[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə80/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   76   77   78   79   80   81   82   83   ...   282

149 

 

sol  eserlərindən  bəzilə ri  də  quru ltayda  bolşeviklərə   tərə fdar  ç ıxd ılar.  Qurultay  fəhlə ləri  sovet  hakimiyyəti  uğrunda  mü-



barizə yolunu tutmağa çağıran qətna mə qəbul etdi. Qu rultayda seçilən Qa fqaz ö lkə hə mka rlar ittifaqları mərkə zin in heyətinə 

bolşeviklərdən B.Ağayev, İ.Anaşkin, F.Qubanov, Ə.Qarayev və b. keçdilər.  Qurultayın bolşevik platformasında dayanması 

menşevik və eserlərin həmkarlar ittifaq larından sıxışdırılması prosesini sürətləndird i. 1919 ilin  yayında Bakıdakı həmkarlar 

ittifaq larının,  demək  o lar  ki,  hamısının  idarə  heyətində  ko mmunistlər  ço xluq  təşkil  ed ird ilər,  sentyabrda  isə  onlar  sağ 

sosialistlərin  son  dayağı  olan  Bakı  hə mkarlar  ittifaq ları  şurasını  ələ  keçird ilər.  Be ləliklə,  bolşeviklər  hə mkarlar  ittifaqları 

üzərində tam nəzarətə nail oldular. Bununla, Şimali A zərbaycana sovet-bolşevik müdaxiləsi üçün zəmin hazırlamaq yolunda 

daha bir addım atılmış oldu. 

 

Əd.: Azərbaycan tarixi, 3 cilddə, c.3, B., 1973; Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Борьба за победу советской власти в 

Азербайджане 1918-1920. Документы и материаль,  B., 1967. 



 

AZƏRBAYCAN  -  DAĞIS TAN  ĠTTĠFAQI  Dağtstanın  Azərbaycanla  birləş mək  uğrunda  mübarizəsi.  1919  il 

aprelin   əvvəlində  Denikin in  Könüllü  o rdusu  Terek  vilayətinin  işğalını  əsasən  başa  çatdırdı.  Bundan  sonra  Dağıstanda 

Dağlılar  Respublikasından  ayrılıb  A zərbaycana  birləşmək  ideyası  sürətlə  yayılmağa  başladı.  Dağıstanın  ictimai  xadimləri 

Azərbaycan  Xalq  Cü mhuriyyətinin  Dağlıla r  Respublikasındakı  d iplo matik  nü mayəndəsi  Əbdürrəhim  bəy  Haqverdiyevə 

müraciətlər edərək, bu haqda A zərbaycan Höku mətinin  prinsipial razılıq  verməsini xahiş etdilər. Haqverdiyevin aprelin 15-

də  xarici  işlə r  na ziri  Mə mməd  Yusif  Cə fərova  göndərdiyi  mə lu matda  bildirilirdi  ki,  Dağ ıstanın  10  dairəsindən  4-ü  açıq  

şəkildə Azərbaycana birləşmək tərəfdarıd ır, qalanları  isə gizlicə bunu arzu edirlər.  Dağıstanlı  zabitlər, o cümlədən Dağlılar 

Respublikası Höku mət ində hərbi nazirin müav ini o lmuş general H.M.Xəlilov da bu mövqedən çıxış edird ilə r. 

Könüllü ordunun cənuba doğru irəliləməsi  ilə əlaqədar  Dağıstanda Azərbaycanla birləş mək tərəfdarları sürətlə ar-

tırdı.  Kürə,  Qaytaq, Tabasaran, Avar və  Dərbənd bölgələrini təmsil edən nü mayəndələr tarixən, həm də iqtisadi cəhətdən 

Azərbaycanla  sıx  bağlı  olduqlarını  bildirir  və  siyasi  ittifaq  yaradılmasın ı  zəruri  sayırdılar.  Aprelin  29-da  Dağıstanın 

Azərbaycana birləşdirilməsi məsələsi Dağlılar Respublikası parla menti ü zvlərinin, zabit lərin, ruhanilərin və  ziyahla rın  birgə  

iclasında  mü zakirə  edild i.  Zabitlər  Könüllü  o rduya  qarşı  mübarizən in  davam  etdirilməsini  və  hərbi  əməliyyatlar  başa 

çatdıqdan sonra  Dağıstanla  Azərbaycanın  federasiya  və  ya  konfederasiya  formasında  birləş məsini  təklif  etdilər.  Dağıstan 

deputatlarının lideri M.Q.Dib irov, nüfu zlu d in xad imi Şey x Uzun Hacı da bu təklifə tərəfdar çıxdılar. 

Mayın  5-də  Bakıdakı  müttəfıq   qoşunlarının  ko mandanı  general  U.To mson  da  Fətəli  xan   Xoyski  ilə  görüşündə 

Dağıstanın  iqtisadi,  topoqrafik  və  digər  cəhətlərdən  A zərbaycanla  bağlı  olduğuna  görə,  onun  Cü mhuriyyətə  birləş-

dirilməsini labüd saymışdı. 

Müttəfıqlərin  bu  görüşləri,  xüsusən  də  Dağıstanın  öz  taleyini  Azərbaycanla  bağlamaq  üçün  addımlar  atması 

Denikin in bölgədə fəallaş masına, təxribatçılıq fəaliyyətini gücləndirməsinə səbəb oldu. Əhalin in rəğbətini qazan maq üçün 

Dağıstana  yerli  ö zünüidarəçilik  veriləcəyi  vəd  edildi,  Könüllü   ordunun  bölgədə  başlıca  vəzifəsin in  bolşeviklərə  qarşı 

mübarizə aparmaq  olduğu bild irildi. Yü ksək rütbəli dağlı zabitlərin in Şimali Qafqazın  müsəlman bölgələrin in idarəsinə cəlb  

edilməsi isə zabit heyətinin mövqeyində dəyişiklik yaratdı. 

Be lə  bir  şəra itdə  may ın  12-də  P.Kotsevin  başçılıq  etdiyi  Dağ lılar  Respublikası  hökumət i  istefa  verdi.  Parla ment  

zabit lərin tə zyiqi ilə yeni höku mət in təşkilini general H.M.Xəlilova tapşırdı. Xəlilov Denikin in nü mayəndəsi ilə danışıq lara  

girdi və Dağlılar Respublikası höku mətin i bura xd ı. Mayın sonunda Dağıstan Könüllü ordu tərəfindən müqavimətsiz tutuldu. 

Əbdürrəhim  bəy  Haqverdiyev  iyunun  7-də  Dağ ıstanda  baş  verən  hadisələr  haqqında  Azərbaycan  Höku mətinə 

göndərdiyi  məlu matda  Denikin in  bölgədə  cəmi  1  mindən  ço x  hərbi  qüvvəyə  malik  o lduğunu  bildirir  və  yerli  əhalinin  

arzusunu nəzərə ahb, Port-Petrovska (indiki Mahaçqala) qədərki ə ra zin i Azə rbaycana birləşdirmə k üçün hərəkətə keç məyə  

çağırırdı.  Britaniya höku mətin in  iyunun 11-də bəyan etdiyi demarkasiya  xəttinə görə də  Könüllü ordu  Port-Petrovskdan 5 

mil cənubda dayanmalı idi. 

Azərbaycan  Höku mət i  Dərbəndi  və  de markasiya  xəttinə  qədərki  Dağ ıstan  ərazisini  denikinçilərdən  tə mizlə mə k 

üçün  dərhal  diplo matik  və  hərbi  hazırlığa  başladı.  Lakin  Denikin  ordusu  Cənubi  Dağ ıstanı  tərk  etməkdən  qəti  boyun 

qaçırdığı  üçün  avqustun  4-də  Britaniya  höku məti  demarkasiya  xəttin i  Dağıstanın  cənub  sərhədinə  çəkərək,  bölgəni 

bütünlüklə Könüllü o rdunun təsir dairəsinə aid etdi. 

Azərbaycan Höku məti yaran mış vəziyyəti nəzərə a laraq, Dağ ıstanın birləşdirilməsi  ilə bağlı hazırlığı dayandırma lı 

oldu.   

Əd.: Aзepбaйджанская Демократичеческая  Pecnублика (1918-1920), Внешняя политика (документы и материалы) , B., 1998; 

Göyüşov A., 1917-1920-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi, B., 2000. 



 

AZƏRBAYCAN  DƏMĠR  YOLU  A zərbaycan  Xalq  Cü mhuriyyətinin  dəmir  yol  şəbəkəsi.  Cü mhuriyyət  Hö ku-

mət inin qəra rı ilə 1918 il iyunun 1-dən ölkə  əra zisindəki bütün dəmir yol xətləri müstəqil Azə rbaycan dəmir yoluna çevrild i. 

Azərbaycan  Də mir  Yo lu  İdarəsi  yaradıldı.  Hə min  dövrdə  Azərbaycan  dəmir  yollarının  ü mu mi  u zunluğu  954,2  k m  (894,4 

versi) idi. Onun 498,2 k m-i  (467 versi) Qə rb (Ba kı - Böyük Kəsik), 187,8 k m-i  (176 verst) Şima l (Biləcəri - Yala ma ), 189,9 

k m-i  (178  verst)  Cənub-qərb  (Ulu xanlı  -  Culfa),  51,2  k m-i  (48  verst)  Cənub  (Ələt  -  Zubovka)  istiqamət lərinin,  27,1  k m-i  

(25,4 verst) "neft sahəsi"nin (Ba kı - Ba la xanı - Sabunçu - Sura xan ı) payına düşürdü. 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə