[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə277/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   274   275   276   277   278   279   280   281   282

459 

 

bəyənildi  və  1920  ilin  yanvarında  bu  məqsəd  üçün  Himayədarlıq  Na zirliyinə  21  milyon  manat  vəsait  ayrılması  barədə 



qanun qəbul edildi. 

 

Naxçıvan,  Sürməli  və  Üçkilsə  qəzalarında,  1919  il  yayın  axırlarında  Ved ibasarda  azərbaycanlılara  qarşı  törə-



dilən  soyqrımları  Cənub-qərbi  Azə rbaycan  və  Ermənistan  Respublikasındakı  müs əlmanların  vəziyyətini  son  dərəcə 

ağırlaşdırd ı.  Bu  qanlı  qırğınlar  nəticəsində  Ermənistan  Respublikası  ərazisində  yaşayan  türk-müsəlman  əhali  bütün  var-

yoxundan  məhru m o laraq, qaçqına çevrildilər.  Yeni  Bəyazid,  Üçkilsə və İrəvan qəzala rından qaçqın düşmüş  müsəlman 

əhalinin  sayı  200  min  nəfərə  çatdı.  Himayədarlıq  Nazirliyinin  Ermənistan  Respublikasındakı  müvəkkili  bu  ərazidəki 

müsəlman ların  acınacaqlı  vəziyyəti  haqqında  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Parlamentinə  və  Höku mətinə  məlu mat 

verərək bildirirdi  ki, onların yeməyə çörəklə ri, əkməyə toxu mları və iş heyvanları yoxdur.  İrəvanda müsəlman əhali u zun 

müddətli  aclıq  nəticəsində  kütləvi  surətdə  qırıldı.  Onlara  yard ım  məqsədilə  nazirlik  3  milyon  manatlıq  vəsait  ayırmaq 

barədə  qanun  layihəsini  Parla mentə  təqdim  etdi.  Pa rla mentin  qərarı  ilə  ayrılmış  həmin  vəsait  əsasında  1919  il  iyulun 

axırlarında  İrəvana  15  vaqon  un,  buğda,  arpa  və  darı  göndərildi.  Bundan  əlavə,  1919  ilin  sentyabrında  İrəvanda 

müsəlman lar  üçün  ambulatoriya,  yetim  uşaqlar  üçün  is ə  85  nəfərlik  uşaq  evi  açıldı.  İrəvan  quberniyası  və  Qars 

vilayətindən  qaçqın  düşmüş  türk-müsəlman   əhaliyə  yardım  məqsədilə  1919  ilin  noyabrında  himayədarlıq   nazirliyin in 

nümayəndəsi  yol  boyu  ağır  vəziyyətdə  olan  qaçqınları  yeməklə  təmin  etmək  üçün  Tiflisə  ezam  edildi.  A zərbaycanlı 

qaçqınlar  iki yerdə - Aşağı Seral stansiyasında və Tiflisdən 300 verst aralıda yarad ılmış qaçqın düşərgələrində yeməklə 

təmin olunurdular. 

Himayədarlıq  Na zirliy i  qaçqınla rla  bağlı  fəaliyyətini  1920  il  apre lin  27-də  Azə rbaycanın  Sovet  Rusiyası  tərə-

findən işğalına və Azərbaycan Xalq Cü mhuriyyətinin süqutuna qədər davam etdirmişdir. 



 

Əd.: 

Aзepбaйджанская Демократическая  Pecnублика   (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;    

Aзepбaйджанская Демократиская  Pecnублика  (1918-1920), Внешняя политика (документы и материалы) , Б., 1998; Aдpec-календары 

Aзepбaйджанской  Pecnублики нa 1920 r.,   B., 1920;   Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001.  



 

"HNÇAQ" ("Zəng") - erməni  millətçi partiyası.  Özünü sosial-demokratiya yönlü partiya adlandıran "Hnçaq" bir 

qrup erməni tə ləbəsi tərəfindən 1887  ildə  Cenevrədə yaradılmışdır.  La kin  partiyanın  mə rkəzi  ko mitəsi eyni ad lı qəzet in 

redaksiyası ilə birlikdə Londona köçmüşdü. 

Partiyanın  1897  ildə  dərc  olun muş  proqramında  o,  sosialist  partiyası  ad landırılır  və  qarşısına  mütləq iyyətin 

çevriliş  yolu  ilə  məhv  edilməsi,  demokratik  quruluş  elan  o lunması  və  fəhlə  sinfin in  bütün  istehsal  vasitələrinə  sahib 

olması vəzifəsi qoyulurdu.  Lakin proqramın əsas hissəsi "erməni  xalqının  inqilabi fəaliyyətinə" həsr edilmişdi. Proqrama 

görə,  bu  fəaliyyət  müstəsna olaraq,  ermənilərin  taleyin in  Os manlı  imperiyasından  ayrılmasına  və  milli  müstəqilliyə  nail 

olmağa yönəldilməlidir. 

"Hnçaq"ın Bakı təşkilatı 19 əsrin 90-cı illərinin  əvvəlində X.S.Melik-Ağamiryan tərəfindən yaradılmışdı. Sonra-

dan  onun başçısı  H.Hovanesyan oldu.  1902  ildə  "Hnçaq"ın  Şuşada  və  Gəncədə  də  şöbələri  yaradıldı.  Partiyanın  sosial 

bazası, ermənilərin xırda burjua təbəqələri, sənətkarlar, alverçilər, ziyalılar, fəhlələr id i. Fəhlələr partiyada sayca üstünlük 

təşkil ed irdilər. 

Erməni  part iyaları  siyasi  konyunkturadan  asılı  olaraq,  ta ktika larını  bu  və  ya  digər  qonşu  dövlətin  müttəfiqləri 

kimi qururdular. 1903 ildə knyaz Qo litsinin tə kid i ilə verilmiş fə rmana əsasən, ermən i kilsə torpaqlarının böyük hissəsi və 

mü lkiyyəti dövlət  xəzinəsinin  xeyrinə  müsadirə o lundu. Bununla əlaqədar olaraq ermən i  katolikosu bütün çar sülaləsini 

lənətlədi. Eyni za manda, təşkilatçılarından biri "Hnçaq" olan erməni inqilabi hərəkat ı ruslar ə leyhinə aç ıq-aşkar fəa liyyətə 

başladı.  Bununla  bağlı,  "Hnçaq"ın  Bakı  və  Yelizavetpol  quberniyalarındakı  şöbələrin in  fəaliyyəti  gücləndi.  1904  ildə 

Bakıda partiyanın artıq üç şöbəsi var idi.  Elə həmin  il  Bakıda "hnçaqçılar  ittifaqı"nın vərəqəsi yayıldı. Bu rada ermənilər 

əhalini höku mətə müqavimət göstərməyə çağırılırdılar. Əsas müqavimət vasitələrindən biri də terror aktları idi. Bu  terror 

aktlarının  ən  böyüyü  erməni  kilsə  mülkiyyətinin  müsadirə  olun ması  haqqında  qanunun  təşəbbüsçüsü  olan,  Qafqazın 

mü lki  işlər  ü zrə  baş  rəisi  general-adyutant  knyaz  Qolitsına  qarşı  idi.  Həmin  qəsd  1903  il  oktyabrın  14-də    həyata  

keçirildi.      Knyaz    Qo litsına    qarşı    qəsdi  daşnakların  kö məy i  ilə  "hnçaq"çı  Q.Hovanesyants  həyata  keçirmişdi.  Eyni 

zamanda,  Os manlı  dövləti  ərazisində  də  iş  aparılırdı.  Os manlı  imperiyasında  terror  aktları  hazırlamaq  və  höku mət 

əleyhinə  çıxışları  təşkil  etmək  üçün  "hnçaq"çılar  varlı  ermənilərdən  şantaj  vasitəsilə  və  zo rla  müntəzəm  o laraq  pul 

toplayırdılar. " Hnçaq"çılar  Qafqazda,  xüsusilə Bakı sənaye rayonunda fəal iş aparırdılar. Fəhlə hərəkatın ın güclü inkişafı 

şəraitində özünü sosial-demokrat adlandıran "Hnçaq"  partiyası burada  daha geniş  əl-qol  açmışdı "Hnçaq"çılar vərəqələr 

buraxmaqla, Rusiyada və xaricdə ç ıxan  qəzet lərinin nö mrələrin i ço xa lt maq və  yaymaq la, tətillərdə iştira k et mə klə e rməni 

fəhlələ ri  a rasında  qızğın  fəa liyyət  göstərirdilə r.  Mübarizə  metodlarına  görə  eserləri  daha  yaxın  olmala rına  ba xmayaraq, 

onlar  1904  ildən  sosial-demokratlarla,  xüsus ən  bolşeviklərlə  sıx  ə mə kdaşlığa  başladılar.  Bu   ə mə kdaşlığın   ilk  tə zahürü 

özünü "Hnçaq"ın Bakı fəhlələrinin  məşhur 1904 il dekabr tətillərində iştirakında göstərdi. Rusiya Sosial-Demo krat Fəhlə 

Partiyasının  bolşevik  Bakı  ko mitəsinin  tətil  zamanı  yaratdığı  təşkilat  ko mitəsinə  "Hnçaq"ın  nümayəndələri  də  daxil 

oldular.  1905  ildə  "Hnçaq"ın,    əsasən,    fəhlələ rdən    ibarət  bütün  üç    ş əhər  şöbəsini  birləşdirən  Ba kı  rayonu  ko mitəsi 

RSDFP-yə  da xi o lduğunu və millətçilərlə  əlaqə lərini kəsdiklə rin i bəyan etdilər. RSDFP-yə  "hnçaq"çıların ancaq bolşevik 

mey lli  hissəsi  -  S.Kasyan,  S.Su ltanyants,  O.Ova kimov  və  b.  da xil  o ldular.  La kin  bu  "hnçaq"çılar  da  b ir  ço x  ha lla rda 

özlərin i ənənəvi terro rçuluq metodlarına sadiq qaldılar. Məsələn onlar (Q.Hayrapetov və b.) RSDFP-nin döyüşçü dəstələri 

nin  yaradılmasında  fəal  iştirak  edird ilər.  1906  ildə  O.Ovakimov  sosial-demokrat  təşkilatının  iradəsinə  zidd  olaraq, 

"terrorçular  qrupu"  yaradıb,  varlılara  müntəzəm  surətdə  basqınlar  edird i.  Belə  basqınların  birindən  sonra  RSDFP  Bakı 

təşkilatın ın qərarı ilə  qrup bura xıld ı. 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə