[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə27/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   23   24   25   26   27   28   29   30   ...   282

70 

 

qorunması üçün bənd tikilməsinə 210  min  manat vəsait verildi. Hö ku mət nəqliyyat vasitələrin in təmiri və normal 



istismarı  məsələlərini  daim  diqqət  mərkə zində  saxlayırd ı.  1919  il  apre lin  28-də  Ba kıda  avto mobillə rin  ilkin  tə miri  və  

avtomobil  zavodunun s axlan ması üçün 175  min  manat vəsait ayrıldı. Hə mç inin,  Yo lla r  Nazirliyinə tapşırıld ı  ki, avtomobil 

zavodunun gəliri və xərc ləri haqqında əsaslı məru zə ha zırlasın. 

Azərbaycan Xa lq Cü mhuriyyəti o lduqca çətin və mü rəkkəb şəra itdə həyata keç irdiy i tədbirlə rlə ö lkədə  nəqliyyatın  

işini,  əsasən,  qaydaya sala  bildi.  Dəmir  yolu  və  su  nəqliyyatı,  neft  kəmərin in  istismarı  dövlət  xəzinəsinə  gəlir  gətirməyə 

başladı. 



Səhiyyə.  Rusiya  impe riyasının  ye ritdiy i  ayrı-seçkilik  siyasəti  nəticəsində  müstəmlə kə  əsarəti  alt ında  olan  d igər 

milli ucqarlarda olduğu kimi, A zərbaycanda da əhaliyə tibbi  xid mət ço x aşağı səviyyədə idi. Əhalinin sağlamlığını qoruyan 

dövlət  sistemi  yo x  idi.  İqtisadi  və  sosial  gerilik,  məişət  və  əmək  şəraitinin  aşağı  səviyyədə olması,  əhali  arasında  kəskin  

yoluxucu  xəstəliklərə  (ma lyariya, tra xo ma, vərə m və s.) qarşı pro fila ktik tədbirlə rin, de mək ola r ki, həyata keç irilmə məsi 

nəticəsində tez-tez ağ ır ep ide miya lar, kütləv i ölü m halları baş verird i. 

Azərbaycan Xa lq  Cü mhuriyyəti  Höku məti yarandığı gündən əhalinin  sağla mlığı qayğısına qalmış və  səhiyyə sa-

həsində  ciddi  tədbirlər  görmüşdür.  Bu  sahədə  ən böyük  uğurlardan  biri  ö lkən in  səhiyyə sisteminin  yaradılması  və  təşkili 

işlərinə bilavasitə rəhbərlik edən dövlət icra orqanının - Səhiyyə Nazirliy inin yaradılması idi. 1918 il iyunun 7-də Fətəli xan  

Xoyski tərə findən təşkil edilmiş  2-c i höku mət  kabinəsi  Gəncədə fəa liyyət göstərərkən Müsəl man Milli Şurası nəzdindəki 

qaçqın şöbəsi əsasında Azərbaycan Cü mhuriyyəti Xalq  Səhiyyəsi və Himayədarlıq Nazirliyi yarad ıld ı. Azərbaycanın ilk ali 

təhsilli cərrah həkimlərindən olan Xudadat bəy Rəfibəyli A zərbaycan Xalq Cü mhuriyyətinin xalq  səhiyyəsi və himayədarlıq  

naziri təyin edildi. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  Hö kumət i  Ba kıda  fəa liyyətə  başlayarkən  (1918,  sentyabr)  bu  nazirlik  əsasında  2 

yeni nazirlik yarad ıld ı: Xalq Səhiyyə Nazirliy i və Himayədarlıq və Dini Etiqad İşləri Nazirliyi. 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Parlament və Hökumət,  xüsusən də Xalq Səhiyyə Nazirliyi əha lin in sağ-

lamlığına  mənfi  təsir  göstərən  antisanitariya  ilə  ciddi  mübarizə  aparmağa,  xarici  mühit  və  məişət  şəraiti  ilə  bağlı  mənfi 

amilləri  aradan  qaldırmaqla  yolu xucu  xəstəliklərə,  ağır  epide miya lara  qarşı  profila ktik  tədbirlər  həyata  keçirməyə  başladı. 

Az vaxt içərisində  Gəncə yaxınlığındakı Zəyəm və Zurnabad kəndlərində taun (yoluxucu  xəstəlik) əleyhinə  məntəqə təşkil 

olundu. Səhiyyə şəbəkəsinin genişləndirilməsinə başlandı. Kənd yerlərində xəstə xanalar, a mbulatriyala r, feldşer məntəqələri 

və  s.  müa licə   müəssisələri  açıld ı,  yeni  tibb  ocaqlarının  bünövrəsi  qoyuldu.  Dövlət  tibb  müəssisələrini  dava-dərman la, 

avadanlıqlarla  təmin  etmək  məqsədilə  lazımi  tədbirlər  görü ldü.  Bunun  üçün  dövlət  aptek  anbarı,  laboratoriyası  və  s. 

yaradıldı.  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Parlamenti  və  Höku məti  sağlamlığ ın  mühafızəsinə  dair  vəzifələr  və  tədbirlər 

barədə bir sıra  qanun və qərarlar qəbul etdi. 

Cü mhuriyyət  Höku məti  tibb  xid məti  heyətini  genişləndirmək  məqsədilə  səhiyyə  sistemində  qısamüddətli  tibb  

işçiləri  kursları açdı.  Bütün bunların nəticəsi idi  ki, Xalq  Cü mhuriyyəti dövründə kənd yerlərində Səhiyyə Nazirliyinə tabe 

olan 33 kənd  xəstəxanası  fəaliyyət göstərirdi. On ların hərəsində  1 hə kim, 2 fe ldşer və  xid mətçi tibb bacıları işləy irdi.  Bu  

tibbi personal  6 çarpayılıq   kənd  xəstəxanalarında  xəstələrə  xid mət ed ir, ambulator  müalicəyə ehtiyacı olanlara  isə pulsuz 

tibbi yardım göstərirdi. 

Cu mh u riy y ə t in  s ə h iy y ə  n a ziri  Xu d a da t  bə y  Rə fib ə y li h ə mka rla r ı a ra s ın d a 

 

 




71 

 

Azərbaycan  Xa lq  Cü mhuriyyəti  dövründə  ölkənin  bütün  səhiyyə  qüvvələri  ermən i-daşnak  quldur  dəstələrinin  



törətdikləri  qanlı  faciələr,  vəhşiliklər  nəticəsində  d idərgin  və  qaçqın  salın mış  soydaşlarımızı  yerləşdirmək,  yaralılara  və 

xəstələrə t ibbi ya rdım göstərmə k sahəsində fəal  iştirak edir,  mü mkün o lan bütün tədbirləri görürdülər.  Bununla ə laqədar, 

Cü mhuriyyət  Hö ku məti  Gəncə  maha lında,  Şa ma xı,  Şuşa  və  b.  yerlərdə  xəstəxanala rın  aç ılmasına,  a mbulatoriyala rın  

təşkilinə, tibb  müəssisələrin in  lazımi dava-dərman və avadanlıq lar ilə  təchizinə da ir əlavə vəsaitin ayrılması üçün qərarlar 

qəbul  etmişdi.  Qaçqınla rın  daha  çox  o lduğu  yerlərdə  epidemiyala rın  qarşısının  alın ması,  sanitariya  tədbirlərinin  həyata 

keçirilməsi üçün əlavə 15 yeni həkim nəzarəti dəstəsi yaradılmışdı.  Bundan əlavə, dövlət, digər hərbi strukturların, təşkilat, 

idarə və müəssisələrin vəsaitinin bir h issəsi səhiyyənin təşkilinə və in kişafına sərf edilird i. 

Orduda  tibb  işçilərinə  rəhbərlik  etmək  üçün  Hərbi  Nazirliyin  tərkib ində  hərbi-sanitar  (xəstə)  hissəsi  adlı  bölmə 

yaradılmışdı.  Ordunun  sıraları  genişləndikdə,  Hö ku mətin  razılığı  ilə,  həmin  bölmə  ayrıca  idarəyə  çevrildi  və  onun  ştatı 

artırıldı.  Hərbi-tibb  kadrları  olmadığı  üçün  ordu  strukturundakı  tibb  ştatları  Səh iyyə  Nazirliy inin  sərəncamında  olan 

həkimlər hesabına ko mple ktləşdirilird i.  Həkimlər ya könüllü ş əkildə Hərbi  Na zirlik sistemində işlə məyə cəlb olunur, ya da 

icbari  qaydada  s əfərbərliyə   alınırdılar.  Sə fərbərliyə  alınan  həkimlərə   müvafiq  mə mu r  rütbəsi  və  dövlət  vəsaiti  hesabına 

xüsusi geyim verilirdi. 

Höku mətin  qayğısı  nəticəsində  tibb  xid mətinin  yaxşılaşdırılması  məqsədilə  hərb i  hissələrdə  əsgər  xəstəxanaları,  

Şuşada, Gəncədə, Bakıda hərb i xəstəxanalar açıldı. Xalq Cü mhuriyyəti Höku məti orduda tibb xid mətin in yaxşılaşdırılması, 

tibb obyektlərin in dava-dərmanla tə min edilməsi üçün 1919  ilin sonlarında  2  milyon 200  min  manat v əsait ayırdı.  Hərbi-

sanitar  kadrlarına  olan  ehtiyacın  aradan  qaldırılması  üçün  hərbi  nazirin  ə mri  ilə  hərbi  h issələrdə  2  aylıq  sanitar  kursları 

açıld ı. 1920 ilin əvvəllərində isə Şuşada hərbi-feldşer məktəbi fəaliyyətə başladı. 

Ali  təhsilli  t ibb  kadrlarına  olan  ehtiyacın  aradan  qaldırılması  üçün  ölkənin  ilk  a li  təhsil  ocağı  o lan  Ba kı  Dövlət 

Universitetində  tibb  fakü ltəsi  təşkil  olundu  (1919).  A zərbaycan  Xa lq  Cü mhuriyyəti  Hö ku məti  xa ric i  ölkələ rin   ali  təhsil 

ocaqlarında  da  tibbi  kadrların   hazırlan masına  xüsusi  diqqət  yetirirdi.  Bu  məqsədlə  Parlamentin  1919  il  sentyabrın  1-də 

qəbul etdiyi qanuna görə, Avropa ölkələrinə təhsil almağa göndərilən 100 nəfə r arasında tibb elminə yiyələnəcək tə ləbələr 

də vardı. 

Bu  dövrdə  qeyri-höku mət  tibbi  cəmiyyət,  birlik  və  təşkilatlarının  da  fəaliyyəti  geniş  vüsət  almışdı.  Bakı  şəhəri 



həkimlər  cəmiyyətinin  əsas  fəaliyyət  istiqa məti  sənayə  gigiyenası,  yatalaq  epide miyasının  aradan  qald ırılması  o lmuş dur. 

Cə miyyət  Ba kı  Dövlət  Universiteti  t ibb  fa kültəsinin  avadanlıq la  təchiz  ed ilməsinə  yardım  göstərmə k  üçün  Avropanın 

(İtaliya,  İsveçrə,  Almaniya)  aparıcı  klinikaları  ilə  əlaqə  yaratmışdı.  Bakının  tanın mış  həkimləri  təbabətin  mü xtəlif 

sahələrində elmi na iliyyətlərin  mübadiləsi  məqsədilə cə miyyətdə məru zələ r edird ilə r.  Onun nəzdində boş iş yerlərini qeydə 

almaq,  işsizləri  həmin  yerlərə  yerləşdirmək,  onlara  vaxtaşırı  yardım  göstərmək  məqsədilə  Həkimlərə  yardım  bürosu 

yaradılmışdı.  1919  ildə  Bakıda  təsis  edilmiş  qeyri-höku mət  tibb  cəmiyyətlərindən  biri  də  Uşaq  həkimləri  dərnəyi  idi. 

Dərnək  uşaqlar  və  yeniyetmə lər  a rasında  yayılmış  yoluxucu  xəstəliklərin  profila ktikası  və  müalicəsi  sahəsində  təcrübə 

mübadiləsi aparır, qabaqcıl  müalicə üsulların ın tətbiqinə səy göstərir, təbliğat və təşviqat işi ilə  məşğul olurdu. 1920  ilədək 

Azərbaycanda, artıq 353 həkim, 450 o rta tibb işçisi, 1123 yerlik xəstəxana var id i. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə