[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə75/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   71   72   73   74   75   76   77   78   ...   282

143 

 

publikasında Atatürk irsinin araşdırılmasına böyük maraq göstərilir. 



 

Əd.: Azərbaycan - Türkiyə münasibətləri. 1920-1922.  Sənədlər və materiallar, B., 2002; Əhmədova F., Nəriman Nərimanov-

ideal  və  gerçəklik,  B.,  1998;  Əliyev  Ə.,  Əlincə  yaddaşı:  Naxçıvan-1914-92,  B.,  1997;  Hüseynov  Q.H.,  Atatürk  dövründə  Türkiyənin 

xarici siyasətinə dair, B., 1970; Qurbanov Ş., Atatürk və Nərimanov, B., 2003; Aygün  Attar, Atatürkün Kafkazya politikası, Türkler, 21 

cilddə,  c.16,  Ankara,  2002;  Yaşar  Akbıyık,  Atatürk'ün  hayatı, yenə  orada;  Utkan  Qocatürk, Atatürk,  B.,  1991;  Gümrü, M oskva,  Qars 

müqavilələri və Vaxçıvanın taleyi, B., 1999. 

 

ATAYEV  Əlirza   Əsgər  oğlu   (1898,  Gəncə  -  1962,  Bakı)  -  A zərbaycan  Xa lq  Cü mhuriyyəti  Parla menti  dəftər-

xanasının  rus  dili  üzrə  redaktoru  (1919-20),  görkəmli  elm  təşkilatçısı,  həkim  (mama-g inekoloq),  tibb  elmləri  doktoru  

(1930), professor (1936).  Gəncə rus-tatar (Azə rbaycan) gimnaziyasında təhsil almış, 1917 ildə Tiflis ali  kursların ın tələbəsi 

olmuşdur.  Təhsilini  davam  etdirmək  üçün  1921  ildə  Azərbaycan  Sovet  Sosialist  Respublikasının  təqaüdçüsü  kimi  1-ci 

Moskva Dövlət Universitetin in tibb  fakü ltesinə göndərilmişdir. Universiteti bitirdikdən sonra 3-cü Moskva  Universitetinin  

kafedrasında  bir  il  ord inator  işləmiş,  sonra  Azərbaycan  Hökuməti  tərəfindən  gənc  mütəxəssislərdən 

ibarət  qrupun  tərkibində  ixt isasını  təkmilləşdirmək  üçün  Almaniyaya  göndərilmiş,  2  il  Leypsiq 

Universitetinin ma malıq-ginekologiya klinikasında çalışmışdır. 

1925  ildə  Bakıya qayıtdıqdan sonra qadın, ana və uşaqların sağlamlığın ın  mühafizəsinə dair 

Azərbaycan  dilində  ilk  dəfə  məqalələ r  yazmış,  1000  sözdən  ibarət  ma ma lıq-g inekologiya  terminlə ri 

lüğətini  nəşr  etdirmişdir.  Atayev  1936  ildə  Azərbaycan  Tibb  İnstitutunun  mamalıq  və  ginekologiya 

kafedrasının  professoru seçilmiş,  Xalq Səh iyyə Ko missarlığı  Həkimləri Təkmilləşdirmə İnstitutunun 

ma malıq və gine kologiya kafedrasının  müdiri təyin o lun muşdur. 

1937  ildə repressiyaya mə ruz qalmış, 8 il  müddətinə Sibirə  (Maqadan) sürgün olunmuşdur. 

Sürgündən sonra Maqadanda və Penzada şəhər xəstəxanasında və sanitar idarəsində işləmişdir. 1948 

ildə  SSRİ  Səhiyyə  Na zirliy i  tərəfindən  Penza  vilayət  xəstə xanasına  məsləhətçi  göndərilən  Atayev 

tezliklə  Pen za  vilayətinin baş ma ma -gine koloqu seçilir və burada onun təşəbbüsü ilə  Ümu mittifaq  ma ma lıq və  gineko loqlar 

elmi cə miyyətinin  filialı yaradılır. 1956 ildə Atayevə bəraət verilmiş, la kin o, ağır xəstəliyə  tutulduğundan elmi fəaliyyətini 

dayandırmalı olmuşdur. 

 

Əd:.  Житие профессора Атаева, газ. ―Вышка‖, 1990, 13 мая; Али Рза Аскер оглы Атаев – 100 лет, "Sağlamlıq", №10, Б., 1998. 

 

AVROPA,  AMERĠKA  VƏ  SOVET  RUSĠYASINDA,  DĠPLOMATĠK  NÜMA YƏNDƏ LĠKLƏ RĠN  TƏSĠS  

EDĠLMƏS Ġ  VƏ PARĠS S ÜLH  KONFRANSINDA  AZƏRBAYCAN NÜMA YƏNDƏ  HEYƏTĠNĠN BURAXILMAS I 

HAQQINDA  QANUN  -  Azərbaycanın  Paris  sülh  k onfransında  (1919-20)  böyük  dövlətlər  tərəfindən  de-fakto 

tanınmasından  (1920,  11  yanvar)  sonra  xarici  ölkələrlə  əlaqələrin  genişləndirilməsi  məqsədilə  A zərbaycan  Parlamentinin  

1920  il  aprelin  22-də  qəbul  etdiyi  mühüm  s ənədlərdən  biri.  Bundan  əvvəl  Azərbaycan  Höku məti  1920  il  yanvarın  7-də  

Böyük  Britaniya, A BŞ,  İsveçrə, İtaliya və Po lşa höku mətləri yanında Azərbaycanın diplo matik nü mayəndəliklərin in təsis 

olunması  haqqında  qərar  qəbul  etmişdi.  Qərara  əsasən,  xarici  işlər  nazirinə  dip lo matik  vəzifələrə  namizədləri 

müəyyənləşdirmək  və  nü mayəndəliklərin  saxlan ması  üçün  smeta  hazırlamaq  tapşırılmışdı.  Xarici  İşlər  Nazirliyinin  

hazırlad ığı  qərar  layihəsini  Cü mhuriyyət  Höku məti  ö zünün  1920  il  5  mart  tarixli  qərarı  ilə  bəyən miş  və  təcili  olaraq  

Parla ment müza kirəsinə vermişdi. 

Azərbaycan Parla mentin in 1920  il apre lin 22-də qəbul etdiyi qanunla həmin il aprelin 1  -dən Fransa Respublikası, 

Əlahəzrət  B.Britaniya  kralı,  İsveçrə  Respublikası,  Əlahəzrət  İtaliya  kralı,  Şimali  A merika  Birləş miş  Ştatları,  Almaniya, 

Polşa Respublikası,  Sovet Rusiyasının höku mətləri yanında  6 ay  müddətinə nəzərdə tutulmuş  müvəqqəti ştat cədvəllərinə 

uyğun  olaraq  A zərbaycan  Xalq  Cü mhuriyyətinin   dip lo matik  nü mayəndəliklərinin  təsis  edilməsi  nəzərdə  tutulurdu. 

Höku mətin  müvafiq  qərarlarında  Azərbaycan  Xalq  Cü mhuriyyətini  rəs mən  tanımayan  Sovet  Rusiyasında  diplo matik 

nümayəndəliyin  təsis  edilməsi  nəzərdə  tutulmamışdı.  Lakin  Parlamentdə  keçirilən  mü zakirələrdə  sosialistlər  fraksiyası 

nümayəndələrin in təkidi ilə Rusiyaya da nümayəndəlik göndərilməsi qərara alındı. 

Bu  qanunla  Azərbaycan  Höku mət inin  1918  il  de kabrın  28-də  Pa ris  sülh  konfransında  fəaliyyət  göstərmək  üçün 

təsis etdiyi A zərbaycan nümayəndəliyi də ləğv olundu. Adı çəkilən səkkiz nü mayəndəliyin  fəa liyyətinin tə min i üçün 1920 il 

aprelin 1-dən 6 ay müddətinə yüz on səkkiz min üç yü z iyirmi (118320) funt sterlinqin ayrılması da qərarda göstərilirdi. 



AYOLLO  Q.Q.  -  Bakı  menşeviklərinin   liderlərindən  biri.  1917  il  ma rtın   7-də  Ba kı  rayonu  Fəhlə   Deputatları 

Sovetinin  1-c i  iclasın ın  sədri  olmuşdur.  1917-18  illərdə  Bakı  Sovetinin  deputatı  olan  Ayollo  bolşeviklərə  qarşı  fəa l 

mübarizə  aparmışdır.  "Sentrokaspi  diktaturası"  hökumətinin  tərkibinə  daxil  idi.  A zərbaycanda  sovet  hakimiyyəti 

qurulduqdan (1920) sonra mühacirət etmişdir. 



AZADISTAN, A z a d l ı q  ö l k ə s i ,  A z a d ı s t a n   m ə m l ə  k ə t i - Azərbaycanın cənubunda şahlıq re jiminə qarşı 

Şey x Məhəmməd  Xiyabaninin başçılığ ı  ilə  milli azad lıq  hərəkatı nəticəsində yaradılmış respublika tip li demokratik dövlət 

qurumu,  Milli Höku mət (1920, aprel - sentyabr). 

Birinci dünya  müharibəsinin (1914-18) doğurduğu tarixi şəraitdə Azərbaycanın şimalında (Şimali Azərbaycanda) 

olduğu  kimi,  ölkənin  cənubunda  (Cənubi  Azərbaycanda)  da  xalq  ö z  milli  dövlətçilik  ənənələrinin  d irçəlişi  uğrunda 

mübarizəyə qalxd ı. 

 

 

 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə