[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə33/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   29   30   31   32   33   34   35   36   ...   282

80 

 

1919-20 tədris ilində Azərbaycanın orta məktəb lərində,  müəllim se minariyalarında oxuyanlar istisna olmaqla,  961 1 



şagird təhsil alırdı ki, onların da 3115—i azərbaycanlı, 6496 nəfəri isə başqa millətlərin nü mayəndələri idi. Bakı ko mmersiya 

və politexnik mə ktəbləri, buradakı 3-cü və 4-cü kişi, 2-c i, 3-cü və  4-cü q ız g imnaziyala rından başqa, qalan bütün orta ixt isas 

təhsili  müəssisələri  milliləşdirilmişdi.  Azərbaycan  Höku mətin in  1918  il  28  avqust  və  13  noyabr  tarixli  qərarlarına  uyğun 

olaraq,  Bakıdan  başqa,  Azərbaycanın  digər  şəhərlərindəki  milliləşdirilmiş  məktəblərdəki  milliləşdirilmiş  siniflərlə  yanaşı, 

tədrisin rus dilində aparıldığı siniflə rdə də icbari surətdə həftədə 3-4 saat Azərbaycan dili dərsləri keçilird i. 

Xalq   təhsilin i  milli  zə min   üzə rində  yenidən  qurmaq   üçün  ixtisaslı  müəllim  kadrla rına   və  dərs  vəsaitinə  böyük 

ehtiyac  var  idi.  O  dövrdə  Azərbaycandakı  mövcud  müəllim  kadrları  ilə  bu  işin  öhdəsindən  gəlmək  mü mkün  deyildi.  Bu  

vəzifəni yerinə yetirmə k üçün başlıca yol Türkiyədən müə llim kadrları dəvət etmə k və qısamüddətli  kursla rda Azərbaycan 

dilində savadı olan şəxslərdən müəllim kadrları ha zırla maq idi. 

1918  il  iyulun  23-də  Azərbaycan  Höku məti  ö lkən in  tədris  müəssisələri  üçün  Türkiyədən  müə llim  kadrları  dəvət 

etmə k və dərs vəsaiti tədarükü haqqında xüsusi qərar qəbul etdi. Türkiyə həyatı ilə  ya xşı tanış olan Əh məd bəy Ağayevin bu 

məqsədlə İstanbula eza m ed ilməsi Xalq Maarifi Na zirliyinə tövsiyə olundu. 

Tədris  müəssisələrinin  milliləşdirilməsini  daha  uğurla  həyata  keçirmə k  üçün  1919  ilin  yayında  ibtidai  və  orta  

mə ktəblərin aşağı siniflə rin i  müvafiq  milli  müə llim kadrla rı  ilə təmin et mək  məqsədilə qısamüddətli pedaqoji  kurslar təşkil 

olundu.  Höku mətin   qərarına  görə,  bu  məqsədlə  Xa lq  Maarifi  Na zirliyinin   s ərəncamına  2  milyon  390  min   manat  vəsait 

ayrıld ı.  Bakı,  Gəncə və Nu xada kişi və qadın,  Şuşa, Qazax, Qusar,  Salyan və Zaqatalada kişi pedaqoji kursları açıldı.  Hər 

kursda  ən  azı  50  nəfər  müdavim  təhsil  a lırdı.  Kursları  bit irənlə rin,  de mə k  ola r  ki,  ha mısına  mə ktəblərdə  müə llim  yeri 

verilirdi. Bundan əlavə, Türkiyədən 50 nəfərə ya xın müə llim dəvət edild i. 

Cü mhuriyyət Höku məti məktəb dərsliklərin in hazırlan ması və nəşrinə də ciddi diqqət yetirirdi. Bunun üçün maarif 

nazirliyinin  xüsusi  komissiyası  təşkil  edilmişdi.  1919  ildə  "Türk  əlifbası",  "Təzə  e lmi-hesab",  "İkinci  il",  " Yeni  mə ktəb", 

"Ədəbiyyat  dərsləri",  "Müntəxəbat",  "Türk  çələngi",  "Tarixi-təbii",  "Rəhbər  cəbr"  dərslikləri  nəşr  olundu.  Dərsliklərin  

hazırlan masında A zərbaycan maarif və ədəbiyyatının görkəmli nü mayəndələri Hüseyn Cavid, Mah mud bəy Mah mudbəyov, 

Abdulla  Şaiq,  Camo  bəy  Cəbray ılbəyli,  Səməd  ağa  Ağamalıoğlu,  Fərhad  Ağazadə,  Ağa  bəy  İsrafilbəyov,  Abdulla  bəy 

Əfəndizadə  və  b.  fəal  iştirak  edirdilər.  Məktəblər  Türkiyədən  alın mış  dərsliklər  və  tədris  vəsaitləri  ilə  də  təmin  olundu. 

Azərbaycan Parla menti  1919  il  18 sentyabr tarixli qərarı ilə  

türk  dilində  yeni  kitablar  almaq  üçün  Xalq  Maarifi 

Nazirliyin in sərəncamına 1 milyon manat vəsait ayırdı. 

Azərbaycan Xalq  Cü mhuriyyəti qarşısında duran ən 

ümdə vəzifələrdən biri də A zərbaycanda ali təhsilin təşkili və 

ali  təhsilli  milli  kadrla rın  hazırlan ması  id i.  Höku mət  bu 

məsələni,  bir  tərə fdən,  ölkədə  a li  təhsil  müəssisələri  yarat-

maq,  digər  tərəfdən,  a zə rbaycanlı  gənclə ri  xa rici  ölkələ rin  

mü xtəlif  ali  təhsil  müəssisələrinə  göndərməklə  həll  etməyə 

çalışırdı. 

Azərbaycan Höku məti  Xalq Maarifi  Nazirliyi qarşı-

sında, ilk növbədə, üç ali  məktəbin  -  Bakı Dövlət Un iversi-

teti,  Kənd  Təsərrüfatı  İnstitutu  və  Dövlət  Konservatoriya-

sının  açılması  məsələsini  qoymuşdu.  Bakıda  Kənd  Təsər-

rüfatı  İnstitutu  açmaq  məsələsi  Höku mətin  1919  il  5  mart 

tarixli  iclasında  bəyənilmiş  və  Xalq  Maarifi  Nazirliy inə  bu 

məsələ   ilə  ə laqədar  qanun  layihəsi  ha zırlayıb  Parla mentə 

təqdim  et mək  tapşırılmışdı.  Lakin  o  dövrdəki  ta rixi  şərait  

yalnız  bir  ali  məktəbin  -  Bakı  Dövlət  Universitetin in  açıl-

masına imkan verdi. 

Bakıda  universitet  açılmasına  böyük  dövləti 

əhəmiyyət verən Cü mhuriyyət Höku məti bu məsələni 1919 il 

8 aprel tarixli iclasında mü zakirə etdi. Qəbul olunan qərarda, 

bütün  imkanlardan  istifadə  edərək,  1919-20  tədris  ilinin  

əvvəlində  Bakıda  universitet  açılması  məqsədilə  Xalq  

Maarifi  Na zirliy inə  tapşırıldı  ki,  ü mu mi  həcmi  10  milyon 

manatdan  çox  o lma maq  şərtilə,  s meta  hazırlay ıb  Höku mətə  

təqdim  etsin.  Höku mət in  qərarına  əsasən,  Bakı  Universiteti 

ko mmersiya  mə ktəbinin binasında yerləşdirilmə li id i. Hə min  

il 



81 

 

may ın 19-da A zərbaycan Höku məti yenidən Bakı Universitetini açmaq üçün təşkilat komissiyası yaratmaq və vəsait 



ayırmaq  haqqında  məsələ  müzakirə  etdi,  universitet  komissiyası  haqqında  əsasnaməni  bəyəndi.  Mayın  21-də  ko missiyanın 

birinci iclası keçirildi. Xalq   maarifi naziri vəzifəsini  icra edən Camo bəy  Hacınski iclasda Azərbaycan Hökumətin in dövlət 

universiteti açmaq haqqında qəti qərara gəldiyini və təşkilat ko missiyasının bu çətin işi uğurla  yerinə yetirmə k üçün bütün 

imkanlardan istifadə edəcəyinə ümidvar olduğunu bildirdi. O, bəyan etdi ki, A zərbaycan Höku məti universitetin A zərbaycan 

xalq ının  həyatında  çox  böyük  mədəni  və  siyasi  əhəmiyyətini  nəzərə  alaraq,onun  açılması  və  lazımi  avadanlıqlarla  təchizi 

üçün heç nəyi əsirgəməyəcəkd ir. 

Ko missiyaya  ali  məktəb  işinin  təşkilində  böyük  səriştəsi  olan  prof.  V.İ.Ra zu movski  rəhbərlik  edirdi.  Universitet 

ko missiyası haqqında əsasnaməyə görə, komissiyaya Xalq Maarifi  Nazirliy indən Məhəmməd ağa Şahtaxtlı, şəhər bələdiyyə 

idarəsindən  Əlicabbar  Orucəliyev  və  Ba kı  Neft  Sənayeçiləri  Şurasından  A.N.Saparov  daxil  oldular.  1919  il  mayın  23-dən 

sentyabrın 9-na qədər ko missiyanın 35 iclası keç irildi. 

Azərbaycan  dilini  bilən  yüksək  ixtisaslı  mütə xəssis  kadrların  olma ması  üzündən  Bakı  Universitetində  təhsil  rus 

dilində aparılma lı idi. Bu  is ə böyük mübahisəyə səbəb oldu. Məhəmməd  ağa Şahta xt lı "Azərbaycan" qəzetində dərc  etdird iyi 

məqa ləsində yazırdı  ki, un iversitetdə təhsilin rus dilində aparılmasından qorxmaq  lazım  deyil;  universitet təhsilinin  həyata 

keçirilməsi  Azərbaycanda yüksək  ixtisaslı  milli  kadrların  yetişməsinə  zəmin  yaradacaq,  nəticədə,  milli  kadrlar  yetişdikcə, 

universitetdə təhsil tədricən Azə rbaycan dilinə keç iriləcəkdir. 

1919  il  sentyabrın  1-də  Azərbaycan  Parlamenti,  nəhayət,  Bakıda  dövlət  universitetinin  açılması  haqqında  qanun 

qəbul etdi. Qanunda universitetin 4 fakültədən: tarix-filologiya (Şərq şöbəsi də daxil olmaqla), fizika-riyaziyyat, hüquq və 

tibb  fakültələrindən  ibarət  olduğu  göstərilird i.  1919-20  tədris  ilində  isə  yalnız  iki  fa kültə  -  tibb  fa kültəsinin  əvvəlinci 

kurslarını,  tarix-filo logiya  fakültəsinin  isə  birinci  kursunu  açmaq  mü mkün  oldu.  1919  il  noyabrın  15-də  universitetin 

auditoriyalarında ilk müha zirələ r başlandı. Ta rix-filo logiya fa kültəsində Məhəmməd Əmin Rəsulzadə və maarif naziri Rəşid  

Qaplanov  Os manlı  ədəbiyyatından,  Məhəmməd   ağa  Şahtaxtlı  isə  Azərbaycan  dilinin   qrammatikasından  mühazirələr 

oxuyurdular.  1919-20 tədris ilində universitetdə 1094 tələbə təhsil a lırd ı  ki, onların da  217 nəfəri a zad din ləyici  idi  (geniş 

mə lu mat üçün ba x Bak ı Dövht Universiteti). 

Cü mhuriyyət dövründə Azərbaycanda ali təhsilli  mütəxəssis kadrları hazırlamağ ın digər yolu  azərbaycanlı gənc-

lərin xa rici ö lkələ rin a li mə ktəblərinə göndərilməsi idi. 

Azərbaycan Parla menti 1919  il sentyabrın 1-də   Bakıda dövlət universitetinin  açılması haqqında qanunla bərabər, 

1919-20 tədris ilində dünyanın mü xtə lif ali  mə ktəblərində dövlət hesabına təhsil almaq üçün 100 nəfər a zərbaycanlı gəncin  

xaricə  göndərilməsi  haqqında  da  qərar  qəbul  etdi.  Bunun  üçün  7  milyon  manat  vəsait  ayrıldı.  Avropa  ali  məktəblə rinə  

göndərilən hər tələbəyə 400 frank təqaüd təyin 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə