[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə63/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   59   60   61   62   63   64   65   66   ...   282

128 

 

ku mətini  torpaq  məsələsinin  həllini  gecikdirməkdə  günahlandırdılar.  Sə məd  ağa  Ağamalıoğlu  bild irdi  ki,  yer  və  torpaq 



məsələsi "Hö ku mətin möhkə m politikası olmasını tə ləb edən böyük və mühü m məsələdir".

 

 



 

 

Əkinçilik  Nazirliy i  qanun  layihəsini  hazırlamaq  üçün  ölkənin  torpaq  fondunu  ciddi  təftiş  etdi.Bunu  nazirliy in  ha-



zırladığı  qanun  layihəsinə  əlavə  edilmiş  izahat  məktubu  və  çoxlu  statistik  məlu matlar  da  sübut  edir.  Həmin  məlu matlar 

əsasında tərtib edilmiş aşağıdakı cədvəl A zərbaycan Xalq Cü mhuriyyətinin ərazisi haqqında da müəyyən təsəvvür yaradır.

 

Qanun  layihəsi  hazırlananadək  nazirlik  va xt ilə  Azərbaycana  köçürülmüş  xristian  əhalisinin,  o  cü mlədən  ermə -



nilərin  tərk etdikləri torpaqla rı, hə mç inin  sahibləri tərəfindən atılmış  malikanələri  müvəqqəti ola raq dövlətin  sərəncamına  

verirdi.  Hə min  torpaqlar  Əkinç ilik,  Da xili  İşlər  və  Maliyyə  Na zirlikləri  nü mayəndələrindən  ibarət  qəza  ko missiyaları 

tərəfindən kənd  ic ma larına və  ayrı-ayrı  kəndlilə rə, bunlar olmad ıqda is ə hə min ə razidə yaşamayan  kənar şə xslərə  icarəyə  

verilirdi. Məsələn, Əkinç ilik  Nazirliyinin sərəncamına uyğun olaraq, Muğanda 5  min  desyatin suvarılan torpaqlar  1919  ildə  

səpin aparmaq üçün bir il  müddətinə kənd icmala rına icarəyə verilmiş, icarə haqqı isə natura ilə alın mışdı. Lakin bu təcrübə 

ümidləri doğrultmadı: nə xəzinə gözlənilən gəliri ala b ild i, nə də kəndlilər icarəyə ciddi maraq göstərdilər. 

1919  il  iyunun  6-da  Əkinçilik  Na zirliy inin  nəzd ində  aqrar  islahatlar  şöbəsi  yaradıldı.  Şöbəyə  tapşırıldı  ki,  bir  ay  

müddətinə  aqrar  islahatlar  layihəsini  Nazirlər  Şurasına  təqdim  etsin.  1919  ilin  avqustunda  nazir  müavin i  X.Sultanovun 

rəhbərliy i  ilə   "Azərbaycan  Cü mhuriyyəti  əhalisinin  torpaq  təminatı  haqqında"  və  "Xüsusi  sahibkar  meşələrinin  dövlətin 

mü lkiyyətinə çevrilməsi haqqında" qanun layihələrinin hazırlan ması başa çatdırıld ı. 

Qanun layihə lərində əksini tapan əsas məsələlər  xüsusi sahibkar torpaqların ın əhalin in hansı kateqoriyasından, nə 

qədər və hansı şərtlərlə alınıb dövlət torpaq fonduna keçirilməsi ilə bağlı  idi.  Burada  xüsusi sahibkar torpaqlarının  verəcəyi 

gəlir  hesabına  əvəz  ödənilməklə,  özgənin kiləşdirilməsi  nə zərdə  tutulurdu.  Na zirlik  belə   hesab  edirdi  ki,  xüsusi  sahibkar 

torpaqlarını əvəzi ödənilmədən  müsadirə etmək  xüsusi mü lkiyyəti ləğv etməyə bərabərdir.  Buna görə də qanun layihəsində 

torpağın  əkinçi  əhaliyə  yalnız  istehlak  norması  üzrə  xüsusi  mülkiyyətə  verilməsi  məqbul  sayılır.  Eyni  zamanda,  torpaq 

sahibinin  özünə  saxladığı  sahənin  ölçüsü  malikanənin  dəyəri  və  xara kterindən  asılı  o laraq  müəyyən  edilird i  və  kənd 

yerlərində  suvarılan  torpaq  sahəsi  100  desyatindən, şəhər  yerlərində  isə  5-7  desyatindən  artıq  olma ma lı,  həyətyanı  torpaq 

sahələri bu normalara da xil edilmə mə li idi. 

Lakin  Əkinçilik  Nazirliyin in  hazırladığı  bu  qanun  layihələri  də  Parlament  ko missiyasının  hazırlad ığı  layihə  kimi 

uğursuz oldu. Belə ki, A zərbaycanda baş vermiş Höku mət böhranı nəticəsində onlar heç mü zakirəyə də çıxarılmadı .

 

Baş nazir Nəsib bəy  Yusifbəylin in təşkil etdiy i yeni Hö ku mət kabinəsi yeni aqrar siyasət kursu işləyib hazırlamaq  



əzmində olduğunu bəyan etdi.  Yeni əkinçilik naziri sosialist Əh məd  Cövdət bəy Pepinov isə nazirliyin  hazırlamış olduğu 

əvvəlki iki qanun layihəsini təkmilləşdirmək üçün Parlamentdən geri aldı. 

1920  il  martın əvvəllərində Əkinçilik  Nazirliyi "Xüsusi sahibkar torpaqlarının dövlət torpaq fonduna keçirilməsi və 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  əhalisinin  torpaqla  tə min  olun ması  haqqında  qanun"un  yeni  layihəsi  üzərində  işi  başa 

çatdırdı  və  baxılmaq  üçün  Nazirlər  Şurasına  təqdim  etdi.  Yeni  qanun  layihəsi  Gürcüstan  sosialdemokrat  höku mətinin  

Azərbaycan sosial-de mokratları tərəfindən bəyənilən aqrar qanunu əsasında hazırlan mışdı.  Bu  layihə  kənd yerlə rində olan  

xüsusi sahibkarların-hüquqi şəxslərin bütün torpaqlarının, o cü mlədən  monastır, vəqf,  məscid və kilsə torpaqlarının, habelə 

şəhər ərazisinin şəhər mülkiyyətinə daxil o lmayan sahələrin in sahiblərindən alın ıb əvəzi ödənilmədən dövlət torpaq fonduna 

verilməsini  nə zərdə  tuturdu.  Mülkiyyəti  ə lindən  alınan  sahibkarların  ixt iyarında  sa xlanan  torpaq  sahəsinin  ölçüsü  həmin  

yerlərin  təsərrüfat  şəraitinə  uyğun  olaraq,  kənd  yerlərində  becərilən  bit ki  təsərrüfatla rı  üçün  7-10  desyatin,  taxılç ılıq  

təsərrüfatı üçün 15-20 desyatin, ma ldarlıq təsərrüfat ları üçün 40-50 desyatin, şəhərdə isə müvafiq o laraq 1,5-3 desyatin, 3-5 

desyatin, 10-12 desyatin müəyyən edilirdi. Sahibka rla rın mü lk və bağları da bura da xil idi. 

Parlament  ko missiyası  torpağın  sahibkarlardan  əvəzsiz  o laraq  alın masında  israr  ed irdi.  Buna  görə  də  nazirliyin  

hazırlad ığı  layihənin Parlamentə təqdim o lun ması ləngidilird i. Ölkədə vəziyyət gərginləş məkdə davam edirdi. Hö ku mət isə 

hələ də aqrar qanun layihəsinin  mü za kirəsinə başla ma mışdı.  Bunun əsas səbəbi təkcə partiyala r a rasındakı  ixt ila fla, ya xud 

ölkənin ağır iqtisadi vəziyyəti ilə bağlı deyild i. Aqrar məsələnin  özü  mahiyyətcə ço x mürəkkəb, həlli çətin  olan problem id i. 

Bu  məsələdə  hakim  "Müsavat"  partiyasının  özünün  də  aydın  proqramı  yo x  idi.  Hə lə  "Müsavat"  partiyasının  2-ci 

qurultayında  (1919,dekabr)  partiyanın  rəhbərliy i  hə min  məsələ  ilə   bağlı  kəskin  tənqid  edild iyi  va xt  Məhəmməd  Əmin  

Rəsulzadə  göstərmişdi  ki,  bu  məsələdə  tələskənlik,  e ləcə  də  onu  həddən  ziyadə  uzat maq  eyni  dərəcədə  mənfi  nəticə lərə  

gətirib  ç ıxa ra  b ilə r.  Part iya  qurultayı  aqra r  məsələyə  təkrar  ba xa raq,  onun  aqrar  siyas ət  komissiyasında  hazırlan mış 

layihəsinin  Parla mentdə  müza kirəyə  ç ıxa rılması  haqqında  qətnamə   qəbul  etsə  də,  bu  qərar  xeyli  va xt  icra   o lunmad ı. 

"Müsavat" fraksiyası yalnız  1920  il  fevralın  16-da partiyanın  aqrar  məsələ barədə qurultayda bəyənilmiş qanun layihəsini 

Parlamentin növbəti 123-cü iclasında müzakirəyə təqdim etdi. 

"Müsavat" fraksiyasının təqdim etdiyi qanun layihəsi də  xüsusi sahibkar torpaqlarının əvəzsiz olaraq alın ıb dövlət 

torpaq fonduna verilməsini nə zərdə tuturdu. Lakin bu layihədə kənd yerlə rində sahibkarların mü lkiyyətində, bağ və həyətlər 

də daxil olmaqla, 25-75 desyatin torpaq saxlanılması, şəhər yerlərində isə bu sahənin becərilən bitkilərin  



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə