[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə81/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   77   78   79   80   81   82   83   84   ...   282

150 

 

1918  ilin sentyabrında Azərbaycan Dəmir  Yo lu İdarəsinin  sərəncamında cəmi 235 parovoz (o cü mlədən işlək  52, təmirdə 



14, tə mir gözləyən 169) və  4092 vaqon (o cümlədən 2075 yük vaqonu, 2017 vaqon-sistern var idi; onların 52%-i istis mara  

yararlı idi) vardı. 

Müstəqil Azərbaycan Höku məti təşkil edild iyi  ilk gündən ölkənin yol təsərrüfatına rəhbərlik üçün Yo llar Na zirliy i 

yaradılmışdı. Yollar naziri vəzifəsini bütün Hökumət kab inelərində Xudadat bəy Məlik-Aslanov icra etmişdir. 

1918

 

il iyunun 4-də Batu mda Azə rbaycan, Os manlı, Gürcüstan və Ermən istan hökumətləri arasında Cənubi Qafqaz 



dəmir  yolla rın ın  vaqon-parovoz  parkını  bölüşdürmə k  barədə  saziş  bağlandı.  A zərbaycan  tərəfindən  Məhəmməd   Əmin  

Rəsulzadə  və Mə mməd  Həsən Hac inskinin  imza ladıqla rı hə min sənədə görə, Cənubi Qafqa zın  vaqon-parovoz parkı tərə flər 

arasında, sazişi  imzalayan ölkələrin ərazisindən keçən dəmir yolu  xətlərin in u zunluğuna uyğun olaraq, bölüşdürülməli id i. 

La kin  Cənubi Qa fqaz respublika ları a rasında ərazi  mübahisələri olduğuna görə sazişin  müddəaları  reallaş madı.  Buna görə 

də,  Azərbaycan  Xa lq  Cü mhuriyyəti  1918  il  dekabrın  26-da  Gü rcüstanla  ayrıca  müqavilə   bağladı.  Müqaviləyə  əsasən, 

Azərbaycan  tərəfi  Gü rcüstan  dəmir  yolunun  normal  istismarı  üçün  ma zut  və  digər  neft  məhsulları  verməy i  öhdəsinə 

götürdü. Gürcüstan isə bunun müqabilində Azərbaycan dəmir yolunu zəruri material və avadanlıqla təmin etməli id i. 

1919


 

il martın 8-də A zərbaycanla Gü rcüstan arasında dəmiryolu rab itəsi haqqında ayrıca bir saziş də imzalandı. Bu 

sazişə  əsasən,  1918  il  mayın  26-dək  hər  iki  dövlətin  ərazisində  olmuş  bütün  parovoz  və  vaqonlar,  bu  məsələ  arbitraj 

ko missiyasında  həll  edilənə  qədər,  həmin   dövlətlərin  ö z  istifadəsində  və  sərəncamında  qalmalı  idi.  Eyni  zamanda, 

Azərbaycan  dəmir  yolunun  əsaslı  və  xüsusi  təmir  barədə  sifa rişlə ri  Tiflis  də miryolunun  baş  emalat xanalarında  yerinə  

yetirilmə li idi. 

1919  il aprelin  17-də A zərbaycan Də mir  Yo lu İdarəsi  Batu mda ö z t icarət agentliyini yaratdı. A zərbaycan Də mir 

Yo lu  İdarəsinin  rəisi  Tey mur  bəy  Məlik-Aslanov  və  E.Matiyeviç   ("F.A.Matiyeviç   və  Ko"  Ticarət  evin in  nü mayəndəsi) 

arasında imzalan mış sazişə əsasən, "F.A.Matiyeviç və Ko" Ticarət ev i A zərbaycan dəmir yolunun  Batumda nümayəndəsi 

təyin  edildi  və  Azərbaycan  Də mir  Yo lu  İdarəsinin  və  dəmiryolunun  komme rsiya  agentliyinin  müştərilə rinin  bütün 

sifarişlərin in icrası ona tapşırıldı. 

Azərbaycan Hökuməti də mir yolu nəqliyyatının norma l fəaliyyət göstərməsini və  in kişafını tə min  et mək üçün digər 

tədbirlər də həyata keçirdi. 1918  il iyunun 25-də Azərbaycan dəmir yolunun mühafizə  xid mət i Da xili  İşlər Na zirliy inə tabe 

edildi, də mir yolu  jandarm idarəsi yaradıldı və də mir yolu  xətlərinin, stansiyaların,  körpülərin  mühafizəsi, sərnişinlərin və  

yüklərin təhlükəsizliy inin təmin olun ması ona həvalə olundu. 

1918-20  illərdə  də mir  yolu  xət lərinin,  hərə kət  vasitələrinin  tə miri  işi  qaydaya  salındı.  Də mir  yolunun  xid mətinin  

müvafiq qulluqçularla, təmir emalatxanaları və depoların  usta və ixtisaslı  fəhlələrlə  ko mplektləşdirilməsi həyata keçirild i. 

1920 ilin yazında A zərbaycan dəmir yolunda çalışanların ü mu mi sayı 11 min  nəfərə çatırdı. A zərbaycan Parlamenti 1919 il 

fevralın 4-də dəmiryolçuların  məvaciblərin i artırmaq haqqında qanun qəbul etdi. Qanuna görə, 1919 il yanvarın 1-dən dəmir 

yolu  işçilərin in  əmək  haqqı  orta  hesabla  60%,  bəzi  kateqoriyalardan  olan  dəmiryolçuların  məvacibi  isə  90-95%  artırıld ı. 

Azərbaycan Parla ment inin 17 apre l  1919 il tarixli qərarı  ilə Azə rbaycan dəmir yolunda qulluq edən parovoz maşin istlərinə  

və onların kö mə kçilərinə həqiqi hərbi  xid mətdən möhlət hüququ verild i. A zərbaycan Höku məti  1919 il  fevralın 17-də ölkə  

ərazisindəki bütün dəmir yolu  stansiyaların ın qaydaya salın ması haqqında qərar qəbul etdi.  Bundan əlavə,  Hərbi  Nazirlik 

həmin  il  ma rtın  28-də  Ba kı,  Biləcəri  və  Xaç ma z  stansiyalarında  ko mendantlıqla r  yaratdı.  Ələt  -  Culfa  də mir  yolunun 

inşasını davam etdirmək üçün 1919 ilin dövlət büdcəsindən 100 milyon manat vəsait ayrıld ı. 

1919 il oktyabrın 20-də Azə rbaycan Parla mentinin ic lasında çıxış edən yolla r na ziri Xudadat bəy Məlik-Aslanovun 

mə lu matına  görə,  son  dövrdə  alman  50-dən  ço x  parovoz  də mir  yolunun  buraxıc ılıq  qabiliyyətini  2  dəfə  artırmağa  imkan  

vermişdi. 1919  ildə dəmir yolu nəqliyyatının  aylıq gəliri  5  milyon  manatdan 40  milyon  manata qədər artmışdı. 1920  ilin  

başlanğıcında  Azərbaycan  dəmir  yolunun  300  parovozu,  4000  s ərnişin  vaqonu,  2300  örtülü  yük  vaqonu,  2000  vaqon-

platforması,  1600  vaqon-sisterni  vardı.  A zərbaycan  Höku məti  vaqon-parovoz  parkını  daha  da  artırmağı,  dəmir  yolu  

təsərrüfatının  inkişafı  üçün  digər  vac ib  tədbirləri  həyata  keçirməyi  plan laşdırırdı.  La kin  Aprel  işğalı  (1920)  bu  planları 

yarımçıq qoydu. 



 

Əd.:Aзepбaйджанская  Демократиская    Pecnублика  (1918-1920),  Законодательные  акты  (сборник  документов),  Б.,  1998;  

Vəliyev (Baharlı) M .H., Azərbaycan Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), c.2, B., 1998; Əliyev Q., Azərbaycan 

nəqliyyatı və iqtisadiyyatı (XIX əsr - XX əsrin ilk onillikləri), B., 2001. 

 

AZƏRBAYCAN  DĠLĠNĠN  DÖVLƏT  DĠLĠ  ELAN  OLUNMAS I  HAQQINDA  QƏRAR  -  Rusiya  işğalından 

(1813) bəri Şima li Azə rbaycanda Azərbaycan türk dilinin dövlət dili  kimi işlədilməsi haqqında ilk sənəd. Azərbaycan Xalq 

Cü mhuriyyəti Hö ku mətinin  1918 il 27 iyun tarixli həmin qərarına əsasən, Azərbaycan türk dili bütün ölkə ərazisində dövlət 

dili  elan  edildi.  Lakin  bütün  məhkəmə  inzibati  idarəçilik  və  d igər  vəzifələrin   başında  duranlar  bu  dili  lazimi  səviyyədə 

öyrənənədək Hö ku mət  idarələrində  rus dilindən də istifadə o lunmasına yol verilirdi.  Qəranın  icrası  ilə bağlı,  milli  kadrlar 

hazırlan malı,  bu  sahədə  tədris  işi  yenidən  qurulmalı  idi.  Təhsilin  milliləşdirilməsi  bu  sahədə  atılan  ilk  addımlardan  oldu. 

Azərbaycan  Höku mətinin  1918  il  28  avqust  tarixli  qərarına  əsasən  bütün  ibtidai  tədris  müəssisələrində  təhsil  ana  dilində 

aparılmalı və dövlət dili

 

olan Azə rbaycan türk dilinin tədrisi icbari surətdə həyat keçirilmə li  idi  (ba x hə mç inin Azərbaycan 



Xalq Cümhuriyyəti məqaləsinin Dil siyasəti və Xalq maarifi bölmələrinə). 

 

 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə