[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə7/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   2   3   4   5   6   7   8   9   10   ...   282

24 

 

 



lər.  Bütün  bunlara  ba xmayaraq,  A zərbaycan  xa lqı  Rusiya  ağalığına  və  Qacarlar  İranının  şahlıq  re jiminə  qarşı  istiqlal 

mücadiləsini dayandırmad ı, ö zünün müstəqil dövlətini yaratmaq üçün dəfələrlə ö lü m-d irim savaşına qalxd ı, şəhidlər verdi. 

Rusiyada  Birinci  rus  inqilabı  (1905-07),  İranda  isə  1905-11  illər  inqilabı  dövründə  Azərbaycan  xalqı  ö zünün  müstəqil 

dövlətçiliy ini  bərpa  et mə k,  azad lığa  ç ıxa raq  dünyanın  yeni  inkişaf  ahənginə  uyğun  olan  demokratik  idarəçilik  sistemi 

yaratmaq uğrunda mübarizə aparırdı. 

P a r l  a m e n t l  i r e s p u b l i k a y a  d o ğ r u.  Bəşəriyyət tarixin in ən dəhşətli və ən qanlı hərb i-feodal  müstəmlə kə 

rejimi  o lan  çar  Rusiyası  da  Azərbaycan  xalq ının  dövlətçilik  ənənələrin i  məhv  edə  bilmədi.  Əsarət  altına  salın mış  türk-

müsəlman  xalq larının  milli  mənlik  şüurunu  və  qədim  dövlətçilik  ənənələrini  məhv  etmək  siyasəti  yeridən  Rusiya 

imperatorluğu Cənubi Qafqazı bu siyasətin ən dəhşətli, qanlı qırğın meydanına çevirmişdi. Bu  qəddar siyasətin son məqsədi 

Cənubi  Qafqa zı A zərbaycanın türk-müsəlman  əhalisindən "təmizlə mə k", bundan sonra İran və  Türkiyəni aradan qa ldırıb, 

rahatca isti dənizlə rə ç ıxmaq, bununla da Rusiyanın tarixi arzusuna - Hindistana yetişmək niyyətinə nail o lmaq idi. Məhz bu 

məqsədlə  də,  b ir  tərəfdən,  İran  və  Türkiyədən  kütləvi  surətde  köçürülən  ermənilər  Azə rbay-can  torpaqlarında,  əsasən 

Qarabağın dağlıq bölgələrində, keçmiş Naxçıvan və İrəvan  xanlıqların ın ərazisində yerləşdirilir,  Rusiya imperiyasının ayrı-

ayrı yerlərindən mü xtəlif mənşəli xristian əhali A zərbaycan ərazisinə köçürülür, d igər tərəfdən də, yerli əhalin in xristianlaş-

dırılması və ruslaşdırılması siyasəti yerid ilirdi. Ən dəhşətlisi isə bu idi ki, həmin qanlı siyasəti daha uğurla həyata keçirmək 

üçün ermənilərlə türk-müsəiman lar arasında qırğın lar törədilirdi. 

Ölkənin   şimal-qərb  hüdudlarında  da  eyni  cür  siyasət  yeridilird i.  Çarizm  bu  regionda  gürcü  feodallarını  Azərbaycan 

torpaqlarını  tutmağa  şirnikləndirir,  A zərbaycan  və  gürcü  xalq ları  arasına  nifaq  salmağa  çalışırdı.  Bir  sözlə,  Şimali 

Azərbaycan çar Rusiyasının milli-müstəmləkəç ilik və soyqırımla rı siyasətinin ən dəhşətli sınaq meydanına çevrilmişdi. 

Buna  görə  də  bütün  Rusiya  imperatorluğu  ərazisində  məh z  qədim  dövlətçilik  ənənələrinə  malik  olan  Şimali 

Azərbaycan  çarizmin   qəddar  milli-müstə mlə kə  re jiminə   qarşı  milli  müqavimət   hərəkat ının   əsas  mərkə zinə   çevrildi.

 

İdarə olun mağa deyil,  idarə etməyə verdiş etmiş Azərbaycan xalqı özünün qabaqcıl ziyahların ın başçılığ ı  il bütün 



Rusiyanın türk-müsəlman xalq larının  milli azad lıq  hərəkatının önünə keçdi. Bu  da səbəbsiz deyild i. Çünk "XlXəsrin sonu-

XX  əsrin  əvvəlləri,  dünyada  yeni  miinasibətlərin  bərqərar  olduğu  bir  dövr  kimi  Azərbaycan  xalqının  həyatının  bütün 

sahələrində də öz təsirini göstərmişdi. Bu dövriin ictimai prosesləri iri sənaye şə hərinə  çevrilmiş Bakını biitiin Qafqazın 

iqtisadi mərkəzi etmişdi (Heydər Əliyev). 

İqtisadi  cəhətdən  bütün  Rusiya  imperatorluğunun  en  iri  və  ən  mühüm  mərkəzlərindən  biri  olan  Bakı,  həm  də  öndə 

gedən ictimai-siyasi fikir mərkə zi idi. 

20  yüzilliyin  əvvəllərində  Rusiya  imperatorluğu  dərin  hərbi-siyasi  və  iqtisadi  böhrandan  xilas  olmaq  üçün  islahatlar 

dövrünə qədəm qoyduqda, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən himayə olunan Azərbaycan ziyalıları hələ 

1905 ildən başlayaraq, bütün başqa tələblərlə bərabər, ölkən in türk-müsəlman əhalisinin impe ratorluğu mə rkəzi hakimiyyət 

orqanlarında təmsil olun masını, yerli  idarəçiliyə və məh kəmə orqanlarında fəaliyyətə cəlb olunmasını tələb edir, bu sahədə 

ayrı-seçkiliyin,  məhdudiyyətin  aradan  qaldırılması  uğrunda  mübarizə  aparırdılar.  Görkəmli  hüquqşünas  Əlimərdan  bəy 



Topçubaşov,  Əhməd  bəy  Ağayev,  Adil  xan  Ziyadxanov,  Əli  bəy  Hüseynzadə,  Məhəmməd  ağa  Şahtaxtlı  və bir  ço x  digər 

milli ruhlu A zərbaycan ziyalıla rı bu hərəkatın önündə gedirdilər. 

Şimali  Azərbaycan  çarizmə  qarşı  öz  azadlığı  uğrunda  ayağa  qalxan  bütün  məzlu m  Şərq  xalqlarının  mübarizə  sim- 

voluna  çevrilmişdi.  Heç  də  təsadüfi  deyil  ki,  Rusiya  imperatorluğunun  bütün  türk-müsəlman  əhalisin i  çarizmə  qarşı 

birləşdirmək  və  bu  məqsədlə  vahid  siyasi  təşkilat  yaratmaq  ideyası  da  məh z  Azə rbaycanda  doğulmuşdu.  1905  ildə  

ümu mrusiya müsəlmanların ın Nijni  Novqorodda keçirilmiş 1  -ci qurultayında "Rusiya imperiyasında türklərin vəziyyəti və 

problemlə ri"nə həsr olunmuş əsas məru zə  ilə  məh z A zərbaycanın nümayəndəsi Əlimərdan bəy Topçubaşov çıxış et mişdi. 

Yeni yaradılmış Ümu mrusiya Müsəlmanları  İttifaqın ın ("İttifaqi-müslimin") Nizamnamə və  Proqramının  yazılmasında da 

azərbaycanlı nümayəndələr fəa l iştirak et mişdilər. 

Mürəkkəb və çətin şəraitdə aparılan gərgin mübarizə nəticəsində  Azərbaycanın  tanın mış  ziyalıları  Əlimərdan 




25 

 

 



 


26 

 

 



 

bəy  Topçubaşov,  İsmayıl  xan  Ziyadxanov,  Əbdürrəhim  bəy 



Haqverdiyev,  Məmmədtağı  Əliyev,  Əs ədulla  bəy  Muradxanov  1906  ildə 

Rusiyanın  ilk  parla mentinə  1  -ci  Dövlət  dumasına  deputat  seçilmişdilər. 

Azərbaycan  xa lqını  Rusiya  parla ment ində  təmsil  edən  yüksək  təhsil 

görmüş  bu  ziyalıların  ikisi  ixtisasca  hüquqşünas  idi:  Əlimərdan  bəy 

Topçubaşov  Peterburq  Universitetinin,  İs mayıl  xan  Ziyad xanov  is ə 

Moskva  Universitetinin  hüquq  fakültəsini  bitirmişdilər.  Rusiya  Dövlət 

dumasının ən böyük fraksiyalarından birinə - Müsəlman fraksiyasına sədr 

Əlimərdan  bəy  Topçubaşov  seçilmişdi.  A zərbaycanlı  deputatlar  Du ma 

tribunasından  çıxış  edərək,  Rusiya  imperatorluğunun  Cənubi  Qafqazda 

yeritdiyi  milli  qırğın  siyasətini,  xa lqımıza  qarşı  ayrıseçkiliyi,  köçürmə 

siyasətini, bütöv bir  xalq ın hüquqsuzluğunu, kölə halına salındığını bütün açıqlığ ı və kəskin liy i ilə  

tənqid  edir,  yalnız  azə rbaycanlıların  deyil,  bütün  Rusiya  müs əlmanların ın  mənafeyini  müdafiə  ed ird ilə r.  Deputat  İsmayıl 

xan  Ziyad xanovun  Dövlət  dumasında  çıxış  edərkən  öz  xalqı  ad ından  çar  mütləqiyyətinin  ünvanına  söylədiyi  və  o  zaman 

üçün son dərəcə böyük cəsarət tələb edən aşağıdakı fikirləri Cü mhuriyyətə doğru gələn yolda oddan-alovdan keçmiş istiqlal 

mücahid lərinin  doğma xalqı üçün kim o lduqlarını ço x aydın göstərir: "Biz (Azarbaycan) bir əsr əvvəl işğal edilmişik. Bizə 

heç  bir  hüquq   verilməmişdir.  Kölə  halına  salınmışıq.  Milli  varlığımıza  təcavüz  edilmişdir.  Bir  sıra  ali  məktəbə  qəbul 

olunmağımıza  qadağa  qoyulmuşdur.  Dövlət  idarələrində  türk  məmurlarına  rast  gəlmək  mümkiin  deyildir.  Torpaq 

azlığından əziyyət çəkirik. Lakin buraya (Azərbaycana) Rusiyadan axın-axın kəndlilər köçürülür. Bilavasitə dövlətin əli 

ilə  törədilən  milli  qırğın  zəminində  qana  boyanmış  bu  torpaqlarda  rus  k əndliləri  iiçiin  planlaşdırdığınız  yaşayış 

məntəqələri  quracaqsınız.  Bu,  hökumatin  gizli  surətdə  hazırlayıb  həyata  keçirdiyı  "parçala  və  hökmranlıq  et!"  idarə 

tərzindən başqa bir şey deyildir. İki ildən bəri qan dəryasında boğulan Vətənimdə insan cəsədlərinin üst ündən keçirik. 

Artıq səbrimiz tükənmişdir".  

2-c i  Dövlət  dumasının  üzv ləri Fətəli  xan  Xoysk i, Xə lil bəy Xasmə mmədov, Mustafa Mahmudov, Məhəmməd  ağa 



Şahtaxtlı  və  Zeynal  Zeynalov  da,  öz  sələfləri  kimi,  çarizmin  bütün  sahələrdə,  o  cümlədən  dövlət  idarəçiliyində  yeritdiy i 

milli və dini ayrı-seçkilik siyasətinə qarşı kəskin etira zla rın ı bildirirdilə r. 

Azərbaycandan olan deputatların bütün Rusiyanın türk-müsəlman əhalisin in hüquqsuzluğuna qarşı kəskin çıxışları 

və  bunun  güclü  oyadıcı  təsirinin  çarizmi  vahiməyə  salması,  başqa  səbəblərlə  yanaşı,  1-ci  və  2-c i  Dövlət  du mala rın ın 

buraxılmasında  az  rol  oynamamışdı.  Məhz  buna  görə  də  növbəti,  3-cü  Du maya  seçkilər  zaman ı  imperatorluğun  türk-

müsəlman  əhalisinin  yaşadığı  Mərkəzi  Asiya,  Sibir  və  digər  reg ionlar  seçki  hüququndan  məhru m  edilmiş,  Bakıya  isə  öz 

nümayəndəsini  irəli  sürmək  hüququ  verilməmişdi.  Elə  həmin  səbəbə  görə  də,  əvvəlkilərdən  fərqli  olaraq,  3-cü  Dövlət 

dumasında  bütün  Cənubi  Qafqazın  müsəlman  əhalisini  yalnız  b ir  deputat  -  Xəlil  bəy  Xas məmmədov  təmsil  edirdi.  4-cü 

Dövlət dumasında isə bütün Cənubi Qafqaz müsəlmanlarının yeganə nümayəndəsi Məmməd Yusif Cəfərov idi. 

Rusiyanm Döv lət du mala rına  seçilmiş a zərbaycanlı deputatların, de mə k o lar ki, ha mısı milli-istiqla l hərə katın ın ən 

qabaqcıl nümayəndələri  idilər.  Du ma deputatları  Əlimərdan bəy Topçubaşov, İsmayıl  xan Ziyad xanov, Fətəli  xan  Xoyski, 

Xəlil  bəy  Xasmə mmədov,  Mə mməd  Yusif  Cəfə rov  peşəkar  hüquqşünaslar  idilə r.  Məhə mməd  ağa  Şahtaxt lı  isə  Sorbonna 

Universitetinin d inləyic isi o lmuş, Leypsiq Universitetinin fəlsəfə fakü ltəsini bit irmişdi. 

Be ləliklə,  Birinc i  dünya  müharibəsinin  (1914-18)  gedişində  "xa lqlar  həbsxanası"  olan  Rusiya  imperatorluğunun 

dağılması  üçün  real  tarixi  şərait  yaranarkən,  Azərbaycan  xalq ı  həm  qədim  dövlətçilik  ənənələrinə  görə,  həm  də  qabaqcıl 

oğulların ın ən müasir idarəçilik mədəniyyətinə yiyələn məsi baxımından müstəqil dövlət halında yaşamağa hazır id i. 

İran şahlığın ın tərkib inə qatılmış olan və Qacarlar sülaləsi tərəfindən idarə edilən Cənubi Azərbaycandan fərqli 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə