[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə52/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   48   49   50   51   52   53   54   55   ...   282

115 

 

yaradıcılarından  olmuş,  türkçülük  hərəkatının  əsas  ideoloqlarından  biri  kimi,  Əli  bəy  Hüseynzadə,  Ziya  Göyalp, 



Yusif  A kçura,  Hə mdullah  Sübhi  və  b.  ilə  ç iyin-ç iyinə  çalış mış,  Afyon-qarahisardan  Osmanlı  parla mentinə  deputat seçil-

mişdir.  1915  ildə  Rusiyada yaşayan azsaylı  xalqların  Lozannada keçirilən konfransında Azərbaycanın təmsilçisi  kimi çıxış  

etmişdir. O, Əli bəy  Hüseynzadə, Əbdürrəşid  İbrahimov  və  Yusif A kçura  ilə b irlikdə  Rusiya imperiyasında yaşayan türk 

xalq larının dözü lməz vəziyyəti ilə bağlı A BŞ prezidenti V.Vilsona təqdim o lunan müraciəti imzalamışdır 

Ağayev  1918  ildə  xalq ın  bolşevik-daşnaklara  qarşı  mübarizəsinə  kö mək  üçün  göndərilmiş  Qa fqaz  İslam 

Ordusunun  komandanı  Nuru  paşanın  siyasi  müşaviri  kimi  A zərbaycana  gəlmişdir.  Hə min  il  iyunun  16-da  M illi  Şura  və  

Höku mət  Tiflisdən  Gəncəyə  köçərkən  bu  Höku mətin  həyata  keçirmək  istədiyi  tədbirlərin  "həddindən  artıq  demokratik 

istiqamət indən" narazı qalan Azə rbaycan burjuaziyası və mü lkədarlarının  təsiri alt ında Gəncədə rea l hakimiyyətə ma lik olan  

Türkiyə qoşunları  ko mandanlığı  ilə Milli Şu ra arasında anlaşılmazlıq yarandıqda Nuru paşanın yanında böyük nüfuzu olan 

Əh məd  bəy  Ağayev  qarşılıq lı  güzəştlər  əsasında  ümu mi  razılığa  gəlməkdə  vasitəçilik  etmişdi.  Onun  təklifinə  görə,  Milli 

Şura  buraxılmalı  və  bütün hakimiyyət  yeni  yaradılacaq  Höku mətə  həvalə  olunmalı  id i.1918  il  iyunun  17-də  bu  məsələni 

mü zakirə edən Milli Şura yeni Hö ku mət təşkil etməyə və ö zünün bütün səlahiyyətlərini müvəqqəti o laraq ona verməyə razı 

olmuşdu. 

Əh məd  bəy  Ağayev  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Parlamentinin  üzvü  seçilmişdi.  1918  ildə  general  Tomsonla 

danışıq aparmaq üçün  xüsusi nümayəndə heyətinin tərkibində Ən zəliyə göndərilmişdi. Həmin  il dekabrın  28-də Paris sülh 

konfransında iştirak edəcək A zərbaycan nümayəndə heyətinin tərkibinə qatılmış, lakin İstanbulda "türk ju rnalisti və Türkiyə 

parlamentinin deputatı" kimi təqdim olunaraq,  ingilislər tərəfindən həbs edilmiş, "İttihad və tərəqqi" partiyasının rəhbərləri 

ilə   birlikdə  Malta   adasına  sürgün  olunmuşdu.  Sürgün  olunanlar  Atatürkün  təşəbbüsü  ilə  ingilis  hərbi  əsirləri  ilə  

dəyişdirilə rkən,  Ağayev  də  26  ay lıq   sürgündən  sonra,  1921  il  may ın  28-də  İstanbula  qayıdaraq,  yenidən  milli  hərəkata  

qoşulmuş və qurtuluş savaşının fəal iştirakçılarından olmuşdur. 

20-ci illərdə  Türkiyənin  dövlət mətbuat bürosuna müdir təyin ed ilən Əh məd bəy Ağayev Qars bölgəsindən iki dəfə  

Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş, Ankara Universitetinin professoru, eyni zamanda, "Hakimiyyəti-milliyyə" 

qəzetinin redaktoru olmuş dur. 

Əh məd  bəy  Ağayevin  dünyagörüşü  və  ictimai  fəaliyyəti  səmərəli,  mü rəkkəb,  həm  də,  müəyyən  dərəcədə,  zid-

diyyətli o lmuşdur.  Həyatının  mü xtəlif dönə mlə rində dünyagörüşü və siyasi düşüncəsi üç ana  xətt ü zərində cə mlən mişdir: 

İslamçılıq,  Qərbçilik  və  Türkçülük.  O,  Qərb  mədəniyyətindən  öyrənmək  fikrin i  yazılarında  ardıcıl  o laraq  irəli  sürmüş, 

İslama  baxışlarında  demo kratik  mövqedən  çıxış  etmişdir.  Əh məd   bəy  Ağayev  Azərbaycan  türklərində  milliyyətçilik  və 

türkçülük şüurunun oyanmasında və güclənməsində ço x  mühü m rol oynamışdır. Sovet dönəmində ona qatı "panislamist", 

"pantürkist" damğası vurularaq, adı və əsərləri qadağan edilmişdi. Həyatının və əsərlərinin geniş surətdə öyrənilməsinə son 

illərdə başlan mışdır. 

 

Ə  s  ə  r  l  ə  r  i:



 

Şiə  məzhəbi  və  onun  mənbələri,  London,  1892;  İslama  görə  və  islam  aləmində  qadın,  Tiflis,  1901;  Üç 

mədəniyyət, Ankara, 1927; İngiltərə və Hindistan, Ankara, 1927; Sərbəst insanlar ölkəsində, Ankara, 1930; Hüquq tarixi, İstanbul, 1932; 

Dövlət və fərd, İstanbul, 1932; Etrusk mədəniyyəti vo bunların türk  mədəniyyəti üzərinə təsiri, İstanbul, 1933; M ən neyəm?, Ankara, 

1939;  Könülsüz  olmaz,  Ankara,  1941;  İran  və  inqilabı,  Ankara,  1941;  İxtilalmı,  inqilabmı?,  Ankara,  1942;  Sərbəst  firqə  xatirələri, 

Ankara, 1949; Əsərləri, B., 1992.

 

 

 



Əd.:  Azərbaycan  tarixi,  7  cilddə,  c.5,  B.,  2001;  Ağaoğlu  S.,  Babamdan  xatirələr,  İstanbul,  1939;  yenə  onun,  Babamın 

arkadaşları,  Ankara,  1957;  Talıbzadə  K.,  XX  əsr  Azərbaycan  ədəbi  tənqidi,  B.,1966;  yenə  onun,  Azərbaycan  ədəbi  tənqidinin  tarixi 

(1800-1920 illər), B., 1984; M irəhmədov Ə., Əhməd bəy Ağayev, "Fikrin karvanı" kitabında, B., 1984; Quliyev V., A ğaoğlular, B., 1997; 

Hüseynov Ş., Əhməd bəy Ağaoğlunun dünyagörüşü, B., 1998;  Səidə Əliqızı, Əhmədbəy Ağayev və islam dini, "Filologiya məsələləri" 

məcmuəsi, B., 2002 №2; yene onun, Əhməd bəy Ağayevin maarifçilik fəaliyyəti haqqında, "Tarix və onun problemləri" jurnalı, 2002, № 

3;

 



yenə onun, , Общественно  –  политическая  и публицистическая деятелбность А хмедбека Агаева в начале XX века  , "Tarix və 

onun problemləri" jurnalı, 2001,  № 2. 



 

AĞAYEV Həsən bəy Məşədi Hüseyn oğlu (1875, Gəncə - 19.7.1920.ı Tiflis) – görkəmli ictimai – siyasi və dövlət 

xadimi,  A zərbaycan    Xa lq  Cü mhuriyyətinin  banilərindən  və  rəhbərlərindən  biri.  Orta  təhsilini 

Gəncədəki  klassik  gimna ziyada  almışdı.  Hacı  Zeynalabdin  Tağıyevin  maddi  kö mə kliy i  ilə  Moskva 

Universitetinin  tibb    fakültəsinə   da xil olmuş və  1901   ildə oran ı  müvəffəqiyyətlə  bitirmişdir.  Həsən 

bəy  Gəncədə  həkimlik  fəa liyyəti  ilə   yanaşı,  qə zet  ve  jurnallarda   meqalə lər  də  dərc  

etdirmişdi.‖Hü mmət"  təşkilatın ın  tapşırığ ı  ilə   Azə rbaycan  dilinə  tərcü mə  etd iyi  "Silk,  sinif,  firqə" 

kitabçası  Tiflisdə  Cəlil  Məmmədquluzadənin  "Qeyrət"  mətbəəsində  çap  olunmuşdur  (1906).  Həmin 

kitabçanın nəşrinə təqiblərə məru z qalan Ağayev İrana mühacirət edərək, bir müddət orada yaşamışdır. 

Mühacirətdən  qayıtdıqdan  sonra  Gəncədə  rus  dilində  çıxan  "Yu jnıy  Kavkaz"  qəzetinin  

redaktoru,  müsəlmanlar arasında maarifçiliyi yayan cəmiyyətin rəhbəri olmuşdur. 1914 ilin sonlarında 

Xudadat bəy Rəfibəyli  ilə birlikdə  Gəncədə ilk səhiyyə cəmiyyəti yaratmışdır. 1917  ildə  Rusiyada baş 

vermiş Fevral demokratik  inqilabı A zərbaycanın digər görkəmli  ictimai-siyasi  xadimləri , Ağayevin də 

sonrakı  həyat  və  fəaliyyətində  həlledici  ro l  oynamışdır.  Yen i  şəraitdə  Nəsib  bəy  Yusifbəylin in 

rəhbərliy i  ilə  Gəncədə  yaradılmış  "Türk  Ədə mi-Mərkə ziyyət  Part iyası"nın  yaradıcılarından  biri  də  Həsən  bəy  idi.  Həsən 

Ağayev 1917  ilin aprelində Bakıda çağırılmış Qafqaz əlmanları qurultayında iştirak etmiş və Rusiya daxilində Azərbaycana 

mu xta riyyət verilməsinin ard ıcıl tərə fdarla rından olmuşdur. 

 

 

 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə