[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə54/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   50   51   52   53   54   55   56   57   ...   282

117 

 

Ə  s  ə  r  l  ə  r  i:  İkinci  il  (M.Mahmudbəyzadə, Ə.Əbdürrəhmanbəyzadə,  S.Axundzadə,  A.Talıbzadə,  A. Əfəndizadə  ilə  birgə), 



Tiflis, 1908; Ədəbiyyat mecmuəsi, B., 1912; Nə üçün ərəb hürufatı türk dilinə yaramır?, B., 1922; "Əkinçi" qəzeti, B., 1925. 

 

Əd.:  Abdullayev  A.,  Azərbaycan  dilinin  tədrisi  tarixindən,  B.,  1966;  Ağayev  Ə.,  Fərhad  Ağazadənin  pedaqoji  görüşləri,  B., 

1987. 


 

AĞDAMS KĠ  (əsl  familiyası  Bədəlbəyli)  Əh məd  Beşir  oğlu  (5.1.1884,  Şuşa  -  1.4.1954, 

Ağdaş) - opera artisti, Azərbaycanın əməkdar incəsənət  xadimi (1943).  Səhnə fəaliyyətinə "Nicat" 

xeyriyyə  cəmiyyətinin  teatr  truppasında  başlamış,  o  dövrdə  Azərbaycanda  qadın  artistlərin 

olmadığına görə opera ve musiqili ko med iya tamaşalarında, əsasən, qadın rollarında çıxış etmişdir. 

Azərbaycan teatr sənətinin 1918-20  illərdə ki yeni  inkişaf  mə rhələsində Ağdamski a ktyor-müğənni 

kimi  ―Hacıbəyli  qardaşlarının  opera-operetta  artistləri  dəstəsi"ndə  Leyli,  Əsli,  Gü lnaz,  Gülçöhrə, 

("Leyli  və  Məcnun",  "Əsli  və  Kərə m",  "O  o lmasın,  bu  olsun"  (Məşədi  İbad),  "Arşın  ma l  a lan", 

Üzeyir  Hacıbəyli),  Şahsənəm  ("Aşıq  Qərib",  Zülfüqar  Hacıbəyli)  rollarını  ifa  etmişdir.  Dram 

tamaşalarında da çıxış etmişdir. 1921 ildən pedaqoji fəaliyyət göstərmişdir. 

AĞDAġ QƏZASI - 1919 ilin sonlarından Ərəş qəzasının dəyişdirilmiş adı (bax Ərəş qəzası). 

AĞSTAFA  MÜQAVĠLƏSĠ  -  Azərbaycan  Sovet  Sosialist  Respublikası  ilə  Gü rcüstan  Demo kratik  Respublikası 

arasında "sülh  və  dostluq"  müqaviləsi.  1920  il  iyunun  12-də  Azərbaycanın  Ağstafa stansiyasında  imzalan mışdır.  Ağstafa 

müqaviləsinin bağlan masına ehtiyac Şima li A zərbaycanda Bolşevik işğalından dərhal sonra yaranmışdı. Belə ki, aprelin 28-də  

sovet  qoşunlarının   Şimali  A zərbaycana  müdaxiləsi  nəticəsində  yaran mış   vəziyyətdən  istifadə  edən  Gü rcüstan  hökuməti 

Azərbaycan  sərhədinə  qoşun  çıxard ı.  Azərbaycana  qarşı  ə ra zi  iddiala rı  irə li  sürən  Gürcüstan  elə  hə min  gün  Poylu  

körpüsünü,  Poylu  stansiyasını,  həmçinin  Tiflis-Qazax  yolu  üzərindəki  körpünü  tutdu  və  Ağstafa  istiqamətində  hücuma 

keçdi.  A zərbaycan  Höku mətin in  diplo matik  səylərinə  baxmayaraq,  sərhəddə  yaranmış  gərginliy i  xeyli  müddət  aradan 

qaldırmaq   mü mkün olmadı. A zərbaycan Höku məti sərhəd məsələlərinin   mü zakirəsi  məqsədilə danışıqlara başlamaq üçün 

razılıq  əldə  edilməsinə  yaln ız  1920  il  may ın  sonlarında  nail  oldu  və  bununla  əlaqədar  xüsusi  ko missiya  yaratdı.  Həmid  

Sultanov  Azərbaycan  nümayəndə  heyətinin  rəhbəri  təyin  ed ild i.  Danışıqla r  1920  il  iyunun  3-də  Ağstafada  başladı.  İlkin  

danışıqlar  4 gün davam etdi.  Həmin günlər nümayəndə heyətləri arasında gərg in  mübahisələr baş verdiyindən nəticə əldə 

olunmadı.  Gü rcüstan  tərəfi  Azərbaycana  qarşı  ərazi  iddialarından  əl  çəkmirdi.  A zərbaycan  tərəfi  bu  iddiaların  əsassız 

olduğunu, Gü rcüstanın bir çox vilayətlərinin əhalisini azərbaycanlılar təşkil etdiyi halda, Azərbaycanın öz qonşusuna qarşı 

heç bir ərazi iddiası qald ırmad ığını göstərirdi. Mehriban qonşuluq siyasətini əsas tutan Azərbaycan tərəfı 1920 il aprelin 27-

nə  qədər  qüvvədə  olan  sərhəd  xəttinin  bərpa  olunmasını  təklif  edirdi.  Gürcüstan  tərəfi  isə  Poylu  və  Qırmızı  kö rpü 

ətrafındakı  ərazilərin,  vaxtilə  xüsusi  məqsədlə  Tiflis  quberniyasına  daxil  edilmiş  Zaqatala  vilayətinin  və  digər  ərazilərin  

Gü rcüstana birləşdirilməsini tələb edirdi. Dan ışıqların növbəti  mərhələsində tərəflər  müəyyən məsələlərdə razılığa gəld ilər 

və bunun nəticəsi kimi 18 maddədən və ona əlavə olan 4 maddəli sazişdən ibarət müqavilə imza landı. Sənədləri A zərbaycan 

tərəfindən Azə rbaycan İnqilab  Ko mitəsi sədrinin   müavini,  xa lq  xaric i  işlər  ko missarı Mirzə  Davud Hüseynov,  Gürcüstan 

Demokratik  Respublikası  tərəfindən  hərbi  nazir  G.S.Lord kipanid ze,  Müəssislər  Məclisin in  sədri  S.Q.Md ivani  və 

A.S.Andronikov imzalad ılar. Müqaviləyə görə, iki respublika arasında bütün hərbi əməliyyatlar dayandırılır, tərəflər b ir-b iri 

ilə  möhkə m sülh və dostluq münasibətləri qurur, hərbi əsirləri qaytarırdılar. Müqaviləyə görə, sərhəd xətti Borçalı və Qa za x 

qəzala rı arasından, Ba rtış dağından şima l-şərqdəki  inzibati sərhəddən, Qızılqaya dağının cənub-şərqindəki bulaq lara qədər 

olan sahədən, Tərs dağı yüksəkliklərinin şərq yamac ından,Qırmızı  körpünün ortasından, Xra m və Kür çayla rı boyu uzanan 

köhnə sərhəd zolağından, Poylu körpüsünün ortasından, şimal-şərq istiqamətindəki  köhnə inzibati sərhəd zo lağından, köh-

nə  cənub-şərq  inzibati  zolağ ından  Palantökən  dağına  qədər,  oradan  da  Zaqatalaya  qədər  uzanan  şimal-qərb  sahəsindən 

keçirdi.  Tərəflər  arasında  bir  il  müddətində  qüvvədə  olacaq  bitərəf  zonalar  yaradılırd ı.  Poylu  və  Qırmızı  körpünün  qar-

şısındakı sahə, həmçin in  Kür çayının  Azərbaycan ərazisindəki sol sahili  müqavilə  imzalandıqdan sonra bir  il  müddətində 

bitərəf  zona  kimi qalmalı  id i.  Hə min  zonanın sərhədləri aşağıdakı  kimi  müəyyənləşdirilirdi: Qa za x qə zasında İncəsu çayı, 

Borçalı  və  Qazax  qəzalarının  inzibati  sərhədi;  Qazax  qəzasında  Qızılhacılı,  Pey kanlı,  Xələfli,  Şəkərli  stansiyaları,  Kür 

çayının əyintisi, oradan düz xətlə Çobandağ yüksəkliyinin  qərb küncündən keçən, sonra isə Çobandağ yüksəkliyinin  cənub-

şərqinə  və  Sığnax  qəzasının  sərhədinə  qədər  uzanan  xətt.  Bu  zonada  heç  bir  tikinti  işi  aparıla  və  hərbi  h issə  yerləşdirilə 

bilmə zd i. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Bu şərtlərə əməl olun masına nəzarət etməkdən ötrü, hər tərəfdən iki nəfər o lmaqla, dörd nəfərlik qarışıq  ko missiya 



yaradıldı.  Onun  idarə  o lunması  hüququ  Azərbaycana  verilirdi.  Qırmızı  körpünün  Azərbaycan  tərəfində  qalan  hissəsi 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə