[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə82/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   78   79   80   81   82   83   84   85   ...   282

151 

 

 



 

AZƏRBAYCAN  DÖVLƏT  BANKI  (ADB)  -  Azərbaycan  Xalq   Cü mhuriyyəti  maliyyə  siyasətinin  həyata  ke-

çirilməsini  təmin  edən  mühü m  dövlət  quru mu.  Dövlətin   maliyyə-iqtisadi  müstəqilliyinin   təmin  o lunması  məqsədilə 

yaradılmışdı.  Belə  ki,  Rusiya  Dövlət  Bankının   Bakıdakı  şöbəsi  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Hö ku mətinin   qarşısında 

duran mühü m dövlətçilik vəzifələrin i yerinə yetirə bilməzd i.  Buna görə də  Höku mət  1919  il  martın 7-də ADB-nin təşkili 

barədə  layihəni  bəyəndi  və  bankın  n iza mna məsini  ha zırla mağı  ma liyyə  na zirinə  tapşırdı.  1919  il  may ın  20-də  A DB-nin  

niza mna məsi Na zirlər Şurasına təqdim o lundu. 

Niza mna mə   hazırlanarkən  Rusiya  Dövlət  Bankının   niza mna məsi  əsas  götürülmüş,  la kin   bir  sıra  dəyişikliklər  və  

ixtisarlar edilmişdi. Məsələn, banka qanunvericilik qaydasında müəyyən olunmuş əsaslarla pul n işanları buraxmaq hüququ 

verilmişdi;  mərkəzi  idarənin   və  onun  ayrı-ayrı  quru mların ın  tərkibi  ixtisar  olun muş,  eyni  zamanda,  mərkəzi  idarə  Bakı 

şəhərindəki  əməliyyat  şöbəsi  ilə  birləşdirilmişdi;  bankın  yerli  strukrurlarının  şöbə  və  agentlik  hesab  edilməsi  məqbul 

sayılmamış, yaradılması nəzərdə tutulan strukturların hamısı bölmə ad landırılmışdı. On ların ştat cədvəli, hüquq və vəzifələri 

də buna müvafiq olmalı idi. 

Niza mna məyə  görə, ADB-n in və zifə ləri ko mme rsiya banklarının  vəzifə lərindən geniş idi və o  dövlet xa ra kterli bir 

sıra  tapşırıqları,  o   cü mlədən  pul  emissiyasının  yerinə  yetirməsi  dövlətin  maliyyə  aparatı  kimi  müvafiq  hallarda  digər 

ölkələrin eyni orqanları ilə sazişlər bağlanması, valyuta məsələsinin tənzimlən məsi və s. funksiyaları yerinə yetirməli idi. 

 

ADB  haqqında  hazırlan mış  qanun  layihəsi  1919  il  mayın  26-da  Höku mət  tərəfindən  bəyənildi  və  Parlamentin  



təsdiqinə verild i. Layihə  təsdiq olunana qədər isə, iyunun 2-də  Hö ku mət Dövlət bankı haqqında məsələnin  mü zakirəsi üçün 

özünün və Bakıdakı Britaniya qoşunları ko mandanlığ ının nü mayəndələrindən ibarət ko missiyanın təşkili barədə qərar qəbul 

etdi. İyunun 9-da Höku mət Dövlət bankın ın bütün aktiv  və passivləri ilə b irlikdə Azərbaycan Höku mətinə verilməsi barədə 

Britaniya  ko mandanlığ ı  qarşısında  məsələ  qaldırdı.  Avqustun  25-də  qəbul  olun muş  qərara  əsasən,  Maliyyə  Nazirliyinin  

kredit şöbəsinin neft sənayeçilərinə ayırdığı borclar ADB-yə verildi. 

Bankın  təsis  edilməsi  ö lkənin  iqtisadi-təsərrüfat  həyatını  möhkəmləndirmək  zərurətindən  irəli  gəlmişdi.  Kredit 

banklarına ü midini itirən əhali əmanətlərini oraya qoymu rdu. Bu da əhalidə ço x böyük məbləğdə dövriyyədən çıxmış  pulun 

yığılıb qalmasına səbəb olmuşdu. Nəticədə, əlavə kağız pul kəsilməsi zərurəti doğurur,  manatın alıcılıq qabiliyyətinə mənfi 

təsir göstərirdi. 

ADB-nin  məqsədi pul tədavülünü asanlaşdırmaq,  milli tica rət, sənaye və kənd təsərrüfatına yardım et mək, habelə  

pul  sistemin i  möh kəmləndirmək  id i.  İlk  vaxtlar  bankın   əsas  kapitalı  500  milyon,  ehtiyat  kapitalı  isə  20  milyon  manata 

bərabər  id i.  Əsas  kapitalı  yarat maq  üçün  Hö ku mət  ADB-yə,  ə lavə  ola raq,  50  milyonluq  Azərbaycan  və  Zaqafqa ziya  

əsginası verdi. Beləliklə, bank kağız pul kəsmək üçün müstəsna hüquqa malik oldu. 

ADB-yə  bankirlə r  şurası  rəhbərlik  edird i.  1919  il  sentyabrın  18-də  Dövlət  bankının  niza mna məsi  təsdiqləndi, 

sentyabrın 30-da onun təntənəli açılışı oldu. 1919 il sen- 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




152 

 

  



tyabrın 1 -dən fəaliyyət göstərən Gəncə bankı  isə oktyabrın 25-də qəbul olunmuş qanunla Dövlət bankının şöbəsi 

statusunu aldı. 



 

Əd.: Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Azərbaycan Cümhuriyyəti (1918-1920), B., 1998. 

 

AZƏRBAYCAN  DÖVLƏT  BANKININ  GƏNCƏ  ġÖBƏSĠ  -  A zərbaycan  Xalq  Cü mhuriyyəti  maliyyə 

sisteminin mühü m tərkib h issəsi. 1919 il oktyabrın 25-də yarad ılmışdır. Gəncə həm geniş bir quberniyanın inzibati mərkəzi, 

həm  də  iri  ə kinçilik  və  sənaye  rayonunun  mərkə zi  idi.  Quberniyada  pa mbıqç ılıq  və   onunla  əlaqədar  sənaye  sahələri 

(pamb ıqtəmizləmə, yağ emalı) xeyli in kişaf etmişdi. Bağçılıq və ü zü mçülü k məhsulları həm ticarət dövriyyəsini artırır, həm 

də iri sənayeni  xa mma lla  tə min edirdi.  Bə zi yerlə rdə  mədən senayesi (mis), habelə  ipəkç ilik  inkişaf et mişdi.  Əkinç ilik və  

maldarlıq  məhsulları da ticarət dövriyyəsini  kifayət qədər canlandırırdı.  Əhalinin əlində  xeyli nağd pul toplan mışdı və bu, 

tədricən  cari  hesablara   qoyulmaq la,  bank  ə məliyyatlarına  cə lb  olun ma lı  idi.  Bankın   nəzdində  və   digər  yerlərdə  ə manət 

kassalarının  açılması  əhalin in  vəsaitinin  bank  əməliyyatlarına  cəlb  olun masını  sürətləndirməli  id i.  Bu  şərtlər  A zərbaycan 

Parlamentinin  1919  il o ktyabrın  25-də keçirilən  88-ci  iclasında Dövlət  Ban kın ın  Gəncə şöbəsinin açılması haqqında qərar 

qəbul etməsinə  səbəb oldu. Hidayət bəy Niyazov Azə rbaycan Dövlət Bankı Gəncə şöbəsinin müdiri, Mirmahmud Ağa mirov 

nəzarətçi vəzifəsini icra edən, Qafa r Ələ kbərov böyük mühasib, Yəhya Nəbiyev isə kassir təyin olundu. 

Dövlət  Bankının  Gəncə  şöbəsinin  açılması  ölkənin  bu  bölgəsində  bank-maliyyə  əməliyyatlarının  canlan masına 

müəyyən təsir göstərdi (bax Azərbaycan Dövlət Banıi). 

AZƏRBAYCAN  DÖVLƏT  BANKININ  YARADILMASI  HAQQINDA  QƏRAR  –  Azərbaycan  Xalq  Cümhu-

riyyəti  dövlət  ma liyyə  sistemin in  yaradılması  məqsədilə  verilmiş  qərar.  Maliyyə  nazirinin   təqdim  etdiyi  layihə  əsasında 

1919  il  may ın  26-da  Azərbaycan  Xalq  Cümhuriyyəti  Höku məti  tərəfindən  qəbul  edilmişdir.  Qərar  A zərbaycan 

Parla mentində  təsdiq  olunana  qədər  maliyyə  nazirinə  nəzərdə  tutulan  vəzifə lərə  müvafiq  şə xsləri  dəvət  etməklə  bankın  

təşkili işinə başlamaq tapşırılmışdı. 

AZƏRBAYCAN  ERMƏNĠSTAN  KONFRANS I  -Azərbaycan  Xalq  Cü mhuriyyəti  ilə  Ermənistan  Respublikası 

arasındakı  mübahisəli  məsələləri,  o  cü mlədən  sərhəd  məsələlərini  mü zakirə  etmək  məqsədilə  1919  il  dekabrın  14-21-də 

Bakıda  keçirilmişdir.  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Höku məti  konfransın  keçirilməsi  üçün  bir  sıra  hazırlıq  işləri 

görmüşdü.  1919  il  oktyabrın  29-da  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Xarici  İşlər  Nazirliy i  konfransın  keçirilməsi  ilə  bağlı 

Ermənistan  Respublikasının  Xarici  İşlər  Nazirliyinin  1919  il  7  oktyabr  tarixli  teleqramına  cavab  olaraq  birdirmişdi  ki, 

Cü mhuriyyət  Hökuməti  öz  qonşuları  ilə  mehriban  münasibətlər qurmağa, bütün mübahisələri razılıq  əsasında həll etməyə 

səy  göstərir.  Azərbaycan  Höku məti  hə lə  1919  ilin  aprelində  Ümu mqafqa z  konfransının  çağırılmasına  dair  Gü rcüstan 

hökumətin in  təklifinə  də  razılıq  vermiş  və  öz  nümayəndələrini  göndərmişdi.  Konfransın  işi  yarımçıq  qaldığ ından, 

Azərbaycan  Höku məti  avqustda  onun  işinin  yenidən  bərpa  edilməsinə  ra zılıq  vermişdi.  A zərbaycan  Hökumət i,  eyni 

za manda,  hər  iki  dövlətə  aid  mübahisəli  məsələ lərin  həlli  üçün  Ermənistan  -Azərbaycan  iclasının  çağırılması  haqqında 

Ermənistan  höku mətinin   təklifini  də  qəbul  et miş,  ermən i  tərə finin  tə klifində  göstərilən   məsələlə rin   gündəliyə  da xil 

edilməsinə  etiraz  et mə miş,  iki  dövlət  arasında  təkcə  müvəqqəti  demarkasiya  xəttinin  yaradılması  məsələsini  deyil,  Azər-

baycan və Ermənistan respublika ları arasındakı bütün s ərhəd mübahisələrin in qəti həlli  məsələsini  mü za kirə et məyi  zəruri 

saymışdı. 

Müvafiq hazırlıq  işləri aparıld ıqdan sonra Cü mhuriyyət Höku məti  konfransın çağırılması üçün Bakı ş əhərini daha 

münasib bilmiş və Ermən istan hökuməti nümayəndələrini  Bakıya dəvət etmişdi. Konfrans ərəfəsində, 1919  il noyabrın 23-

də Azərbaycan və Ermən istan respublika ları a rasında saziş imzalandı (ba x Azərbaycan - Ermənistan sazişi (1919)). Onun 4-

cü  bəndinə  əsasən,  hər  iki  höku mət  qarşıdakı  konfransa  bərabər  sayda  nümayəndə  göndərməli  id i.  Azərbaycan  Xalq  

Cü mhuriyyəti  tərəfindən  konfransın  sədri  Fətəli  xan  Xoyski,  nümayəndələri  Məmməd  Həsən  Hacinski  və  Rəhim  bəy 

Vəkilov,  Ermən istan tərəfindən isə nümayəndə heyəti Arutünyants (s ədr), knyaz Arqutinski-Dolqorukov və Be kzadyandan 

ibarət id i. 

Konfransın  ilk  iclası  A zərbaycan  Xalq  Cü mhuriyyətinin  xarici  işlər  naziri  Məmməd  Yusif  Cəfərovun  çıxış ı  ilə 

açıld ı.  O,  açılış  nitqində,  Cənubi  Qafqazın  müstəqil  respublikalara  parçalan ması  ilə  bu  respublikalar  arasındakı  müna-

sibətlərdə, onların əra zilərinin  müəyyən olunmasında bir ço x həll o lunma mış,  mübahis əli  məsələlə rin qald ığını b ildird i.  İlk 

iclasda  Fətə li  xan  Xoyski  və   Arutünyants  nümayəndə  heyətlərinin  rəhbərlə ri  kimi  konfransı  sala mlad ıla r.  Müttəfiqlə rin  

Ermənistandakı  ali  ko missarı  polkovnik  Haskelin,  Gü rcüstanın  Azərbaycandakı  dip lo matik  nümayəndəsi  Alşibayanın, 

Bakıdakı  Ermən i  Milli  Şurasının,  A zərbaycan  Parlamentində  "Daşnaksutyun"  fraksiyasının  təbrik  teleqramları  d inlən ild i. 

Hər iki nümayəndə heyətinin sədrlərindən ibarət rəyasət heyəti və iclaslara sədrlik qaydası müəyyənləşdirildi. 

Konfransın dekabrın 15-də keçən növbəti iclasında mü zakirə ediləcək  məsələlərin qoyuluşu ətrafında fikir ayrılığ ı 

yarandı.  Fətəli  xan  Xoyskin in  ilk  növbədə  ərazi  problemlərin i  mü zakirə  etmək  təklifi  və  Məmməd  Həsən  Hacinskinin  

sərhəd  mübahisələrin in  23  noyabr  sazişinə  uyğun  olaraq  həll  ed ilməsini  konfransın  əsas  vəzifəsi  sayması  Ermənistan 

tərəfindən (Arutünyants və Bekzadyan) etirazla qarşılandı.  Onlar ə ra zi  mübahisələrin in qəti həlli üçün hələ la zımi şəra it və 

vaxtın yetişməd iyini bildirdilər. Erməni tərəfi, ilk növbədə, iqtisadi-maliyyə səciyyəli məsələlərin mü zakirəsini təklif ed ird i. 

Məmməd Həsən Hacinski  Qafqa z Konfederasiyası  yaradılmasını b ir ço x 

 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə