[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə84/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   80   81   82   83   84   85   86   87   ...   282

154 

 

müddətinə  imzalamışdılar.  Tərəflər  onlardan  birin in  və  ya  hər  ikisinin  müstəqilliy inə  və  ərazi  bütövlüyünə  yönəlmiş  hər 



hansı  təcavüzə  qarşı  sərəncamlarında  olan  bütün  silahlı  qüvvələr  və  hərb i  vasitələrlə  b irgə  çıxış  etməyi  öhdələrinə 

götürürdülər. Qonşu dövlətlərdən hər hansı biri əvvəlinci bəndə uyğun olaraq başlanmış hərbi əməliyyatlar  zaman ı sərhəd 

mübahisələrini silah gücünə həll etmək üçün  müqavilədə iştirak edən tərəflərin birinə, yaxud ikisinə hücum edərsə, həmin  

tərəf  vuruşan  tərəf  kimi  tanınır.  Sa zişə  görə,  tərə flər  b ir-birindən  ayrı  separat  sülh  bağlama ma lı,  sərhəd  mübahisələri 

danışıqlar  yolu  ilə  həll  edilməli  idi.  Tərəflər,  həmçinin,  qabaqcadan  xəbərdarlıq  etmədən  digər  dövlətlə  hərb i  saziş 

bağlamamağ ı,  hər  iki  dövlətin  suveren  hüquqlarının  və  müstəqilliyin in  qorunmasına  yönəlmiş  diplo matik  danışıqlarda 

həmrəy  çıxış  et məyi də ö z ü zərlərinə götürürdülər. Ermənistanın da bu sazişə qoşulmaq  hüququna ma lik olması və iki həftə 

ərzində buna öz münasibətini açıqlaması barədə razılıq əldə ohmmuşdu. Ancaq Ermənistan sazişə qoşulmad ı. 

Sənədə  əlavə  olaraq,  hə rbi-te xn iki  sazişin  də  imza lan ması  iki  respublika   arasında  hərbi-te xn iki  ə mə kdaşlığı  ge-

nişləndirdi.  Qonşu  respublikadan  mü mkün  olan  hərbi  texn ikanın,  vəsaitlərin,  ərzağın  alın ması  üçün  hərbi  nazirin  əmri  ilə 

xüsusi  ko missiya  yaradıldı  və  ona  rəhbərlik  general-mayor  Murad  Gəray  Tlexasa  həvalə  olundu.Komissiyanın  fəaliyyəti 

nəticəsində qısa za manda  Gürcüstandan 12  ədəd dağ topu, dağ topları üçün 10 qutu partladıc ı  madd ə,  3000 ədəd tüfəng, 

toplar və tüfənglər üçün ço xlu  sayda ehtiyat hissələr, 8 ədəd yüngül top, həmin topla r üçün 16 qutu partladıc ı maddə, 4 min  

pud  qənd,  12885  manat  dəyərində  dərman  və  tibb  ləvazimat ı,  topoqrafiya  əşyaları  a lına raq  Azərbaycana  göndərild i. 

Qarşılıq lı əməkdaşlığ ın genişlən məsi ilə gürcüstanlı hərb i mütəxəssislər şimal sərhədlərinin, Abşeronun və Bakının  müdafiə 

sistemlə rinin  yaradılmasına cə lb edild ilə r. A zərbaycan - Gürcüstan hərbi müdafiə sazişinin yerinə yetirilməsin i hə min sazişə 

əsasən yaradılmış hərbi şura təmin edirdi (bax həmçinin Azərbaycan - Gürcüstan ittifaq hərbi şurası). 

 

Əd.:  Həsənov  C,  Azərbaycan  beynəlxalq  münasibətlər  sistemində  (1918-1920-ci  illər),  B.,  1993;    Aзepбaйджанская 

Демократиская  Pecnублика (1918-1920)., Армия (документы и материалы)  B., 1998. 



 

AZƏRBAYCAN-GÜRCÜS TAN  ĠTTĠFAQ  HƏRBĠ ġ URAS I - Azərbaycan - Gü rcüstan hərbi müdafшə sazişinə 

(1919) uyğun olaraq iki respublikan ın hərbi na zirlikləri tərəfindən yaradılmış (1919,  16  iyun) kollegial orqan. Hərbi şuraya 

hər iki respublikanın yüksək rütbəli iki nümayəndə da xil edilir və onlardan biri höku mətlə rin  qarşılıqlı ra zılığı əsasında sədr 

seçilirdi. Şu rada Azərbaycanı generallar Əlağa Şıxlinski və Məmməd bəy Su lkev iç, Gürcüstanı isə generallar Od işelid ze və 

Kutateladze  tə msil  edirdilər.  General  Od işelid ze  ittifaq  hərb i  şurasının  sədri  seçilmişdi.  Şuran ın  səlahiyyətlərinə  hərbi 

əməliyyatların   və  düşmənin  imkanlarının   dərindən  öyrənilməsi,  müdafiə  planlarının  işlənib  hazırlanması,  hər  iki 

respublikanın  ordusunun  döyüş  hazırlığ ı  səviyyəsinə  nəzarət  edilməsi  və  qoşunların  yerləşdirilməsi  plan ının  hazırlan ması 

daxil  idi. Şuranın strateji və hərbi-texn iki qərarları tərəflər üçün icbari id i.  Qarşılıqlı razılaşma əldə edilməyən  məsələlərin  

həlli Gü rcüstan hökumətinin və Azə rbaycanın Dövlət Müdafiə Ko mitəsi sədrinin ixt iyarına verilirdi. 

 

Əd.:  Həsənov  C,  Azərbaycan  beynəlxalq  münasibətlər  sistemində  (1918-1920), B., 1993;

 

Aзepбaйджанская  Демократическая  



Pecnублика (1918-1920)., Армия (документы и материалы)  B., 1998. 

 

AZƏRBAYCAN  GÜRCÜS TAN  MÜQAVĠLƏ LƏRĠ  -  A zərbaycan  Xalq  Cü mhuriyyəti  ilə  Gü rcüstan 

Respublikası  arasında  iqtisadi,  maliyyə,  nəqliyyat  və  rabitə  sahələri  ü zrə  1918-20  illərdə  bağlanmış  müqavilələr.  Cənubi 

Qafqa z  100  ildən  art ıq  Rusiya  impe riyası  tərkibində  vahid  iqtisadi  mə kanda  olduğundan,  Azərbaycan  və  Gürcüstan 

müstəqillik  qazandıqdan  dərhal  sonra  iqtisadi,  maliyyə,  nəqliyyat  və  rabitə  sahələrində  əməkdaşlığı  tənzimləmək  və 

dərinləşdirmə k  zəru rəti  ilə  üzləşdilər.  1918  il  iyunun  4-də  Batu mda  Azə rbaycan,  Gürcüstan  və  Osmanlı  höku mət  

nümayəndələri  Bakı  -  Batu m  ağ  neft  kəmərinin  normal  işləməsini  təmin  etmək  haqqında  saziş  bağladılar.  Həmin  gün 

Batu mda  hə mçin in  Azə rbaycan  və  Gürcüstan  nümayəndələri  Osmanlı  və  Ermənistan  nümayəndələri  ilə  b irlikdə  Cənubi 

Qafqa z də mir yollarına a id  vaqon-parovoz parkının  bölüşdürülməsi haqqında saziş imza ladılar. Saziş ə görə, tərəflər keç miş 

Rusiya  imperiyasının  mü lkiyyəti  o lan  vaqon-parovoz  parkını  hər  ölkənin  ərazisindən  keçən  dəmir  yolu  xətlərinin  

uzunluğuna mütənasib şəkildə bölüşdürməli id ilər. 

1918  il  iyunun  21-də  Gü rcüstan  hökumətin in  sədri  N.Ra mişvili  keç miş  Zaqafqaziya  höku mətinin  ə mla kının  

Azərbaycan  və  Gü rcüstan  arasında  bölüşdürülməsini  A zərbaycanın  bu  ölkədəki  nümayəndəsi  Mə mməd   Yusif  Cəfə rova 

təklif  etd i.  Gü rcüstan  tərəfi  öz  təklifini  bununla  əsaslandırdı  ki,  Ermənistan  öz  payını  artıq  götürmüşdür  və  sonradan 

Osmanlı dövlətinin  nəzarəti altına  keçmiş ərazilərdə yerləşdirmişdir. Azərbaycan tərəfi ü mu mi əmlakın bölüşdürülməsinə 

prinsipial razılıq verdi, avqustun 15-də isə təklif etdi  ki, arb itraj yolu ilə,  ilk növbədə, Qafqaz cəbhəsinin ləğvi nəticəsində 

qalmış daşınar əmlak və Cənubi Qafqazın mərkəzi dövlət idarə və təşkilatlarının daşınar əmlakı bölüşdürülsün. 

1918  il sentyabrın 6-da Azərbaycan,  Gürcüstan və Ermənistan nümayəndələri  maliyyə və pul-kredit ə mə liyyatları 

üçün birlikdə 280 milyon rubl məbləğində Zaqafqaziya bonu buraxılması haqqında saziş imzaladılar. Həmin il noyabrın 15-

də  Azərbaycanla  Gürcüstan  arasında,  əlavə  olaraq,  daha  160  milyon  rubl  məbləğində  Zaqafqaziya  bonu  buraxılması 

haqqında Tiflisdə müqavilə bağlandı. Müqaviləyə görə, Dövlət bankın ın Tiflis kontoru 10 gün ərzində hər respublika üçün 

100 və 250 rublluq əsginaslarla 80 milyon rubl məbləğində bon bura xma lı id i. 

1918 il dekabrın 26-da Bakıda Azərbaycanla Gürcüstan arasında  mal  mübadiləsi  haqqında  müqavilə  bağlandı. 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə