[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə31/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   27   28   29   30   31   32   33   34   ...   282

77 

 

 



kütləvi informasiya  vasitələrinin  məzmunu,   nəşri və yayılması üzərində dövlət nəzarəti ləğv olunmuşdu. 

Azərbaycanın  1918-20  illərdəki  dövri  mətbuatı  əhalinin  mü xtə lif  zü mrə lərinin  ma raqlarını  ə ks  etdirirdi.  Be lə  ki, 

gənclərə  mə xsus  "Gənclər  yurdu",  tələbə  və  müəllimlərə  a id  "Əfkari-mütəə llimin",  e lm  və  incəsənət  xadimlərinin  

"Mədəniyyət"  kimi  qə zet  və  jurnalları  nəşr  olunurdu.  Onların  səhifələrində  milli  dirçəliş  naminə  təhsil,  elm,  maarif  və  

mədəniyyətin  inkişafına,  milli  ruhlu  yeni  nəslin  yetişdirilməsinə,  eyni  za manda,  ölkədə  baş  verən  ictimai-iqtisadi,  siyasi 

hadisələrə dair məqalə lər dərc  olunurdu. 

1919  il  martın  11-də  nəşrə  başlayan  "Övraqi-nəfisə"  jurnalı  Azərbaycan  mətbuatı  tarixində  ədəbiyyat  və  incə-

sənətdən bəhs edən ilk dövri mətbuat orqanı idi. 1919 ilin ma rt-avqust aylarında Bakıda cə mi 6 nö mrəsi nəşr edilmiş hə min  

jurnalın  redaktoru  Əlabbas  Müznib,  naşiri  bəstəkar  Zülfüqar  bəy  Hacıbəyli,  rəssamı  Əzim  Əzimzadə  idi.  Jurna lın  

səhifələrində  Firidun  bəy  Köçərli,  Abdulla  Şa iq,  Ca mo  bəy  Cəbrayılbəyli,  Zülfüqar  Hacıbəyli,  Əlabbas  Müznib,  Əmin  

Abid, Məhə mməd Hadi və başqa müəlliflər çıxış  edirdilər. Jurnalda musiqi, teatr, me marlıq abidələri haqqında məqa lələ r və  

fotoşəkillə r  dərc  olunur,  aktyorların  həyatı  və  səhnə  fəaliyyəti  barədə  yazılar  verilirdi.  Ermən ilə rin  a zərbaycanlıla ra  qarşı 

törətdikləri  soyqırımına,  qanlı  daşnak  irticasına  dair  yazılar  da  topluda  geniş  yer  tuturdu.  "Övraqi-nəfisə"də  milli 

özünüdərkin,  milli  ruhun  aşılan ması,  türkləşmək,  islamlaş maq,  müasirləş mək  ideyalarının  təbliğ i  məsələləri  böyük 

əhəmiyyət kəsb edirdi. Jurnalın 5-ci sayında yazıldığ ına görə, "Övraqi-nəfisə" kağız qıtlığ ı üzündən bağlanmışdı. 

İlk  nö mrəsi  1920  ilin  əvvəlində  çıxmış  "Qu rtuluş"  jurnalı  da  ədəbi-mədəni  sahədə  xey li  iş  görmüş,  Azərbaycan 

xalq ının  milli  mədəniyyətinin  təbliğinə  çalışmışdır.  Vətənpərvər  və  milliyyətçi  ziyalılardan  Abdulla  Şaiq,  Hüseyn  Cavid, 

Salman Mü mtaz, Feyzulla Sacid, Əli Yusif, Əbdürrəhman Dai və başqaları topluda əməkdaşlıq etmişlər. 

1918-20  illə rdə  Azə rbaycan  Xalq   Cü mhuriyyəti  Höku mət inə  mü xa lifətdə  olan   mətbuat  içərisində  ən  fəa lı  və  

güclüsü bolşevik  mətbuatı  idi.  Bu  mətbuat həmin  illərdə  Şimali Azərbaycanın Sovet  Rusiyası tərkibinə qatılması uğrunda 

mübarizə  aparırd ı.  Rusiyadan  təkcə  ideolo ji  deyil,  həm  də  maddi-texniki  cəhətdən  yardım  alan  Azərbaycan  bolşevikləri 

geniş mətbuat şəbəkəsi yaratmağa nail olmuşdular.  Bolşeviklər  1917-20 illərdə A zərbaycanda qırxdan artıq adda qəzet və 

jurnal ç ıxarmışlar. Bolşevik mətbuatını ço x hazırlıqlı siyasi qüvvələr idarə edirdi. 

Bolşevik  mətbuatının aparıcı orqanı "Hü mmət" qəzeti  idi.  Qəzet 1917-18 illərdə yazıçı və publisist Məmməd Səid  

Ordubadi və  inqilabçı-publisist Dadaş Bünyadzadənin redaktorluğu ilə  çıxırdı.  Bo lşevik  mətbuatının ən fəa l nümayəndəsi 

Əliheydər  Qarayev  id i.  O,  1918  ildə  bir  müddət  Tiflisdə  Gürcüstan  menşevik  hökuməti  daxilində  "Hümmət"  partiyasının 

millətçi  fraksiyasına  mə xsus  "Al  bayraq"  adlı  qəzet in  redaktoru  o lmuş,  1919  ildən  Ba kıya  gəlib,  bolşeviklə rlə   fəa l 

əməkdaşlığa başlamışdı. Ə.Qarayev 1918-20 illərdə rus və A zərbaycan dillərində nəşr ed ilən  "Al bayraq", "Zəhmət sədası", 

"Azərbaycan füqərası", "Bednota", "Raboçaya pravda", "Qolos truda", "Məşəl", "Oktyabr inqilab ı" kimi qəzet və jurnalla rın  

redaktoru olmuşdur. Bütün bu dövri  metbuat orqanları  zahirən nə qədər rəngarəng olsa da, məzmunca bir o qedər yekrəng 

idi.  Bo lşevizmə  xid mət  edən  bu  mətbuat sosializm  ideyalarını  təbliğ  edir,  küt lələ ri  sosialist  inqilabı  uğrunda  mübarizəyə  

çağınr,  xalqın  milli  b irliyini,  ənənəvi  idealların ı  sinfı  qarşıdurma  ideyası  ilə  zəhərləy irdi.  1918-20  illərdə  Bakıda  yerli 

bolşeviklərlə  bir  mövqedə  dayanan  və  Azərbaycanda  Milli  Höku mətlə  mü xalifətdə  olan  "Bakinets"  (1907-20), 

"Bakinskayajizn",  "Bakinskiy  raboçiy"  (1906-20,  RSDFP  Bakı  ko mitəsinin  orqanı),  " Bakinskoye  slovo",  "Bakinskoye 

utro", "İskra", "Nabat" (1919), "Naşa jizn" (1919), "Proletariy" və s. rus-dilli qəzet və  jurnallar da çıxırdı.  1918-20  illərdə 

Azərbaycanda erməni dilində çıxan qəzet və  jurnallar  içərisində  milli Hö ku mətə qarşı qatı düşmənçilik  mövqeyindən çıxış 

edən "Artsax", "Aparaj" və s. qəzet və jurnallar  xüsusilə fəallıq göstərirdi.  Rus dilində çıxan daşnakyönlü "Znamya truda", 

"Yedinaya  Rossiya"  ("İskra"),  "Naşe  vremya",  "Vperyod"  kimi  qəzetlər  Milli  Höku mətin  əleyhinə  təbliğatda  heç  də 

onlardan geri qalmırdı.  Bu nəşrlərin  redaksiya heyətləri Azərbaycan  xalq ının  milli  mənafe lərinə  xid mətdən və onu təmsil 

etmə kdən  çox  uzaq  idi.  On lar  milli  partiya lara,  hər  cür  milli  ideyaya,  milli  ö zünüdərkə  qarşı  qızğ ın  mübarizə  aparır, 

fəhlələ ri hər vasitə  ilə   milli a zad lıq hərə katından uzaq laşdırmağa çalışır,  xalq ın hürriyyət və Cü mhuriyyət arzularına qarşı 

çıxırd ılar.  Sosialist  və  bolşevik  mətbuatı  Bakıda  və  Azərbaycanın  bir  ço x  şəhər  və  kəndlərində  erməni-bolşevik 

quldurlarının türk-müsəlman əhaliyə qarşı 1918  il  mart qırğının ı, sonrakı soyqrımları daha da qızışdırır, yeni təxribatlara əl 

atırdı.  "Znamya  truda"  qəzeti  yazırdı  ki,  "Bakıdakı  mart  hadis ələrin in  milyon  izahı  var".  " Vperyod"  qəzeti  isə 

müsavatçıların guya rusları Azərbaycandan sıxışdırıb çıxartd ığını iddia edird i. 

1918-20  illə rdə Ba kıda gürcü, yəhudi, polyak, fars və başqa dillərdə də, əslində, Milli  Höku mətə qarşı çıxan, ayrı-

ayrı xarici qüvvələrin mənafey ini müdafie edən bir sıra dövri mətbuat orqanları nəşr edilirdi. 

 

 



 

 

 



 

 

 



 

Bu 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə