[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə73/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   69   70   71   72   73   74   75   76   ...   282

139 

 

sonra Atatürk son dərəcə mürəkkəb tarixi şəraitdə öz  Vətəninin gələcəyi üçün yeganə düzgün yol olan strategiya müəyyən 



etdi:  "Yurdda sülh, cahanda sülh!".  Dahi dövlət  xadimi olduqca müdrik, uzaqgörən  xaric i siyasət yeritməklə və cəsarətli 

daxili  islahatlar  həyata  keçirmə klə  Türkiyəni  müasir  inkişaf  yoluna  çıxardı  və  çağdaş  dünyaya  qovuş durdu.  Bu  gün 

demokratik,  hüquqi,  dünyəvi  dövlət  kimi  dünya  birliy ində  böyük  nüfuz  qazanan  və  türk-islam  dünyasının  önündə  gedən 

qüdrətli Türkiyə  Cü mhuriyyəti Atatürk ideyaların ın və onun əməli  fəaliyyətinin parlaq bəhrəsidir. Atatürkün dahiliy i onda 

idi  ki,  o,  yaşadığı  dövrdə  dağılmış  Osmanlı  imperiyasının  xarabaları  üzərində  yenicə  yaranan,  lakin  hələ  ço x  zəif  olan  

Türkiyə Cü mhuriyyətinin o  zaman öhdəsindən gələ bilməyəcəyi ağır beynəlxalq hərb i-siyasi qarşıdurmalara girməsinə yol 

verməd i.  Dahi siyasətçi qurmaqda olduğu gənc və hələ cana gəlmə kdə olan Türkiyə  Cü mhuriyyətini qoruyub saxla maq la, 

əslində,  ümu mtürk  dövlətçiliyin i  tarix  səhnəsindən  silin məyə  qoymad ı.  Atatürk,  bununla,  həm  də,  əsarətdə  olan  dünya 

türkləri  üçün  yeganə  ümid  yerini  -  Tü rkiyə  dövlətini  qoruyub  saxladı.  O,  istiqlal  savaşının  ilk  illərində  gələcək  üçün 

ürəyində tutduğu bu siyasi düşüncələrini 1933 ildə Türkiyə Cü mhuriyyətinin  10-cu ildönümü münasibətilə keçirilən bayram 

şənliyində  açıq ladı:  "...Bu  gün  Sovet  Rusiyası  dostumuzdur,  qonşumuzdur,  müttəfiqimizdir.  Bu  dostluğa  ehtiyacımız 

vardır.  Fəqət  sabah  necə  olacağını  heç  kəs  qəti  söyləyə  bilməz.  Tipki  Osmanlı  imperatorluğu  kimi,  tipki  Avstriya-

Macarıstan imperatorluğu kimi bu dövlət də parçalana bilər. Bu gün əlində sımsıx tutduğu millətlər, ovuclarından çıxıb 

qaça bilərlər...  O  zaman  Türkiyə  nə  edəcəyini  bilməlidir.  Bizim  bu  dostumuzun  idarəsində  dili  bir,  inancı  bir,  özü  bir 

qardaşlarımız vardır. Onlara sahib çıxmağa hazır olmalıyıq...".  

Atatürkün nə qədər dahi şəxsiyyət və uzaqgörən diplomat olduğunu zaman özü sübut etdi. Onun odalov içərisində 

yaratdığı Türkiyə Cü mhuriyyəti yaşadı və qüdrətli dövlətə çevrild i. Lakin  Os manlı və Avsrtiya-Macarıstan imperatorluqları 

kimi  Sovet  imperatorluğu  da  dağıldı.  Bu  imperatorluğun  öz  ovucu  içərisində  "sımsıx  saxladığ ı"  türk  xalqları  azad lığa 

çıxd ılar. Atatürkün yaratdığı Türkiyə Cümhuriyyəti isə bu gün, onun vaxtilə düşündüyü kimi, qardaş türk cü mhuriyyətlərinə 

hərtərəfli yard ım göstərir. 

Öz  xalqının  istiqlal  savaşına  başçılıq  edən  Atatürk  Türkiyənin  ənənəvi  xarici  siyasətinə  yenilik  gətirdi:  Os manlı 

imperatorluğunun iflasa uğramış  xarici siyas ət  xəttindən cəsarətlə uzaqlaşdı, Rusiyada 1917  il Oktyabr çevrilişindən sonra 

beynəlxa lq  münasibətlərdə baş vermiş rea llıqla rı nə zərə  ald ı. O,  istiqla l savaşının qələbəsinin tə min olun masına yönəlmiş 

xarici  siyasət  yeritməyə  başladı.  Bu  məqsədlə  bolşevik  Rusiyası  ilə   ya xınlaşdı.  Bütün  sahələrdə,  o  cümlədən  hərbi 

əməliyyatlarda,  Sovet Rusiyası ilə əlb ir fəaliyyət gostərməyə hazır o lduğunu bildird i və  maliyyə yardımı üçün V.İ.Leninə 

müraciət  etdi.  V.İ.Lenin  Atatürkü  türk  xalqının  istiqlal  mübarizəsinin  uzaqgörən  və  müdrik  bir  rəhbəri  kimi  yüksək 

qiymət ləndird i. Bəhs olunan dövrdə böyük dövlətlərin hərbi  müda xiləsinə və güclü  xaric i siyasi tə zyiq lərinə  mə ruz qalan  

Atatürk  Türkiyəsi  ilə  V.İ.Lenin in  başçılıq  etdiyi  bolşevik  Rusiyasının  bir-biri  ilə  yaxın laşması  tarixi  zərurət  id i.  Yaxın  

keçmişdə  aralarında  çox  kəskin  ziddiyyətlər  olmasına  baxmayaraq  hər  iki  ölkə  təcavüzə  məru z  qalmışdı,  hər  iki  ölkədə 

yeniləşmə gedirdi və onların ü mu- 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


140 

 

mi düşmən lərə qarşı bir-birinə arxa durması təbii hal  idi. Digər 



tərəfdən,  Cənubi  Qafqa zı,  xüsusilə  Ba kı  neft ini  ə lə  keç irmə k 

üstündə  İngiltərə-Rusiya  rəqabətində  ingilislərin  qələbəsi 

Türkiyəni heç cür təmin edə bilməzd i. Çünki Mudros barışığı ilə 

Osmanlı  impe ratorluğunu  diz  çökdür müş  İngiltərə,  hə mç inin  

digər  Avropa  dövlətləri  -  Fransa,  İta liya   və  Yunanıstan 

birləşərək,  " xəstə  adamı"  (yəni  Os manlı  dövlətin i)  ta ma milə  

məhv  ed ib  Türkiyə  əra zisini  bölüşdürməyə  çalışırd ıla r  və   bu 

məqsədlə  Anadolunun  işğalına  başlamışdıla r.  Bəhs  olunan 

dövrdə  İngiltərə,  artıq  Türkiyənin  Şərq  qonşusu  olan  İranı  da 

özündən  asılı  vəziyyətə  salmışdı.  Belə  bir  şəraitdə  ingilislərin  

üstəlik  Şimali  A zərbaycanı  da  ələ  keçirib  Bakı  neftinə 

yiyələn məsi  və  Cənubi  Qafqa zda  möhkə mlən məsi  Türkiyənin  

vəziyyətini  daha  da  ağırlaşdıra  bilə rdi.  Odur  ki,  yaran mış  rea l 

tarixi  şəraitdə  Azərbaycan  Xalq  Cü mhuriyyətinə  kö mək  edə 

bilməyən  və  onun  süqutunun  labüd  olduğunu  yəqin  edən  Ata-

türk  İngiltərə-Rusiya  rəqabətindən  başçılıq  etdiyi  istiqlal 

savaşının  xeyrinə  istifadə  etmək  qərarına  gəldi:  Türkiyə 

bolşevik  Rusiyasının  Cənubi  Qafqazı,  o  cümlədən  Şimali 

Azərbaycanı  işğal  etmək  siyasətilə  ra zılaşma lı  oldu.  Atatürk 

bununla,  həm  də,  bo lşevik  asılılığ ına  keçəcək  A zərbaycandan 

Türkiyə-Rusiya əlaqələrini genişləndirmək üçün bir vasitəçi kimi 

istifadə  etmək  niyyətində  idi.  Bununla  yanaşı,  Atatürk  özünün 

Rusiya  siyasətində  qardaş türk  xalqla rın ın  böyük  əksəriyyətinin  bu  dövlətin  ərazisində  yaşaması  amilin i  də  nəzərə  a lırd ı. 

Bütün  bunlardan  əlavə,  Sovet  Rusiyası  ilə  yaxınlaş maq  siyasəti  yeridərkən,  Atatürkün  bir  mühü m  məqsədi  də  vardı.  O, 

erməni a milini də diqqət mərkəzinə götürmüşdü: dahi siyas ətçi çar generallarının kö məy i ilə e rməni quldur dəstələrin in ələ  

keçirdikləri  Şərq i  Anadolu  torpaqlarını  daşnaklardan  təmizləyərkən  bolşevik  Rusiyasının  bitərəfliyin i  təmin  etməyə 

çalışırdı.Bunları  nəzərə  alan  Atatürk  Sivas  konqresindən  (1919,  sentyabr)  sonra  öz  elçisi  Xəlil  paşa  vasitəsilə  maliyyə 

yardımı və silah-sursat almaq üçün Rusiyaya müraciət etdi. Xəlil paşaya verilmiş ən mühü m tapşırıq  isə bundan ibarət idi 

ki, o, bo lşevikləri Türkiyə sərhədinə yaxınlaş mağa tələsdirməli idi. Əks təqdirdə, vəziyyət ingilislərin xeyrinə dəyişə bilərd i. 

Bu  za man  Qafqa zda  fəaliyyətə  başlayan  Xəlil  paşa  Şərq  cəbhəsinin  komandanı  Ka zım  Qa rabəkir  Paşadan  da  eyni  cür 

göstəriş  aldı.  Beləliklə,  Xəlil  paşanın  missiyası  uğurla  nəticələndi.  1920  ilin  əvvəlində  Anadoluya  ilk  bolşevik  yard ımı 

çatdırıldı.  Bununla  Cənubi  Qafqazda  hadisələrin  gedişi  bolşeviklərin  xey rinə  dəyişdi.  Eyni  zamanda,  Azərbaycan  Xalq  

Cü mhuriyyətinin taleyi də həll olundu. 

Yaran mış mü rəkkəb və real tarixi şəraitdə Türkiyə  Qafqazın bolşeviklər tərəfindən işğalı  faktı  ilə  razılaş malı o lsa 

da, Atatürk Azərbaycanı daim diqqət  mərkəzində saxlayırdı.Onun göstərişinə əsasən, Türkiyənin  Şərq cəbhəsi ko mandanı 

Kazım  Qarabəkir  paşa  bölgədə  baş  verənləri  diqqətlə  izləyir,  Sovet  Azərbaycanının  müvafiq  strukturları,  11-ci  Qırmızı 

ordunun ko mandanlığı və bu za man Qafqa zda fəa liyyət göstərən Xəlil paşa ilə sıx əlaqə sa xlayırdı. 

Atatürkün  qabaqcadan  düşündüyü  kimi,  həqiqətən  də,  A zərbaycan  sovet  hakimiyyətinin  ilk  illərində  Tü rkiyə  -

Rusiya  qarşılıq lı  əlaqələrin in  genişlənməsində  və  həyata  keçirilməsində  mühüm  rol  oynadı.  Atatürkün  göstərişi  ilə 

Azərbaycan  və  digər  Cənubi  Qa fqaz  Sovet  Respublikala rı  höku mət ləri  yanında  Türkiyə  nü mayəndəliyi  açıldı  (1920). 

Məmduh  Şövkət  bəy  hər  üç  respublikaya  s əlahiyyətli  nümayəndə  göndərildi.  Anka rada  Azərbaycan  səfirliyi  fəaliyyətə 

başladı (1921). 

Azərbaycan  xa lqı  Atatürkün  başçılıq  etdiy i  istiqla l  savaşına  böyük  rəğbət  və  ümid  bəsləyir,  Cü mhuriyyət  döv-

ründə (1918-20) olduğu kimi, qardaş  xalqa yenə də əlindən gələn  maddi və  mənəvi kö məy i əsirgəmirdi.  Gö rkəmli dövlət 

xadimi  Nə riman  Nə rimanov  bu  işdə  xüsusi  fəallıq  göstərir,  Atatürkə  ünvanladığı  mə ktubunda  "Azərbaycan  dövləti 

adından"  qəhrəman   türk  ordusunun  tezliklə  qələbə  bayrağını  Türkiyənin   tarixi  paytaxtı  olan  İstanbul  üzərində 

dalğalandırmasın ı arzu layırd ı. Nərimanov, eyni  zamanda, Atatürkün başçılığı ilə  Türkiyədə gedən İstiqlal Savaşına lazımi 

kö məklik  göstərmək  üçün  V.İ.Len inlə  sıx  əlaqə  saxlayır,  öz  məsləhətlərin i  və  təkliflərin i  verird i.  Atatürklə  sıx  əlaqə 

yaratmış  Nərimanov,  Moskvadan  asılı  olmasına  baxmayaraq,  həlledici  məqamlarda  Türkiyəni  cəsarətlə  müdafiə  edird i. 

Moskvaya  göndərilən  türk  d iplo matlarına  lazımi  məsləhətlər  verir,  təlimatlandırırd ı.  Nərimanov,  xarici  işlər  naziri 

G.V.Çiçerin  də  daxil  olmaqla,  Kremldəki  Türkiyə  və  Azərbaycan  əleyhinə  olan  ermənipərəst  qrupların  

bitərəfləşdirilməsində  və  V.İ.Len inin  "türklər  üçün  ölüm-dirim  məsələsi”  olan  ermən i  məsələsində  Atatürkü 

dəstəklə məsində xüsusilə böyük rol oyna mışdı. Bu za man Bakıdakı ingilis əsirlərinin a zad olun ması məsələsi gün- 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə