[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə91/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   87   88   89   90   91   92   93   94   ...   282

166 

 

Parla mentdə fəaliyyət göstərən fraksiya və qrupla r a rasında ən iri və  aparıc ı  fra ksiya  milli  mənafe lərin daşıyıc ısı 



olan "Müsavat" fraksiyası id i. Bu  fraksiya, demokratik bitərəflər q rupu ilə b irlikdə, Parlamentin  və Höku mətin  fəaliyyətinin  

əsas  istiqamətlərin i  müəyyənləşdirir,  milli  mənafe  ilə  bağlı  bütün  qanun  və  qərarların  qəbul  edilməsində  həlledici  rol 

oynayırdı. 

Parla mentdə  ikinci  iri  fra ksiya  "İttihad"  partiyasına  mə xsus  idi.  Bu  fra ksiya  1919  ilin  dekabrına  qədər  milli-

demokratik cərəyana qarşı mü xalifətdə olmuş və Höku mətlə rin təşkilində iştira k et mə mişdir. 

Parla mentdə ifrat solçu mövqedən çıxış edən fra ksiyalardan biri də sosialistlər b loku idi. Onlar Azə rbaycanın Sovet 

Rusiyasına birləşdirilməsin i, yalnız Qırmızı ordunun Azərbaycana əsl azadlıq gətirə b iləcəyin i, iqtisadi və sosial islahatların  

yalnız sosializm quru luşu şəraitində  mü mkün olacağını təbliğ ed irdilər.  Bu blo k  Şimali Azərbaycanı yenidən işğal etməyi 

qarşısına məqsəd qoymuş bolşeviklərin əlaltısı rolunu oynayırdı. 

Ermənilər  Parla mentdə iki  fra ksiya  ilə  tə msil olunsalar da, əslində b ir  mövqedən çıxış ed ir və ermənilərin A zər-

baycana  qarşı  ərazi  iddialarına  haqq  qazandırmaq  üçün  bütün  imkanlardan  istifadə  edird ilər.  Sovet  işğalı  reallaşdıqda 

erməni fra ksiyaları bolşeviklə rin tərə finə keçdilər. 

Parlamentin  17  aylıq  fəaliyyəti  dövründə  145  iclası  keçirilmişdir.  Yetərsay  olmadığı  üçün  iclaslardan  15—i  baş 

tutmamışdır.  Qalan  130  iclasdan  ikisi  tarixi  (Azərbaycamn   istiqlalının  və  Bakının   azad   olun masının  1-ci  ildönümləri 

münasibətilə  1919  il  28  may  və  15  sentyabr  tarixli  iclasları);  dördü  təntənəli  (rus  inqilab ının  2-ci  və  3-cü  ildönümləri 

münasibətilə 1919 və 1920 il martın 12-də, Azərbaycanın Gürcüstanla hərbi əməkdaşlıq müqaviləsinə həsr olun muş 1919 il 

27  iyun və Paris sülh konfransı tərəfindən Azərbaycanın müstəqilliyin in de-fakto tanın ması  münasibətilə 1920  il  14 yanvar 

iclasları); ikisi  isə fövqəladə iclaslar  (Ermənistanın  Gürcüstana müharibə elan etməsi  ilə əlaqədar 1918  il  20 dekabr tarixli 

və  Azərbaycanla  Gürcüstan  arasında  iqtisadi  əmə kdaşlıq  haqqında  müqavilələrin  təsdiqi  münasibətilə  1920  il  17  mart  

tarixli)  olmuşdur.  Qalan  iclaslarda  ölkənin   daxili  və  xarici  siyasəti,  iqtisadiyyat  və  maliyyə  vəziyyəti,  qanunvericilik 

aktlarının   mü zakirəsi  və  qəbulu,  ordu  quruculuğu  və  s.  məsələlər  mü zakirə  olun muşdur.  Müzakirəyə  çıxarılan  qanun 

layihələ ri, bir qayda olaraq, ya lnız üçüncü o xunuşdan sonra q əbul edilirdi. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  Pa rla mentinin  fəa liyyəti  dövründə  müzakirəyə  270-dən  çox  qanun  layihəsi  çıxa -

rılmış,  onlardan  təxminən  230-u  qəbul  edilmişdir.  Parlamentin  fəaliyyəti  onun  Nizamnaməsi  rolunu  oynayan "Azərbaycan 

Parlamentinin nakazı (təlimatı)" ilə tənzimlən irdi. 

Parla mentdə  11  ko missiya  fəaliyyət  göstərirdi:  maliyyə-büdcə  komissiyası;  qanunvericilik  tə kliflə ri  ko missiyası; 

Müəssislər  Məclisinə  seçkilər  keçirmək  üzrə  mərkəzi  ko missiya;  mandat  ko missiyası;  hərbi  ko missiya;  aqrar  məsələlər 

ko missiyası;  sorğular  üzrə  ko missiya;  təsərrüfat-sərəncamverici  ko missiya;  ölkənin  məhsuldar  qüvvələrindən  istifadə 

üzərində nəzarət ko missiyası; redaksiya ko missiyası və fəhlə məsələləri ü zrə ko missiya. 

Azərbaycan Xa lq Cü mhuriyyəti Parla mentinin  qəbul etdiy i bütün qanun və qərarla r müstəqil dövlətin  ilk qanun və 

qərarları  olduğu  üçün  böyük  əhəmiyyətə  ma lik  idi.  Bununla  belə,  onların  arasında  müstəsna  əhəmiyyət  kəsb  edən,  yəni 

Azərbaycan  Xalq   Cü mhuriyyəti  fəaliyyətinin  strateji  istiqamətlə rin i  müəyyənləşdirən  bir  sıra  qanunlar  da  o lmuşdur. 

Məsələn,  vətəndaşlıq,  ü mu mi  hə rbi  mü kəlləfiyyət,  mətbuat,  Milli  Ban kın  təsisi,  Bakı  Dövlət  Universitetin in  yaradılması, 

gömrük və poçt-teleqraf xid mətinin təkmilləşdirilməsi, məhkəmə qanunvericiliyi haqqında və bir ço x başqa qanunlar. 

Parla mentdə ordu quruculuğuna aid qanunların mü za kirəsi və qəbulu, de mə k o lar ki, mübahisəsiz və ü mu mi ra zılıq  

əsasında keçirilirdi. 

Ölkədə  xalq   maarifin in  in kişafı,  tədris  və  teatr-tamaşa  müəssisələrinin  milliləşdirilməsi,  yeni  tədris  müəssisələ-

rin in  açılması,  orada  dərs  deyən  müəllimlərin  maddi  vəziyyətinin  yaxşılaşdırılması  məsələləri  daim  Parlamentin  diqqət 

mə rkə zində olmuşdur. Ba kı Dövlət Universitetin in təsisi ilə  bağlı mü za kirə lər xüsusilə qızğ ın keç mişdir və  nəhayət, 1919 il 

sentyabrın 1-də müvafiq qanun qəbul edilmişdir. 

Azərbaycanda  elm  və  təhsilin  inkişafı,  milli  kadrların   yetişdirilməsi  sahəsində  də  Parla ment  mühü m  işlə r  gör-

müşdür.  100  nəfər  azərbaycanlı  gəncin  xarici  ali  məktəblərdə  dövlət  hesabına  təhsil  almaları  üçün  hazırlan mış  qanun 

layihəsi  Parla mentdə  geniş  mü zakirə   edilə rək  qəbul  o lunmuşdu.  Xa ricə  göndəriləcək  tələbələ ri  seç mək  üçün  Pa rla ment 

üzvləri  Məhəmməd  Əmin  Rəsulzadə,  Mehdi  bəy  Hacınski,  Əh məd   bəy  Pepinov,  Qara  bəy  Qarabəyov  və  Abdulla  bəy 

Əfəndiyevdən ibarət xüsusi müsabiqə ko missiyası yaradılmışdı. 

Parlamentin  qarşısında  duran  ən   mühüm  vəzifələrdən  biri  də  A zərbaycanın  istiqlaliyyətinin   beynəlxalq  aləmdə 

tanınmasına  nail  olmaqdan  ibarət  idi.  Buna  görə  də  1918  il  dekabrın  28-də  Parlamentin   sədri,  Azərbaycan  Xalq   Cü m-

huriyyətinin  beynəlxa lq  a lə mdə  tanın masında  əvə zsiz  xid mətləri  olmuş  Əlimə rdan  bəy  Topçubaşovun  rəhbərliyi  ilə  

Fransaya  -  Pa ris  sülh  konfransına  nüfuzlu   nümayəndə  heyəti  göndərilmişdi.  Nü mayəndə  heyəti  1920  il  yanvarın   11-də  

Azərbaycanın müstəqilliyin in konfransdakı əsas ölkə lər tərəfindən de-fa kto tanın masına nail olmuşdu. 1920 il apre lin  22-də  

Azərbaycan Xalq  Cü mhuriyyəti  Parla menti  Paris sülh konfransında öz missiyasını yerinə yetirmiş Azərbaycan nümayəndə 

heyətini bura xmaq, Qərbi Avropa ölkə lərində (İngiltərə , Fransa, İta liya, Sovet Rusiyası, Almaniya, İsveçrə, Polşa) və  ABŞ-

da diplo matik nü mayəndəliklər açmaq haqqında qanun qəbul etmişdir. 

Azərbaycan Xa lq Cü mhuriyyəti Höku mət i Gürcüstanla 1919 ilin  yayında Den ikinə  qarşı b irgə  mübarizə , 1920 ilin  

martında  isə  iqtisadi  və  siyasi  əməkdaşlıq  haqqında  müqavilələr  imzalamış  və  bu  müqavilələr  Parlamentdə  təsdiq 

olunmuşdu. 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə