[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə269/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   265   266   267   268   269   270   271   272   ...   282

450 

 

siyasi  şəraitlə  əlaqədar  ölkə  vətəndaşları  üçün  bir  sıra  məhdudiyyətlər  müəyyənləşdirilird i.  Bəzi  cinayət  əməlləri  (qətl, 



soyğunçuluq, talan, hakimiyyətə silahlı müqavimət göstərilməsi, qadın ların oğurlan ması və onlara təcavüz edilməsi, yaşayış 

binalarının  yandırılması,  dəmir  yolunun,  telefon  və  teleqraf  xətlərin in  xarab  edilməsi  və  s.)  ü mu mi  təhqiqatdan  alınaraq, 

müharibə dövrünün qanunları əsasında mühakimə olun malı idi. Bu cinayət əməllərini törədənlər hərbi-istintaq komissiyaları 

tərəfindən  məsuliyyətə  cəlb  ed ilməli,  təhqiqatın  nəticələ ri  hərbi  məh kə mə lərə  göndərilmə li  idi.  Bundan  əlavə,  aşağıdakı 

əməllərin törədilməsinə qadağa qoyulurdu:  milli hissləri və əhalin in  mü xtəlif təbəqələrini bir-birinə qarşı q ızışdıran  yalan 

mə lu matla rın   və  şayiələrin  yayılması;   höku mətin  fəaliyyəti  və  qəra rla rı,  hə rbi  hissələrin  ə mə liyyatları  haqqında  yalan 

mə lu matla rın yayılması; hakimiyyət orqanların ın ra zılığı olmadan kütləvi yığıncaqla rın və  mit inqlərin keç irilməsi;  mü xtəlif 

odlu silahların, patronların, sursatın, partlayıcı  maddələrin gəzd irilməsi, saxlan ması və ticarəti.  Qərarın  elan ed ilməsindən 

sonra  iki  həftə  ə rzində  vətəndaşlar  malik  olduqları  silah-sursatı  dövlət  orqanlarına  təhvil  vermə li  idilər.  Qə rarın  qarşıya 

qoyduğu tələbləri yerinə yetirməyənlərə qarşı cəza tədbirləri də müəyyənləşdirilmişdi. 



 

Əd: 

Süleymanov M., Azərbaycan ordusu (1918-1920), B„ 1998

 

 

HƏRB DÖVRÜ  ÜÇÜN QANUNLARIN  TƏTBĠQĠ  HAQQINDA QƏRARA ƏLAVƏLƏR  - A zərbaycan Xalq 

Cü mhuriyyəti  Nazirlər  Şu rasının  Hərb  Dövrü  Üçün  Qanunların  Tətbiqi  Haqqında  Qərara  əlavə  olaraq  qəbul  etdiyi 

sənədlər.  Göstərilən  sənədə  iki  dəfə  əlavə  qəbul  edilmişdir.  1918  il  iyulun  15-də  imzalan mış  birinci  əlavə  iki  bənddən 

ibarətdir.  1-c i bənddə Hərb  Dövrü  Üçün  Qanunların Tətbiq i  Haqqında  Na zirlə r Şurasının   23  iyun 1918  il tarixli qərarına 

əsasən, müharibə dövrünün qanunları görə  mühakimə o lunan cinayət əməllərin in sırasına yeniləri də əlavə edilmişdi.  Bura 

dövlət  hakimiyyəti  əleyhinə  üsyan,  dövləti  xəyanət  və  güc  tətbiq  etməklə  dələduzluq  daxil  id i.  2-ci  bənddə  Əlahiddə 

Azərbaycan korpusu məhkə məsinin fəaliyyət norma ları dəqiqləşdirilirdi:  korpus məhkə məsinin ç ıxa rdığı hökm təsdiq üçün 

korpus  ko mandirinə  təqdim  olun malı  idi.  Korpus  ko mandirinə  hökmü   dəyişdirmə k,  müəyyən  edilmiş  cə za ları 

yüngülləşdirmək  və  ya  tamamilə  ləğv  etmək  səlahiyyəti  verilird i.  Müttəhimlərin   əfv  ərizələrinə  də  ko rpus  komandiri 

baxmalı idi. 

Nazirlə r  Şurasın ın  1918  il  iyulun  18-də  qəbul  etdiyi  ikinc i  ə lavədə  isə  inzibati  qaydada  cəzalandırılan  şə xslərin 

sırası tamamlan mışdı.  Bura ərzaq  məhsullarının və ilkin tələbat mallarının qiy mətlərinin süni yolla qaldırılmasında, onların 

gizlədilməsində, satışının dayandırılmasında və ya yuxarıda göstərilən  məhsulların satışından imt ina edilməsində günahkar 

bilinən şəxslər də da xil edilmişdi. 



 

Əd: 

Aзepбaйджанская Демократическая  Pecnублика   (1918-1920),  Армия (документы и материалы), Б., 1998;

 

 

HƏRBĠ-BAYTAR  ĠDARƏS Ġ - A zərbaycan Xalq Cü mhuriyyəti dövründə qoşun hissələrində istifadə olunan atlar 

və qoşqu heyvanlarının bəslənilməsi, mühafizəsi, müa licəsi və bundan ötrü müəyyən edilmiş xid mətlərin icrasın ı təşkil edən 

orqan. Müstəqil struktur kimi 1919  ilin əvvəlində fəaliyyətə başladığı güman edilir. Hərbi-baytar idarəsi qoşun hissələrində 

baytar  xid məti  göstərirdi.  Bu  xid mətdən  əsasən,  süvari  və  topçu  hissələrində,  həmç inin  p iyada  və  təchizat  bölmələ rində 

istifadə olunurdu. 

1919  ilin  martından  başlayaraq  hərbi  baytar  idarəsinin  rəhbərliyi  ilə  nalbəndlər  hazırlayan  4  təlim  dəmirçixanası 

açılmışdı. Həmin dəmirçixanalar 1-ci Tatar süvari alayında, 2-ci Qarabağ süvari alayında, 1-ci topçu briqadasında və nəhayət, 

2-c i  dağ  topçu  divizionunda  fəaliyyətə  başlamışdılar.  Bunlardan  başqa,  hərbi-baytar  idarəsinin  tabeliyində  baytar 

xəstəxanası da fəa liyyət göstərirdi. Hə rbi-baytar idarəsinə baytar həkimlə ri Ye rmonski və Kvitaşvili rəhbərlik et mişlə r. 

1920 il  martın 15-də hərbi nazirliy in digər təminat və təchizat strukturları  kimi hərbi-baytar idarəsi də Azərbaycan 

ordusunun təchizat rə isinin tabeçiliyinə verildi. 

HƏRBĠ  DƏMĠRYOLÇULAR  MƏKTƏBĠ  hərbi  xarakterli  yükləri  daşımaq,  dəmir  yolu  nəqliyyatı  işinin  hərbi 

tələblərə uyğun qurulması üçün mütə xəssislər hazırlayan təhsil  müəssisəsi. Məktəbin açılması ilə bağlı təşkilati  işlərə  1919 

ilin yazında başlanılmışdı.  Hərb i nazirlik strateji nəqliyyat vasitəsi kimi, bu sahənin təşkilinə  xüsusi diqqət yetirird i. Həm 

də, dəmir yolu nəqliyyatında çalışanların əksəriyyəti qeyri-a zə rbaycanlılar olduğundan onların etibarlılığ ı şübhə doğururdu. 

Hərbi  yüklə rin  daşınmasında  fasiləsiz  iş  rejiminə  və  sabit  vəziyyətə  nail  olmaq  üçün  1919  il  avqustun  10-da  hərbi 

dəmiryolçula r  məktəbi  təsis  edildi.  Baş  ərk ani-hərbin  rəisi  Mə mməd  bəy  Su lkev için   1919  il  28  may   tarixli  məktubuna 

əsasən, praporşiklər  məktəbinin 20 nəfər  məzunu yeni ixtisasa yiyələnmək üçün hərbi dəmiryolçular  məktəbinə göndərildi. 

Məktəbdə 120 nəfə r əsgərin təhsil alması plan laşdırılmışdı. Hə rbi na zirin ə mrinə  əsasən,  məktəb  1919  il sentyabrın 4-dən 

fəaliyyətə başladı. Məktəbin rə isi və zifəsi poruçik Qlu xova həvalə o lun muşdu. 

HƏRBĠ-DƏNĠZ  QÜVVƏLƏRĠ  -  A zərbaycan  Xalq  Cü mhuriyyəti  ordusunun tərkibində  formalaşdırılmış  silahlı 

qüvvələr növü. Cü mhuriyyət Hö ku məti obyektiv çətin liklər ü zündən hərbi-dəniz qüvvələrinin  təşkilinə 1919 ilin sonlarında 

başladı.  1918  ilin  sentyabrında  Bakın ın  "Sentrokaspi  diktaturası"  və  ingilis  müdaxiləçilərindən  təmizlən məsi  ərəfəsində 

buradakı  əsas  hərb  gəmiləri  -  "Qars",  "Ərdəhan"  və  "Astrabad"  Petrovsk-Porta  (Mahaçqala)  aparılmışdı.  1918  ilin 

noyabrında Bakını zəbt edən ingilis hərb i qüvvələri ad ları çəkilən  gəmiləri geri qaytarsa da, onları A zərbaycan Hö ku mətinə 

vermə miş,  öz  nə zarətində  sa xla mışdı.  Cü mhuriyyət  Hö ku məti  bir  neçə   dəfə  hə min  gə milərin  A zərbaycana  qaytarılması 

barədə  vəsatət  qaldırmışdı.  Be lə  ki,  xarici  işlə r  naziri  Mə mməd  Yusif  Cəfərov  1919  il  avqustun  4-də  Bakıdakı  müttəfiq 

qoşunlarının ko mandanı, ingilis generalı D.Şatelvorta müraciət edərək, paytaxtın və dəniz sərhədlərin in mühafizəsi, dövlətin 

ərazi bütövlüyünün qorunması üçün bir neçə hərb gəmisinin Azərbaycana verilməsini  xahiş etmişdi.  Xəzərdəki hərbi-dəniz 

qüvvələrinin əsas hissəsi Denikin in tabeliy ində olsa da, silahları sökülmüş bəzi hərb gəmiləri, o  cü mlədən "Qars", "Ərdə-

han" və "Astrabad" 1919 il sentyabrın əvvəllərində Azərbaycan Höku mət inin sərəncamına keç mişdi. 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə