[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə29/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   25   26   27   28   29   30   31   32   ...   282

74 

 

Zərdabi  öz  böyük  s ələflərinin  arzu larını  yerinə  yetirmiş, 



1875  ildə  "Ək inçi"  qəzetinin  timsalında  ilk  milli  mətbuatı 

yaratmışdı.  " Əkinçi"  qəzetin in  milli  maarifçilik  ənənələri-

nin  davamı  o laraq,  19  əsrin  sonlarında  Tiflisdə  Cəla ləddin  

və  Səid  Ünsizadə  qardaşların ın  "Ziya"  (1879-80),  "Ziyayi-

Qafqa ziyyə" (1880-84) və "Kəşkül" (1883-91), 20 əsrin ilk 

illərində  isə  Məhə mməd  ağa  Şahta xtlının  "Şə rqi-Rus" 

(1903-05)  qə zetlə ri  meydana  çıxmışdır.  Rusiyada  1905  il 

inqilab ından  sonra  Əli  bəy  Hüseynzadə  və  Əh məd  bəy  

Ağayevin  "Həyat"  (1905-06)  qəzeti,  Əli  bəy  Hüseynzadə-

nin  "Füyuzat"  (1906-07)  jurnalı  milli  idealları  yeni  tarixi 

mə rhələdə davam etdirmişlə r. 

Cü mhuriyyətə 

gələn 

yolda 


Azə rbaycan 

mətbuatının  inkişafında  "Molla  Nəsrəddin"-in  təbliğ  etdiyi 

dərin  de mokratizm  və  azadlıq  ideyaları  impe ria lizmin  

müstəmləkəçilik  siyasətinə,  geriliyə,  mövhu mata,  cəhalətə, 

xu rafata  qarşı  mübarizədə,  maarif  və  mədəniyyətin  

tərəqqisində mühü m rol oynadı. Be ləliklə, 19 əsrin sonları - 

20  əsrin  əvvəllə rin in  bütün  bu  dövri  mətbuat  nümunələri 

Azərbaycanda  milli-ictima i  fikrin,  azad lıq  ideyalarının  

oyanışında müstəsna əhəmiyyət kəsb etmişdir. 

Azərbaycan  və  ü mu mtürk  milli  mə fku rəsinin  

formalaşmasında və inkişafında  mühüm  rol oynayan Həsən 

bəy  Zərdabi,  Əlimərdan  bəy  Topçubaşov,  İsmayıl  bəy  

Qaspralı  və  digərləri  milli  mətbuatın  tərəqqisinə  də  güclü  

təsir göstərdilər. 

Azərbaycan Xalq Cü mhuriyyəti mətbuatının həqiqi  

sələfləri 1911  ildən sonra  meydana gəlmişdilər.  Hələ   1912 

il  martın  6-da  bir  qrup  ziyalı  Bakıda  Orucov  qardaşlarının  

mətbəəsində  gələcək  Xalq  Cü mhuriyyətinin  ictima i-siyasi 

mə ra mlarını  ilk  dəfə  konsepsiya şəklində  təbliğ  edən  "İqbal"  (1912-15)  gündəlik  qə zetinin  nəşrinə  başlamışdıla r.  1915  il 

aprelin  27-nə  kimi  davam  edən,  923  sayı  çıxmış  bu  qəzeti  mü xtəlif  va xtla rda  Sənətulla  Eynullayev  ( İ b r a h i mov),  Seyid  

Hüseyn  Sadıq  (Kazımoğ lu),  Məhəmməd  Əmin  Rəsulzadə  və  M.Ə.Əbdüləzizzadə  redaktə  etmişlər.  "İqbal"  qəzetinin  

fəaliyyətində  Azərbaycan  milli  fikrin in  Əlabbas  Müznib,  Üzey ir  Hac ıbəyli,  Əli  Ra zi,  Sə məd  Mənsur,  Əlipaşa  Səbur, 

Hüseyn Cavid və b. görkəmli xadimləri yaxından iştirak etmişlər. 

1914


 

il  oktyabrın  15-də  Ə.Mü znibin  redaktorluğu  ilə  digər  b ir  milli  mətbuat  nümunəsi  -  "Dirilik"  jurnalı  nəşrə 

başlayır.  Burada  Ə.Mü znibin  və M.Ə.Rəsulzadənin A zərbaycan  xalqın ı ö zünüdərkə hazırlayan poetik və publisist əsərləri 

dərc edilmişdir. 

1915

 

il o ktyabrın  2-də  Bakıda, ilk dəfə o laraq,  milli proqramlı  "Açıq  söz"  qəzetinin  nəşrinə  başlanır.  "Açıq söz", 



əslində, qeyri-leqal şəkildə fəaliyyət göstərən "Müsavat" partiyasının orqanı idi. Bu qəzetin  də rəhbərləri və yazarları "İqbal" 

və  "Dirilik"  qəzet lərinin  əsas  müə lliflə ri  id ilə r.  "Açıq  söz"  qəzeti  İsa  bəy  Aşurbəyovun  keçmiş  "Kaspi"  mətbəəsində, 

Məmmədə li  Rəsulzadənin  müdirliy i  və  Məhəmməd  Əmin  Rəsulzadənin  redaktorluğu  ilə  çıxırd ı.  "Açıq  söz"  qəzeti 

Azərbaycanın  ictimai-siyasi  fikir  ta rixində,  ilk  dəfə  ola raq,  xa lqın  istiqlal  uğrunda  gələcək  mübarizə  konsepsiyası  olan 



"Türkləşmək,  islamlaşmaq,  müasirləşmək"  şüarını  açıq   şəkildə  təbliğ   edird i.  "Açıq  söz"ün  səhifələrində  20  əsr 

Azərbaycan  milli  fikrinin  ən  görkə mli  xad imləri  -  Sey id  Hüseyn,  Nəriman  Nərimanov,  Üzeyir  Hac ıbəyli,  Ömə r  Faiq  

Ne manzadə,  Həsən bəy Ağayev, Hüseyn Cavid, Əhməd Cavad, Abdulla Şaiq,  Əlabbas Müznib, gənc şair və dramaturqla r - 

Cəfə r Cabbarlı və M irzəba la Mə mmədzadə  çıxış  edird ilə r. "Açıq söz" Cü mhuriyyət dövrü ərəfəsində Azə rbaycan həyatının 

mühü m  ictimai-siyasi hadisələrin in canlı salnaməsi  idi.  Bu qəzet  xüsusilə Rusiyada 1917 il  inqilabı dövründə Azərbaycan 

xalq ının  milli  müstəqilliyi yolunda başlıca maneələr olan rus-bolşevik və ermən i-daşnak irticasına qarşı fikir  mübarizəsinin  

başında dururdu. M.Ə.Rəsulzadə "Açıq söz"ün ilk sayında dərc olunmuş proqram  məqaləsində yazırdı:  "Müttəhid bir ruh 

və müştərək bir qayəyə malik olmayan millətlərlə yeni əsaslar üzərində qurulacaq həyat hesablaşmayacaq və böylə bir 

silahdan məhrum qalan camaatlar kimsəyə söz eşitdirməyəcəklər" ("Açıq söz", 1915, 2 o ktyabr). 

Bu dövrün "İqbal", "Dirilik", "Təkamü l", "Açıq söz", "İstiqlal" və s.  mətbuat orqanları A zərbaycanın  mədəni hə-

yatına  böyük  təsir  göstərir,  xalqı  milli  mədəniyyətə,  milli  şüura  yiyələn məyə  çağ ırır,  beləliklə,  milli  məfkurən in  for-

ma laşmasına əvə zsiz yardım edirdilər. M illi-siyasi birliyə çağırış A zərbaycan Xalq  Cü mhuriyyətinin yaran ması ərə fəsində 

bütün Azərbaycan milli mətbuatının başlıca şüarına 

 



75 

 

çevrild i.  Sənətulla  Eynullayev  ―Açıq  söz‖  qəzetin in  15  mart  tarixli  sayında  Bakıda  yaxınlaşmaqda  o lan  rus -



bolşevik və erməni-daşnak təcavüzü barədə yazırdı: "Dəhşətli saat gəlir, birlik gərək!". Müəllif Azərbaycan xalqının siyasi 

partiyalarını  xarici  irticaya  qarşı  milli  birliyə  çağırır  və  xəbərdarlıq  edirdi:  əks  halda,  "Baş  kəsildikdə,  saqqalla  bərabər 



gedəcəkdir". 

"Müsavat" partiyası Azərbaycan  xalq ını  milli  mübarizələrə hazırlamaq üçün 1917 il iyulun  10-da "Müsavat" adlı 

qəzetin  nəşrinə  başladı.  Cə mi  a ltı  sayı  işıq  üzü  görmüş  bu  qəzet  "Yaşasın  Cümhuriyyəti-ənam,  var  olsun  milli-məhəlli 

muxtariyyət!" şüarı ilə ç ıxırdı. 

1917


 

ilin  oktyabrından  sonra  "Müsavat"  partiyasının  siyasi  proqramında  dəyişiklik  edilərək,  "milli  muxtariyyət" 

tələbi "milli müstəqillik "lə əvəz olunduqda "Müs avat" qəzetinin nəşri dayandırılır və 1918  il fevra lın 4-dən "Türk  Ədə mi-

Mərkə ziyyət "Müsavat" firqəsinin nəşri-əfkarı" başlığı ilə "İstiqla l" qəzeti çıxmağa başlayır. 

1918

 

ilin  əvvəllə rində  Azərbaycanda  siyasi  hakimiyyət  uğrunda  mübarizə  ö zünün  ən  yüksək  həddinə  çatır.  Rus-



bolşevik  və  ermən i-daşnak  irticası  "Müsavaf‖ın  hakimiyyətə  gəlməsinə  mane  olmaq  üçün  dəridən-qabıqdan  çıxır,  ö lkədə 

hərc-mərc lik,  fitnə-fəsadlar,  soyqırımları  törət məyə  başlayır.  1918  il  mart ın  31-də  Bakıda,  habelə  Azə rbaycanın  mü xtə lif 

bölgələrində  erməni-daşnak  və  rus-bolşevik  qaragüruhçuları  tərəfindən  türk-müsəlman   əhaliyə  qarşı  törədilən  kütləvi 

soyqırımları  bu dövr Azərbaycan milli mətbuatının başlıca mövzusu idi. Milli mətbuatın şüurları oyatmaq fəaliyyəti, apard ığı 

maarifçilik təbliğatı yaxın  oynayırdı. 

"İstiqlal" qəzetinin  məramı onun başlığında verilən məşhur epiqrafda aydın ifadə edilirdi: 



Millət yoludur, haqq yoludur tutduğumuz yol.   

 

 

 

 

 

 

 

Ey haqq! Yaşa, ey sevgili millət, yaşa, var ol! 

(Tofiq Fikrət) 

 

"İstiqlal‖da Əh məd  Cavad, Mirzəbala Məmmədzadə,  Seyid Hüseyn, Abdulla Şaiq, Hüseyn Mirzəcamalov, Fərhad 



Ağazadə,  Əli  Yusif,  Xəlil  İbrah im  və  başqa  müəlliflər  çıxış  edirdilər.  Beləliklə,  yeni  dövrdə  Azərbaycan  xalqının   milli 

özünüdərkində Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli A xundzadədən başlamış, Mirzə  Cəlil və Mirzə  Ələkbər Sab irə 

qədər yaradıcı ziya lıla r böyük rol oynamışlar. Artıq  Cü mhuriyyət qurularkən millət ö zünü, soykökünü, görkə mli ada mla rını 

tanıyır, milli idarəçiliyi milli məfkurən in təzahürü kimi qəbul edirdi. 

Azərbaycanda milli istiqlal elan  edildikdən sonra, milli mətbuatın qarşısında yeni vəzifələr durdu. Əsas vəzifə  Xalq  

Cü mhuriyyətinin  qorunub saxlan masından, daxili və  xaric təhlü kələrə qarşı  ideoloji  mübarizə aparmaqdan ibarət  idi  Yeni 

tarixi  vəzifə ləri  həyata  keç irmək  üçün  Azərbaycan  Xa lq  Cü mhuriyyəti  1918  ilin  aprelindən  "Azərbaycan‖  qəzetini  nəşr 

etməyə başladı. Qə zet in  mü xtəlif va xtla rdı  redaktorla rı Ceyhun bəy Hacıbəyli, Şə fi bəy  Rüstəmbəyli  Üzeyir bəy Hacıbəyli 

və Xəlil İbrah im o lmuşlar. 

Azərbaycan  Xa lq  Cü mhuriyyətinin  rəsmi  orqanı  olan  "Azərbaycan"  qəzetinin  başlıca   mə ra mı  yenicə  qurulmuş  

milli Hö ku məti müdafiə etmək idi. Cü mhuriyyətin bütün 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə