[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə68/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   64   65   66   67   68   69   70   71   ...   282

133 

 

bütün kommunist təşkilatlarını vahid "Azərbaycan Kommunist (bolşeviklər) Partiyası" adı altında birləşdirmək qərara alındı. 



AK(b)P-nin  I  qurultayı  qanuni  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mətin i  zorakıhqla  devirmə k  xətti  götürdü.  Lakin  

bolşeviklərin  bir  qismi  silahlı  üsyanın  uğurla  nəticələnəcəyinə  şübhə  ilə  yanaşmaqda  davam  edird i.  Stalin  yazırdı:  "Bu  

üsyanın  heç  bir  şansı  yoxdur.  Buna  görə  də  Azərbaycanın sərhədlərini  keçmək  lazım  gələcəkd ir".  Belə  b ir  tarixi  şəraitdə 

Antantanın  Cənubi  Qafqaz  respublikalarına  hərbi  yardım  göstərməməsi,  Rusiya  tərəfindən  müdaxilə  təhlükəsinə  qarşı 

Gü rcüstan və Azərbaycanın hərbi qüvvələrin i əlaqələndirmək cəhdlərin in nəticəsiz qalması, ermənilərin  xaricdən sifarişlə 

qaldırdıq ları qiyam,  istiqlal  mübarizəsi aparan Türkiyənin Sovet Rusiyası ilə sıx əlaqələr qurmaq siyasəti və Azərbaycanın 

öz daxilində siyasi durumun sabit olmaması respublikanı  xarici təcavüzlə təkbətək qoydu. Digər tərəfdən, hələ A zərbaycan 

Xalq  Cü mhuriyyəti  Höku mətin in  hakimiyyətdə  olduğu  bir  zamanda,  aprelin  26-dan  27-nə  keçən  gecə  Azərbaycan 

Müvəqqəti  İnqilab  Ko mitəsinin  adından  hərbi  yardım  xahişilə  Moskvaya  radioteleqram  göndərildi.  Radioteleqramda 

deyilirdi ki, "Bakıda çevriliş baş vermişdir və biz  Qırmızı qoşunların Ba kıya yeridilməsini  xahiş edirik". Hə min  mühüm fakt  

Azərbaycanda Aprel işğalının sovet ordusu tərəfindən həyata keçirild iyini və məhz xa rici hərbi təcavüz baş tutduğunu sübut 

edir. Bunu, eyni za manda, digər tarixi sənədlər də açıq-aşkar, b irbaşa təsdiqləyir. 

Be ləliklə,  A zərbaycanın  işğalı  məqsədilə  qabaqcadan hazırlan mış  Bakı  ə mə liyyatının  həyata  keçirilməsi  daha  da 

sürətləndirildi və beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Azərbaycanın hüdudlarını keçən 11 -ci Qırmızı ordunun 

birbaşa hərbi  müdaxiləsi  Azərbaycan  Xalq  Cümhuriyyətinin  müqəddaratını  həll  etdi.  Azərbaycan  Parlamenti baş  vermiş  fakt 

qarşısında qalaraq,  reallıqla  hesablaşmağa  məcbur  oldu.  Ərazisində  təcavüzkar  xarici  hərbi  qüvvələrin  11  -ci  Qırmızı  ordu 

hissələrinin  olduğu bir  ş əraitdə,  açıq silahlı  təzyiq  altında  qalan  Azərbaycan  Parlamenti  1920  il  apre lin  27-də AK(b)P M K, 

RK(b)P Qafqaz Ölkə Ko mitəsinin Bakı bürosu və Bakı Fəhlə Konfransı adından kommunistlərin təqdim etdikləri u ltimatumu  

gündəliyə  çıxard ı  və  qızğın  müzakirələrdən  sonra,  axşam  saat  11  radələrində,  hakimiyyətin  aşağıdakı  şərtlərlə  Azərbaycan 

İnqilab Ko mitəsinə verilməsi barədə qərar qəbul etdi: 1) Rus ordusu Bakıya daxil olmadan dəmir yolu ilə birbaşa Anadolunun 

imdadına gedəcək; 2) Azərbaycanın istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz və ilhaqdan qorunacaq; 3) Azərbaycan ordusu 

buraxılmayacaq; 4) Azərbaycanın siyasi partiyalarının hürriyyət və sərbəstliyi mühafızə ediləcək; 5) keçmiş dövlət xadimləri, 

Höku mət ü zvləri və millət vəkillərindən heç bir kəs siyasi cinayətdə ittiham edilməyəcək, dövlət idarələri qulluqçularının iş 

yerləri  saxlanılacaq,  yalnız  rəhbər  vəzifə li  şə xslər  dəyişdiriləcə k;  6)  a zad  şəra itdə  toplanacaq  Azərbaycan  şuraları 

hakimiyyətin idarə  formasını təyin edəcək. 

Göründüyü  kimi,  1920  ilin  28  apreli  ərəfəsində  Azərbaycanda  siyasi  və  iqtisadi  böhran  mövcud  olsa  da,  dövlət 

çevrilişi və ö lkən in xarici hərb i qüvvələr tərəfindən işğalı daxildən qaldırılmış üsyan nəticəsində baş vermədi. Bunun 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



134 

 

üçün "inqilabi  şəraitin  yetişməsi"ni  iddia  və  təbliğ  edən  ilkin  şərtlər,  əslində,  yox  idi.  Aprel  işğalı  xarici  qüvvənin  -11-ci 



Qırmızı ordunun əvvəlcədən və planlı surətdə hazırlan mış "ild ırım sürətli öldürücü" yürüşü nəticəsində baş verdi. Bunu ilk 

vaxtlarda bolşeviklərin  özləri də etiraf edirdilər: "Müsavat hakimiyyəti devrilibsə, bu o demək deyildir ki, bizim partiyamız 

güclü  idi.  Bu  ona  görə  belə  oldu  ki,  Qırmızı  ordu  güclü  idi.  "Əgər  11-ci  Qırmızı  ordu  sutkada  25  km  irəliləy irdisə, 

Azərbaycanda  bu  sürət  sutkada  50  k m  oldu".  Paris  sülh  konfransındakı  Azərbaycan  nümayəndəliyi  Cü mhuriyyətin 

devrilməsindən  xəbər  tutan  kimi,  ap relin  28-də  San-Re mo   konfransına  bu  barədə  nota  təqdim  etdi.  La kin  nə  bu,  nə  də  

sonrakı müraciətlər heç bir nəticə vermədi. 23 ay fəaliyyət sürməsinə baxmayaraq, Azərbaycan xalqın ın dövlətçilik tarixində 

xüsusi yeri o lan Azərbaycan Xalq Cü mhuriyyəti süqut etdi. Aprel işğalından 71 il sonra "Azərbaycan Respublikasının Dövlət 

Müstəqilliyi haqqında Konstitusiya aktı"nda (1991 il  18 oktyabr) bu tarixi təcavüzə siyasi qiy mət verildi:  "1920 il aprelin 



27-28-də RSFSR-in XI Qırmızı Ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn 

subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin". 

 

Əd.:  Azərbaycan  tarixi,  7  cilddə,.  c.5,  B.,  2001;  Azərbaycan  Respublikası  (1991-2001),  B.,  2001;  Azərbaycan  Kommunist 

Partiyası  tarixinin  oçerkləri,  c.l,  B.,  1986;  Rəsulzadə  M.Ə.,  Azərbaycan  Cümhuriyyəti,  B.,  1990;  Cəbiyev  H.R.,  23  saat  Yalamadan 

Bakıya  (bax  Sovet  hakimiyyəti  uğrunda.  Xatirələr  məcmuəsi,  B.,  1967);  Əhmədova  F.,  Nəriman  Nəri-manov  -  ideal  və  gerçəklik,  B., 

1998; M ahmudov Y.M ., Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti, B., 2002; Е ф р е м о в M ., Взятие Баку , Военный вестник,1922, 

№7; Р  а  т г  а у з  е р Я., Борьба за Советский Азербайджан. К истории апрельского переворота, Б.,  1928; Д а р а б а д и П., Военные 

проблемы политической истории Азербайджана в начале  XX вeкa, Б., 1991;Н а с и р о в Т., Борьба за власть большевиков Азербайджана 

(1917-1920), Б.,1993; Х у д и е в Р., Оккупация Азербайджана Советской Россией в апреле  1920 r. "Azərbaycan tarixinin problemləri

müasir tədris və elmi nəşrlərdə onların əksi" konfransının materialları kitabında, B., 1995.  



 

ARAZ  TÜRK CÜMHURĠYYƏTĠ, T ü r k  A r a z  C   ü   m   h   u   r   i   y   y   ə   t   i ,  A  r a z  C ü m h  u r i y y ə t i 

- Azə rbaycanın Na xç ıvan bölgəsində və onun çevrəsindəki əra zilərdə yarad ılmış dövlət qurumu . 

1918  ilin  noyabrından  1919  ilin  ma rtınadək  fəaliyyət  göstərmiş  Ara z  Türk  Cü mhuriyyəti  Na xçıvan,  Şərur-

Dərə ləyəz və  Ordubad mahalların ı, habelə Sə rdarabad, Ulu xanlı,  Ved ibasar, Qə mэrli, Mehri və b. Azə rbaycan torpaqlarını 

əhatə etmişdir. Mərkəzi Naxçıvan şəhəri idi. 

Araz  Türk  Cü mhuriyyətində  də  siyasi  durumun  mürəkkəbliyinə  görə  geniş  fəaliyyət  göstərə  bilməyən  bir  sıra 

dövlət  strukturları-hakimiyyət  orqanları  mövcud  olmuşdur.  Onun  parlamenti  bölgədəki  müsəlman  milli  şuralarının  üzv-

lərindən  ibarət  id i.  A raz  Türk  Cü mhuriyyəti  höku mət inə  -Na zirlə r  Şurasına  Əmir  bəy  Əkbərzadə  başçılıq  ed ird i.  Hö-

ku mətin  tərkib inə  isə  İbrahim  bəy  Cahangirzadə  -  hə rbi  nazir;  Əli  bəy  Qə mbə r  Bənyari  -  in zibati-əra zi  işləri  üzrə  nazir;  

Həsən ağa Səfa zadə - xa rici işlər na ziri; Mə mməd Bəyzadə - əd liyyə na ziri; M irzə Hüseyn Mirzə Həsənzadə və Müfti Xoca  

Ekit Əfəndi daxil idilər. General Əli Əşrəf bəy hökumətə yard ımçı olaraq seçilmişdi. 

Cü mhuriyyətin meydana gəlməsi bölgədə ağır tarixi-siyasi şəraitlə sıx bağlı o lmuşdur. Osmanlı ordu hissələrinin 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə