[]



Yüklə 6,32 Mb.

səhifə40/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
1   ...   36   37   38   39   40   41   42   43   ...   282

94 

 

 



 


95 

 

 



erməni-daşnak təcavüzü dövründə yazılmış "Ermənilər və  biz" publisist məqaləsində bu təcavüzün tarixi  kökləri 

və siyasi-ictima i dayaqları təhlil edilir, onun iki yüz illik tarixi araşdırılırd ı. 

Ceyhun bəy Hacıbəyli,  Hüseyn bəy Mirzəcama lov, Fə rhad Ağazadə,  Əlabbas Müznib və  başqalarının ya zıla rında  

ən  mühü m  ictimai-siyasi  məsələlər  ço x  sərrast  şəkildə,  vətəndaşlıq  mövqeyindən  işıqlandırılırdı.  Bu  dövrdə  Azərbaycan 

publisistikası  cəmiyyətə  təsir  etnıək  üçün  daha  çox  tarixi  yaddaşa  müraciət  ed ir,  keçmişin  qəhrəmanhq  ənənələrin i  yada 

salır,  xalqı  milli  ö zünüdərkə  çağırırd ı.  Lakin  1920  ilin  Aprel  işğalı  nəticəsində  Cü mhuriyyət  dövrünün  istiqlalçı  ədəbi 

qüvvələrinə ağır zərbə vuruldu. Qan lı repressiyalar, təqiblər A zərbaycan Xalq Cü mhuriyyəti dövründə başlanmış yeni ədəbi 

oyanışın, müvəqqəti olaraq qarşısını ald ı. 



Teatr  və  musiqi. T e a t r. Azərbaycan Xalq Cümhuriyyətinin  yaran ması milli teatrın fəaliyyətində də canlan maya  

səbəb  oldu.  Dövlətin  fəa l  kö məyi  və  müda xiləsi  nəticəsində  Azərbaycan  teatrının  inkişafında  mühüm  keyfiyyət 

dəyişikliklə ri  baş  verdi.  Teatrın  repertuarına  Azərbaycan  tarixi  və  milli  a zadlıq  mübarizəsi  ilə  bağlı  yeni  əsərlər  gəld i. 

İctimai həyatda teatrın rolu artdı. 

Əsası  1873  ildə  qoyulmuş  peşəkar  Azərbaycan  teatr  sənəti  20  əsrin  əvvəlində  milli  mədəniyyətin  ən  sürətlə  irə-

liləyən  sahələrindən  idi.  1900  ildə  Əbdürrəhim  bəy  Haqverdiyevin  rəhbərliy i  ilə  ilk  daimi  teatr  truppası  yarandı.  "Nicat" 

mədəni-maarif  cə miyyətinin  nə zdində  yaradılan  teatr  bölməsi  (1906),  qabaqcıl  teatr  xadimlə rin in  bir  truppada 

birləşdirilməsi milli teatrın inkişafında mühü m ro l oynadı. 1912 ildən "Səfa" cəmiyyətinin teatr bölməsi fəa liyyət göstərirdi. 

Azərbaycan  teatr  sənətinin  korifeyləri  Hüseyn  Ərəblinski,  Cahangir  Zeynalov,  M irzağa  Əliyev,  Hüseynqulu 

Sarabski, Sidqi  Ruhulla və b. ço x çətin şəraitdə fəa liyyət göstərsələr də, həqiqi  xa lq sənəti uğrunda fədakarlıq la və ina mla  

mübarizə aparırdılar. 

Azərbaycan  teatrının  qabaqcıl  nü mayəndələri  cə miyyətin  mütərəqqi  qüvvələrinin   yardımına  a rxa lanaraq,  teatrın  

ideya-bədii  səviyyəsini  qaldırmaq  və  onu  təşkilati  cəhətdən  möhkə mləndirmə k  üçün  pərakəndə  teatr  truppaların ın  bir-

ləşdirilməsinə  ça lışırdılar.  Məh z  bunun  nəticəsində  aktyorların  yaradıc ılığ ının  inkişafına,  onların  peş əkarlığ ının  yük-

səldilməsinə qayğı göstərən "Müsəlman  artistləri cə miyyəti" yaradıldı. Bütün bu truppalar  milli dra maturgiyanın və dünya 

dramaturg iyasının ən yaxşı əsərlərini uğurla tamaşaya qoyurdular. 

Lakin  1918 il mart soyqırımı zamanı Bakıda olan teatr və aktyor truppaları pərakəndə hala düşmüş, demək o lar ki, 

fəaliyyətlərin i  dayandırmışdılar.  Ya lnız  A zərbaycan  Xalq  Cü mhuriyyəti  qurulduqdan  sonra  Bakıda  teatr  truppalarının  

yenidən  təşkil  olunmasına  şərait  yarandı.  Cü mhuriyyət  dövründə  Bakıda  fəaliyyətini  bərpa  et miş  ilk  truppa  "Hacıbəyli 

qardaşları"  olmuşdur.  Truppa  tanınmış  sənətkarlardan  Hacağa  Abbasov,  Mirzağa  Əliyev,  Əh məd  Ağdamski,  Cəlil 

Bağdadbəyov,  Hüseyn  Ərəblinski,  Hüseynqulu  Sarabski,  Mu xtar  Məhəmməd zadə,  Rza  Darablı,  Sidqi  Ruhulla,  Ələkbər 

Hüseynzadə,   Məmmədtağı   Bağırzadə,   Bağır 

 

 




96 

 

 



Cabbarzadə,  Əbülhəsən  Anaplı,  Əh məd  Anatollu,  M ir  Mah mud  

Kazımovski, Məğfurə  xan ım,  Yeva (Yevgeniya)  Olenskaya, Semnur  xanım Mina  xanım və başqalarını bir yerə toplayaraq, 

həftədə  üç gün növbə  ilə  dra m,  ko mediya,  opera  və  operetta  tamaşaları  göstərir,  repertuarın ı    zənginləşdirmə k  qayğısına 

qalırd ı. 

"Hacıbəyli  qardaşları"nın  teatr  truppasında  Əbdürrəhim  bəy  Haqverdiyevin  "Dağ ılan  tifaq",  "Pəri-cadu",  "Ağa 

Məhəmməd şah Qacar", Şə msəddin Sa min in " Gaveyi-ahəngər", Sultan məcid  Qən izadənin "A xşam səbri xey ir ola r", Mehdi 

bəy Hacınskinin "Su ltan Əbdülhə mid in " xəl" i və ya xud  zülm və  istibdadın axırı",  Cə fər  Cabbarlın ın "Ənvər bəyin  Ədirnə  

fəthi", İsa bəy Aşurbəylinin "Azərbaycan" kimi dra m əsərləri, Üzeyir bəy  Hacıbəylin in "Arşın  ma l a lan", "O o lmasın, bu 

olsun" ("Məşədi İbad"), "Ley li və Məcnun", "Əsli və  Kərə m", "Şah Abbas və Xurşid banu", Zülfüqar  Hacıbəylinin "Aşıq 

Qərib", "Evliy kən subay", Müslüm Maqo mayevin "Şah İs mayıl" kimi opera ları və operettaları dəfə lərlə göstərilmişdir. 

Cü mhuriyyət dövründə Azərbaycanın digər şəhər və qəzalarında da teatr truppaları təşkil olundu. Şuşada Hacıbəyli 

qardaşlarının teatr müdiriyyətinin filialı yaradıldı. 

Bu  dövrdə  tamaşaların  göstərilməsi  üçün  daimi  teatr  binasının  olmaması  (musiqili  tamaşalar  şəxsi  teatrların  

səhnəsində göstərilirdi), mürtəcə qüvvələrin A zərbaycan teatrının tərəqqisinə əngəl törət məsi və s. çətinliklərə ba xma- 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



97 

 

 



 


98 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



yaraq, ölkən in mədəni həyatı canlan ır, yenilik abhavası aydın hiss edilird i. Cü mhuriyyət Höku mətinin teatrın inkişaf 

etdirilməsində  məqsədyönlü işlərindən biri də Azərbaycan Dövlət Teatrının təşkili oldu.  Azə rbaycan professional teatrının 

tarixi 1873 ildən başlansa da, yalnız A zərbaycan Xa lq Cü mhuriyyəti dövründə Dövlət Teatrı statusu aldı. 

Cü mhuriyyət Hö ku mətin in 1918 il 9 oktyabr tarixli qərarına əsasən teatr işi maarif nazirliyinin sərəncamına verildi. 

Oktyabrın  18-də  isə  Höku mət  Dövlət  Teatrının  təşkili  haqqında  xalq  maarifi  nazirinin  məru zəsini  d inləyərək,  Mayılov 

qardaşları  teatrının  binasını  (indiki  Azərbaycan  Dövlət  Akademik  Opera  və  Balet  Teatrı)  həmin  teatr  üçün  almaq  barədə 

qərar qəbul etdi. Qəra rda Bakıda dövlət teatrın ın yaradılmasın ın vacib liy i və  bunun üçün Mayılov qardaşları teatrı binasının  

daha münasib olduğu nəzərə alınaraq, xalq maarifi nazirinə teatrın b inasını məcburi surətdə, lakin ədalətli qiy mətlə nazirliyin  

sərəncamına almaq və bundan sonra onu Dövlət teatrı ad landırmaq tapşırılırdı. Azə rbaycan səhnə sənətinin  xadimlə ri yeni 

yaradılmış teatrın tərkib inə daxil oldular.   

 

 

 



 

 

 



 

Azərbaycan Dövlət  Teatrının aç ılışı və  fəaliyyəti Xa lq  Cü mhuriyyəti dövründə  mədəni həyatın ən parlaq səhifə -

lərindən biri id i. Əgər bu va xta  qədər "Hac ıbəyli qardaşları" truppası, əsasən, opera və operetta ta maşaları göstərmişdisə, 

Dövlət  Teatrı  təşkil  edildikdən  sonra  onun  repertuarı  zənginləş miş,  Mirzə  Fətəli  A xundzadə,  Nəriman  Nərimanov, 

Əbdürrəhim  bəy  Haqverdiyev,  Nəcəf  bəy  Vəzirov,  Cəlil  Məmmədquluzadə,  Hüseyn  Cavid,  Cəfər  Cabbarlı  və  digər 

görkəmli dramaturqların əsərləri ilə yanaşı, dünya klassiklərinin əsərləri də səhnəyə qoyulmuşdur. 

Dövlət Teatrın ın açılmasını, onun tarixi əhəmiyyətini və vəzifələrini, aktyorluq sənəti və teatr qarşısında meydana 

çıxan b ir sıra  məsələləri etraflı şəkildə  işıqlandıran ictimai  xadim, publisist Mirzəbala Məmməd zadə "Höku mət və teatro" 

məqa ləsində  milli  və  qüdrətli  bir  səhnəyə  malik  o lmaq  üçün  yüks ək  səviyyəli  əsərlər  meydana  qoya  biləcək  ya zıçıların, 

həmç inin  hə min  səhnə  əsərlərini  mü kə mməl  sənətkarlıq la  xalqa  çatdırmağa  qadir  olan  aktyorların  yetiş dirilməsini  zəruri 

sayır və onların hər ikisinin mövcud olduğunu bildirird i. 





Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   282


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə