[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə44/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   40   41   42   43   44   45   46   47   ...   282

106 

 

 

ABBAS  SƏHHƏT,  Abbasqulu  Əlabbas  oğlu  M  e  h  d  i  z  a  d  ə  (1874,Şamaxı-  11.5.1918,  Gəncə)-  şair,  nasir, 

dramaturq,  publisist,  maarif  xadimi.  Ruhani  ailəsində  doğulmuşdur.  Şa ma xıda  məhə llə  məktəbində  (1881-93),  Məşhəddə 

(İran)  mədrəsədə  (1894),  Tehranda  "Mədrəseyi-nizamiyyeyi-Nasiriyyə"  darülfünununda  (1894-1900)  təhsil  almış,  göz 

həkimi ixtisasına yiyələn miş Qaşqay (İran) xanı Zə rğa müssəltənənin sarayında həkim (1900- 01), Şa ma xı realn ı 

mə ktəbində a zərbaycan dili  müə llimi  (1906-  18)  işlə mişdir. Abbas Səhhət ədəbi yaradıcılığa  19 əsrin sonunda 

başlamış,  20 əsrin əvvəlində lirik-ro mantik ("Oxucularıma", "Dilbəri-hürriyyətə", "Şikayət", "Tərcümeyihalım, 

yaxud  hülulum",  "Şair,  şeir  pərisi  və  şəhərli"),  realist-satirik  ("Əkinçi  nəğməsi",  "Özlərini  sevənlərə", 

"Alimnü malar",  "Kəln iyyət"  satiraları)  şair,  tərcü məçi  (A.S.Puşkindən,  M.Y.  Lermontovdan,  İ.A.Krılovdan, 

Qərbi  Avropa  şairlə rindən  tərcümələ r),  nasir  ("Bədbə xt  ailə",  "Qaragünlü  Hə limə",  " Volqa  səyahəti"), 

dramaturq ("Cəhalət sə mərəsi, ya xud b ir yet imin xoşbə xtliyi", " Yo xsulluq eyib deyil", "Tağı və Nağı"), publisist 

("Təzə şeir necə olmalıdır?", " Qara xəbər", "Məktəblə rdə ana dili") kimi ço xşa xə li fəa liyyət göstərmişdir. Abbas 

Səhhətin  "Sınıq  saz"  (1912),  "Məğrib  günəşləri"  (1912),  " Cəhalət  səmərəsi,  ya xud  bir  yetimin  xoşbə xtliyi"  

(1914)  kitabları,  " Yeni  məktəb"  (1909),  Mah mud  bəy  Mahmudbəyovla  birgə  "Türk  ədəbiyyatına  ilk  qədəm"  

(1914)  dərslikləri  nəşr  olunmuşdur.  Ya xın  dost  olduğu  Sabirin  əsərlərin i  toplayaraq,  ilk  dəfə  "Hophopnamə"  adı  ilə  nəşr 

etdirmişdir (1912). Abbas Səhhətin əsərlərinin əsas qəhrəmanı vətəndir, millətdir: 

 

Hər kimin qəlbi, ya vicdanı deyildir satılıq, 

Hər kimin daş kimi yoxdur ürəyində qatılıq,  

Millətin halını gördükcə gərəkdir yan sın  

Dərdinə qalmağı daim özünə borc bilsin. 

Vətən uğrunda gərək şəxs fədakar olsun,  

Böylə mövsümdə yatan kimsələrə ar olsun. 

... Ya ər ol ortaya çıx, gəl kömək et qardaşına,  

Ya gedib evdə otu r, həm də ləçək sal başına. 

Başqa bir şerində vetənperver şair belə deyir: 



 

Şişə çəkməkdə diriykən ətimi, 

Atmaram mən Vətəni, millətimi... 

 

Maarifçilik,  islamçılıq  və  türkçü lük  baxışları  zəmin ində  istiqlaliyyət,    siyasi  azad lıq,  milli  müstəqillik  uğrunda 



mübarizə  Abbas  Səhhət  yaradıcılığ ının  leyt motivin i  təşkil  ed ir.  Şairin  "Fəryadi-intibah,  yaxud  a ma li-vətənpərvəranə", 

"Dilbə ri-hürriyyətə", "Qəzet nədir?", "Bəradərim Abdulla  Şa iq cənablarına", "Beradərim Firidun bəy Köçərli cənablarına", 

"Şair, şeir pərisi və şəhərli", "İrəli" və s.əsərlərində intibaha çağırş nidaları qabarıq surətdə ifadə olun muşdur: 

 

Böylə qoyulmuş aləmin binası, 

Dəyişməkdir tərəqqinin əsası. 

Bəxt, qismət kimi əlfazı unut, 

Səy eylə, bazuyu-iqbalını tut. 

 

1917 il Fevral inqilabından sonra Abbas Səhhətin istiqlal haqqında düşüncələri konkretləşir, on ların əməli surətdə 

həyata keçirilməsi üçün a xtarış dövrü başlanır. Əd ibin yaradıc ılığ ında,  xüsusilə publisistikasında cümhuriyyət quruluşunun 

təbliği ön plana keç ir, Oktyabr çevrilişindən sonra isə ölkədə yaran məş hərc-mə rclikdən xilas olmaq üçün "mü kə mmə l, adil, 

tərəqqipərvər bir Hö ku mətimizin" qurulması zəruri siyasi tələb kimi irə li sürülürdü. 

"Millət   məc lisi"  məqaləsində  isə  Abbas  Səhhət  maa rifçilik  dünyagörüşündən  çıxış  edərək,  "cümhuri"  idarəyə 

malik  olmaq  üçün  vətəndaşlarda  "cümhuriyyəti  ruh"  tərbiyə  etməyi  başlıca  şərt  sayırdı.  Şairin  fikrincə,  "öz  hüquq  və 

vəzifəsinə,  bəşəriyyət  haqqına,  insanlıq  vəzifəsinə"  bələd  olmayan  xalq  qa zandığı  a zadlığı  qoruyub  saxlaya  bilmə z.  Şair 

ziyalıla rı səfərbər edib xa lqın arasına göndərməyi, "va xt və za mana münasib vəzifə  və hüquqi- 



107 

 

bəşər haqqında, hürriyyət və məşrutiyyət babında sadə və asan bir dil  ilə  ca maata bəyanat verməyi" la zım bilirdi. 



O,  əha lin i  siyasi  cəhətdən  maa rifləndirdikdən  sonra  hürriyyətin  "möh kə m  və  payidar"  o lacağına  inanırdı.  Abbas  Səhhət 

özünü belə amal uğrunda mübarizəyə hazırlayırd ı. 

1918  ilin  martında  erməni-daşnak  quldur  dəstələrinin  Şamaxıda  törətdiyi  soyqırımından  sonra  başlanan  qaçqın 

həyatı,  üzləşdiyi  məşəqqət  və  nəhayət,  yatalaq  xəstəliyi  şairin  ölü mü  ilə  nəticə ləndi.  O,  cü mhuriyyət  barədə  arzula rını 

həyata keçirmə k üçün ə məli fəaliyyət göstərə bilmədi. 

 

Əsərləri: Əsərləri, B., 1950; Seçilmiş əsərləri, 2 cilddə, B., 1975-76.  



 

Əd.:  Mir  Cəlal,  Abbas  Səhhət  haqqında,  "Abbas  Səhhət.  Əsərləri"  kitabında,  B.,  1935;  Mirəhmədov  Ə.,  Aşiq  kimi,  onun 

"Azərbaycan ədəbiyyatına dair tədqiqlər" kitabında, B., 1983; T a l ı b z a d ə  K., Abbas Səhhət, B., 1986. 



 

ABBASAĞA  NAZĠR,  Q a y ıb o v   Abbasağa  Mirzə  Nəbi  əfəndi  oğlu  (9.10.1849,  Qazax  mahalın ın  Salahlı  k.  -

30.12.1919,  Qa za x)  -  şair.  Ruhani-şair  a iləsində  doğulmuşdur.  Salahlıda  Mirzə  Hüseyn  Qayıbovun  xüsusi  məktəbində, 

Tiflisdə  Qafqa z  Müsəlmanları  Ruhani  İdarəsinin   nəzd indəki  mə ktəbdə  təhsil  almış,  Şərq  və  rus  ədəbiyyatını,  din i  və  

dünyəvi elmləri, Azərbaycan, rus, fars və ərəb dillərini öyrən mişdir.  Salah lı kənd  məktəbində  müəllim  (1869-73),  Tiflisdə 

Qafqaz Ruhani İdarəsində katib kö məkçisi, katib və baş katib (1874-1910) işləmişdir. 

Yaradıcılığa lirik şair kimi başlamış, Hafizin və Füzu lin in təsiri altında qəzəllər, Ömər Xəyyam üslubunda rübailər 

yazmışdır. Avtobioqrafik "Bəyanihal" poemasının (1907), didaktik "Molla və şeytan" (1911), "İki qardaş" (1912)  mən zu m 

hekayələrinin, M irzə  Fətəli A xund zadəyə, Lev Tolstoya, İsmayıl bəy Qaspralıya həsr olun muş şeirlə rin, "Qış", "Millətə ba x, 

millətə!"  satira larının  müəllifidir.  Firdövsinin  "Şahnamə"  epopeyasından  "Rüstəm  və  Söhrab"  dastanını,  L.Tolstoyun 

"İnsana çoxmu torpaq la zımd ır?" hekayesini nəzmlə tərcü mə etmişdir. 

Abbasağa  Nazirin  "Təraneyi-milliyyə"  müsəddəsi  20  əsrin  əvvəlində  milli  şüurun  oyanmasına,  müstəqillik 

düşüncəsinin formalaşmasına qüvvətli təsir göstərmişdir: 



 

Gözün aç xabi-qəflətdən oyan millət, oyan millət, 

 Nəzər qıl bircə ətrafə, aman millət, aman millət. 

 

Azərbaycan Xalq   Cü mhuriyyəti dövründə Salahlı kəndindən Qa za x şəhərinə  köç müş, "Müsavat‖ın Qaza x  mahalı 



üzrə sədri Firidun bəy Köçərli ilə sıx əlaqə saxlamışdır. 

 

Əd.: Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX-XX əsrlər), 3 cilddə, c. 2, B., 2002; Köçərli F., Milli şairimiz Abbasağa 

Qayıbzadə  Nazir,  "Səda"  qəzeti,  1909,  20,  26  noyabr;  2,  4  dekabr; Mustafayev M.,  XIX  əsr  Azərbaycanın  şeir  nümunələri,  B.,  1983; 

M əmmədov X., Azərbaycan ədəbi tənqidi: XIX-XX əsrlərin hüdudunda, B., 1999.  

 

ABBASOV  Hacağa  Mütəllib  oğlu  (16.6.1888,  Bakı  ya xınlığındakı  Maştağa  k.  -  7.5.1975,  Ba kı)  -  a ktyor,  Azər-

baycan xalq artisti (1932). İlk təhsilini  Bakı rus-tatar  məktəbində almış, Hüseyn Ərəblinskinin teatr 

dərnəyinin  üzvi  o lmuşdur.  İlk  rolu  Molla  İbrahimxəlildir  (1905;  "Molla  İbrahimxə lil    kimyagər",  

M.F.A xundzadə).    1906-09   illərdə Petrovsk-Portda (indiki Mahaçqala) pedaqoji kursda o xuyarkən 

azərbaycanlılardan  ibarət  a ktyor  truppası  yaratmış,  Tey murxanşurada  teatr  açmışdır.  1909  ildə 

Bakıya qayıtmış,  Balaxanıda Mirzə  Ələkbər Sab irlə b irlikdə  müəllimlik etmiş, Müsəlman Artistlər 

Birliy inin  fəal üzv lərindən olmuşdur. Üzeyir və  Zülfüqar Hac ıbəyli qardaşları truppasının tərkibində 

bir sıra ro lların mahir ifaçısı olmuşdur. 

1918 

ildə 


erməni-daşnak 

quldurların ın  Azərbaycanda  törətdikləri  qanlı  mart 

soyqırımlarından  sonra  İrana  getməyə  məcbur  olmuş  Hacıbəyli  qardaşların ın  truppası  Bakıya  qa-

yıdaraq yenidən fəaliyyətə başlamışdı. H. Abbasov Azərbaycan Xalq  Cü mhuriyyəti dövründə (1918-

20)  milli  d irçəliş  naminə  teatr  sənətinin  inkişafına  yaxından  kö məklik  göstərmiş,  gənc  aktyorların 

peşəkarlıq səviyyəsinin artmasında və püxtələşməsində  mühüm  rol oynamışdır. A zərbaycan milli teatrının təşəkkülündə H. 

Abbasovun mühüm xid məti o lmuşdur. 

Azərbaycanda  Sovet  hakimiyyəti  qurulduqdan  sonra  H.Abbasov  Bakı  A zad  Tənqid-Təbliğ  Teatrın ın  təşkilatçı-

larından  və  fəal  iştirakçılarından  id i.  1925-29  illərdə  Azərbaycan  Dövlət  Dram  Teatrında,  1930-37  illərdə  Bakı  Teatr 

Te xniku munda dire ktor, Azə rbaycan İncəsənət İşləri İdarəsi teatr şöbəsinin rə isi və  s. vəzifə lərdə  çalışmışdır. H.Abbasovun 

ifaçılıq  d iapazonu  geniş  və  çoxcəhətli  o lmuşdur.  Ro lları:  Şey x  Nəsrullah  ("Ölü lər",  C.Məmmədquluzadə),  Məşədi  İbad, 

Soltan bəy, Kəblə  Qubad ("O o lmasın, bu o lsun", "Arşın ma l a lan", "Ər və a rvad", Ü.Hacıbəyli),  Hacı Qənbər, Ağakərim 

xan  (" Yağışdan çıxd ıq, yağmura düşdük", "Ağakərim  xan   Ərdəbili",  N.B.Vəzirov) və s.  H.Abbasov bir sıra  kiçik həcmli 

pyesin  müəllifidir: "Ağa Məhəmməd şah Qacar və ya Molla Pənah  Vaqif‖, " Bakının  fəthi", "Sabirin   məhkəməsi", "Əsgər 

oğluma",  "İnqilab  şərarələri",  "Rus  macərası"  və  s.  Süleyman  Sani  A xundov,  Maksim  Qorki,  Cəlil  Məmmədquluzadə, 

Nəriman  Nərimanov, Mirzə  Ələ kbər Sab ir,  Lev Tolstoy, Cəfə r  Cabbarlı və b. haqqında  xatirələ r yazmışdır ("Xat irə lərim", 

B., 1968). 

ABBASZADƏ  Mirzə  Abbas  (1860-1920)  -  maarif  xad imi,  müəllim.  İlk  təhsilini  mədrəsədə  almış,  ərəb  və  fars  

dillərini  mükə mmə l öyrən mişdir.  Gənc yaşlarında  Gəncədəki ruhani  məktəblə rində, a ltısin ifli şəhər  məktəbində, a li  ibtidai 

mə ktəbdə  türk  (Azə rbaycan)  dilindən  dərs  demişdir.  19  əsrin  sonlarında  türk  (A zərbaycan)  dilində  əlifba  kitabını  çap  

etdirmişdir.  Abbaszadənin  1913  ildə  Bakıdakı  "Kaspi"  mətbəəsində  "Birinci  il"  adlı  əlifba  kitabı  nəşr  olun muşdur. 

Gəncədəki xeyriyyə cə miyyətinin, dra m dərnəyin in, "Nəşri-maa rif ― in yaradılmasında və fəaliyyətində mühüm 

 

 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə