[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə47/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   43   44   45   46   47   48   49   50   ...   282

110 

 

görə  fasiləyə  yol  verdiy i  üçün  o xuculardan  ü zr  istəyərək 



yazırdı:  "Qanh  mart  hadisəsi  zamanı  mətbəəmiz  fəhlə  şurası 

və  erməni  qoşunları  tərəfindən  talan  edilib  yandırıldığı iiçün 

qəzetimiz dayandırılmağa məcbur olunmuşdu". 

"Azərbaycan  dövri  mətbuatı.  1832-1920"  kitabında  

(1987) "Açıq söz" qəzetin in 724 sayının çıxd ığı göstərilir. Digər 

mə lu matla ra görə, qə zetin 750 sayı işıq ü zü görmüşdür. 

"Açıq söz"  qəzetinin  naşirləri  və  redaktorları  mü xtəlif 

vaxt larda  Məhə mməd   Əmin   Rəsulzadə,  Mə mmədəli  Rəsul-zadə,  Üzeyir  bəy  Hacıbəyli,  Orac,  Qənbər  və  Abuzər  Orucov 



qardaşları olmuşlar. 

Qəzet in ilk sayında, s ərlövhə altında "Türkləş mək, isla mlaş maq,  müasirləşmə k" şüarı və "gündəlik türk qəzetid ir"  

sözləri  yazılmışdı.  "Açıq  söz"də  ilk  dəfə  " müsəlman",  "tatar",  "tuzem"  sözləri  əvəzinə  A zərbaycan  xalqın ın  adı  ilə  bağlı 

"türk" sözü işlədilird i. 

Qəzet in  mə ra mı  onun  1-ci  sayında  dərc  edilmiş  proqra m  səciyyəli  baş  meqalədə   belə  ifadə  olun muşdu: 

"Dəhşətlərinə şahid olduğumuz böyük müharibə böyük bir həqiqəti - əsrimizin millətçilik əsri olduğunu sübut etdi. 

Özlərini lazımınca bilib, istiqlal üçiin müəyyən bir ideal, məfkurə bəsləyən millət, şübhəsiz ki, böyük bir qiivvət 

təşkil edir... Ayrı-ayrı millətlər, bir millət olaraq yaşaya bilmək üçün, hə r şeydən əvvəl, özlərini bilməli, müəyyən fikir və  

əməllər ətrafında birləşərək, böyük bir məfkurəyə... sahib olmalıdırlar. Çünki müttəhid bir ruh və müştərək bir qayəyə 

malik  olmayan  millətlərlə  yeni  əsaslar  üzərində  qurulacaq  həyat  hesablaşmayacaq  və  belə  bir  silahdan  məhrum  olan 

cəmaətlər kimsəyə söz eşitdirə bilməyəcəklər". 

"Açıq  söz"  qəzetində  Rusiyanın  daxilində  gedən  ictimai-siyasi  proseslər,  A zərbaycan  həyatının  bütün  sahələri 

barədə  müntəzə m  surətdə  mə lu matla r,  milli  d irçəliş,  mu xtariyyət  məsələ lərinə  dair  ya zılar  dərc  o lunur,  Birinci  dünya 

müharibəsinin gətirdiyi bəlalar və dəhşətlər hərtərəfli və obyektiv işıqlandırılırd ı.  Qəzetin dolğun və rəngarəng çıxmasında, 

möv zu genişliyində ədib, jurnalist və ictimai  xadimlərdən Nəriman Nərimanov, Əh məd bəy Ağayev, Hüseyn Cavid, Əhməd 

Cavad,  Abdulla Şaiq,  Tağı  Şahbazi,  Yusif  Vəzir  Çəmənzəminli,  Nəcəf  bəy  Vəzirov,  Əbdürrəh im  bəy  Haqverdiyev,  Ömər 

Faiq Nemanzadə, Üzeyir bəy Hacıbəyli, Sənətullah Eynullayev, Əzim Əzimzadə və b.-n ın böyük xid mətlə ri olmuşdur. 

"Açıq söz" xalqı  milli varlığını və hüququnu qorumaq,  milli azadlığa və  müstəqilliyə nail o lmaq üçün bir fikir və 

əməl ətrafında birləşməyə, məfkurə birliy inə çağırırd ı. Qəzet bu amal və bu qayə ilə milləti oyatmağa başlamışdı. 

1917  ilə  doğru Azə rbaycanda xüsusi bir "açıqsöz"çülər nəsli yaran mışdı. A zərbaycanın və bütün Qa fqazın d igər 

şəhərlərindəki  gənclər,  hətta  Rusiya  ali  məktəblərində  təhsil  alan  tələbələr  içərisində  "Açıq  söz"ün  yaydığı  milliyyətçi 

fikirlər ətrafında cə miyyət və dərnəklər yaran mışdı.  1917  ildə  Bakıda gizli çağırılmış tələbə quru ltayı "Açıq söz" qəzet ini 

özünün  orqanı  elan  etməy i  qərara  almış  və  həmin  qərarı  xüsusi  heyət  vasitəsilə  qəzetin  baş  redaktoru  M.Ə.Rəsulzadəyə 

bildirmişdi.  Fevral  inqilabından (1917) sonra bu cəmiyyətlər mütəşəkkil halda "Müsavat" partiyasına daxil olmuşdular. 

"Açıqsöz"çülər Fevral inqilab ına qədər milli-məhəlli     mu xtariyyət şüarı ilə çıxış  edird ilərsə, mütləqiyyətin süqu-

tundan  sonra  onların  mövqeyində  dönüş yarandı.  Bu  zaman  "Müsavat"  partiyası  qəzetdə  dərc  olunmuş  proqramında  ya-

zırdı:  "Milli və vətən vəzifəmizi hüsni ifa etmək iiçün yeganə bir vasitə vardır ki, o da Məclisi-Müəssisana hazırlaşmaq 

və oraya hazır proqram və  aydın məramla getməkdən ibarətdir



 Qəzet in 1918  il  15  ma rt tarixli  702-ci sayında tanınmış 

jurnalist  Sənətullah  Eynullayev  "S.İbrah im"  imzası  ilə  ya zdığ ı  "Dəhşətli  saat  gəlir,  b irlik  gərək"  məqaləsində  Bakı 

faciəsindən  3  gün  əvvəl  siyasi  partiya  rəhbərlərini  xəbərdar  edird i:  "Başqa  millətlərin  cəmi  partiyaları  bu  gün  məlum 

məsələlər  xüsusunda  sözlərini  bir  etdilər.  Müsəlman  partiyaları  da  milləti  fəlakətdən  xilas  etmək  xatirinə  birləşməyə 

borcludurlar. Çünki baş kəsildikdə saqqalla bərabər gedəcək olduğundan dəhşətli saətlərdə partiya fərqinə baxmayacaq, 

proqram və partiyalar da millətlə bərabər gedəcəkdir. Dəhşətli saət gəliyor, birləşiniz”. 

 

 



Əd.: Axundov N., Azərbaycanda dövri mətbuat (biblioqrafiya), B.,1965; y e n ə  o n u n, Azərbaycanın dövri mətbuatı (1832-1920), B., 1987; 

Məmmədzadə M.B., Milli Azərbaycan hərəkatı, B., 1992. 



 

 

A DI GÖ ZƏ L OV   Əsgər ağa Haqverdi ağa oğlu - Azərbaycan yazıçısı, maarifçi, teatr xadimi və ictimai xadim. Tarixçi Mirzə Adıgözəl 

bəyin nəvəsi (bax Gorani Əsgər ağa). 



"ADRES-KALENDAR      AZERB AYDJ ANS KOY 

RESPUBLĠKĠ  NA  1920  QOD"  ("Azərbaycan 

Respublikasının 1920 il üçün ünvan-təqvimi") - mə lu mat-soraq kitabı  1920  ilin əvvəllərində nəşr edilmişdir.1919  il  iyulun 

28-də 

 Höku mət  rus  və  Azərbaycan  dillərində  mə lu mat  kitabının  nəşrini  bəyənmiş  və  Parla mentə  "Azərbaycan 



Cü mhuriyyətinin ünvan-təqviminin nəşri üçün Himayədarlıq Nazirliy inə  122  min  manat vəsait ayrılması haqqında" qanun 

layihəsi təqdim et məy i qərara a lmışdı. 

 

 

 



 

 

 



 

 

 



Ünvan-təqvim aşağıdakı bölmələri əhatə edirdi: soraq məlu matı; ticaret-sənaye bölməsi; malların ö lkədən kənara   

aparılması qaydaları; kooperativlər; Azərbaycan Xalq Cü mhuriyyətinin yaranması tarixi; Hö ku mətin ən mühü m qanun 

 

və qərarlarının mətnləri; Pa rla mentin və nazirliklərin fəa- 



liyyəti haqqında  mə lu matlar;  Höku mət  idarə lərinin və  ictimai  

idarələ rin şə xsi heyəti; milli təşkilatlar; d ini quru mlar; ictimai təşkilatlar; hə mkarlar itt ifaqla rı; cə miyyətlər və itti  faqlar; 

dövri nəşrlər, kitab xanalar, mu zeylər, teatrlar, kinolar, klublar;  həkimlərin, müalicəxanaların və apteklərin siyahıları. 

 

 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə