[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə77/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   73   74   75   76   77   78   79   80   ...   282

145 

 

verdi.  Cənubi  A zərbaycanda  baş  verən  milli  a zadlıq  hərə katı  İran ın  başqa  yerlərində  də  da xili  irt icadan  və  ingilislə rdən 



narazı olan qüvvələr tərəfindən rəğbətlə qarşılandı. 

İrticaya və ingilis ağalığına qarşı ü mu mxalq narazılığ ının bütün İranı əhatə etdiyi şəraitdə Təbriz üsyançıları daha 

qəti addımlar at mağa başladılar. 1920 il iyunun 23-də Təbrizdə Ş.M.Xiyabaninin başçılığ ı ilə  Milli Hökumət yaradıld ı. A DF 

fəallarından ibarət olan M illi Höku mətin tərkibinə əhalinin mü xtə lif təbəqələrinin nü mayəndələri da xil id i. 

Milli Hö ku mətin  fəaliyyətə başladığı 24 İyun günü Təbrizdə ü mu mxalq bayramına çevrildi.  Bütün müəssisələrdə, 

tədris  ocaqlarında  iş  dayandırıld ı,  baza rla r,  dükanlar  bağlandı.  Milli  Höku mətin  qərarı  ilə,  İran  valisi  də  daxil  olmaq la, 

mə rkə zdən  göndərilmiş  bütün  dövlət  mə mu rla rı  Təbrizdən  çıxa rıld ıla r.  Bu,  fa ktiki  olaraq,  Cənubi  Azə rbaycanda  mürtəce 

şahlıq  rejiminin-İran  hakimiyyətinin  devrilməsi  və  milli  dövlətçilik  ənənələrinin  dirçəlişi  demək  id i.  Şey x  Məhəmməd  

Xiyabaninin başçılıq etdiyi Milli Hö ku mət isə müstəqil demo kratik respublika funksiyasını yerinə yetirirdi. 

Bununla belə,  xa lqın ta ma milə  müstəqil yaşamaq əzminə ba xmayaraq, Milli Höku mət təkcə  Cənubi Azərbaycanın  

deyil, bütün İranın demokratikləşdirilməsi və ö lkədə konstitusiyalı quruluş yaradılması, daxili irticaya və  ingilis ağalığına 

son  qoyulması  uğrunda  mübarizə  xəttini  davam  etdirir,  Cənubi  A zərbaycana  qarşı  yerid ilən  ayrıseçkilik  siyasətinə  qarşı 

çıxırd ı.  Beləliklə,  xalq ın  tam  müstəqilliyə  can   atmasına  və  faktiki  o laraq,  özünün  müstəqil  demokratik  respublikasını 

yaratmasına baxmayaraq, Milli Höku mət Cənubi Azərbaycanın tam müstəqilliyi uğrunda deyil, yeni yarad ılacaq demokratik 

İranın tərkibində milli mu xtariyyət hüququ əldə etmək uğrunda mübarizə aparırdı. Milli Höku mətin rəhbərləri inanırd ılar ki, 

Təbrizdən  sonra  bütün  İran  ayağa  qalxacaq,  şahlıq  idarə  üsulu  devriləcə k,  xa lq  hakimiyyətə  gələcək  və  bütün  ölkədə 

respublika  quruluşu  bərqərar  olacaqdır;  yeni  yaradılacaq  ü mu miran   xa lq  höku mət inin  təşkilində  və  tərkib ində 

azərbaycanlılar mühüm rol oynayacaqlar. Xiyabani əmin id i ki, "Təbriz İrana nicat verəcəkdir!". 

Be ləliklə,  qarşısına  İrandan  ayrılıb  müstəqil  Azərbaycan  dövləti  yarat maq  kimi  siyasi  vəzifə  qoymayan  M illi 

Höku mət  iqtisadiyyat,  maarif, səhiyyə və s. sahələrdə islahatlara başladı. İlk növbədə dözülməz vəziyyətə düşmüş yoxsul 

əhalinin,  o  cü mlədən  təbrizlilərin   vəziyyətini  yaxşılaşdırmaq  üçün  mü xtəlif  xarakterli  tədbirlər  görüldü.  Savadsızlığın  

ləğvinə başlandı. Milli  mə ktəblər,  xəstəxana lar aç ıld ı. Təbrizdə yoxsul uşaqları üçün puls uz qız  məktəbi  fəaliyyətə başladı. 

Yeni  açılmış  milli  məktəblərdə  dərs  demək  üçün  Bakıdan,  Tü rkiyədən,  habelə  Tiflisdən  müəllimlər  dəvət  olundu.  Milli 

qvardiya yaradılması üçün hazırlıq işlərinə başlandı. Milli Höku mətin  öz jandarm və polis dəstələri yaradıld ı. Polis məktəbi 

açıld ı. Eyni zamanda yeni iş yerləri açılması, pul islahatı keçirilməsi, bank-maliyyə sistemi yaradılması, bələd iyyə seçkiləri 

keçirilməsi üçün hazırlıq  işləri görülməsinə, torpaq islahatına başlandı.  Bu  məqsədlə yeni idarələr,  müəssisələr, nazirliklər 

yaradıldı. 

Gö ründüyü  kimi,  Milli  Hö ku mətin  həyata  keçirdiy i  bütün  tədbirlərin,  habelə  nəzərdə  tutulan  islahatların  özü  də, 

əslində, Cənubi A zərbaycanda Respublika tipli  müstəqil, demokratik dövlət yaradılmasına yönəlmişdi.  Yaradılmaqda olan  

müstəqil  Azərbaycan  dövləti  Azadıstan  məmləkəti  adlanırdı.  Buna  müvafiq  olaraq  bütün  rəsmi  sənədlərdə,  blanklarda, 

habelə  nazirliklərin,  idarə   və  müəssisələrin  adı  ə ks  olunan  lövhələrdə  A zərbaycan  adı  "Azadıstan"la  əvəz  olundu. 

azərbaycanlıların  u lu  vətəni  o lan  qədim  "Azərbaycan"  adının   dəyişdirilməsi  səhv  addım  olsa  da,  ö lkə mizin  cənubunda 

respublika  tip li  yeni  dövlətin  yaradılması  xalq ın  mürtəce  şahlıq  rejimindən  qurtularaq  azad,  müstəqil  yaşamaq,  qədim 

dövlətçilik ənənələrin i dirçəltmək arzularını əks etdirirdi. 

Xiyabani ö z doğ ma xalq ını daim maariflən məyə, in kişaf naminə mübarizəyə çağırır, müstəqilliyin, azadlığın yaln ız 

bu yolla ə ldə olunacağına  inanırd ı. O, Təbrizin şəhər bağında təşkil olun muş yığıncaqla rda öz  mütərəqqi fikirlə rini təbliğ  

edirdi.  Şey x  Məhəmməd  Xiyabaninin  15  iyun  1920  ildə  söylədiyi  nitqində  onun  mübarizəsinin  əsas  ideyaları  ö z  əksini 

tapmışdır: 



"Mənliyini  sevmək  təbii  və  ümumi  bir  qanundur.  Hər  bir  adam,  hər  bir  canlı  bəşər  özünü  başqasından  çox 

sevər. Buna görə də bir cəmiyyət öz rifah halını yaxşılaşdırmağı başqasından gözl əməməlidir. Xüsusilə özünə nisbətən 

rabitə və yaxınhğı olmayanlardan yardım və xidmət gözləmək yersizdir. Öz şəxsiyyətinə hörmət etmək, ona inanmaq da 

mənliyini sevməklə bir sırada qoyulmalıdır. Bir xalq, bir cəmiyyət təkəbbürlü və özündən bədgüman olmamalıdır. İnsan 

öz şəxsi etimadının əsasını laxladan alçaqlığı, acizlik qədər təvazökarlığı qəbul etməməlidir. Bəşəriyyət bütün üzvlərinin 

birlikdə  olan  fəaliyyətinə  və  yardımına  möhtacdır.  Elə  təsəvvür  edilməməlidir  ki,  dünyada  yaşayan  kiçik  bir  xalq 

bəşəriyyətə xeyir verə bilməz və  onun varlığına etinasız  miinasibət bəsləmək olar. Çox təəssüf olsun ki, biz öz qədr və  

qiymətimizi  çox  az  bilmiş,  bəlkə  də  özümüzdə  olan  mə nlikdən  xəbər  tutmamışıq.  Bu,  fərdlərin  həyatında  təcrübədən 

keçirilmişdir. Yüksək xüsusiyyətə malik olan, ali fikirlərə xidmət edən, öz dərəcə və heysiyyətini qiymətləndirən və bunun 

qorunması üçün çalışan şəxslər həmişə yüksək məqama çatmışlar. Məhz buna görədir ki, bir çox ədib və filosoflar öz 

şəxsiyyətləri  naminə  ali  dərəcəyə  çatmış  və  padşahları  belə  öz  zəhmət  və  qüdrətlərinə  hörmət  göstərməyə  məcbur 

etmişlər.  Onlar  saraylarda  ən  parlaq  yer  tutmuşlar.  Xalqlar  dəxi  bu  əzəməti,  mənəvi  qüvvəni,  mənliyi  və  öz  varlığına 

etimadı  üzə  çıxarmaqla  tərəqqi  və  inkişafa  nail  ola  bilərlər.  Azad  və  müstəqil  olmaq  istəyən  bir  xalq,  öz  həyatına  və 

ictimai  məsələlərə  laqeyd  qala  bilməz.  Biz  dəxi  mütərəqqi  xalqlar  cərgəsinə  çatmaq  üçün  öz  fikir  və  hissiyyatımızı 

onların dərəcəsinə qaldırmalıyıq. 

Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır. 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə