[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə57/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   53   54   55   56   57   58   59   60   ...   282

120 

 

dəyənək"  adlı  pyesi  çapdan  çıxmış  və  səhnədə  oynanılmışdır.  1909-10  illə rdə  "Molla  Nəsrəddin"  jurnalının  ictima i 



ideallarını əsas götürən "Zənbur" adlı satirik jurnal nəşr etdirmişdir. 

Azərbaycan demokratik fikrin in görkə mli nü mayəndələri Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Əlabbas Müznib, Abbas 

Səhhət,  Əzim  Əzimzadə  və  b.  jurnalın  ətra fında  cə mlənmişdi.  A xundovun  özünün  bu  jurnalda  "Palazqulaq",  "Zorba", 

"Cümləqayğu",  "Sövdüməli-Dünyamalı",  " Vərzad",  "Toxmaq",  "Çərənçi"  və  s.  imzalarla  şeirləri  və  publisistik  yazıları 

çıxmışdır.  Onun  "Zənbur"da  nəşr  olunan  əsərlərində  Azərbaycan  xalq ının   ictimai-siyasi  və  sosial  problemlərindən  geniş 

söhbət açılırdı. Yazıların ın birində o, Rusiya Dövlət dumasının  şovinist deputatı Purişkeviçin  "Rusiyada ruslardan başqa heç 

kəs ola bilmə z!" sözlərini misal çəkə rək, onun müstəmləkə  xa lqla rına düşmən münasibətini p isləyird i. 

20  əsrin  əvvəllə rində  Azə rbaycanda  müasir  tibb  elmin in  xa lq  kütlə ləri  içərisində  təbliğində  A xundovun  xid mət i 

böyükdür.  Onun  1914-19  illərdə  çap  etdirdiyi  "Müalicə  kitabı"  (1914),  "Uşaq  hifz  səhiyyəsi"  (1916),  "Həzm  üzv lərinin  

azarları" (1919) və digər əsərlərindən geniş istifadə olunmuşdur. 

Əbdülxalıq  A xundov 20 əsrin  əvvəllərində  Bakıda vəba və cüzam  xəstəlikləri  ilə  mübarizə aparmış,vəbaya qarşı 

mübarizədə  göstərdiyi  qeyri-adi  fədakarlığa  görə  ona  "əsilzadə  zadəgan"  fəxri  titulu  verilmiş,  o,  Bakı  şəhər  idarəsinə 

deputat seçilmişdi. A zərbaycanda universitet açılmasına illərlə səy göstərmişdir. 

Axundov  Azərbaycan  Xa lq  Cü mhuriyyəti  dövründə  -1919  ildə  yenidən  çıxard ığı  "Zənbur"  jurnalında  A zərbay-

canın  milli istiqlalını  müdafiə etmiş, ona əks qüvvələri tənqid etmiş və onlara qarşı  mübarizə aparmışdır. Aprel işğalının 

(1920) ilk günlərində bolşeviklə r tərə findən imarət ləri və var-dövləti gö zlə ri qarşısında vəhşicəsinə talan edildikdən sonra o, 

bolşevik  zorakılığına etiraz əlaməti o laraq  N.Nərimanovdan rəsmi icazə alıb, İrana köçmüşdür.  Əvvəlcə  Rəştdə, sonra isə 

Ərdəbildə  və  Tehranda  yaşamış,  həkimliklə  məşğul  olmuşdur.  Bəzi  məlu matlara  görə,  30-cu  illərdə  şah  sarayının  daimi 

məsləhətçisi o lsa da, saraya yaxınlıq et mə mişdir. Tehranda vəfat etmiş və İran ın ən məşhur adamlarının dəfn o lunduğu Qum 

şəhərində torpağa tapşırılmışdır. 

 

Əd.: Ağayev İ., Satirik "Zənbur" jurnalı, B., 1969; yenə onun, Bir taleyin tarixi, "Azərbaycan" jurnalı, 1991, № 6





 

AXUNDOV (A x u n d z a  d ə) Mirzə  Məhə mməd Mirzə Kərim oğlu (1875, Gəncə - 1923, Gəncə) - maarif və teatr 

xadimi, yazıçı, filoloq alim.  Ruhani ailəsində doğulmuşdur. İlk savadı atasından almış, Şah məscid indəki  mədrəsədə, şəhər 

gimnaziyasında  oxu muşdur  (1882-94).  Gəncə  sənət  mə ktəbində  və  ―Məktəbi-ruhaniyyə"də  müəllimlik  et mişdir  (1894-

1908).  Gəncədə ―Sənayeyi-nəfisə" ədəbi dərnəyin in "Nəşri-maarif‖  cə miyyətini "Difai"  təşkilat ının yarad ılmasında iştira k 

etmişdir.  1908 ildə evində axtarış aparılmış. "bir  mauzer tüfəng və bir tapança", "Difai" təşkilatına  məxsus möhür tapılmış, 

həbs  edilərə k  beş  il  Za kaspi  vilayətinə  sürgün  olunmuşdur.  Zakaspidən  polis  nəza rəti  alt ında  İrana  

aparılmışdır.  Orada  Səttar  xan  hərəkatında  iştirak  etmişdir.  Qü rbətdə  ikən   Əli  Nəzmiyə  göndərdiyi 

"Nələr çə kdim bu qürbətdə, əzizim"  mənzu m  mə ktubunda Axundov sürgün həyatının ağırlığından və 

əzablarından bəhs etmişdir. 

1913  ildə  sürgündən  qayıtdıqdan  sonra  siyasi,  pedaqoji  və  ədəbi  fəaliyyətini  dava m 

etdirmiş,1917  ilin  iyununda  "Müsavat"la  "Türk  Ədəmi-Mərkəziyyət  Partiyası"nın  birləşmə 

qurultayında  yaradılmış  ilk  Mərkəzi  Ko mitənin  üzvü  olmuşdur.  1918  il  iyunun  16-da  Tiflisdən 

Gəncəyə  köç müş  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mət inin  işinin  təşkilində  A xundov  fəal  ro l 

oynamışdır.  1918  ilin  sentyabrında  Höku mət  üzvləri  ilə  birlikdə  Bakıya  köçmüş,  burada  birləşmiş 

"Türk Ədəmi-Mərkəziyyət Müsavat" partiyasının katibi işləmişdir. A xundov partiya işinin təşkilinə və 

partiyadaxili  ziddiyyətlərin  aradan  qa ldırılmasına  böyük  ə mək  sərf  et mişdir.  "İstiqla l"  qə zetində  dərc   olun muş  "Firqə  

həyatı"  başlıqlı  bir  xəbərdə  deyilird i:  "Gə ncədə  təşkilat  mərkəziyyətində  işləyən  camaat  firqə  xadimlərimizin  əksərən 

Bakıya köçmələrindən naşı məəttəl bir halda idi. Fevral ayının 2-dən etibarən mərkəzi komitə tərəfindən məxsusi sürətdə 

göndərilən  mərkəzi  komitə  katibi  Mirzə  Məhəmməd  Axundzadə  cənabları ilə  Məhəmmədbağır  Şeyxzamanov  cənabları 

tərəfindən Gə ncə komitəsi təkrar təşkil edilmişdir" ("İstiqlal" qəzeti,  1919,  26 şubat, №3). Aprel işğalından {1920) sonra 

Axundov Gəncəyə dönmüş, uşaq evində müdir və seminariyada müəllim işlə mişdir. 

Axundov  yaradıcılığa  19  əsrin  90-cı  illərində  başlamış,  mü xtəlif  janrlarda  əsərlər  yaratmışdır.  Maarifçilik  ideya-

larının  yayılmasında  teatrın  rolunu  yüksək  qiy mətləndirən  A xundov  dramaturgiyaya  önəm  vermiş,  məişət  möv zusunda 

"Məhəbbətsizlik, ya xud ata-ananın təqsiri", "Analıq", " Yaşına-yaşına, çıxd ı ocaq başına", "Sonrakı peşmanç ılıq  

 

 




121 

 

fayda  vermə z",  tarixi  möv zuda  "Səd  Vəqqas"  pyeslərini,  "Röya m,  ya xud  həqiqətə  təsadüf‖  əsərini  yazmışdır.  Poe ziya  



Axundovun  yaradıcılığında  xüsusi  yer  tutmuşdur.  1906  ild ən  başlayaraq  " Yoncasatan",  "Mollapərəst",  "Hacıkəndli", 

"Hatif‖, "Qeybi", " Gəncə şairi", " Nadi" və digər  imzalarla "Molla  Nəsrəddin" jurnalında kəskin satiralar dərc etdirmişdir. 

Əsrin  hadisələrinə  həssas  münasibət  bəsləmiş,  "Şərqi-Rus",  "Həyat",  "İrşad",  "İqbal",  "Açıq  söz"  və  s.  dövri  nəşrlərdə 

mü xtəlif  problemlərə  dair  publisist  yazılar  dərc  etdirmişdir.  Ədib in  20  əsrin   əvvəllərində  Gəncədə  baş  verən  ictimai 

proseslərə  dair  pole mik  məqa lələ ri,  sürgündən  göndərdiyi  "Qürbət  mə ktubları"  xüsusi  ma raq  doğurmuşdur.  Məktəblə rin  

dərsliklərlə tə min o lunmasına xeyli ə mək sərf et miş, "Sərfi-türki" (1896), "Əqa idül-müslimin" (h.I-II, 1908) kitablarınə nəşr 

etdirmişdir.  Ədəbiyyatşünas  və  sənət  nəzəriyyəçisi  kimi  A xundovun  xid mətlə ri  xüsusilə  böyükdür.  O,  Niza mi  ("Şey x 

Niza mi",  1909)  və  teatr  sənəti  ("Teatro  nədir",  1909)  haqqında  ilk  monoqrafiyaların  müəllifidir.  Folklor  nü munələrini 

toplayıb,  nəşr  etdirmişdir  ("Məclis  yaraşığı",  1910).  Türk  dramaturg iyası  nümunələrinin  (N.  Kamalın  " Vətən,  yaxud 

Silistrə",  Bedrəddin  Həsənin  "Nəda mət"  pyesləri),  U.Şekspirin  " Venesiya  taciri",  N.V.Qoqolun  "Evlən mə"  pyeslərin i  ilk 

dəfə Azərbaycan dilinə tərcü mə et mişdir. 

 

Əsərləri: Teatro nədir, "Azərbaycan incəsənəti", c.ll, B., 1965; Dram  əsərləri (transliterasiya, tərtib edəni və ön sözün müəlifi 



f.e.n. R.Sadıxov), B., 2003. 

 

Əd.:  Muradov  C,  Unudulmuş  sənətkar,  ADU-nun  "Elmi  əsərləri"  (Dil  və  ədəbiyyat  seriyası),  1969;  Şükürov  S.,  Gəncə 

məktəblərinin tarixindən, B., 1990; M əmmədov X., M irzə M əhəmməd Axundov, "Ana sözü" jurnalı, 1992, № 1, 2; № 5-6. 



 

AXUNDOV  Murtuza  (?-?)-  A zərbaycan  milli  a zad lıq  hərə katın ın  fəal  iştira kç ıla rından  biri.  Azə rbaycan  Xalq  

Cü mhuriyyəti  Parlamentin in  ü zvü.  A zərbaycan  Milli  Şurasının   "Azərbaycan  Məclisi-Məbusanının  təsisi  haqqında 

qanun"una  (1918,19  noyabr)  əsasən,  Quba  şəhərindən  Cümhuriyyət  Parla mentinin  tərkibinə  da xil  edilmişdi.  Parla mentdə 

"Müsavat" və bitərəflər fraksiyasını təmsil etmişdir. 



AXUNDOV  Ruhulla  Əli  oğlu  (13.1.1897,  Bakı  ya xınlığındakı  Şüv əlan  k.  -  1938)  -  siyasi  və  dövlət  xadimi, 

publisist, alim. Müəllim ailəsində doğulmuşdur. Mədrəsədə, realnı məktəbdə, ticarət məktəbindəo xu muşdur. İngilis, fransız,  

fars və s. d illəri öyrən mişdi. Əmə k fəaliyyətinə 1916 ildən "Orucov qardaşları mətbəəsi"ndə başlamış, 

korre ktor,  tərcü məçi  işlə mişdir.  Siyasi  fəaliyyətə  1917  il  Fevral  inqilab ından  sonra  başlamış,  "sol" 

sosialist-inqilabçılar  (eserlər)  q rupunun  fəal  üzvü  olmuşdur.  1918  ildə  "Bakı  ətrafı  fəhlə ,  əsgər  və 

matros  deputatları  şurasının  əxbarı"  qəzetinin  redaktoru  idi.  Zaqafqaziya,  Dağıstan  və  Türküstan 

həmkarlar  itt ifaqla rı  qurultayının   işində  fəal  iştirak  et miş  (1919,  apre l),  quru ltayda  bolşeviklərə  

tərəfdar  ç ıxmış  "Mən  sizi  qızıl  Moskva  ilə  yan-yana  getməyə  çağırıram",  -  de mişdir.      1919  ilin 

may ında  "Hümmət"ə  daxil  o lmuşdur.  Həmin  ilin  avqustundan  nəşrə  başlayan  "Kommunist" 

(Azərbaycan dilində) qə zetin in   ilk   redaktoru,   hə m  də   "Hürriyyət"  qəzetinin  redaktorla rından biri 

idi. 

 

 



 

 

 



 

 

 



 

 

 



1919 ilin  yayından bolşevik part iyasının əsas sənədlərini A zərbaycan dilinə tərcü mə  et mişdir. 

AK(b)P-ni yarat maq haqqında RK(b)P M K-da  məru zə et mə k üçün 1920 ilin yanvarında bir qrup  ko mmunistlə Moskvaya 

getmişdir. Aprel işğalından  (1920)  sonra Azərbaycan Ko mmunist (bolşeviklər) Pa rtiyası Mərkə zi Ko mitəsinin kəndlərdə iş 

üzrə şöbə  müdiri, AK(b )P  Bakı  Ko mitəsinin  katibi, "Bakinski raboçi"   və  "Ko mmun ist"  qəzetlərinin  redaktoru,  1924-30 

illərdə   AK(b)P  MK  katib i,  Azə rbaycan  SSR  xalq   maarifi  ko missarı,  "Azə rnəşr"in  dire ktoru  olmuş,  1930  ildə  ÜİK(b )P 

Zaqafqaziya  ö lkə  ko mitəsinin  katibi  seçilmişdir.  AK(b)P  daxilində  "sol"  qrupun  nümayəndəsi  kimi  milli  məsələdə  N. 

Nərimanova qarşı çıxmışdır. 

Ömrünün  son  illərində  SSRİ  EA-n ın  A zərbaycan  filialında,  AK(b)P  MK  yanında  Partiya  Tarixi  İnstitutunda 

işləmiş, Azərbaycan SSR XKS yanında İncəsənət işləri idarəsin in rəisi olmuşdur. V.İ.Lenin in əsərlərin in A zərbaycan dilinə 

ilk tərcü məçilərindən id i. Azə rbaycan dilində siyasi terminologiya yarad ılmasında və yeni ə lifbaya keçilməsində fəa l iştira k 

etmişdir.  Tarix,  ədəbiyyat  və  incəsənətə  dair  bir  sıra  əsərlərin  müəllifi,  ikicild lik  " Rusca-türkcə"  lüğəf‖in  (1928-29) 

tərtibçilə rindən  biri  və  reda ktoru  olmuşdur.  Repres siyaya  məru z  qalmış,  M .Ə.Rəsulzadənin  təbirincə  "Azə rbaycanın 



sovetləşdirildiyi ilk gündən başlayaraq müsavatçılıq və panturanizmə qarşı amansız mübarizə aparan Ruhulla Axundov 

"pantürkizmin zəhərli bir nümayəndəsi və "Müsavat" partiyasının zavallı bir aqenti" kimi günahlandırılmışdır. 

 

Əd.: M ədətov Q., Ruhulla Axundov, B., 1957; Ашнин Ф. Д., Алпатова В.М., Дело Рухуллы Ахундова, «Восток»,M., 2000, 

№ 2.; Агамалиева Н., Худиев Р., Азербайджанская Республика. Страницы политической истории 1918-1920 rr., B., 1994. 



 

AXUNDOV  Süley man Sani, A xundov Süley man  Rzaqulu  oğlu (21.8.1875, Şuşa - 29.3.1939, 

Bakı)  -  yazıçı,  maarif  xad imi.  Bəy  ailəsində  doğulmuşdur.  Qori  Müəllımlər      Seminariyasını   

bitirmişdir  (1894)  Bakıda  3-cü  "rus-müsəlman" məktəbində  (1894-97;  1901-05)müəllim,  4-cü  "rus-

müsəlman"  məktəbində  (1911-18),  A zərbaycan  Xalq  Cü mhuriyyəti  dövründə  (1918-20)  4-cü   türk 

mə ktəbində,  sovet  hakimiyyəti  illərində  77  saylı  1-c i  dərəcəli  mə ktəbdə  (1920),  19  saylı  məktəbdə 

(1921-35)  müdir  işlə mişdir. 1920  ilin  iyununda N.Nərimanovun təklifi  ilə  Şuşaya göndərilmiş, dövlət 

hərbi ləvazımat ını hesaba alan  ko missiyada, ilk sovetlərin təşkilində  iştira k et miş,  1921  ildə  Qarabağ 

vilayət inqilab ko mitəsi xa lq maarifi şöbəsinə (1920, 9 avqust - 1921, fevra l) rəhbərlik et mişdir. 

 

 

Axundov  Qafqaz  müsəlman  müəllimlərinin  Bakıda  I  (1906)  və  II  (1907)  qurultaylarında  iştirak  etmiş,  Fərhad  



Ağazadə və Abdulla bəy Əfəndizadə ilə tərtib etdiy i əlifba layihəsini mü zakirəyə çıxarmış, idarə heyətinin  qərarı ilə "İkinci 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə