[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə92/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   88   89   90   91   92   93   94   95   ...   282

167 

 

İranla  münasibətlərin tənzimlən məsi sahəsində də bir sıra  mühüm addımlar atılmışdı. Belə  ki, 1920 il  martın  20-də 



İran  ilə  Azərbaycan  arasında,  ilk  dəfə  olaraq,  Azərbaycanın  de-yure  tanınmasını  təsdiqləyən  dostluq  haqqında  saziş, 

həmç inin konsulluq, ticarət, poçt-teleqraf ə laqələri, məh kə mə qəra rla rın ın icrası və s. haqqında bir sıra  ikitərəfli müqavilə lər 

imzalan mış və Parlament tərəfindən 1920 il aprelin 15-də təsdiq edilmişdir. 

"Müsavat"  partiyası  və  bitərəflər  fraksiyası  tərəfindən  hazırlan mış  Torpaq  islahatı  haqqında  29  maddədən  ibarət 

qanun layihəsi 1920 il fevra lın 21 -də "Azə rbaycan" qəzetində dərc olunmuş və ümu mxa lq mü zakirəsinə ç ıxa rılmışdı. 

La kin  Aprel işğalı (1920) ilə ə laqədar hə min qanun lay ihəsinin reallaşdırılması mü mkün o lmadı. A zərbaycan Xalq  

Cü mhuriyyəti  Parlamenti  17  aylıq  fəaliyyəti  dövründə  yüksək  işgüzarlıq  nümayiş  etdirdi,  Azərbaycan  xalqının  həqiqətən 

parla ment idarəç iliy i səviyyəsinə yüksəldiyini sübut etdi. Aprel işğalı nəticəsində fəaliyyəti yarımç ıq qalsa da, Azərbaycan 

Xalq Cü mhuriyyətinin Pa rla ment i Azə rbaycan xalq ının dövlətçilik və ictimai-siyasi fikir tarixində misilsiz rol oynamışdır. 

 

Əd:  Azərbaycan  Xalq  Cümhuriyyəti  (1918-1920).  Parlament  (stenoqrafik  hesabatlar),  2  cilddə,  B.,  1998;  Paşayev  A., 

Açılmamış  səhifələrin  izi  ilə,  B.,  2001;  Mahmudov  Y.,  Azərbaycanın  dövlətçilik  və  parlamentarizm  ənənələri  tarixindən,  "Müstəqil 

dövlətimiz və parlamentimiz" (məqalələr məcmuəsi), B., 2001. 

 

AZƏRB AYCAN  XALQ  CÜMHURĠYYƏ TĠ  PAR LAMENTĠNĠN  AÇILIġ I  MÜNAS ĠBƏTĠ  ĠLƏ  S ĠYAS Ġ 

AMNĠSTĠYA  HAQQINDA  QANUN  -  Azərbaycan  Xalq  Cü mhuriyyətin in  fəaliyyətə  başlaması  münasibətilə  həyata 

keçirilmiş  hu manizm  aktı.  Bu   barədə  qanun  1918  il  dekabrın  7-də  Parlamentin  birinci  iclasında  qəbul  olunmuşdu. 

Amnistiya  keçirmək  məqsədilə Aslan bəy Qardaşov, Həmdu lla  Əfəndizadə, Ağa Zeynal  Tağıyev, Aslan bəy  Səfikürdski, 

S.Ağamalıoğlundan ibarət xüsusi heyət - "Əfvi-ü mu mi" ko missiyası yaradılmışdı.  Ko missiya dekabrın 11, 13, 17 və 25-də 

keçirdiyi  iclaslarda  "Azərbaycan  Cü mhuriyyəti  Parlamentinin  açılışı  münasibəti  ilə  siyasi  amnistiya  haqqında"  qanun 

layihəsini hazırlayaraq Parla mentin 1919 il yanvarın 8-də keçirilən 7-c i iclasın ın mü zakirəsinə vermişdi. Qanuna görə 1918 il 

dekabrın  7-nə  qədər  həbs  edilmiş  və  ölkədə  qüvvədə  olan  keçmiş  Rusiya  qanunlarının  həm  cinayət,  həm  də  mü lki 

məcə llələ rin in  bir  sıra  maddələri  ilə  təqsirli  b ilinən  şəxslə r  bağışlanırd ı.  Bu  qanuna  əsasən  həmin  il  dekabrın  7-nə  qədər 

törədilmiş və icraatda olan məh kəmə işlərinə də xitam verilird i. 

 

Əd: Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), c.l , B., 1998. 

 

AZƏRBAYCAN XALQ CÜMHURĠYYƏTĠ PARLAMENTĠNĠN     TƏSĠS     OLUNMAS I HAQQINDA 

QANUN - A zərbaycan Xalq Cü mhuriyyəti Pa rla ment inin yaradılmasın ın əsaslarını tə min edən mühüm hüquqi 

sənəd. Azarbaycan Milli Şurası tərəfindən 1918 il noyabrın 19-da qəbul edilmişdir. 

1918  il  iyun ayının  17-də  Gəncədə öz  fəaliyyətini dayandırmış A zərbaycan Milli Şurası həmin  il noyabrın  16-da 

Bakıda yenidən fəaliyyətə başladı. Cü mhuriyyət Höku mətin in sədri Fətəli xan  Xoyski Şuranın iclasında çıxış edərək bildirdi 

ki, Müəssislər Məclisin i çağırmaq üçün hazırlığa vaxt çatmad ığından Höku mət bu işi öz öhdəsinə götürməyi Milli  Şuradan 

xahiş edir. Milli Şu ranın  1918  il noyabrın 19-da Məhəmməd  Əmin  Rəsulzadənin sədrliyi  ilə keçən  iclasında "Azərbaycan 

Məclisi-Məbusanının  təsisi  haqqında"  qanunun  layihəsi  müza kirə  o lundu.  Şuranın  mü za kirələ r  nəticəsində  qəbul  etdiyi 

qanunda  göstərilirdi  ki,  hələ  1917  ilin  sonlarında  Cənubi  Qafqazın  müsəlman  partiyalarından  ü mu mi  səsvermə  yolu   ilə 

Rusiya  Məclisi-müəssisanına  seçilmiş  14  nəfə r  nümayəndənin  siyahısı  seçkilərdə  iştira k  et miş  partiyaların  qa zandıqları 

səslərə müvafiq  olaraq genişləndirilərə k 44 nəfərə  çatdırılmışdı. Cənubi Qafqaz Mərkə zi Müsəlman Ko mitəsi Azə rbaycanda 

Məclisi-Müəssisan toplamağın  mü mkün olmad ığını nəzərə  ala raq bu məsələnin həllini Zaqafqa ziya seymində Azərbaycanı 

təmsil  et məkdə  görmüşdü.  Zaqafqaziya  seymi  və  Zaqafqa ziya  Cü mhuriyyəti  Höku mət i  öz  fəa liyyətinə  xita m  verd ikdə  

Seymdə ki  44  nəfər  müsəlman  deputat özlərini  Azə rbaycan  Milli  Şurası  elan  et miş  və  Azərbaycanın  idarəsini  ö z  üzə rinə  

götürmüşdü. 

Milli  Şuranın  qəbul etdiy i A zərbaycan Məclisi-Məbusanının (Parlamentinin) təsisi haqqında qanunda göstərilird i 

ki,  A zərbaycan  təkcə  azərbaycanlıla rla   məskun  olmadığ ından,Azərbaycan  Milli  Şurası  ö lkədə  yaşayan  bütün  millətləri 

təmsil  ed ir.  Digər  tərə fdən,  mü xtəlif  siyasi  part iyaların   nümayəndələri  ilə   bərabər,  Azə rbaycan  xa lqının   mü xtə lif 

təbəqələrinin də Pa rla mentdə təmsil olun ma larına böyük ehtiyac var. 

Milli  Şu ra  Azərbaycan  Parlamentini  120  nəfərdən  ibarət  formalaşdırmağı  qərara  aldı.  Göstərilən  qanuna  əsasən 

Parla mentə Azərbaycan Xa lq  Cü mhuriyyəti ə ra zisində yaşayan xalq ların sayı nəzə rə a lınaraq a zə rbaycanlıla rdan 80 nəfə r, 

ermənilərdən  21  nəfər,  ruslardan  10  nəfər,  yəhudilərdən  1  nəfər,  almanlardan  1  nəfər  nü mayəndə  göndərilmə li  id i.  M illi 

Şuranın qəbul etdiy i qanunda göstərilirdi ki, azlıq  təşkil edən millətlərin bütün nümayəndələri yeni nü mayəndələr olacaqdır. 

Müsəlmanlardan  isə  44  nəfər  Milli  Şura  üzvü  ü mu mi  səsvermə  yolu  ilə  seçildiklərindən  yeni  Parlamentin  tərkib inə  üzv  

daxil edilirlə r.  Qalan  36 nəfə r isə, əlavə nümayəndələr  kimi, A zərbaycanın ayrı-ayrı şəhər və qəzalarından göndəriləcə klə r. 

Qanunda sayları az o lduğuna görə nümayəndə seçmək səlahiyyətləri olmayan, lakin Cü mhuriyyət ərazisindəki digər azsaylı 

xalq lar arasında nisbətən çoxluq təşkil edən gürcü və polyak  milli ko mitələrin in hərəsindən 1 nü mayəndə göndərmələrinə 

razılıq  verilirdi.  Bundan  əlavə,  Parlamentə  Bakı  Həmkarlar  Təşkilatları  tərəfindən  3  nəfər,  Bakı  Neft  Sənayeçiləri 

İttifaqından  2  nəfər  nü mayəndənin  göndərilməsi  də  nəzərdə  tutulurdu.  Qanuna    qeydlərdə    Cü mhuriyyət    Parlamentində  

təmsil 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə