[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə98/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   94   95   96   97   98   99   100   101   ...   282

177 

 

G ö  m r ü k   m ü q a v  i  l ə s i 11  maddədən ibarət idi.  Hər  iki tərəf yeni tarifin qüvvəyə min məsini gö zlə mə klə,  İran və  



Rusiya  arasında  1901  il  27  oktyabr  tarixli  gömrük  bəyannaməsini,  sonrakı  leqal  dəyişikliklərlə  birlikdə,  bu  müqavilənin  

əsası  kimi  qəbul  edir,  gö mrü klə  bağlı  digər  məsələlər  üzrə  razılığa  gəlirdi.  Digər  b ir  müqavilə  qrupu  poçt-teleqraf 

məsələ lərinə həsr olun muşdu. P o ç  t    m ü q  a  v  i  l ə  s i II  maddədən ibarət  idi. Müqavilə tərə flə r arasında birbaşa poçt 

əlaqəsinin yaradılmasını təsbit edird i.  Burada  İran və Azərbaycanda xəbərlərin  mübadilə  məntəqələri, poçt  xid mətinə görə 

tariflər və s.  müəyyənləşdirilird i. Xüsusi bir  müqavilə  iki dövlət arasında p o ç  t b  a ğ  l a  m a   l a  r  ı    m ü b a  d  i l ə s  i  

haqqında  idi.  19  maddədən  ibarət  o lan  bu  müqavilədə  İrandan  Azərbaycana  və  əksinə,  həmçin in  tran zit  vasitəsilə  poçt 

bağlamaları  göndərilməsi  tənzimlənirdi.  18  maddəli  t e le q r a f   m  ü  q   a  v i l ə s i  ilə  iki  dövlət  arasında  teleqraf  əlaqəsi 

yaradılırd ı.  Hər  iki  ölkənin  sakinlərinə  digər  ölkənin  ərazisi  vasitəsilə  tranzit  teleqram  göndərmək  hüququ  verilird i. 

Müqavilədə  teleqraf  xəbərlərinin  sirrin in  qorunması,  tarif  və  digər  məsələlər  də  əksin i  tapmışdı.  Bunlardan  əlavə, 

Azərbaycan və İran arasında məhkə mə qərarlarının ic rası, bəzi cə zala rın A zərbaycan və İran təbəələrinə tətbiq edilmə məsi, 

cinayətkarla rın b ir-birinə verilməsi haqqında konvensiyalar da imza lan mışdı.  

Azərbaycan-İran  müqavilə lərinə  A zərbaycan  Xa lq  Cü mhuriyyəti  Parla mentin in  1920  il  aprelin   15-də,  yüz  q ırx 

birinci  iclasında  baxılmışdı.  Parlamentdə  çıxış  edən  xarici  işlər  naziri  Fətəli  xan  Xoyski  demişdi:  "Biz  İran  ilə  6  

müahidənamə  bağlamışıq.  Bunlarda  ticarət,  poçt  və  teleqraf,  gömrük,  tranzit  və  sairə  məsələlər  həll  edilmişdir.  Bu 

müahidənamələrin hər iki tərəf üçün əhəmiyyətlisi olan dostluq müahidənaməsidir. Çünki bu müahidənamə bir əsasdır 

ki,  başqaları da bunun  üzərində  bina  olmuşdur".  Parlament  mü zakirələrdən sonra qeyd olunan  müqavilələri yekd illiklə 

təsdiq etmişdi. Lakin 12 gün sonra Azərbaycan Cü mhuriyyəti süquta uğradı. Azə rbaycan SSR isə sovet hökumətinin d iktəsi 

ilə  bu müqavilə ləri tanımaqdan imt ina et məyə məcbur o ldu. 

 

Əd.: Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), 2  cilddə, c. 2, B., 1998; Nəsibzadə N., 

Azərbaycanın xarici siyasəti (1918-1920), B., 1996. 



 

AZƏRBAYCAN  ĠS TEHLAK  CƏMĠYYƏTLƏRĠ  ĠTTĠFAQI,  A zərittifaq - Azərbaycan Xalq Cü mhuriyyətində 

istehlak  kooperasiyasının  rəhbər  təşkilat  və   təsərrüfat  mərkə zi.  A zərbaycanda  kooperasiya  hərəkatı  neft   mədənləri 

rayonlarında  (Balaxanı,  Bibiheybət) fəhlə  istehlak  kooperativlərinin  təşkili  ilə başlanmışdır.  İlk istehlak cəmiyyəti Bakıda 

(1887), daha sonra is ə Xankəndidə (1899) yaradılmışdır.  1915 ilin may ında Bakın ın 12  istehlak cəmiyyəti (10  mədən-zavod 

və 2 şəhər) birləşərək "Topdansatış Əməliyyatları  Cə miyyəti -  Kooperasiya" adlı istehlak cə miyyətləri  ittifaqını ya ratdıla r. 

Hə min il de kabrın orta larında cə miyyət Ba kı rayonunun 18  istehlak cə miyyətini birləşdirirdi. 1916 ilin dekabrında onların  

sayı 48-ə çatmışdı. 

1917 


ilin iyulunda Tiflis və İrəvan quberniyalarının ittifaqın tərkibinə daxil olması ilə əlaqədar müvəkkillərin növbəti 

yığıncağında ittifaq "Xəzər İstehlak Cəmiyyətləri İttifaqı‖ (idarəsi Bakıda olmaqla) adlandırıldı. 

1918 

ilin  əvvəlində  Azərbaycanda  artıq  287  istehlakı  cəmiyyəti  fəaliyyət  göstərirdi.  Onların  yarıdan  çoxunu, 



təxminən 

56%-ni 


kənd 

istehlak 

cəmiyyətləri, 

32%-ni 


10%-ni 

isə 


mədən-zavod 

cəmiyyətləri 

təşkil 

edirdi. 


Rusiyada baş verən inqilabi sarsıntılar ərzaq böhranı yaratmaqla, istehlak cəmiyyətlərinin dağılmasına səbəb oldu. 

Azərbaycan Xa lq  Cü mhuriyyəti Hö ku mətinin  1918  ilin sentyabrında Ba kıya  köç məsi istehlak cə miyyətlərin in də  

işində dönüş yaratdı, dağılmış təşkilatlar bərpa o lunmağa başladı. Bunların 6-sı mədən-zavod, 5-i kənd, 8-i isə şəhər (Bakı) 

istehlak cə miyyətləri idi. 

1919 

il yanvarın  1-nə ittifaq ın 138574 manat pay kapita lı vard ı. Pay  kap italının a zlığı istehlak kooperasiyasının 



1918 

il  ə rzində  zə if  inkişaf  et məsi  ilə  bağlı  idi.  Buna  Ba xmayaraq,  1919  il  yanvarın  1-nə  dövriyyəsi  41  milyon  500 

min  manat  olmuşdu.  İttifaq,  ilk  növbədə,  özünün  sənaye  fəaliyyətini  genişləndirməyə,  konyunkturadan  asılı  olma - 

yan  möhkəm  iqtisadi  bünövrə  yaratmağa  başladı,  sabun  istehsalını  genişləndirdi,  sürtgü  yağları  istehsalını  təşkil 

etdi, ma karon fabriki, yeni mətbəə, habelə 1919 ildə Qafqazda kı ilk konserv zavodunu və Tənəkə fabrikini də ald ı. 

İttifaq qeyri-istehsal sahəsində də fəaliyyət göstərirdi.  Belə  ki,  1918 ilin sonu - 1919 ilin əvvəlində  musiqi studi-

yası,  orta  təhsil  müəssisəsi,  əhaliyə  ucuz  tibbi  xid mət  göstərən  ambulatoriya  açmışdı.  Nəşriyyat  sahəsində  də  canlanma 

müşahidə  olunurdu.  " Yedineniye"  ("Birlik")  jurnalının  əvəzinə,  əvvəlcə  " Vestnik  p rikaspiyskoy  kooperasii"  ("Xəzəryanı 

kooperasiya  xəbərlə ri"), sonra isə "Trudovaya jizn" ("Zəhmət həyatı") ç ıxmağa başladı.  1919 ildə "Zəh mət həyatı" jurnalı 

(cə mi 5 nömrə) nəşr olundu, Azərbaycan dilində təqvim və kooperasiyaya dair bir neçə kitabça bura xıldı. 

1918  ilin  axırlarından  ittifaq ın  təlimat  şöbəsinin  də  işi  fəallaşdı.  Azərbaycan  Xalq  Cü mhuriyyəti  ərazisində  ko-

operasiya  cəmiyyətlə rin in  fəa liyyətini  bərpa  et mə k  üçün,  əsasən,  azərbaycanlı  təlimatçılar  işə  cəlb  olundular.  1920  ilin  

fevralında ittifaq növbəti qurultayında yenidən təşkil olunaraq "Azərittifaq" adlandı. 

 

Əd.: Qaravəliyev Ə. M., Azərbaycanda istehlak kooperasiyasının tarixi, B., 1967. 

 

AZƏRBAYCAN  KOMMUNĠS T (BOLġ EVĠKLƏR) PARTĠYAS I  (AK(b)P) - Rusiya Ko mmun ist (bolşeviklər) 

Partiyasının  rəhbərliyi a ltında fəa liyyət göstərən və onun proqram və zifə lərini Şima li A zərbaycanda həyata keçirən  siyasi 

təşkilat. 1920 il fevra lın 11-12-də part iyanın birinc i 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə