[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə59/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   55   56   57   58   59   60   61   62   ...   282

123 

 

Ko mediya,  1857  ildə "Aldanmış kəvakib" povestini yazmaqla  Azərbaycan ədəbiyyatında yeni mə rhələnin başlan-



ğıcını  qoy muş,  realizmin  ədəbi  prosesin  əsas  yaradıcılıq  metoduna  çevrilməsi  uğrunda  yorulmadan  mübarizə  aparmışdır. 

Axundzadə  "Fehristi-kitab",  "Nəzm  və  nəsr  haqqında",  "Mollayi  Ru min in  və  onun  təsnifin in  babında",  "Kritika.  Yü ks ək 

İranın   "Millət"  qəzetinin  münşisinə",  "Mirzə  Ağanın  pyesləri  haqqında  kritika",  "Tənqid  risaləsi"  məqalələrində  və 

mə ktublarında  yeni  dövrdə  müsəlman  Şərq i  xalq ları  ədəbiyyatının  in kişaf  yollarını  müəyyənləşdirmişdir.  "Puşkinin  

ölümünə Şərq poeması", "Zakirə  məktub‖ ları, " Yeni əlitba haqqında mənzu mə"si və s. şeirləri ona yüksək istedada malik 

şair  şöhrəti  gətirmişdir.  "Kəmalüddövlə  məktubları"nda  islam  ölkələrində  iqtisadi  və  mədəni  tərəqqi  yolunda  bu xova 

çevrilən  fanatizmin kökləri açıqlan mış, xalq ı xoşbəxtliyə aparan  yollar göstərilmiş, kapitalizm dövründə tərəqqi hərəkatının  

banisi və başçısı kimi tarixin  yaddaşına həkk olun muşdur. 

Axundzadə  A zərbaycan  xalq ının  tarixi  taleyində  həlledic i  rol  oynayan  mürəkkəb  və  zidd iyyətli  b ir  ta rixi  

mə rhələnin əvvəlində fəa liyyətə başla mışdır.  O, əski  Şərq  feodal-patriarxal həyat tərzinin dağılmağa,  müasir  Qərb burjua-

kapitalist  münasibətlərin in  formalaşmağa  başladığı  Azərbaycan  mühitində  islahatçı  kimi  formalaşmışdır.  Tarix 

M.F.A xundzadənin qarşısında olduqca çətin b ir vəzifə-inzibati cəhətdən Rusiya imperiyasına tabe olan,  rus təbəəliyin i və  

vətəndaşlığını  qəbul  edən,  la kin   mənəvi  cəhətdən  orta  əsrlər  Şərq  zehniyyətinin   təsirindən  xilas  o la  b ilməyən 

həmvətənlərinin yeni dövrdə inkişaf yollarını  müəyyənləşdirmək,  mədəni tərəqqi p roqra mın ı  işləyib ha zırla maq və zifəsini 

qoymuşdu.  "Həra mibaşıların  tayı  olan"  müstəbid  hökmdarların,  zalım  mü lkədarla rın,  d ini  istibdadın,  ruhanilərin  zülmü  

altında  əzilən,  mənəvi  korluq  üzündən  ərəblərin   "ölülərinə  bəndəçilik  etməklə  fəxr  edən"  "Şərq  məzlu mların ı  cəhalət 

qaranlığından elmin işıqlığ ına çıxarmaq", "əsarətdə və zindanda olan fikirləri azad etmək", cəmiyyətdə "təfəkkür sahiblərinə 

yol açmaq", ü mu miyyətlə, bəşəriyyətə  xid mət göstərmək  mütəfəkkirin sosial tərəqqi üçün tərtib etdiyi məramnamənin əsas 

müddəalarını təşkil edirdi.  O,  məktublarından birində  məramını açıqlayaraq yazırdı: "Mənim  məqsədim  islam  xalqlarını 

sarsıdan cəhaləti aradan qaldırmaq, elmləri, sənətləri inkişaf etdirmək, xalqımızın azadhğı, rifahı və sərvətinin artması 

üçün islamiyyətdən əvvəl babalarımızın malik olduğu şan və şöhrətinin bərpa edilməsi iiçün ədalətə rəvac verməkdir". 

(Əsərləri, 3 cilddə, c.3, B., 1962, s.340-341).

 

Məqsədini  həyata  keç irmək  uğrunda  mübarizədə  A xund zadə  kapitalizmin  inkişafı  ilə   təşəkkü l  tapan,  əq li  və  



mənəvi həyatın bütün sahələrinə işıq gətirən təzə əsrin  məfkurəsinə,  maarifç ilik fə lsəfəsinə əsaslanır, köhnə dünya və onun 

əzici  qanunlarına,  cəhalət  və  nadanlıq  səltənətinə  onun  şüarları  ilə  hücu ma  keçir  və  bu  yolla  qələbə  çalacağına  inanırd ı. 

Məktublarında mübarizə üsullarından söhbət açaraq yazırdı: "Mə n xalqımın elə bir üzvüyəm ki, fikrim, 



124 

 

dəvat və qələmimdən başqa bir şeyə əlim çatmır və əlimdən gələn işi görmüşəm



(y e n ə  o r a d a, s.130).

 O, yeni 

dövrün mütərəqqi fikirlərindən,  xüsusilə 18 əsr Avropa filosofların ın,  19 əsr rus inqilabçı demokratlarının   mübarizə vasi-

tələri  və  üsullarından  istifadə  etmək  və  əqidələ rin i  yaymaq la  müsəlman  cəmiyyətinin  dünyaya  baxışında  dönüş  yarada-

cağına,  xalq ı  mənəvi intibaha gətirib çıxaracağına inanırdı. Məktublarından birində yazırdı: "Kəmalüddövlənin müəllifi də 

Avropa filosoflarının əqidəsində olan bir adamdır. Yəni, liberaldır. Tərəqqi və mədəniyyət tərəfdarlarından sayılır. Onun 

məqsədi bundan ibarətdir ki, xalqın içərisində bütün siniflərə  mənsub olan adamlar elmlərin və  sənayenin tərəqqisinə 

nail olsunlar. Bu məqsədinə çatmaq üçün o, öz i mkanları daxilində, bir neçə vasitəyə əl atmalıdır... O istəyir ki, onun 

xalqının  qəlbində də  qeyrət,  namus,  ədalət,  bərabərlik,  xalqı  və  vətənini  sevmək  hisslərinin  toxumu  əkilsin.  O,  xalqın 

içərisində  olan  nifaq  və  ədavətin  birlik  və  səmimiyyətə  çevrilməsini,  zəlillik,  yoxsulluq  və  dilənçiliyin  aradan 

qaldırılmasını  arzu  edir"

  (y  e  n  ə    o  r  a  d  a,  s.275-276).

  Ədib  başqa  bir  məktubunda  deyirdi:  "Yeganə  arzum  budur  ki, 



müsəlman tayfaları da basqa xalqlar kimi savadlanmaq imkanı əldə edib, məişət işlərində məlumat sahibi olsunlar"

 (y e 

n ə  o r a d a, s.85).

 

Dünyagörüşünün  maarifçilik  mərhələsində  M.F.A xundzadə  cəmiyyəti  dəyiş mək,  yeni  bir  dünya  yaratmaq  məsə-



ləsində  mütərəqqi ideyala rın  xa lq arasında təbliğ inə böyük ü mid bəsləyirdi.  Bundan ötrü ədib elm və  maarifin "yu xarıdan 

tutmuş aşağıya qədər, kasıbdan tutmuş əşrafa qədər  xalq ın bütün təbəqələri arasında istisnasız olaraq yayılması"nı birinci 

şərt hesab edirdi. O, belə bir əqidədə idi  ki,  müasir  mütərəqqi ideyaları təbliğ etməklə cəmiyyətin mənəvi həyatında dönüş, 

ölkədə  demo kratik  qaydaların  tətbiqi  üçün  zəmin  yaratmaq  mü mkündür.  Onda  "çoban  da,  əkinçi  də,  tacir  də,  əttar  da 

nazirlə rin malik o lduqları imkan və bacarığa ma lik" ola r. 

Axundzadə vətəndaşların hüquqlarını onla ra başa salıb, " xalq ın dövlət başçılarının gördüklə ri tədbirlə rdə iştira kın ı 

təmin  et mə k  üçün"  maarifç ilik  məra mna məsin i  tətbiq  et məy i,  iqtisadi  və  mənəvi  həyatın  bütün  sahələrində  islahatlar 

keçirməyi,  ilk  növbədə.  əlifbanı  dəyişməy i,  məktəbi  və  ədəbiyyatı,  mətbuatı  əsrin  faydalı  fikirlərinin  təbliğ indən  ötrü 

əlverişli hala salmağı başlıca şərt sayırdı. O, həmin tədbirlərin həyata keçirilməsi nəticəsində ü mu mxalq rifahı və azad lığının  

təmin olun masına dərin  ina m bəsləyir, bütün qüvvə və bacarığını bu a ma lın həqiqətə çevrilməsi uğrunda  mübarizəyə sərf 

edirdi. 

M.F.A xundzadənin   maarifç ilik  mə ra mna məsində  müsəlman  xa lqla rın ın  müasir  dövrdə  inkişafı  üçün  bütün  təd-

birlər  əhatə  olunmuşdur.  La kin   o,  ə lifbanın  dəyişdirilməsini  bütün  bunların  həyata  keç irilməsi  üçün  tə mə l  və   başlanğıc 

sayırdı. Böyük mütəfəkkir yazırd ı: "Təbiidir ki, dəmiryol sizin vətəninizi abad və asudə edəcəkdir. Lakin sizin xalqın tam 



səadəti başqa şərtlər və başqa vəziyyətdən asılıdır ki, onların da ümumi ə sası elmləri inkişaf etdirməklə Kəmalüddövlənin 

fikirlərini xalq arasında yaymaqdır. Bunların hər ikisi də əlifbanın dəyişdirilməsi ilə bağlıdır... Çünki bütün işlərin əsası  

bilikdir; bilik isə əlifbanın asan olub-olmamasından asılıdır". Ona görə  dərin  ina mla  yazırd ı: "Də miryolu vacibdir, lakin 

köhnə əlifbanı dəyişdirmək ondan daha vacibdir. Teleqraf vacibdir, lakin köhnə əlifbanı dəyişdirmək ondan da vacibdir 

(y  e  n  ə    o  r  a  d  a,  səh.199). 

Əlifbanm  dəyişdirilməsi  A xundzadənin  maarifçilik  məramnaməsində  təkcə  mədəni  inkişafı 

sürətləndirmək  işinə  xid mət  göstərmirdi.  O,  ərəb  əlifbasının  dəyişdirilməsinə  eyni  zamanda  din  bayrağı  altında  xalqların  

dövlətçilik ənənələrini dağıdan,  mədəniyyətlərini  məhv edən ərəb istilasının təzahürü saydığı  mənəvi əsarətdən xilas olmaq  

vasitəsi kimi ba xırd ı.  O, ürək ağrısı ilə  yazırd ı:  "Ərəblər  bizim  minillik  səltənətimizi  zavala  uğratdılar.  Şan-şöhrətimizi 



bada  verdilər,  vətənimizi  xarabazara  çevirdilər  və  biitün  bunlara  əlavə  olaraq  bizim  boynumuza   elə  bir  əlifba  da 

bağlamışlar ki, onun  sayəsində hətta indi savad sahibi olmaq belə bizim üçün ən çətin işlərdən olmuşdur. Bu qövmiin 

bizim başımıza gətirdiyi müsibətləri təsəvvürə gətirən hər bir həssas adamı ağlamaq tutur" 

(y e n ə  o r a d a,  s.174).

 

19  əsrin  ortalarından  etibarən  Qafqazda  və  digər  müsəlman  Şərq i  ölkə lərində  baş verən  siyasi  proseslər  Axund-



zadənin görüşlərin in in kişafına ciddi təsir göstərirdi. O, maa rifçi de mokrat iyadan inqilab i de mokratiyaya doğru irə liləd i. 

1864  ildə yazıb, ə lyazması halında dünyanın bir ço x ö lkə lərinə yaydığı "Kə ma lüddövlə mə ktubları‖nda cəmiyyəti 

yeniləşdirmə k  üçün  inqilabi  çevriliş ə  ehtiyacın  zəruriliy i  ideyasını  qavrayan  Axundzadə  be lə  bir  qənaətə  gəlirdi  ki,  "bu 

dünya başqa şəkil almasa", yəni cəmiyyətdə əsaslı dəyişikliklər baş verməsə, "insanların... bərabərliyi  mü mkün" olmaz.  O, 

cəmiyyət üçün "tam azadlığ"ın zəruriliy i məsələsini irə li sürərək ya zırdı: 

l

'Tam azadlıq iki növ azadlıqdan ibarətdir: birinci 

ruhuni azadlıqdır, o biri cismani azadlıqdır"Onun fikrincə,  xalq ın ruhani azadlığ ını din rəhbərləri, cis mani azad lığ ını  isə 

despot hökmdarlar əllərindən almışlar. 

Görkəmli  mütəfəkkir  Volter,  Russo,  Monteskyö,  Mirabo  və  Radişşev  kimilərin  didaktik  moizələrinin  cəmiyyətin  

dəyişdirilməsinə  yardım  edə  bilməyəcəyi  haqqında  qəti  qənaətə  gəlmişdi.  O,  mə zlu mları  hakim  təbəqəyə  qarşı  üsyana 

çağıraraq  yazırdı:  ''Nəhayət,  hazırkı  əsrin  əvvəllərinə  yaxın  Avropanın...filosofları...  anlamışlar  ki,  ziilmä  aradan 

qaldırmaq üçün heç də zalıma müraciət etmək lazım deyildir. Bəlkə, əksinə, məzluma demək lazımdır ki, ey nadan, sən 

ki, qüdrət, say və bacarıq cəhətdən zalımdan qat-qat artıqsan, bəs nə üçün zülmə qatlaşırsan? Qəflət yuxusundan oyan 

və zalımın atasının goruna od vur" 

(y e n ə o r a d a, s.258).

 

M.F.A xundzadənin maa rifç i de mokratiyadan inqilabi de mo kratiyaya qədər inkişaf edən görüşləri və cə miyyəti cəbr 



yolu ilə dəyiş mək haqqında mülah izələ ri 19 əsrin sonu - 20 əsrin əvvəllə rində Şərqdə milli a zadlıq mübarizəsinin inkişafına  

güclü təkan verdi. O, Cü mhuriyyətin qurulmasında da ideolo ji qida mənbəyi rolunu oynadı. 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə