[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə268/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   264   265   266   267   268   269   270   271   ...   282

449 

 

HEYDƏROV  İbrahim  Qasım  bəy  oğlu  (1879,  Dərbənd  -  ?)  -  Temirxan-Şurada  realnı  məktəbi,  Peterburqda  yol 

mühəndisliy i  institutunu  (1904)  b itirmişdir.  Dağ ıstandan  və  Zaqatala  dairəsindən  3-cü  Dövlət  dumasına  üzv   seçilmişdir. 

Heydərov Bakı şəhər idarəsinin üzvü, idarən in təsərrüfat şöbəsinin müdiri idi. 

1907  ildə "Nəşri-maa rif‖  cə miyyətin in  idarə heyətinə da xil olmuşdur.  1913  ildə  A.Babayevlə birlikdə "Dəyanət" 

neft-sənaye  cə miyyətini  təşkil  et mişdir.  1914  ilin   yanvarında  "Səfa"  xeyriyyə  cəmiyyəti  idarə  heyətinin  üzvü,  1916  ilin 

martında isə "Nicat" cəmiyyətinin sədr müavini seçilmişdir. 

Heydərov Fevral  inqilabından sonra müs əlman  ziya lılarının  1917  il  ma rtın  16-da  Bakıda  keçirilən  iclasına sədrlik 

etmiş,  Qafqaz  müsəlman ları  qurultayı  (1917,  15-20  aprel,  Bakı)  rəyasət  heyətinin  ü zvü  seçilmişdi.  Xüsusi  Zaqafqaziya 

Ko mitesi  (1917)  Heydərovu  Dağıstan  vilayətində  Müvəqqəti  hökumətin  ko missarı  təyin  etmiş,  la kin  Dağıstan  İcraiyyə 

Komitəsinin  sosialist  üzvləri,  sosial-demokrat  olmasına  ba xmayaraq,  onun  namizədliyinə  qəti  etira z  et mişdilər.  Xüsusi 

Zaqafqaziya   Ko mitəsi  güzəştə  gedərək,  Dağ ıstanda  idarəçiliy i  həyata  keç irmə k  üçün  Heydərovun  da  daxil  o lduğu  üç 

nəfərdən ibarət xüsusi heyət yaratmışdı. 

Bir ço x dağlı  liderləri,  ictimai  xadimləri  kimi  Heydərov da məhz  Bakı  mühitində yetişmiş, Şimali  Qafqaz dağlıla-

rın ın  azad lıq  hərəkatına  rəhbərlik  etmişdir.  Fevral  inqilabından  (1917)  sonra  vətənə  dönmüş,  azadlıq  hərəkatını  təş-

kilatlandırmaq istiqamətində iş aparmışdır. Heydərov türk dilinin təhsil d ilinə çevrilməsi ideyasını dəstəkləmiş, hətta 1917 il 

iyunun 15-də Te mirxan -Şurada  müə llimlə r üçün türk dili  kursları açanlardan biri olmuşdur. Heyd ərov Dağıstan Müsəlman 

Milli Ko mitəsinin ü zvü id i. Ko mitənin siyahısı ilə Rusiya Müəssislər məc lisinə seçilmişdi. 

İbrahim  Heydərov  Zaqafqaziya  seymində sosialist  blokunun  üzvü,  1918  il  aprelin  26-da  yaradılmış  Zaqafqaziya 

Demokratik  Federativ  Respublikası  höku mətində  dövlət  nəzarəti  naziri  idi.  Sey min  nü mayəndə  heyətinin  tərkibində 

Trabzon  konfransında  iştirak  etmişdir.  Bakıda  türk-müsəlman   əhalisinə  qarşı  daşnak-bolşevik  qüvvələri  tərəfindən 

törədilmiş soyqınmı  ilə bağlı 1918  il aprelin   20-də  Hey-dərov Zaqafqaziya seymin in ad mdan  Bakı Soveti ilə danı-şıqlara 

göndərilmiş,  Bakıya  çatan  kimi  bolşeviklər  tərəfindən  həbs  olunmuşdu.  Bununla  əlaqədar  o laraq,  Zaqafqaziya  seyminin 

üzvü  Camo  bəy  Hacınski  Heydərovun  azad  edilməsi  üçün  təcili  tədbirlər  görməyi  təklif  etmişdi.  Bir  müddət  Bakı  Xalq 

Ko missarları  Sovetində  quberniya  komissarı  vəzifəsində  işləmişdir,  bu  vəzifədən  "Hü mmət"  təşkilatının  təklifi  ilə  kənar 

edilmişdir. Heydərov Şimali  Qafqaz  Dağlı Xalqları İttifaqı Respublikası hökumətinin səlahiyyətli nümayəndəsi kimi,  1918  il 

noyabrın  28-də  Azərbaycan  Xalq  Cü mhuriyyəti  ilə  Şimali  Qafqaz  Dağlı  Xalqları  İttifaqı  Respublikası  arasında  müqaviləni 

imza layanlardan biri olmuşdur. 

Dağlılar Respublikası hökumətinin 1918 il dekabrın 19-da təşkil o lunan yeni tərkib ində yollar və poçt-teleqraf naziri 

təyin  olunmuşdur.  Höku mət  tərə findən  Avropa  dövlətləri  ilə  danışıq lara   göndərilən  yeni  nü mayəndə  heyətinə  daxil 

edilmişdir.  Denikin  qoşunlarının   müda xiləsi  nəticəsində  Dağlılar  Respublikası  höku mətin in  bura xılması  ilə  və  sabiq 

hökumət  üzv lərinə  qarşı  təqiblərlə  əlaqədar  Bakıya  qayıt mış,  Azərbaycanın  ictimai-siyasi  həyatında,  xeyriyyə  kon-

sertlərinin, teatr tamaşaların ın, o cümlədən Üzeyir bəy Hacıbəylinin " Leyli və Məcnun" operasının, Ağa Əminovla birlikdə 

"Azərbaycan gecələrinin" təşkilində fəa l iştirak et miş, 1920 ildə Fransaya mühacirət et mişdir. 



 

Əd.:

Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001;  Süleymanova S., Azərbaycanda ictimai-siyasi hərəkat (XIX yüzilliyin sonu - XX 

yüzilliyin əvvəlləri), B., 1999; Göyüşov A., 1917-1920-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi, B., 2000. 

 

HƏBĠBULLA  XAN  (?-?)-  İranın  A zərbaycan  Xalq  Cü mhuriyyətində  konsulu.  1918  ilin  iyulunda,  Qafqaz  İslam 

Ordusunun hərbi uğurları şəra itində ölkənin türk-müsəlman əhalisinin nifrətin i qa zan mış S.Şau myanın başçılıq etdiyi Ba kı 

Xalq  Ko missarları  Soveti  istefa  verməyə  məcbur  oldu.  Hakimiyyətə  keçən  daşnak  və  eser-menşeviklərdən  ibarət 

"Sentrokaspi diktaturası" ingilislərdən gözlənilən  kö məy i ala bilmədi. Qafqaz İslam Ordusuna müqavimət göstərə bilməyən 

"Sentrokaspi diktaturası" əlverişli təslim şərtlərinə nail o lmaq üçün bu zaman  İranın  Bakıdakı  konsulu olan Həbibulla  xan ı 

vasitəçi seçdi. 

Sentyabrın 1-də İran konsulu Bakın ı müdafiə edən Qərb cəbhəsinin komandanı ilə birlikdə Beşinci Qafqaz firqəsinin 

qərargahına getdi. Ba kının təslim şərt lərinin mü za kirəsi za manı "Sentrokaspi" hökumət inin, İran, A BŞ, İsveç və Danimarka 

konsulların ın və bir  ingilis  zabitinin də  iştirak etdiyi beynəlxalq heyətin yaradılması təklifi  irəli sürüldü. Türk qay məqamı 

Rüşdi bəy Bakıya gələrək, buradan sülh heyəti ilə geri qayıtdı.  Bakıdan gələn heyətlə şəhərin qeyd-şərtsiz təslim edilməsi, 

dövlət əmlakının təhvil verilməsi, türk, Avstriya və alman əsirlərinin azad olun ması şərtilə saziş bağlandı. 

Bağlan mış saziş və Qafqaz İslam Ordusunun sürətli hücumu erməni birliklərini tələm-tələsik gəmilərə dolub şəhəri 

tərk et məyə  məcbur etdi. Təslim a ktı nəticəsində tərəflə r arasında küçə döyüşlərinin baş vermə məsi  Ba kın ı geniş  miqyaslı 

dağıntılardan xilas etdi. 

 

Əd:. 

Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993;  Yüceer Nəsir, Birinci dünya 

müharibəsində osmanlı ordusunun Azərbaycan və Dağıstan əməliyyatı, B., 1999. 

 

HƏKĠMLƏRƏ  YARDIM  BÜROS U  A zərbaycan  Xalq   Cü mhuriyyəti  dövründə  qeyri-höku mət  tibb  cəmiyyəti. 

1920 ildə Bakı şəhərində həkimlə r cə miyyəti nəzd ində yaradılmışdı. Büronun vəzifəsi boş iş yerlərini qeydə almaq, işsizləri 

həmin  yerlərə  yerləşdirmə k,  onlara  b irdəfə lik  ya xud  va xtaşırı  pul  yard ımı  göstərmə k  idi.  Büro  şəhər  idarəsi  tibb-sanitar 

şöbəsinin  nəzdində  fəaliyyət  göstərirdi.  Şəhər  idarəsi  tibb-sanitar  şöbəsinin  ü zvü  Şərifov  və  həkimlər  A.Neşeretov, 

A.İ.Okinşeviç  büronun  üzvləri  idilər.  1920  ildə  A zərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  həkimlərə  yardım 

bürosunun fəaliyyəti dayandırıld ı. 



HƏRB  DÖVRÜ  ÜÇÜN  QANUNLARIN  TƏTBĠQĠ  HAQQINDA  QƏRAR  - Azərbaycan Xalq  Cü mhuriyyəti 

Höku məti tərəfindən 1918 il iyunun 23-də qəbul edilmiş sənəd. Höku mətin A zərbaycan Xalq Cü mhuriyyəti ərazisində hərbi 

vəziyyət elan olun ması barədə 1918 il 19 iyun tarixli qərarına əsasən hazırlan mışdı. Qə rara əsasən, mövcud mü rəkkəb hərbi-



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə