  musiqi  klassiklərinin  əsərləri  ilə 

yaxından tanış olmuş, skripka və baritonda çalmağı öyrənmiş,  xalq  mahnı nümunələrini nota köçürmüşdür. 

Seminariyanı bitirdikdən sonra Üzeyir bəy Hacıbəyli 1904 ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim 

təyin edilmişdi.1905 ildə Bakıya köçərək, Bibiheybətdə, sonralar isə " Səadət" məktəbində dərs demiş, 1907 

ildə Bakıda "Hesab məsələləri" və "M ətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əs gəri sözlərin türki-

rusi və rusi-türki lüğəti"ni nəşr etdirmişdir. 

Üzeyir  bəy  Hacıbəyli  bədii  yaradıcılığa  publisistika  ilə  başlamış,  "İttihad",  "Həyat",  "İrşad",  "Tərəqqi",  "Həqiqət",  "İqbal", 

"Yeni iqbal" qəzetlərində və "M olla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs" və s. 

gizli imzalarla dövrün mühüm ictimai-siyasi, sosial, mədəni-maarif məsələlərinə dair çoxlu publisistik məqalə, felyeton, hekayə və satirik 

miniatürlər dərc etdirmiş, N.B.Qoqolun "Şinel" povestini Azərbaycan dilinə çevirmişdir. 

Üzeyir  bəy  Hacıbəylinin  1908  il  yanvarın  12  (25)-də  Bakıda  Hacı  Zeynalabdin  Tağıyevin  teatrında  göstərilən  "Leyli  və 

M əcnun"  operası  ilə  təkcə  Azərbaycanda  deyil,  bütün  müsəlman  Şərqində  opera  sənətinin  əsası  qoyulmuşdur.  Bəstəkar  operanın 

librettosunu M əhəmməd Füzulinin eyni  adlı poeması əsasında özü yazmışdır. Üzeyir bəy Hacıbəyli 1909-15 illərdə bir-birinin  ardınca 

"Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşid banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) 

muğam operalarını bəstələmişdir. Bu operaların da librettolarını xalq dastanları, rəvayətləri və Firdovsinin "Şahnamə" eposunun motivləri 

əsasında  bəstəkar  özü  yazmışdı.  Üzeyir  bəy  Hacıbəylinin  dramaturgiya  sahəsindəki  fəaliyyəti  Azərbaycan  ədəbiyyatında  mühüm  yer 

tutur. O,  Azərbaycanda  musiqili  komediya  janrının  yaradıcısıdır  (komediyalarının  mətninin  də  müəllifi  özüdür).  Onun  "Ər  və  arvad" 

(1910),  "O  olmasın,  bu  olsun"  (1911),  "Arşın  mal  alan"  (1913)  musiqili  komediyalarında  o  dövr  Azərbaycan  məişəti,  xalq  adət  və 

ənənələri əksini tapmışdır. Üzeyir bəy Hacıbəyli 1912 ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmoniya 

cəmiyyətinin  musiqi  kurslarında,  1914  ildə  isə  Peterburq  konservatoriyasında  oxumuşdur.  Peterburq  dövrü  bəstəkarın  yaradıcılığında 

mühüm rol oynamışdır. Lakin Birinci dünya müharibəsinin (1914-18) başlanması və  maddi  çətinliklər Üzeyir bəy Hacıbəylini təhsilini 

yarımçıq qoymağa  məcbur etdi. Üzeyir bəy Hacıbəylinin Azərbaycan teatr sənətinin inkişafında da mühüm  xidmətləri olmuşdur. Üzeyir 

və  Zülfüqar  Hacıbəyli  qardaşlarının  hələ  1916  ildə  yaratdıqları  "Hacıbəyli  qardaşlarının  opera-operetta  artisləri  dəstəsi"  Azərbaycan 

Xalq Cümhuriyyəti dövründə xüsusilə coşğun fəaliyyət göstərmişdir. Dövrünün müqtədir aktyor və rejissorlarını ətrafında toplayan truppa 

həftədə üç gün növbə ilə dram, komediya, opera və operetta tamaşaları göstərmişdir. Truppa ilk tamaşalardan biri (1918, 26 oktyabr) kimi 

Şəmsəddin  Saminin  "Gaveyi-ahəngər"  əsərini  seçmiş  və  tamaşanın  gəliri  Azərbaycanın  müstəqilliyi  və  istiqlaliyyəti  uğrunda  şəhid 

olanların ailələri üçün ayrılmışdı. 1918 il dekabrın 7-də, Azərbaycan Parlamentinin açılış günü "Hacıbəyli qardaşları" teatrı müdiriyy əti 

milli Parlamentə təbrik teleqramı gönd ərərək "...vətən və millətimizin azad istiqlalı uğrunda var qüvvəsi ilə çalışmaqla milli ədəbiyyat, 

milli mənəviyyat və  sənayeyi-nəfisəmizin azad və sərbəst tərəqqi və inkişafına bir vəsilə olacağına qüvveyi-imanda etimad" etdiyini 

bildirmişdi. 

Hərtərəfli  istedadını  doğma  xalqının  milli  və  sosial-siyasi  azadlığı,  tərəqqisi  uğrunda  mübarizəyə  həsr  etmiş  Üzeyir  bəy 

Hacıbəyli milli istiqlalın təcəssümü olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını sevinclə qarşılamış, var qüvvə və bacarığı ilə 

milli  dövlətçiliyin  təşəkkülü  və  inkişafı  işinə  qoşulmuşdur.  Onun  1918-20  illərdəki  fəaliyyəti  Cümhuriyyətin  rəsmi  orqanı  olan 

"Azərbaycan"  qəzeti  ilə  bilavasitə  sıx  bağlıdır.  Üzeyir  bəyin publisistik  məqalə  və  felyetonları  hər  gün,  yaxud  günaşırı  "Azərbaycan" 

qəzetində çap olunur, b əzən isə bir nömrədə müxtəlif imzalarla iki yazısı çıxırdı. Qəzetin ilk redaktoru Üzeyir Hacıbəylinin kiçik qardaşı 

Ceyhun bəy olmuşdu. Üzeyir bəy Hacıbəylinin özü isə 1919 il yanvarın 16-da çıxmış 89-cu sayından başlayaraq "Azərbaycan" qəzetinin 

redaktoru olmuşdur. Bu vaxtdan "Azərbaycan" qəzeti "M üvəq-qəti müdir: Üzeyir bəy Hacıbəyli" imzası ilə buraxılmış və bu imza qəzetin 

həmin il 30 iyun tarixli 215-ci sayına qədər davam etmişdir. Üzeyir bəy iki aylıq müalicədən qayıtdıqdan sonra, 1919 ilin sentyabrından 

etibarən yenidən "Azər-baycan" qəzetində işə başlamış və 1920 il aprelin 27-nə kimi qəzetin müdiri işləmişdir. 

Üzeyir bəy Hacıbəyli qəzetə rəhbərlik etməklə, onun ideya istiqamətini müəyyənləşdirmiş, Azərbaycanın müstəqil dövlət kimi 

möhkəmlənməsinə çalışmışdır. "Azərbaycan"dakı fəaliyyətində Üzeyir bəy Hacıbəyli özünü istedadlı, bacarıqlı, dərin düşüncəli və milli 

məsləkli  publisist  kimi  göstərmişdir.  Qəzetin  səhifələrində  Üzeyir  bəy  Hacıbəylinin  Azərbaycan  tarixinə,  siyasi  vəziyyətinə, 

iqtisadiyyatına, sənayesinə (xüsusilə, neft sənayesinə), maarif və mədəniyyətinə və s. aid 100-dən çox məqaləsi dərc olunmuşdur. Müasir 

ictimai-siyasi  durumla  yaxından  səsləşən  "M ühüm  məsələlər",  "Partiyalarımıza",  "Təəssürat",  "İstiqlal  və  istiqbal  ümidi",  "Tarixi 

günümüz", "Andronik məsələsi", "Vəzifəmiz nədir", "Lənkəran faciəsi", "Kim nəyin fikrində imiş", "Fitnələr qarşısmda", "Naxçıvan və 

Qarabağ", "Qarabağ haqqında", "İçimizdəki denikinlər", 

 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə