[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə67/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   63   64   65   66   67   68   69   70   ...   282

132 

 

gizli  saziş  imzalan ması  ilə  nəticələndi  (bax  İngiltərə-İtaliya  sazişi).  1919  il  mayın  10-da  B.Britaniya  komandanlığı  ingilis 



hərbi şurasının Cənubi Qa fqazdan ç ıxmaq qərarı barədə Azə rbaycan və Gürcüstan hökumətlərinə məlu mat  verdi. Mayın 10-

da  İtaliyanın  bir  hərbi  korpusu  artıq  Batuma  daxil  olmuşdu.  Mayın  16-da  fövqəladə  İtaliya  missiyası,  may ın  22-də  hərbi 

ekspertlər  qrupu  Bakıya  gəldi.  İtaliya  hökuməti  Qafqa za  ordu  göndərilməsinə  tərəfdar  o lduğunu  bildirdi.  İyunun  28-də 

B.Britaniya hökuməti  ingilis ordusunun Qafqazdan və ümu milikdə,  keçmiş  Rusiya ərazisindən çıxardılması haqqında Paris 

sülh konfransına rəsmi şəkildə məlu mat verdikdə Antanta dövlətləri Qafqazdan çıxan ingilis ordusunu İtaliya ordusu ilə əvəz 

etmə k  haqqında  qərar  qəbul  etdilə r.  La kin   İta liyada  höku mət   kab inəsinin  dəyişməsi  nəticəsində  yeni  yaradılmış  F.Nitti 

hökuməti İtaliyanın Qafqaza ordu göndərməsindən imtina etdi. F.Nittinin belə qərar qəbul etməsi Azərbaycanı və Gürcüstanı 

çətin vəziyyətə salırdı. İtaliyanın əvvəlki baş naziri Orlandodan fərqli olaraq, Nitti " Böyük Ermənistan" yaradılması, Türki-

yənin parçalanması ideyasını Antanta dövlətlərinin avantürası hesab edirdi. İngilis  qoşunlarının Qafqazdan çıxarılması  ilə  B. 

Britaniya  Höku məti  O.Uordrop  başda  olmaq la,  Qafqaza  ö zünün  siyasi  missiyasını  göndərdi.  Uord ropun  rəhbərlik  etdiyi 

ingilis  missiyasından  başqa,  mayor  de  Nonankurun  rəhbərlik  etdiyi  Fransa,  polkovnik  Haskelin  rəhbərlik  etdiyi  A merika, 

polkovnik  Qabbanın  rəhbərlik  etdiyi  İtaliya  missiyaları  Qafqaza  gəldilər.  Antanta  dövlətlərin in  işgüzar  nümayəndələri  də 

Qafqazla, xüsusilə Azərbaycan Xalq Cü mhuriyyəti ilə əməkdaşlıq etmişdilər. 

Versaldakı Azərbaycan nümayəndələri Antanta Ali Şurası tərəfındən Azərbaycan Xalq Cü mhuriyyətinin tanınması 

yönündə  ardıcıl,  intensiv  fəaliyyət  göstərmişdir  və  nəhayət,  Antanta  dövlətlərinin  təşəbbüsü  ilə  çağırılmış  Paris  sülh 

konfransının  Ali  Şurası  blokun  aparıcı  dövlətlərindən  biri  olan  B.Britaniyanın  təklifi  ilə  1920  il  yanvarın   11-də 

Azərbaycanın dövlət müstəqilliyin i de-fa kto olaraq tanımış dır.  Lakin Antanta dövlətlərinin  Cənubi  Qafqaz respublikala rına  

yardım  xarakterli bütün vədləri deklarativ  məzmun daşımış və öz qüvvələrinin ü midinə qalan bu dövlətlər  Sovet Rusiyası 

tərəfındən işğal olun muşdur. 

 

Əd.: Həsənov  C, Azərbaycan bcynəlxalq  münasibətlər  sistemində (1918-1920-ci  illər), B., 1993; Nəsibzadə  N., Azərbaycanın  xarici 

siyasəti (1918-1920), B., 1996; Qasımov M., Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918-ci illər), 3 hissədə, 2-

ci hissə (1917-ci il noyabr- 1918-ci il noyabr), B., 2001; y e n ə  o n u n, Avropa və Amerika ölkələrinin müasir tarixi, 2 hissədə, 1-ci hissə (1918-1945-

ci illər), B., 2003. 



 

ANTANTA ALĠ ġURASI - Paris sülh konfransına (1919-20) rəhbərlik etmiş ali orqan (bax Versal Ali Şurası). 

APREL  Ġġ ĞALI  (1920)  -  beynəlxalq  hüquq  normalarını  kobudcasına  pozan  təcavüzkar  sovet  qoşunları  tərə-

findən  Azərbaycan  Xalq  Cümhuriyyəti  ərazisin in  işğalı  və  müstəqil  Azə rbaycan  dövlətinin  aradan  qaldırılması.  1920  il 

aprelin  27-də  həyata  keçirilmişdir.  Sovet  tarixşünaslığında  Aprel  işğalı  sa xtalaşdırılaraq,  əvvəlcə  "çevriliş",  sonradan  isə 

"inqilab" adlandırılmışdır.  20 yüzilliy in 20-ci illərinin  ko mmunistləri "Aprel çevrilişi" ifadəsini  işlədərkən, tarixi  reallığı  - 

Aprel işğalını  inkar ed ir və qürrələnirdilər ki, "...b iz sovet hakimiyyətini hazır şəkildə aldıq, onu bizə boşqabda gətirdilər". 

Aprel  işğalı  ko mmunistlər üçün asanlıqla başa gəlsə də, onun hazırlan ma  me xanizmi uzun  müddət formalaşdırılan  mə krli 

siyasətin nəticəsi id i. Sovet Rusiyası Qafqa za, xüsusilə də A zərbaycana dair siyas ətində, əslində, çar Rusiyasının varisi kimi 

çıxış  edirdi.  Bakı  bolşeviklər  üçün  təkcə  nefti,  habelə  müstəsna  iqtisadi  potensialı  ilə  deyil,  həm  də  bütün  Yaxın  və  Orta 

Şərqin siyasi mərkəzi kimi əhəmiyyətli id i.  1918  ildə daşnak-bolşevik S.Şau myanın başçılıq etdiyi  Bakı Xalq Ko missarları 

Soveti süqut etsə də, Bakı uğrunda mübarizə daim diqqət mərkəzində idi: "Bakın ı almaq bizə olduqca və olduqca zəruridir. 

Bütün səyinizi buna verin" (V.İ.Lenin ).  1919 ilin fevralında  mərkəzdən "...bakılıların əhvali-ruhiyyəsindən sürətli və həlle-

dici  hərə kət  üçün  istifadə"  etmək  göstərişi  alan  Xə zər-Qa fqaz  cəbhəsinin  hərbi-inqilab  şurası  məqsədyönlü  və 

təxirəsalın ma z  tədbirlər  görməkdə  id i.  Ba kı  bolşevikləri  1919  ilin  ya zından  Höku mət  ə leyhinə  fəa liyyətlərini  daha  da 

genişləndirdilər:  ingilis əsgərləri arasında təbliğat apararaq, onların vətənə dönmək tələbi ilə çıxış etmələrinə nail o ldular; 

Azərbaycan ordusu və donanmasının "inqilabiləşdirilməsinə" səy göstərildi; fəhlə lərdən iba rət hərbi drujinala r yaradıldı və  

onların  hərbi  sursatla  təchiz  olun ması  intensivləşdirild i;  hakimiyyətə  qarşı  ideolo ji  təbliğat  genişləndirild i;  Qarabağda 

ermənilərin  sifarişli  qiya mı  təşkil  olundu  və  bununla  Höku mət  böhranına  zə min   yaradıld ı.  Bu   dövrdə,  hətta  Türkiyənin  

mənafey i na minə "canıyananlıq" da nümayiş etdirildi.  Bütün bunlara baxmayaraq bolşeviklər Sovet Rusiyasının  müda xiləsi 

olmadan  daxildə  üsyanın  qələbə  çalacağına  əmin  deyildilər.  Belə liklə,  1920  ilin  yanvarında  istiqlaliyyətinin  de-fakto 

tanındığı  Azərbaycan  Xalq  Cü mhuriyyəti  üçün  xaricdən  gözlənilən  yeganə  ciddi  təhlükə  bolşevik  təcavüzü  id i.  Odur  ki, 

Sovet  Rusiyasının  Denikin  ordusuna qarşı  hərbi  ittifaq  bağlamaq  haqqında  nota  xarakterli  təklifi  Azərbaycan  Hökuməti  və 

siyasi partiyaları tərəfindən birmənalı qarşılan madı. Bolşeviklərin  xarici siyasətini düzgün qiy mətləndirən  Azərbaycan Xalq  

Cü mhuriyyətinin xarici işlər naziri Fətəli xan Xoyski G.Çiçerinin təklifıni rədd etdi. A zərbaycan sosialistləri və "ittihad"çıları 

Çiçerinin notasına  müsbət cavab verilməsini tələb etdilər.  Hakimiyyətdaxili  mübarizənin  gücləndiyi bir dövrdə  Rusiyanın 

təzyiqi  də  art ırd ı.  Sovet  Rusiyası  Azərbaycan  Höku mətinə  yeni  notalar  göndərməkdə  davam  edird i.  Beynəlxalq  və ziyyəti 

nəzərə a lan G.Çiçerin 1920 ilin martında V.İ.Leninə  yazmışdı: "Azərbaycana qarşı zora kılıq akt ı beynəlxalq münasibətlərdə  

dostlarımızı bizə qarşı qoyar...  Bizi  imperialist hesab etmələrinə yol verməməliy ik".  Odur ki, bolşeviklər  xarici  müdaxiləni 

pərdələ mək  məqsədilə   Azə rbaycanın  milli  höku mətin i  devirmə k  üçün  ölkən in  ö z  da xilində  silahlı  üsyana  hazırlığa  

başladılar.  1920  il  fevralın  11-12-də  RK(b)P  Bakı ko mitəsi, "Hü mmət" və " Ədalət" təşkilatlarının  qurultayı oldu.  Ölkədə 

fəaliyyət göstərən 

 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə