[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə45/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   41   42   43   44   45   46   47   48   ...   282

108 

 

rol  oynamışdır.  A zərbaycan  Xalq  Cü mhuriyyətinin  hakimiyyəti  dövründə  yeni  məktəblə rin  açılmasında,  türk 



(Azərbaycan)  dilin in  tədris  olunmasında  əvəzsiz  xid mət lər  göstərmişdir.  Bu  fəaliyyətinə  görə  1920  ilin  əvvəlində,  anadan 

olmasının  60,  əlifba  kitabının  nəşr  olunmasının  20  illik  yubileyləri  A zərbaycan  Xalq  Cü mhuriyyəti  tərəfindən  qeyd 

edilmişdir.  Onun  "Farsca  lüğət",  "Şəriət  dərsi",  "Arvad  ağısı"  əsərləri  o xucular  və  şagirdlər  tərəfindən  rəğbətlə  qar-

şılan mışdır.  "Azərbaycan"  qəzetində  Abbaszadəni  60  illik  yubileyi  ilə  təbrik  edən  Əhməd  Cavad  onu  əvəzsiz  pedaqoq, 

xeyirxah insan adlandırmışdır. 

Abbaszadə  Gəncə  üsyanı  (1920)  ərə fəsində  evində  ermənilər  tərəfindən  vəhşicəsinə  qətlə  yetirilmiş,  onun  kül-

liyyatı,  əlyazmaları  talan  və  məhv  edilmişdi.  Məhəmməd  Əmin  Rəsulzadə  "Azərbaycan  Cümhuriyyəti"  kitabında  istiqlal 

qurbanları  sırasında  Mirzə  Abbas  Abbaszadənin  də  adını  ehtiramla  yad  etmişdir.  Gəncədəki  mərkəzi  küçələrin  birinə 

Abbaszadənin adı verilmiş və büstü qoyulmuşdur. 

 

Əd.: İ s a y e v Ə., Gəncə və gəncəlilər, B., 1991. 



 

ABDĠNOV Bəh ram  Əlövsət oğlu (avqust, 1896,  Dərbənd - ?)  - A zərbaycan Xalq  Cü mhuriyyəti 

Parlamentinin  xüsusi  qərarına  (bax  Xaricə  təhsil  almağa  göndərilən  azərbaycanlı    tələbələr  haqqında  



qərar)  əsasən,  dövlət  hesabına göndərilmiş tələbələrdən biri.  Dərbənd realnı  məktəbin i bit irmiş (1913),  

Moskvada  Kənd Təsərrüfatı İnstitutunun balıq s ənayesi şöbəsində   o xu muşdur    (1915).    Pa rla mentin  

1919    il      1      sentyabr  tarixli  qərarı  ilə  kənd  təsərrüfatı  sahəsində  təhsilini      dava m      etdirmə k      üçün 

Almaniyanın Bonn ş əhərinə göndərilmişdir. 

 

 

 



 

 

 



 

 

 Azərbaycanda sovet hakımıyyəti qurulduqdan sonra  xaricdə dövlət hesabına təhsil a lan  



azərbaycanlı  tələbə lərin  və ziyyətini  öyrənən  Azərbaycanlı  Tələbələr  İttifaqının  1923-25  illə r  üçün 

mə lu matında  Bəhra m  Abdinovun  təhsilinin  b it məsinə  6  ay  qaldığ ı  göstərilird i. 

Sonrakı taleyi barədə məlu mat aşkar o lunmamışdır.  

 

ABDULLA ġAĠQ, Abdulla Mustafa oğlu Talıb zadə (24.  2.  1881,  Tiflis 

-  24.7.1959,  Bakı)  -  şair,  yazıçı,  tərcü məç i,  ədəbiyyatşünas,  maarif  xad imi. 

Ruhani  ailəsində  doğulmuşdur  Tiflisdə  Qafqa z  Müsəlmanları  Ruhani  İdarəsi 

nəzdində     altısi-nifli     məktəbdə (1888 - 93), Məşhəddə (İran) mədrəsədə (1894-

1900)  A zərbaycan, fa rs dillə rində təhsil almış, dini, dünyəvi elmlə ri, Şərq  və rus 

ədəbiyyatını öyrənmişdir. 1901  ildə imperator III A leksandr kişi g imnaziyasında   

ko missiya      qarşısında  imtahan  verərək,  ibtidai  məktəb  müəllimi  adın ı  almış, 

Sabunçu  və  Bakı  məktəblərində  Azərbaycan  dili  və  şəriət  fənlərin i  tədris 

etmişdir. 

Abdulla  Şaiq  20  əsrin  əvvəllərində  geniş  ictimai  və  ədəbi  fəaliyyətə  başlamış,  "Həyat",  "İrşad",  "Dəbistan", 

Rəhbər",  "Məktəb",  "Füyuzat",  "İqbal",  "Yeni  iqbal",  ―Açıq  söz",  "Qardaş  köməyi"  kimi  qəzet  və  jurnallarda  mü xtə lif 

möv zularda bədii, elmi-publisistik yazılar dərc etdirməklə milli şüurun dirçəlişinə yard ım göstərmişdir. 

Abdulla  Şaiq  Qafqaz  müsəlman  müəllimlərin in  Bakıda  keçirilən  birinci    (1906),    ikinci  (1907)  quru ltaylarının  

iştirakç ısı olmuş, ikinci qurultayın katib lik  xid mət ini yerinə yetirmiş, idarə heyətinin qərarı  ilə Mahmud bəy Mahmudəyov, 

Ə.Əbdürrəhmanbəyzadə,  S.A xundzadə, A.Əfəndizadə, F.Ağazadə ilə birgə "İkinci  il" dərsliyin in tərtibinə cəlb  edilmişdir.  

Ədib "Uşaq çeşməy i"  (1907),  "Uşaq gözlüyü" (1910), " Gülşəni-ədəbiyyat" (1910), " Gülzar" (1912) və s. dərsliklərini nəşr 

etdirməklə  məktəblə rin  milli  ruhlu dərsliklərlə   tə min  olun masında  misilsiz  xid mət   göstərmişdir. Onun pedaqoji və ədəbi 

fəaliyyəti  milli  zə mində  kö klənmişdir.  Molla   Pənah  Vaqif,    Molla   Və li  Vidad i,  Mirzə  Fətəli  A xundzadə,  Əli  bəy 

Hüseynzadə,Mirzə  Ələkbər  Sabir,  Məhəmməd  Hadi,  Abbas  Səhhət,  Hüseyn  Cavid  və  b.  şair  və  ədiblərin  mövzusu  xalq  

həyatından  götürülmüş  əsərləri  A zərbaycan  mə ktəbinə  Abdulla    Şaiqin  dərslikləri  vasitəsilə  da xil  olmuşdur.  O,  gəncliyin  

milli hisslərini  coşduran ilk ədəbiyyat müəllimi kimi tanınmışdır. 

1917  ildə  maa rif sahəsində milliləş mə başlayarkən, Abdulla  Şa iq b irinci rea lnı  mə ktəbində "türk sinfi" yarat mış, 

bütün  fənlərin  ana  dilində  tədrisinin  bünövrəsini  qoymuşdur.  Abdulla  Şaiq  A zərbaycan  Xalq  Cü mhuriyyəti  illərində 

nümunə məktəbində və darülmüəllimində işləmiş, fəaliyyətini daha da genişləndirmişdir. Maarif   Nazirliy inin ilk dəfə nəşr 

etdirdiyi beş dərslikdən ikisin in - "Ədəbiyyat dərsləri" (Hüseyn Cavidlə birgə, 1919) və "Türk çələngi"nin (1919)  müəllifi 

Abdulla Şa iqdir.  O,  Osman lı-türk və A zərbaycan ədəbiyyatı nü munələrindən istifadə  et məklə  ilk  milli dərslik ö rnəklə rini 

yaratmışdır. 

Azərbaycan Xa lq  Cü mhuriyyəti dövründə Abdulla Şa iqin  bədii yaradıc ılığ ı yeni  mə zmun  kəsb etmiş, əsərlə rində  

(" Vətənin  yanıq  səsi",  "Yeni  ay  doğarkən",  "İki  mücahid",  "Qüvvət",  "Arazdan  Turana")  müstəqillik,  milli  istiqla liyyət, 

turançılıq, türkçü lük ideyaları tərənnü m olun muşdur. Onun "Marş" şerindən aşağıdakı misralar maraqlıdır: 

 

Birləşəlim, türk oğlu, bu yol millət yoludur,  

Ünlə, zarla, şanla tariximiz doludur. 

 

Türk  oğulların ı  b irliyə  çağıran  şairin   işıq lı  gələcəyə  inamını  artıran   əsas  səbəblərdən  biri  Turan  bayrağın ın  ö z 



yerində möhkə m qəra r tut masıdır: 

 

Dalğalanır üstümdə şanlı Turan bayrağı,  

Alovlanır qəlbimdə Ərgənokon ocağı. 

 Haydı, yola çıxalım, haqsızhğı yıxalım,  

 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə