[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə53/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   49   50   51   52   53   54   55   56   ...   282

116 

 

1917  ilin   iyununda  Məhəmməd  Əmin  Rəsulzadənin   rəhbərlik  etdiyi  "Müsavat"  partiyası  ilə  Nəsib  bəy  Yusif-



bəylinin  "Türk  Ədə mi-Mərkə ziyyət  Pa rtiyası"  birləşərək,  "Türk  Ədə mi-Mərkəziyyət-Müsavat"  partiyası  adlandırılmışdır. 

"Müsavat"ın 1917 il oktyabrın 26-31-də keçirilmiş birinci qurultayında Həsən bəy partiyanın mərkəzi  ko mitəsinin üzvü,  ilin  

axırlarında  isə  Ümu mrusiya  Müəssislər  məclisinə  nü mayəndə  seçilmişdir.  Rusiyada  oktyabr  çevrilişi  ilə  əlaqədar  olaraq  

Cənubi Qafqa zdan Ümu mrusiya Müəssislər məclisinə seçilmiş nümayəndələr onun iclasına gedə bilmə miş, 1918  il fevra lın  

10-da  Tiflisdə  toplaşaraq  Cənubi  Qafqazda  ali  hakimiyyət  orqanı  olan  Zaqafqaziya  seymin i  yarat mış,  aprelin  22-də  isə 

Cənubi  Qafqa zın  suverenliyini  e lan  edərək,  Zaqafqaziya  De mokratik  Federativ  Respublikası  Hökumətini  yaratmışdılar. 

Zaqafqaziya  seymində  Müsəlman  fra ksiyasının  üzvü  olan  Həsən  bəy  bütün  tədbirlərdə  fəa l  iştirak  et mişdir.  Zaqafqa ziya  

seymi  və  höku məti  bu  ərazidə  yaşayan  millət lərin  milli  maraq larına  cavab  vermədiyindən  həmin  il  mayın  25-də  bura-

xılmışdı.  Mayın  27-də  Zaqafqaziya  seyminin  Müsəlman  fraksiyası  özünü  Azərbaycan  Milli  Şurası  elan  etmiş  və  Şuranın  

rəyasət heyətini seçmişdi.  Bu va xt   Batumda Tü rkiyə nü mayəndə heyəti ilə  danışıqlar aparan Məhə mməd  Əmin  Rəsulzadə 

Şuranın sədri, Həsən bəy Ağayev isə onun müavini seçilmişdilər. 

Azərbaycan Milli Şurasının 1918  il  mayın 28-də  Həsən bəy Ağayevin sədrliyi  ilə  Tiflisdə Qafqa z canişinin in keç -

miş sarayında keçirilmiş təntənəli iclasında Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini ilk olaraq Həsən bəy 

Ağayev imzalamışdır. 1918 il iyunun 16-da A zərbaycan Milli Şurası və Hökuməti Gəncəyə köçmüşdür. İyunun 17-də burada 

keçirilən  ilk  iclasında  Milli  Şura,  yaranmış  vəziyyətlə  əlaqədar  olaraq,  fəaliyyətini  müvəqqəti  olaraq  dayandırmış,  bütün 

hakimiyyəti yeni yaradılmış Hökumətə vermişdir. Azərbaycan Parlamentinin 1918 il dekabrın  7-də Ba kıda  təntənəli aç ılışına  

qədər Həsən bəy Azərbaycan Dəmir Yolu İdarəsinin baş həkimi vəzifəsində çalış mışdır. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  Parla mentinin  ilk  iclasında  Hesən  bəy  Parla ment  sədrinin  birinci  müavini  seçil-

mişdir.  Parlamentin  sədri  seçilmiş  Əlimərdan  bəy  Topçubaşov  Bakıda  olmadığından  ona  rəhbərliyi  Həsən  bəy  həyata 

keçirmişdir.  O,  1919  ilin  dekabrında yenidən  Parlament sədrinin birinci  müavini seçilmiş və 1920  il  fevralın  2-nə qədər ona 

rəhbərlik et mişdir. Həsən bəyin bilavasitə təşəbbüsü və fəal iştira kı ilə  Parla ment bir sıra mühü m qanunvericilik aktla rı qəbul 

etmişdir.  Azərbaycan  Parlamentinə  rəhbərliy i  zamanı  Həsən  bəyin  yüksək  təşkilatçılıq  qabiliyyəti,  dərin  biliy i,  insanlarla 

həssas  münasibəti  təkcə  Pa rla ment  da xilində  deyil,  sadə  xalq  a rasında  da  ona  böyük  hörmət  və  nüfuz  qazandırmışdı. 

Və zifəsindən  istefa  verərkən,  mühüm  xid mətlə ri  nə zərə  alınaraq,  bütün  Parlament  üzvlərinin  imzası  ilə  ona  təşəkkür  elan  

edilmişdir. 

Aprel  işğalından  (1920) sonra  Tiflisə  mühacirət  edən  Həsən  bəy  Ağayev  həmin  il  iyulun  19-da  muzd lu  ermən i 

terrorçusu tərəfindən qətlə yetirilmişdir. Tiflisin müsəlman qəbiristanlığında dəfn olun muşdur. 



 

Əd.:  Azərbaycan  Xalq  Cümhuriyyəti  (1918-1920).  Parlament  (stetnoqrafik  hesabatlar),  c.1-2,  B.,  1998;  M əmmədzadə  M., 

Doktor  Həsən  bəy,  "Azəri  türkü"  məcmuəsi,  1928,  №  3;  Əliyev  M .,  Həsən  bəy  Ağayev,  "Azərbaycan  Demokratik  Respublikası. 

Azərbaycan Hökuməti (1918-1920)" kitabında, B., 1990; İsayev Ə., Qeyrət və hünər tarixi, ―Azərbaycan" qəzeti, 2003, 22 may. 

 

AĞAZADƏ  Fərhad,  Şərqli  (Ağazadə  Fərhad  Məşədi  Rəhim  oğlu;  12.8.1880,  Şuşa  -  4.1.1931,  Bakı)  -  görkəmli 

maarif xadimi, d ilçi, metodist, publisist. Şuşada məhəllə və özəl "Rus-müsəlman" məktəbində (1887-95) 

oxu muş, Qori Müəllimlər  Seminariyasını bitirmişdir  (1900).  Yelizavetpol quberniyasının Xaldan (1900-

01), Şuşa (1901-02), Gorus (1902-05), Gəncə (1905) ibtidai məktəblərində müəllim, Bakıda birinci "rus-

müsəlman"  məktəb  müəllim  və  müdir  (1905-09),  "Səadət"  məktəbində  müdir  müavin i  işləmişdir. 

Qafqaz  müsəlman  müəllimlərin in  Bakıda  keçirilən  birinci  (1906),  ikinci  (1907)  qurultaylarının  

təşkilatçılarından  və  fəal  iştira kçılarından  olmuş,  qurultayın  idarə  heyətinin  tapşırığ ı  ilə   beş  nəfər 

müəllimlə  b irlikdə  "İkinci  il"  dərsliy ini  tərtib  və  nəşr  etdirmişdir  (1908).  Məktəblər  üçün  "Ədəbiyyat 

məc muəsi" (1914) dərsliyin in müəllifidir. Mirzə Fətəli A xundzadə, Mirzə Rza Daniş və Məhə mməd  ağa 

Şahtaxtlıdan sonra əlifba islahatı uğrunda mübarizənin müstəqil mərhələsi Ağazadənin ad ı ilə bağlıd ır. 

Azərbaycan  Xa lq  Cü mhuriyyəti  dövründə  Xa lq  Maarifi  Na zirliyi  nəzdindəki  Əlifba  

ko missiyasının  işində  iştirak  etmiş,  dövri  mətbuatda  mühüm  ictimai-siyasi  məsələləri  ço x  sərrast 

şəkildə, vətəndaş mövqeyindən işıqlandıran yazıları çap olun muşdur.   

 

 



 

 

 



 

 

1922  ildə təşkil olun muş " Yeni türk ə lifbası  ko mitəsi"nə üzv seçilən və orada  işə dəvət olunan Ağazadə 



layihələ r  tərt ib  et miş,  S.A xundzadə,  M .C.Mə mməd zadə  ilə  b irlikdə  " Yen i  türk  ə lifbası"  dərsliyini  yazmış  (1922), 

"Kommun ist"  və  "Yeni  yol"  qə zetlərində,  "Maarif  işçisi",  " Yeni  mə ktəb"  jurnallarında  məqa lələ r  dərc   etdirərə k  latın  

qrafıkasının təbliği və tədrisi işində böyük  xid mət göstərmişdir. "Nə üçün ərəb hürufatı türk dilinə yaramır?" (1922) əsəri 

əlifbanı  dəyiş mək  uğrunda  gedən  mübarizənin  tarixi  haqqında  zəngin  məlu mat  verən  dəyərli  tədqiqatdır.  Müəllif  əsərdə 

Cü mhuriyyət  illərində  əlifba  islahatı  ətrafındakı  mü zakirələrə  yer  ay ırmışdır.  O,  yazırdı:  "1919-cu  ildə  Hökumət  özii 

müdaxilə  edib  maarif  nəzarəti  yanında  komisyon  təşkil  etmişdir.  Bir  neçə  şəxslərin  tərtib  etdiyi  layihələr  həmin 

komisyonda mövqeyi-müzakirəyə qoyulmuşdu. Komisyonda işləmişlər: Qaplanov, Həmid bəy Şahtaxtinski, Şahsuvarov, 

Sultanməcid Qənizadə, Rəşid bəy  Əfə ndizadə, Mahmud bəy Mahmudbəyov, doktor Qarabəyov, Axund Yusif Talıbzadə, 

İsa bəy Aşurbəyli və bir çox müəllimlərdən başqa ziyalılar da olmuşlar. İclasların birində Axund Yusif Talıbzadə təklif 

edir ki, latın hürufatını təcrübədən keçirmək bir illik müddətinə qəbul edilsin. Buna cavab olaraq, Sultanməcid Qənizadə 

cənabları etiraz edir ki, bir illik təbəddülatın mənası ola bilməz. Əvvəlcə əlifba yaradılmalıdır, sonra məktəb, sonra  da 

iisuli təlim. Bunu deyib əlifbamızın qüsurlarından bir çoxunu  Qənizadə cənabları zikr edir, sair natiqlər də məsələyə 

müdaxilə edirlər. Bir çox danışıqdan sonra 

u

Hürufatın reforması zamanı gəlib çatmışdırmı?" sualı səsə qoyularkən bir 

şəxsdən başqa hamının təsəvvürü "çatmışdır" olur".  ("Nə üçün ərəb hürufatı türk dilinə yaramır?",  B.,  1922, s.174-175). 

Ağazadə mü zakirəyə təqdim olun muş layihələrdən danışır, Abdulla bəy Əfəndizadənin lay ihəsinin qəbul olunması və onun 

əsasında  müstəqil  respublikanın  nəşr  olunmuş  ilk  dərsliyi  -  "Son  türk  əlifbası"  haqqında  məlu mat  verir.  " Əkinçi"  qəzeti 

(1925), "Türk qrameri" (1926), "Firidun bəy Köçərlinin b ioqrafiyası" və s. əsərlərin müəllifid ir. 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə