[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə66/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   62   63   64   65   66   67   68   69   ...   282

131 

 

pozuculuq  fəaliyyəti  göstərmişdir.  Be lə  ki,  Azərbaycan  Höku mətinin  yasaqlarına  baxmayaraq,  tətil  komitəsinin  əsas 



rəhbərlərindən  biri  olan  Anaşkin  ardıcıl  tətillər  təşkil  et miş,  fəhlə ləri  Höku mətə  qarşı  itaətsizliyə  çağ ırmışdır.  Bununla 

əlaqədar,  dəfələrlə  həbs  olunmuşdur.  1920  ilin   yazında  Moskvaya,  III  Ümu mrusiya  həmkarlar  ittifaqları  qurultayına 

nümayəndə  göndərilmişdir.  A zərbaycanda  sovet  hakimiyyəti  elan  edild ikdən  sonra  Bakıya  qayıtmış,  partiya  və  təsərrüfat 

işlərində çalış mış, 1928 ildən A K(b)P MK-n ın Mərkəzi Nəzarət Ko missiyasında işləmişdir. Bir müddət Saratovda fəaliyyət 

göstərdikdən  sonra,  yenidən  Azərbaycana  qayıtmış,  neft  sənayesində  texniki  təhlükəsizlik  ü zrə  institutun  direktoru 

işləmişdir. Repressiya olunmuşdur. 



ANATOLLU  (Səfərov)  Əh məd   Mu xtar  oğlu  (1894-1963)  -  aktyor,  peşəkar  mə zhə kə  ustası,  Azərbaycanın  

əməkdar  artisti  (1940).  Səhnə  fəaliyyətinə  1911  ildə  "Səfa"  mədəni  maarif  cəmiyyətinin  teatr  truppasında  başlamışdır. 

Müsəlman  Artistlər  Birliyin in  fəal  ü zvlərindən  olmuşdur.  Azərbaycan  Xalq  Cü mhuriyyəti  dövründə  (1918-20)  Üzeyir  və 

Zülfüqar  "Hacıbəyli  qardaşlarının  opera-operetta  artistləri  dəstəsi"ində  fəaliyyət  göstərmiş,  bir  ço x  şəhərlərdə  qastrol 

səfərlərində  olmuşdur.  Eyni  za manda  müstəqil  surətdə  çıxış  et miş,  bayram  və  el  şənliklərində,  şəhər  yoxsullarına,  kasıb  

tələbələrə  maddi  yard ım  göstərmə k  məqsədilə  təşkil  o lunmuş  xeyriyyə  konsertlərində  iştira k  et mişdir.  1920  ildən 

Azərbaycan  Opera  və  Balet  Teatrında,  Azərbaycan  Dra m  Teatrında  və  Musiqili  Ko mediya  Teatrında  işlə mişdir. 

Ü.Hacıbəylinin  "Arşın  mal  alan",  "O  olmasın,  bu  olsun"  ("Məşədi  İbad")  musiqili  ko med iyalarında  Vəli  və  Hambal, 

"Koroğlu" operasında Təlxək rollarında oynamışdır. 

ANTANTA  (fr.  entente  -  "ra zılıq")  -  A lmaniya  tərə findən  gözlən ilən  təcavüzə  qarşı  1904-07  illərdə  yarad ılmış  

B.Britaniya-Rusiya-Fransa  ittifaqı.  İttifaqın  adı  1904  il  ing ilis -fransız  müqaviləsinin  mətnində  fransız  sözü  olan  "entente 

cordial" ("antant kordivl" kimi tələffü z edilir) - "qəlblər və ya ürə klər ra zılığı" kimi izah ed ilmişdir. Sonralar ona 20-dən ço x 

dövlət  qoşulmuşdur.  Birinci  dünya  müharibəsi  illərində  B.Britaniya,  Fransa  və  Rusiyaya  qoşularaq  Almaniya  b lokuna 

(Almaniya,  Avstriya  -  Macarıstan,  Osmanlı  imperiyası,  Bo lqarıstan)  qarşı  vuruşan  dövlətlər  də  Antanta  ölkələri 

adlandırılmışdır.  Rusiya  və  Ru mıniya  Birinci  dünya  müharibəsi  illərində  Almaniya  bloku  ölkələri  ilə  separat  sülh 

bağlayaraq,  ittifaqın  tərkibindən  çıxmış lar.  Sovet  Rusiyasının  müharibədən  çıxması,  B.Britaniya  və  Fransanın  sovet 

hakimiyyətinə  qarşı  kəskin  reaksiyası  nəticəsiz  qalmad ı.  Antanta  blokunda  müttəfiqlərarası  kö klü  pa rçalan ma   baş  verdi. 

1917  il  dekabrın  23-də  B.Britaniya  ilə  Fransa  arasında  bağlan mış  məxfi  konvensiyaya  görə  müttəfiqlər  keçmiş  Rusiya 

imperiyasının  ərazi  bölgüsünü  aparmış,  Qafqaz  ingilis  nüfüz  sahəsinə  aid  edilmişdi.  Qafqaz,  Xəzər  hövzəsi,  xüsusən  də 

Bakı  bölgəsi  Antanta  ilə  Alman iya  bloku,  həmçinin  Antanta  ilə  Sovet  Rusiyası  arasında  mübarizə  obyekti  o lmuşdur.  Bu  

prinsipial məsələni İ.Stalin daha açıq ifadə etmişdi: "Qafqazın inqilab üçün mühüm əhəmiyyəti onun yalnız xa mma l, yanacaq, 

ərzaq  mənbəyi  olması  ilə  deyil,  həm  də  Avropa  və  Asiya,  xüsusilə  Rusiya  və  Türkiyə  arasındakı  mövqeyi  və  mühü m 

iqtisadi  və  strateji  yollara  (Batu m-Bakı,  Batu m-Təbriz,  Batum  -Təbriz-Ərzuru m)  ma lik  o lması  ilə  müəyyən  edilir...  Qaf-

qazda, nəhayət, kim  möhkə mlənəcək, neftdən və Asiyanın dərinliy inə  aparan  ən  mühüm yollardan  kim   istifadə edəcək, 

inqilab,  yo xsa,  Antanta  -  bütün  məsələ  bundadır".  Antanta  dövlətləri  Osman lı  -  Almaniya  qoşunlarının  irəlilə məsindən, 

Osmanlı o rdusunun İran, Qafqaz, Türküstan istiqamətində həmləsindən, Bakı neftinə sahib ola biləcəklərindən bərk ehtiyat 

edirdi.  Antanta  dövlətlərin in  nü mayəndələri  Zaqafqaziya  ko missarlığ ının  yaradılması  prosesində  iştirak  etmişlər. 

B.Britaniya höku məti Zaqafqaziya Federasiyasını bütünlüklə dəstəkləməy i qərara almış və Qafqazla bağlı nəzərdə tutduğu 

geniş strateji planı həyata keçirmək  məqsədilə bölgəyə hərbi missiya göndərməyi qərarlaşdırmışdı (bax Böyük Britaniyanın 



hərbi  ek spedisiyası).  Lakin  general  Denstervilin  başçılıq  etdiyi  B.Britaniya  hərbi  ekspedisiyası  iflasa  uğramış,  qısa 

müddətdən  (1918,4  avqust-14  sentyabr)  sonra  Bakını  tərk  etməyə  məcbur  olmuşdu.  Birinci  dünya  müharibəsi  Almaniya 

bloku dövlətlərin in bir-birinin ard ınca məğ lubiyyəti və barışıq imzalan ması ilə başa çatdı. Antanta Birinci dünya müharibəsi 

illərində qarşıya qoyduğu başlıca məqsədə - Alman iyanın darmadağın edilməsinə na il oldu. 

1918  il  30 oktyabr Mudros (Mondros) barışığına görə  Osmanlı qüvvələri te zliklə  Cənubi A zərbaycanı və  Cənubi 

Qafqazı  tərk  etməli,  Antanta  qüvvələri  Bakını  işğal  etməli  idi.  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  fövqəladə  səlahiyyətli 

nümayəndəsi kimi Əlimərdan bəy Topçubaşov İstanbulda Mudros barışığının Azərbaycana aid h issəsi ilə bağlı bir neçə dəfə 

etiraz notaları  ilə çıxış etmişdir. Antanta qüvvələrinin baş ko mandanı və nü mayəndəsi kimi general U.Tomsonun başçılığı 

altında  ingilis  qoşunları  1918  il  noyabrın  17-də  Bakıya  daxil  olmuşdu  (bax  To mson  bəyannaməsi).  Antanta  dövlətlərinin  

Azərbaycandakı  nü mayəndələri  bəyanatlarında  Azərbaycan  Cümhuriyyətinin  Paris  sülh  konfransında  iştirak  edəcəyini 

bildirmişdilə r.  La kin  Antanta  dövlətlərinin  Qafqaz  respublikaları  ilə  bağlı  mövqeləri  fərqli  olmuşdur.  Sülh  konfransında 

yüksək nüfüza  malik olan böyük dövlətlər içərisindən  məh z Fransa yeni yaranmış Qafqaz respublikalarının  müstəqilliyinin  

tanınması əleyhinə olmuşdur. Fransa höku məti A zərbaycanla  iqtisadi əlaqələr yarat mağa  mey l göstərsə də, Azorbaycan və 

Gü rcüstanı nə hüquqi, nə də faktiki cəhətdən tanımaq istəmirdi, ermənipərəst siyasət yeridirdi. İtaliyanın Qafqaza münasibəti 

ingilislərin  mövqeyi  ilə  sıx  bağlı  olmuşdur.  İngilis  qoşunları  Qafqazdan  çıxmaqla  yanaşı,  nə  ABŞ-ın,  nə  də  Fransanın  bu 

regionda  birtərəfli  qaydada  qüvvətlənməsinə  yol  vermə k  istəmird ilər.  Bu   məqsədlə  italyanla rın  Qafqa za  cə lb  edilməsi 

ideyası ilk dəfə  ingilislər tərəfindən irəli sürüldü. Belə  ki,  İtaliyanın Qafqazda ingilisləri əvəz etməsi  Yaxın Şərqdə  mövcud 

olan qüvvələr nisbətini pozmurdu. İngilislərlə italyanlar arasında aparılan danışıqlar 1919 il martın 24-də 

 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə