[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə267/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   263   264   265   266   267   268   269   270   ...   282

448 

 

vəziyyəti,  məh kə mə  o rqanlarınının   quruluşu  və  fəaliyyəti,  əyalət  idarəçilik  forma ları,  seçki  sistemi  ilə  bağlı  onu 



maraqlandıran  məsələlər  haqqında  ətraflı  məlu mat  almışdı.  Harbord  missiyasına  daxil  olan  polkovnik  Hill  və  digərləri 

Bibiheybətdə,  Qaraşəhərdə  və  digər  sənaye  rayonlarında  da  olmuşdular.  "Azərbaycan"  qəzeti  A me rika  missiyası  ilə 

danışıqlar barədə məlu matında qeyd edirdi ki, A zərbaycan Xalq Cü mhuriyyətinin  siyasi və iqtisadi vəziyyətindən razı qalan 

Harbord Azə rbaycanın istiqlaliyyətinin Paris sülh konfransı tərəfindən tezliklə  tanınacağını söylə mişdi. 

Harbordun  Bakıya  qısa  müddətli  səfərindən  şəhərin  ermən i  əhalisi  və  onların  milli  təşkilatları  da  istifadə  etdilər. 

Ermənistan hökuməti general  Harbordun Tiflis ə və Bakıya səfər edəcəyini nə zərə a laraq, hər iki şəhərdə olan erməni  milli 

təşkilatla rına  və ermən i  kilsələ rinə  ü mu mermən i tə ləbləri ilə  bağlı ona sənədlər təqdim et mək barədə qabaqcadan tapşırıq 

vermişdi.  Bu  təşkilatlar  şəhərin  erməni  əhalisi  adından  general  Harborda  müraciət  təqdim  etdilər.  Müraciət  elə  tərtib 

edilmişdi ki, guya Azərbaycanda hər şey ermənilərə məxsus olmuşdur və ən maraq lısı odur ki, mü raciətdə "Azərbaycan" adı 

bir dəfə də  olsun çəkilmirdi. Ba kı e rməniləri 1918-19 illə rdə cərəyan edən hadisələri, o  cümlədən A zərbaycan xa lqına  qarşı 

ermənilərin törətdikləri soyqırımla rını da A me rika missiyasına saxtalaşdırılmış şəkildə təqdim et mişdilə r. 

Oktyabrın  8-də  Harbordun  missiyası Batu mdan Fransaya yola düşməli o lduğu üçün Bakıdan birbaşa Batuma getdi. 

Azərbaycan xarici işlər naziri  Harbordu Batu ma qədər  müşayiət edərək, Cü mhuriyyətin  xa rici və da xili siyasətinin bir sıra 

mühü m  məselələrini  ona  aydmlaşdırdı.  A merikanlar  Batumda  olan  " m.  Vaşinqton"  g əmisində  Azərbaycan  xarici  işlər 

nazirin in  şərəfinə  ziyafət  verd ilər.  Oktyabrın   8-də  isə  Azərbaycan  konsulluğunda  gürcülərlə  birlikdə  Cey ms  Harbordun 

şərəfinə  ziyafət  məclisi  təşkil  edildi.  A zərbaycan  və  Gürcüstan  nümayəndələri  ilə  Batu m  danışıqlarında  amerikanlar 

bacarıqlı  və  işgüzar  adamlardan  təşkil  olun muş  Azərbaycan  hökumətin in,  bir  sıra  maneələrə  baxmayaraq,  ço x  iş  görə 

bildiy ini  xüsusi  qeyd  etdilər.  General  Harbord  A zərbaycanın  sülhsevər  xarici  siyasətinin  onda  xoş  təəssürat  yaratdığını 

xüsusi qeyd etdi. Batu mdan yola düşməzdən əvvəl general  Harbord Azərbaycan Xalq  Cü mhuriyyətinə səfər zamanı aldığ ı 

xoş təəssürata görə Azərbaycan höku mətinin  başçısı N.Yusifbəyliyə təşəkkür məktubu göndərdi. Harbord  yazırd ı: "Mən və 



mənim  missiyamda  olan  zabitlər  xalqınız  və  ölkəniz  haqqında  ən  yaxşı  fikirləri  özümüzlə  aparırıq  ki,  qonşularınızın 

böyiik dövlətlər arasında yaratdığı narazılıq sizin tərəqqinizə mane olmasın ". 

Harbordun  başçılıq  etdiy i  A merika  missiyası  oktyabrın  16-da  Parisə  gəldi  və  Birləşmiş  Ştatların  Versalda  o lan 

dövlət katibin in müav ini F.Polka, az sonra is ə ABŞ dövlət departamentinə məruzə təqdim etdi. Harbordun məru zəsinin qısa 

mah iyyəti  ondan  ibarət  idi  ki,  hər  üç  respublika  Qərb  nöqteyi-nəzərindən  o  qədər  də  yaxşı  vəziyyətdə  deyildir.  Onun 

fikrincə, Qafqa zda iqtisadiyyat və maliyyə sistemi fə lakət li dərəcədə dağılmışdır, Gü rcüstanda "qırmızı təhlükə" - bolşevizm 

təhlükəsi  güclüdür,  Azərbaycanda  idarəçilik  üçün  yerli  kadrlar  çatış mır,  Ermən istan  isə  xarabalığ ı  xat ırladır.  Hər  üç 

respublikanın  siyasi  istiqaməti  Harbord  tərəfindən  belə  müəyyən  edilirdi:  Gü rcüstan  müstəqillik  ü zərində  israr  edir, 

Ermənistan, yəqin ki,  Rusiya  mandatına tərəfdardır, A zərbaycan isə Türkiyəyə  meyllid ir və  xristianla ra etibar et mir,  lakin 

onların təhsil görmüş nümayəndələri xarici əlaqələrin inkişaf etdirilməsinin zəru riliyini başa düşürlər. Ümu miyyətlə, mandat 

məsələsində Harbordun fikri be lə id i ki, Cənubi Qafqa z vahid bir mandatlıqda b irləşmə lidir. La kin  bu mandatın A me rikaya 

verilməsi məsələsində onun fikri müsbət deyildi. 

General Harbord öz  məru zəsində ermənilərin toruna düşmüş ABŞ siyasi  xad imlərinə bildirirdi ki, ermənilər üçün 

nəzərdə  mtulan  ərazilərdə  türklər  hələ  ermənilər  oradan  çıxan lma zdan  əvvəl  çoxluq  təşkil  edirdilər  və  bütün  ermən i 

qaçqınların ın  ora  qayıdacağı  halda  da,  türklər  yenə  ço xluq  təşkil  edəcəklər.  Harbord  erməni  məsələsi  ilə  tanış  olduqdan 

sonra qəti surətdə bu fıkrə  gəlmişdi ki, ABŞ Ermənistana hər hansı vəkalət vermə kdən imt ina et mə lid ir. 

General  Harbordun  missiyanın  yekunları  barədə  hazırladığı  məru zə  belə  bir  nəticə  çıxarmağa  əsas  verir  ki,  o, 

Cənubi Qa fqazın və İstanbulun bir  mandatlıqda birləşdirilməsinə tərəfdar olmuşdur. Ha rbord bu  mandatın ABŞ tərəfindən 

götürülməsinə etiraz edird i. 

Harbord missiyası Amerika  Birləşmiş Ştatlarının Qafqaz  mandatlığ ına olan  marağına son qoydu və Amerika siyasi 

dairələ rində geniş yayılmış ermən ipərəst əhvali-ruhiyyəyə də ağır zərbə vurdu. 



 

Əd.: 

Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993.

 

 

"HAS KEL  LAYĠHƏLƏRĠ"  - Antanta dövlətlərin in "Ermənistan" adlandırılan əraziyə ali ko missar təyin etdikləri 

amerikalı  polkovnik  V.Haskel  tərəfindən  1919  ilin  sentyabrında  hazırlan mış  sənəd.  Həmin  sənəddə  Amerika  Birləş miş 

Ştatlarının  əlverişli  strateji  mövqedə  yerləşən  Naxçıvan  bölgəsində  möhkəmlən mək  plan ları  öz  əksini  tapmışdı.  Layihədə 

Naxçıvan  və  Şəru r-Dərələyəz  qəzalarının  əlahiddə  bitərəf  zona  elan  edilməsi  və  bu  ərazidə  Naxçıvan  general-

qubernatorluğunun yaradılması nəzərdə tutulurdu. Ətraflı məlu mat üçün bax Naxçıvanda Amerika general-qubernatorluğu. 

HAġ IMBƏYOV Əliyar bəy Mehdi oğlu (8.3.1856, Bakı - 1920) hərbi xad im, general-mayor (1908). İlk təhsilini 

realnı  məktəbində  almış,  1871  ildə  Tiflisdə  hərbi-p iyada  məktəbinə  daxil  olmuş,  çar  ordusunda  xid mət  etmiş,  qüsursuz 

xid mət lərinə görə üçüncü dərəcəli "Müqəddəs Stanislav" (1889), üçüncü dərəcəli "Müqəddəs Anna" (1894),  ikinci dərəcə li 

"Müqəddəs Stanislav" (1895), ikinci dərəcəli "Müqəddəs Anna" (1898) və "Müqəddəs Vlad imir" (1904) ordenləri  ilə təltif 

olunmuşdur.  Birinci  dünya  müharibəsində  (1914-18)  artilleriya  qoşunların ın  piyada  h issələrində  xid mətə  başlamış,  3-cü 

Qafqa z araba-karvan briqadasının ko mandiri o lmuşdur. 

1917  ildə  istefaya çıxan  Haşımbəyov 1918 ildə A zər-baycan Xa lq Cü mhuriyyətində könüllü  xid mətə başlamışdır. 

Haşımbəyov Cü mhuriyyət dövründə daxili  işlər nazirinin  müavin i, Zaqatala general-qubernatoru, Cənub-qərbi Azərbaycan 

general-qubernatoru, Hərb i  intendant (ləvazimat)  idarəsinin  rə isi və zifə lərində işlə mişdir.  1920 ildə  bolşeviklə r tərəfindən 

güllələn mişdir. 



 

Əd.: 

Nəzirli Ş., Arxivlərin sirri açılır, B., 1999.

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə