[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə95/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   91   92   93   94   95   96   97   98   ...   282

173 

 

naziri, xarici işlər, əd liyyə, hərb i, maliyyə nazirləri ilə, həmçin in xarici dövlətlərin Türkiyədəki nü mayəndələri ilə görüşmüş, 



geniş diplomatik danışıqlar aparmış, beynəlxalq sülh  konfransına hazırlıqla bağlı  məsələləri  mü zakirə etmişdir.  Əlimərdan 

bəy  Topçubaşov  İstanbuldakı  Antanta  dövlətlərin in  diplo matik  nümayəndələrinə  Azərbaycan  Xalq  Cü mhuriyyəti  adından 

me mo randum təqdim et mişdir. Cənubi  Qafqa zın hər üç  millət inin  mənafey inin ədalətlə nə zərə a lındığı bu  me morandu mun 

surətləri ermən i və gürcü nümayəndələrinə də təqdim o lunmuşdu. Əlimə rdan bəy Topçubaşovun rəhbərlik etdiy i  missiyaya 

Azərbaycan Xalq  Cü mhuriyyəti Xaric i İişlə r Na zirliyin in nü mayəndəsi Səlim bəy Behbudov, Əlimə rdan bəy Topçubaşovun 

iki katib i (Mustafa bəy Vəkilov və Rəşid bəy Topçubaşov) daxil id ilər. 

1918  ilin dekabrında A zərbaycan Xa lq  Cü mhuriyyəti Pa rla menti Paris sülh  konfransında iştira k et mək üçün ta m 

səlahiyyətli və geniş hüquqa ma lik olan nü mayəndə heyəti göndərmək haqqında qərar qəbul etdi.  Paris sülh konfransında 

aparılacaq   danışıqlar  Azərbaycan  Xalq  Cü mhuriyyəti  üçün  həyati  əhəmiyyətə  malik  idi.  Odur  ki,  həmin   qərara  əsasən, 

Parla mentin sədri, görkə mli dövlət xadimi Əlimə rdan bəy Topçubaşov Paris ə göndəriləcək nü mayəndə heyətinə başçı təyin 

edildi.  Nü mayəndə  heyəti  aşağıdakı  tərkibdə  id i:  Əlimərdan  bəy  Topçubaşov  (sədr),  Məmməd  Həsən  Hacınski  (sədrin  

müavin i  -  "Müsavat"),  Əh məd  bəy  Ağayev  (üzv  -  b itərəf),  Əkbər  ağa  Şey xülislamov  (üzv  -"Hü mmət"),  Məmməd  

Məhərrə mov (müşavir-sosialist), Mir  Yaqub Mehdiyev (müşavir  - "İttihad"),  Ceyhun bəy Hacıbəyli  (müşavir  - "İttihad"). 

Nü mayəndə heyətinə katiblər, tərcü məçilər və heyət sədrinin şəxsi  katibi də daxil  idi.  Üç ay İstanbulda gözlədikdən sonra, 

nümayəndə heyətinin üzvləri (texn iki işçilər və yeni əməkdaşlar istisna edilməklə) Parisə yola düşdülər. 1919 ilin payızında 

Parla mentin  ü zvü  Abbas  bəy  Atamalıbəyov  (sosialist)  part iya  yoldaşı  M.Məhərrə movu  əvəz  et mə k  üçün  Versala   e za m 

olundu.  A.Atamalıbəyov  Parisdə  nümayəndə  heyətinin  tərkibinə  qatıldı  və  katib  kimi  işə  başladı.  M.Məhərrəmov  

nümayəndə heyətinin tərkib ində saxlanıldı və onun Bakıya qayıtmasına icazə verild i. 

Azərbaycan Xalq Cü mhuriyyəti Hö ku məti, Antantanın Azərbaycanın müstəqilliy ini de-fak to tanımasından əvvəl də 

bir  sıra  qonşu  dövlətlərlə  diplo matik  əlaqələr  saxlay ırd ı.  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  Gürcüstan  Respublikasında 

diplo matik nü mayəndəsi Məmməd Yusif Cəfərov id i. Sonra onu Fariz bəy Vəkilov əvəz etmişdi. 

Cü mhuriyyət Hö ku mətinin  Ermən istan Respublikasında diplo matik nümayəndəsi Məmməd bəy Təkinski  idi. Onu  

isə  sonra  Əbdürrəhim  bəy  Haqverdiyev  əvəz  et mişdi.  Əbdürrəhim  bəy  Haqverdiyevin  müşaviri  Ağa  Saleh  Musayev 

olmuşdur. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycanın diplomatik nü mayəndəsi kimi  Dağlılar  Respublikasında da fəaliyyət 

göstərmişdir. 

Azərbaycan  Xalq  Cü mhuriyyətinin  İstanbulda  diplomatik  nü mayəndəsi  Yusif  bəy  Və zirov  (Çə mənzə minli),onun 

müavin i və maliyyə müşaviri isə Cahangir bəy Qayıbov id i. 

Azərbaycan Xalq Cü mhuriyyəti illə rində Kuban və Don höku mətləri yanında səlahiyyətli nü mayəndəsi Cə fər bəy  

Rüstəmbəyov, Batu mda baş konsulu Mah mud bəy Əfəndiyev,  Ukraynada konsulu Camal Sadıqov, Krımda  konsul agenti 

Şey x Əli Hüseynov olmuşlar. 

1920  ilin  fevral  ayından  Ən zəlidə  (İran)  Azərbaycan  Xalq  Cü mhuriyyəti  konsulluğu  fəaliyyətə  başlamışdı. 

Məhəmməd bəy Xə lilov Ənzə lidə vitse-konsul təyin olunmuşdu. 

Türküstandakı  Azərbaycan  nümayəndəliyinə  Ələkbər  bəy  Sadıqov  başçılıq  edirdi.  1920  il  20  mart  tarixli  müqa-

viləyə əsasən İran Azə rbaycan Xalq   Cü mhuriyyətinin  müstəqilliyin i de-yure  tanıdı.  Qısa  müddətdə Tehranda Azərbaycan 

səfirliyi fəa liyyətə başladı. Adil  xan Ziyad xan s əfir,  Ələkbər bəy Sadıqov isə onun müavini təyin olundular. Aprelin 1-dən 

Təbrizdə baş konsulluq, Rəştdə konsulluq, Məşhəddə vitse-konsulluq, Xoy və Əhərdə konsul agentliklə ri yarad ıld ı.  1920 il 

yanvarın  7-də  Azərbaycan  Xalq   Cü mhuriyyəti  Hö ku məti  Qərbi  Avropa  ölkələrinə,  ABŞ-a,  Polşaya,  keçmiş  Rusiya 

imperiyası ərazisində yaranmış yeni dövlətlərə də dip lo matik missiya göndərmək haqqında qərar qəbul etdi. 

Azərbaycanın  müstəqilliyi Antanta Ali Şurası tərəfindən tanındıqdan sonra Hökumət in hazırlad ığı "Qə rbi Avropa 

və Amerikada Azə rbaycan Cü mhuriyyətinin d iplo matik missiyalarının ya radılması və Paris sülh konfransındakı A zərbaycan 

nümayəndəliyin in  ləğv  edilməsi  haqqında"  qanun  layihəsi  Parlamentdə  müzakirə  olundu  və  qəbul  edildi.  Həmin  qanuna 

görə, 1920 il aprelin  1-dən etibarən B.Britaniya, Fransa, İsveçrə, İtaliya, ABŞ, Almaniya, Rusiya və Polşada (Latviya, Litva, 

Estoniya, Fin landiya, Ukrayna, Ru muniya) Azərbaycan Xa lq  Cü mhuriyyətinin dip lo matik nü mayəndəliklə ri təsis olunmalı 

idi. 


Fransa  hökuməti  yanında  təsis  ediləcək  Azərbaycan  diplomatik  missiyası  Parisə  gəldikdən  sonra  Paris  sülh  kon-

fransındakı A zərbaycan nümayəndəliy i ləğv edilməli idi. 

Avropa ölkələrinə dip lo matik nü mayəndəliklər göndərilmədiyi  müddətdə,  Əlimərdan bəy Topçubaşovun başçılıq  

etdiyi  Azərbaycan  nümayəndə  heyəti  Ve rsal  Ali  Şurasın ın  keç irdiy i  beynəlxa lq  görüşlərdə  Azərbaycan  Xalq  

Cü mhuriyyətini təmsil etməli id i. Lakin  sovet-bolşevik rejiminin beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Şimali 

Azərbaycam  işğal  et məsi  və  de-fak to  tanınmış  müstəqil  A zərbaycan  Xa lq  Cü mhuriyyətini  aradan  götürməsi  nəticəsində 

Azərbaycanın xaric i ö lkə lərlə d iplo matik ə laqələ rinə və beynəlxalq münasibətlər sistemində tə msil olun masına son qoyuldu. 

Əlimərdan bəy Topçubaşovun başçılıq etdiy i nü mayəndə heyəti, habelə  xarici ölkələrə ezam o lunmuş bir ço x Azərbaycan 

diplomatları vətənə dönə bilmədilər (bax həmçinin Aprel işğalı (1920)). 

Əd.: Aзepбaйджанская Демократичеческая Pecnублика (1918-1920). Законодательные акты (сборник документов), Б., 1998; 

Aзepбaйджанская Демократическая  Pecnублика.  Документы и материалы, (1918-1920 гг.),  Б.,

 1998; 

Aдpec-календары Aзepбaйджанской  



Pecnублики нa 1920 год, Б., 1920;  

 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə