[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə278/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   274   275   276   277   278   279   280   281   282

460 

 

 



 

"Hnçaq"ın  Bakı,  Gəncə  və  Tiflisdəki  şöbələri  isə  "Daşnaksutyun"la  rəqabətə  dözməyərək,  ermənilər  arasında 

nüfuzlarını  xeyli  dərəcədə  itirsələr  də,  fəaliyyətlərin i  davam  etdirirdilər.  Kütlələr  içərisində  nüfuz  qazan maq  uğrunda 

"Hnçaq"la "Daşnaksutyun" arasında həmişə  mübarizə getmişdir.  Yelizavetpol və İrəvan quberniyalarında isə bu mübarizə 

iki  e rmən i  millətç i  part iyası  arasında  bütöv  kəndlərin  əldən-ə lə  keç məsi  ilə  nəticə lənən  silahlı  toqquşmalara  gətirib 

çıxarırdı.  Lakin  istər  Cənubi  Qafqazda, istərsə də Türkiyədə " müsəlman təhlü kəsi" yarandıqda, "hnçaq"çılar, bir qayda 

olaraq, "özünü müdafiə" məqsədilə daşnakla rla  eyni cəbhədən çıxış edirdilər. Ermənilərin böyük ü midlər bəslədiyi 1908 il 

Gənc  türklər  inqilabı  za manı  "Hnçaq"  Türkiyə  höku mətinə  daha  loyal  münasibət  göstərməyə  başladı,  hətta  partiyanın 

İstanbulda keçirilən 5-ci qurultayında qəbul olun muş proqramında parlament fəaliyyəti və təbliğatı əsas mübarizə metodu 

elan  edildi.  1910  ildə  "Hnçaq"  yenidən  iki  fra ksiyaya  -  liberal  xətt  tərə fdarı  olan  "Türkiyə  e rmənilərinin  Hnçaq 

partiyası‖na  və  ənənəvi  ekstremist-terrorçu  mübarizə  yolu  seçmiş  " Yeniləşmiş  Hnçaq"  fraksiyalarına  parçalandı. 

"Yeniləş miş Hnçaq" 1913 ildə İstanbulda keçirilən qurultayında Ermən istanın mu xtariyyətinin yenə də part iyanın başlıca  

məqsədi elan olun muş proqramını qəbul etdi və onun həyata keçirilməsi üçün gizli  mübarizə  metodların ı seçdi. Fəh lələ ri 

çaş-baş  salan  aramsız  partiyadaxili  parçalan malar  nəticəsində  "Hnçaq"ın  Cənubi  Qafqaz,  o  cü mlədən  Bakı  erməniləri 

arasında nüfuzu xey li zəiflədi, onların b ir hissəsi RSDF(b )P-yə qoşuldu, digər qis mi isə daha mütəşəkkil o lan daşnakların 

tərəfinə keçdi. 

Birinci dünya müharibəsi (1914-18) dövründə "hnçaq"-çılar daşnakların Rusiya ordusu tərəfində Türkiyəyə qarşı 

vuruşan silahlı dəstələrin in yaradılması ideyasının əleyhinə çıxd ılar. 1915  il hadisələrindən sonra "Hnçaq" artıq öz  xal-

qını  dəhşətli  bəlalara  düçar  etmiş  daşnakların  ağılsız  və  bəsirətsiz  siyasətini  pisləyən  erməni  partiyalarının  ("hnçaq"çılar, 

ra mkavarlar, klerikallar, tərəqqiç ilər) sırasında id i. Bütün bu partiyalar 1916 ilin mayında Petroqradda konfrans çağıraraq, 

birinciliy i daşnakların  əlindən almaq və ermənilərin yeganə təmsilçisi o lmaq  məqsədilə "Müharibə qurbanlarına yard ım 

göstərən  təşkilatların  mərkəzi  erməni  ko mitəsinin"  yaradıldığın ı  elan  etdilər.  Lakin  onların  bu  n iyyəti  nəticəsiz  qaldı. 

Çünki  Rusiyanın  hakimiyyət  dairələri  ko mitəni  dəstəkləmədilər.  Bundan  sonra  liberal  yönlü  ümu merməni  partiyası 

yaratmaq üçün göstərilən d igər cəhdlər də uğur qazan madı. 

"Yeniləş miş  Hnçaq" 1916  ildə yaran mış şəraitdə yeni proqra m - niza mna mə qəbul etdi. Mu xta riyyət haqqında 

bütün tələblər bu sənəddən çıxarıld ı, Türkiyə  Ermənistanı  Osmanlı dövlətinin ayrılmaz tərkib hissəsi sayıldı. Proqramda 

silahlı  erməni  hərb i  birləşmələri  qadağan  olunur  və  göstərilirdi  ki,  ermən ilərin  hamısı  nizami  qoşunlarda  hərbi  xid mət 

keçməlid irlər.  "Hnçaq"  partiyası  bunun  əvəzində  ermənilərin  1915  ilə  qədər  yaşadıqları  torpaqların  qaytarılmasına  və 

dövlətdən müavinət alın masına ü mid bəsləyirdilər. 

Fevral  inqilab ından  (1917)  sonra  "hnçaq"çıların  bir  hissəsi  martda  Bakıda  yarad ılmış  Ermən i  Milli  Şu rasına 

daxil oldu.  La kin  Ermən i Milli Şurası əvvəlcə Azə rbaycan Xalq  Cü mhuriyyəti  Parla mentində təmsil olun maqdan imt ina 

etdi, Pa rla menti boykot et mək xətti yeritdi. Pa rla mentə qatıld ıqdan sonra is ə Azərbaycan Xalq  Cü mhuriyyəti Höku mət inə 

qarşı  pozuculuq  işi  apardı  və  işğalçı  sovet-bolşevik  Rusiyasının  mövqeyini  müdafiə  etdi.  Elə  həmin  vaxtlar,  ço x 

keçmədən, "Hnçaq"ın Azərbaycanda fəaliy -əti, praktik olaraq, dayandı. 



 

Əd.:

Azərbaycan tarixi.7 cilddə. c.5, B., 2001; Azərbaycan Xalq  Cümhuriyy əti (1918-1920), B., 1998; Наджафов Б., Лицо 

врага. История армянского национализма в Закавказье в  XIX нацале – XX вв., кн. 1, Б., 1993; Мамедова Л., Февраль 1917: Новая 

фаза  подьема  политического  экстремизма    в  Азербайджане,  Б.,  1995;  Багирова  И.С.,  Политические  партии  и  организации 

Азербайджана в начале XX века , Б., 1997; Шавров Н.Н., Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани 

инородцам, Б., 1990.   

 

 HÖKUMƏ T  QƏ ZETĠNĠN  NƏġRĠ  HAQQINDA  QƏ RAR  -  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Hö ku mətinin  



1918  il  iyunun  25-də  qəbul  etdiyi  qərar.  Qərarda  xalq  maarifi  na zirinə  qə zetin  s metasını  tutaraq  Höku mətin  təsdiqinə 

vermə k  və  qəzet in  nəşri  üçün  Gəncədə  mətbəə  hazırla maq  tapşırıldı.  Böyük  çətinliklə rə  ba xmayaraq,  be lə  b ir  mətbu 

orqanın  yaradılması  üçün  Cü mhuriyyət  Höku məti  həmin  qərara  əsasən,  cidd-cəhdlər  göstərir  və  nəticədə,  1918  il 

sentyabrın  əvvəllərində  Gəncədə  "Azərbaycan"  adlı  Höku mət  qəzetin in  nəşri  haqqında  qərar  qəbul  edir.  Həmin  qərara 

əsasən, "Azərbaycan" qəzetinin  ilk nö mrəsi  1918  il sentyabrın 15-də  Gəncədə çap olundu. Qəzetin  Gəncədə cəmi dörd 

nömrəsi nəşr edilmişdir. 



"HÜMMƏT"  -  A zərbaycanda  ilk  milli  sosial-demo krat  təşkilatı.  1904  ilin  oktyabrında  fəaliyyətə  başlamışdı. 

Təşkilat  bir  qrup  azə rbaycanlı  de mokrat  ziyalının  təşəbbüsü  ilə  yaradılmışdı.  Onla rın  arasında  Sultan məcid  Əfəndiyev, 

Əh məd  bəy  Ağayev,  Məhəmməd  Əmin  Rəsulzadə,  Məşədi  bəy  Əzizbəyov,  Mir  Əsədulla  Mirqasımov,  Məmmədəli 

Rəsulzadə  (Rəsuloğlu),  İsa  bəy  Aşurbəyov,  Qara  bəy  Qarabəyov,  Məmmədbağır  A xundov,  Məmməd  Həsən  Hacınski, 

Mir  Həsən  Mövsümov  və  başqaları  var  idi.  "Hü mmət"  forma l  ola raq  Rusiya  Sosial-Demok rat  Fəhlə  Partiyasının 

(RSDFF) Bakı Komitəsinin şöbəsi kimi yaransa da, əslində, müstəqil fəaliyyət göstərirdi. S.M.Əfəndiyevin sözlərinə görə, 

"bu qrupun müstəqilliyini müsəlman fəhlələri ilə işin xüsusiyyətləri şərtləndirirdi. Təşkilatın məhz bu formada fəaliyyət 

göstərməsi  çox  uğurlu  idi,  çünki  bizim  işimizdə  elə  məqamlar  var  idi  ki,  "Hümmət"  müstəqil  şəkildə  çıxış  etməyə 

məcbur idi". 

Bə zi  mənbələrə  əsasən, hələ 1903  ildə M .Ə.Rəsulzadə və onun həmfikirləri tərəfindən tələbə gənclərdən ibarət  

olan və sonradan "Hümmət"in əsasını təşkil edən "Azərbaycanın gənc inqilabçıla rı dərnəyi" yaranmışdı. 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə