362
sürmüşdülər. Onların tapşırığı ilə 1900 ildə Hacıqabuldan Araz çay ı boyunca Culfaya qədər ərazidə texn iki-kəşfıyyat işlərinə
başlandı. Rus sənayeçiləri həmin dəmir yolu xəttini gələcəkdə İrana və Türkiyəyə doğru u zatmaq n iyyətində id ilər. Tərtib
olunmuş layihə sonradan "Təbriz dəmir yolu cəmiyyəti”nin rəhbərlərindən olan S.Podqurskiyə verildi.
Culfa-Hacıqabul də mir yolu xəttin in çəkilməsinin zə ruriliyi Birinci dünya müharibəsi (1914-18) başlandıqdan
dərhal sonra özünü göstərdi. Rusiya Qafqa z cəbhəsindəki qoşunlarını ərzaq və döyüş sursatı ilə təchiz et məkdə ciddi
çətinliklərlə üzləşdi. 1914-16 illərdə Qafqazın cənubuna doğru daşınan yüklərin həcmi 2 dəfədən ço x artmışdı və
Aleksandropol-Culfa xətti bu qədər yükü daşımağa qadir deyildi. Bu və ziyyət Qafqa zdakı rus ordusunun komandanı və
Qafqaz canişin i Niko lay Nikolayeviçi Culfanın Cənubi Qafqaz dəmir yolunun şərq hissəsindəki stansiyalardan biri ilə
birləşdirilməsini təklif edən layihələ rə ciddi d iqqət yetirməyə məcbur etdi. Can işin bu layihələ r içərisində Culfanın Ələtlə
birləşdirilməsi təklif edilən varianta üstünlük verdi və 1916 il fevralın 4-də Na zirlər Şurasına müraciət edərək, Ələt-Culfa də mir
yolu xəttinin çə kilməsi məsələsini irə li sürdü.
Culfanı məhz Ələt stansiyası ilə birləşdirmək təklifi onunla bağlı idi ki, bu stansiya hələ Bakı-Tiflis dəmir yolu
çəkildiy i zaman dəmir yo lu xətti vasitəsilə Ələt bu xtası ilə birləşdirilmişdi. Bu xtanın ö zündə isə gəmilərin yan alması üçün
körpü inşa edilmişdi. Bu da tikinti materiallarını və sonrakı dövrdə həm də hərbi yükləri onsuz da yüksək gər-g inliklə işləyən
Cənubi Qafqaz də mir yolundan, Ba kı yük stansiyasından yan keçmə klə daşımağa imkan verərd i.
Də mir yolu xətti Ələt stansiyasından başlayaraq Şirvan, Muğan, Mil düzlərindən çəkilməli, 46-cı verstdə Kür çayını,
91-ci verstdə Araz çayını keç mə li idi. Təqribən Bəh mən li stansiyası yaxınlığ ından (165-c i verstdən) başlayaraq Araz çayı
vadisi ilə, Xudafərin körpüsündən Ordubada kimi is ə 90 verstlik məsafədə ensiz çay yatağı boyunca inşa edilməli idi. Bu yeni
dəmir yolu xətti 383-cü verstdə İran sərhədi ya xınlığında - Culfada Ulu xan lı-Culfa və Culfa -Təbriz də mir yolları ilə
qovuşmalı idi. İşçi layihəsində dəmir yolu xəttinin keçəcəyi dağlıq bölgədə ümumi u zunluğu 460 sajın (1 sajın =2,13360 m)
olan 13 tunel inşası planlaşdırılmışdı. Layihədə həmçinin 13 yeni stansiya tikintisi də nəzərdə tutulurdu.
Çar höku məti bu yolun çəkilməsinə dərhal icazə verdi. Artıq 1916 il may ın 14-də Ələt-Cu lfa dəmir yolunun Qaf-
qazdakı rus ordusunun təchizi üçün fövqəladə dərəcədə vacibliyin i nəzərə alaraq, tikinti xərclərin in hərbi fondun hesabına
ödənilməsi barədə yollar naziri A.F.Trepova göstəriş verildi. Həmçinin, inşaat işləri üçün lazım olan bütün materialın və
avadanlıqların hərbi yük kimi növbədənkənar qəbul edilib, yola salın ması əmr o lundu. Yo lun çəkilməsinə cəlb edilən qeyri-
müsəlman lara hərb i xid mətdən möhlət hüququ verilirdi.
1916 il iyulun 30-da də mir yolu xəttin in inşasına başlandı. Tikintinin podratçısı Cənubi Qafqazda yerli ş əraitə və
dəmir yolu inşası işinə ya xından bələd olan S.Podqurski, baş mühəndisi isə A.Treskinski id i. Də mir yolu inşası üçün zəruri
olan materia lla r hə m ölkə da xilində, hə m də xaricdə sifariş edilmişdi. Yo lun çəkilişində 50 min nəfə rə qədər adam ça lışırdı.
Bu da tikinti işlərini yüksək sürətlə aparmağa imkan verirdi. 1917 ilin sonuna kimi torpaq işlərin in 73 faizi, süni tikililərin 60
faizi, qalereya və tunel çəkilişinin 80 faizi art ıq başa çatdırılmışdı. Kür çayı ü zərindən Qafqazda ən böyük - 152 sajın
uzunluğunda körpü inşa edilmişdi. Həmçinin, Ələt stansiyasından başlayaraq, hazırlan mış dəmiryolu yatağına sürətlə rels
döşənirdi. 1918 ilin əvvəlində Ələtdən Bəh mən li stansiyasına qədər 165 verstlik sahədə rels döşənməsi işi, əsasən, başa
çatdırılmış, işçi qatarların hərəkəti başlanmışdı. Lakin 1917 ilin sonu - 1918 ilin əvvəlində Rusiyada və Qafqazda baş verən
siyasi hadisələr tikinti işlərini davam etdirməyə imkan vermə mişdi.
1918 il may ın sonunda isə o zaman Naxçıvana gəlmiş Osmanlı qoşununun Culfa-Bakı istiqamətində irəliləmə-sinin
qarşısını almaq üçün, Bakı Xalq Ko missarları Sovetinin daşnak-bolşevik rəhbərliyin in göstərişi ilə artıq dəmir yo lu xətti
çəkilmiş sahələrdə relslər sökülmüş, digər dəmir yolu əmlakı ilə b irlikdə başqa yerə daşınmışdı. Sonralar bu sahədən
sökülmüş relslərin ço xundan Bakı-Tiflis dəmir yolu xəttin in təmirində istifadə edilmişdi. A zərbaycan Xalq Cü mhuriyyəti
Höku məti ço x ağ ır iqtisadi və maliyyə böhranı keçirməsinə baxmayaraq, Ələt-Culfa dəmir yolunun inşasını davam etdirməyə
xüsusi diqqət yetirirdi. 1919 ilin büdcə layihəsində bu məqsəd üçün 100026000 çervon vəsait ayrılması bunu sübut edir.
Lakin o zaman tikinti işlərini canlandırmaq mü mkün olmadı. A zərbaycan Xalq Cü mhuriyyəti dövründə yalnız Ələtlə
Zubovka (indiki Əli Bayra mlı) a rasındakı də mir yolu xətti (48 verst uzunluğunda) norma l işləyirdi.
Sovet hakimiyyəti qurulduqdan sonra Culfa istiqamət ində dəmir yolu xəttin in inşasını davam etdirmə k qəra ra a lındı.
Bununla əlaqədar, Nəriman Nərimanov 1921 il avqus tun 30-da RSFSR Xa lq Ko missarları Sovetinə te leqra m vuraraq, Cənubi
Qafqa z də mir yo lunun Azərbaycan sahəsindən 117 verst uzunluğunda ikinci yolun sökülmüş rels lərinin respublikadan kənara
çıxarılmasın ın dayandırılmasını tələb etmişdi. Azərbaycan rəhbərliyi bu relslərdən Ələt-Culfa dəmir yolunun inşasmda
istifadə etməyi nə zərdə tuturdu. 1921 ilin payızında bu dəmir yolunun çəkilməsinə yenidən başlansa da, yalnız 1941-45 illər
müharibəsi başlandıqdan sonra bütövlüklə istifadəyə verildi.
Əd
.: Əliyev Q.Ə., Azərbaycan nəqliyyatı və iqtisadiyyatı (XIX əsrin sonu - XX əsrin ilk onillikləri), B., 2001;Самойлов А., Алят
– Джульфинская железная дорого. ―Закавказский транспорт‖, 1924, №10.