115
yaradıcılarından olmuş, türkçülük hərəkatının əsas ideoloqlarından biri kimi, Əli bəy Hüseynzadə, Ziya Göyalp,
Yusif A kçura, Hə mdullah Sübhi və b. ilə ç iyin-ç iyinə çalış mış, Afyon-qarahisardan Osmanlı parla mentinə deputat seçil-
mişdir. 1915 ildə Rusiyada yaşayan azsaylı xalqların Lozannada keçirilən konfransında Azərbaycanın təmsilçisi kimi çıxış
etmişdir. O, Əli bəy Hüseynzadə, Əbdürrəşid İbrahimov və Yusif A kçura ilə b irlikdə Rusiya imperiyasında yaşayan türk
xalq larının dözü lməz vəziyyəti ilə bağlı A BŞ prezidenti V.Vilsona təqdim o lunan müraciəti imzalamışdır
Ağayev 1918 ildə xalq ın bolşevik-daşnaklara qarşı mübarizəsinə kö mək üçün göndərilmiş Qa fqaz İslam
Ordusunun komandanı Nuru paşanın siyasi müşaviri kimi A zərbaycana gəlmişdir. Hə min il iyunun 16-da M illi Şura və
Höku mət Tiflisdən Gəncəyə köçərkən bu Höku mətin həyata keçirmək istədiyi tədbirlərin "həddindən artıq demokratik
istiqamət indən" narazı qalan Azə rbaycan burjuaziyası və mü lkədarlarının təsiri alt ında Gəncədə rea l hakimiyyətə ma lik olan
Türkiyə qoşunları ko mandanlığı ilə Milli Şu ra arasında anlaşılmazlıq yarandıqda Nuru paşanın yanında böyük nüfuzu olan
Əh məd bəy Ağayev qarşılıq lı güzəştlər əsasında ümu mi razılığa gəlməkdə vasitəçilik etmişdi. Onun təklifinə görə, Milli
Şura buraxılmalı və bütün hakimiyyət yeni yaradılacaq Höku mətə həvalə olunmalı id i.1918 il iyunun 17-də bu məsələni
mü zakirə edən Milli Şura yeni Hö ku mət təşkil etməyə və ö zünün bütün səlahiyyətlərini müvəqqəti o laraq ona verməyə razı
olmuşdu.
Əh məd bəy Ağayev Azərbaycan Xalq Cü mhuriyyəti Parlamentinin üzvü seçilmişdi. 1918 ildə general Tomsonla
danışıq aparmaq üçün xüsusi nümayəndə heyətinin tərkibində Ən zəliyə göndərilmişdi. Həmin il dekabrın 28-də Paris sülh
konfransında iştirak edəcək A zərbaycan nümayəndə heyətinin tərkibinə qatılmış, lakin İstanbulda "türk ju rnalisti və Türkiyə
parlamentinin deputatı" kimi təqdim olunaraq, ingilislər tərəfindən həbs edilmiş, "İttihad və tərəqqi" partiyasının rəhbərləri
ilə birlikdə Malta adasına sürgün olunmuşdu. Sürgün olunanlar Atatürkün təşəbbüsü ilə ingilis hərbi əsirləri ilə
dəyişdirilə rkən, Ağayev də 26 ay lıq sürgündən sonra, 1921 il may ın 28-də İstanbula qayıdaraq, yenidən milli hərəkata
qoşulmuş və qurtuluş savaşının fəal iştirakçılarından olmuşdur.
20-ci illərdə Türkiyənin dövlət mətbuat bürosuna müdir təyin ed ilən Əh məd bəy Ağayev Qars bölgəsindən iki dəfə
Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş, Ankara Universitetinin professoru, eyni zamanda, "Hakimiyyəti-milliyyə"
qəzetinin redaktoru olmuş dur.
Əh məd bəy Ağayevin dünyagörüşü və ictimai fəaliyyəti səmərəli, mü rəkkəb, həm də, müəyyən dərəcədə, zid-
diyyətli o lmuşdur. Həyatının mü xtəlif dönə mlə rində dünyagörüşü və siyasi düşüncəsi üç ana xətt ü zərində cə mlən mişdir:
İslamçılıq, Qərbçilik və Türkçülük. O, Qərb mədəniyyətindən öyrənmək fikrin i yazılarında ardıcıl o laraq irəli sürmüş,
İslama baxışlarında demo kratik mövqedən çıxış etmişdir. Əh məd bəy Ağayev Azərbaycan türklərində milliyyətçilik və
türkçülük şüurunun oyanmasında və güclənməsində ço x mühü m rol oynamışdır. Sovet dönəmində ona qatı "panislamist",
"pantürkist" damğası vurularaq, adı və əsərləri qadağan edilmişdi. Həyatının və əsərlərinin geniş surətdə öyrənilməsinə son
illərdə başlan mışdır.
Ə s ə r l ə r i:
Şiə məzhəbi və onun mənbələri, London, 1892; İslama görə və islam aləmində qadın, Tiflis, 1901; Üç
mədəniyyət, Ankara, 1927; İngiltərə və Hindistan, Ankara, 1927; Sərbəst insanlar ölkəsində, Ankara, 1930; Hüquq tarixi, İstanbul, 1932;
Dövlət və fərd, İstanbul, 1932; Etrusk mədəniyyəti vo bunların türk mədəniyyəti üzərinə təsiri, İstanbul, 1933; M ən neyəm?, Ankara,
1939; Könülsüz olmaz, Ankara, 1941; İran və inqilabı, Ankara, 1941; İxtilalmı, inqilabmı?, Ankara, 1942; Sərbəst firqə xatirələri,
Ankara, 1949; Əsərləri, B., 1992.
Əd.: Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Ağaoğlu S., Babamdan xatirələr, İstanbul, 1939; yenə onun, Babamın
arkadaşları, Ankara, 1957; Talıbzadə K., XX əsr Azərbaycan ədəbi tənqidi, B.,1966; yenə onun, Azərbaycan ədəbi tənqidinin tarixi
(1800-1920 illər), B., 1984; M irəhmədov Ə., Əhməd bəy Ağayev, "Fikrin karvanı" kitabında, B., 1984; Quliyev V., A ğaoğlular, B., 1997;
Hüseynov Ş., Əhməd bəy Ağaoğlunun dünyagörüşü, B., 1998; Səidə Əliqızı, Əhmədbəy Ağayev və islam dini, "Filologiya məsələləri"
məcmuəsi, B., 2002 №2; yene onun, Əhməd bəy Ağayevin maarifçilik fəaliyyəti haqqında, "Tarix və onun problemləri" jurnalı, 2002, №
3;
yenə onun, , Общественно – политическая и публицистическая деятелбность А хмедбека Агаева в начале XX века , "Tarix və
onun problemləri" jurnalı, 2001, № 2.
AĞAYEV Həsən bəy Məşədi Hüseyn oğlu (1875, Gəncə - 19.7.1920.ı Tiflis) – görkəmli ictimai – siyasi və dövlət
xadimi, A zərbaycan Xa lq Cü mhuriyyətinin banilərindən və rəhbərlərindən biri. Orta təhsilini
Gəncədəki klassik gimna ziyada almışdı. Hacı Zeynalabdin Tağıyevin maddi kö mə kliy i ilə Moskva
Universitetinin tibb fakültəsinə da xil olmuş və 1901 ildə oran ı müvəffəqiyyətlə bitirmişdir. Həsən
bəy Gəncədə həkimlik fəa liyyəti ilə yanaşı, qə zet ve jurnallarda meqalə lər də dərc
etdirmişdi.‖Hü mmət" təşkilatın ın tapşırığ ı ilə Azə rbaycan dilinə tərcü mə etd iyi "Silk, sinif, firqə"
kitabçası Tiflisdə Cəlil Məmmədquluzadənin "Qeyrət" mətbəəsində çap olunmuşdur (1906). Həmin
kitabçanın nəşrinə təqiblərə məru z qalan Ağayev İrana mühacirət edərək, bir müddət orada yaşamışdır.
Mühacirətdən qayıtdıqdan sonra Gəncədə rus dilində çıxan "Yu jnıy Kavkaz" qəzetinin
redaktoru, müsəlmanlar arasında maarifçiliyi yayan cəmiyyətin rəhbəri olmuşdur. 1914 ilin sonlarında
Xudadat bəy Rəfibəyli ilə birlikdə Gəncədə ilk səhiyyə cəmiyyəti yaratmışdır. 1917 ildə Rusiyada baş
vermiş Fevral demokratik inqilabı A zərbaycanın digər görkəmli ictimai-siyasi xadimləri , Ağayevin də
sonrakı həyat və fəaliyyətində həlledici ro l oynamışdır. Yen i şəraitdə Nəsib bəy Yusifbəylin in
rəhbərliy i ilə Gəncədə yaradılmış "Türk Ədə mi-Mərkə ziyyət Part iyası"nın yaradıcılarından biri də Həsən bəy idi. Həsən
Ağayev 1917 ilin aprelində Bakıda çağırılmış Qafqaz əlmanları qurultayında iştirak etmiş və Rusiya daxilində Azərbaycana
mu xta riyyət verilməsinin ard ıcıl tərə fdarla rından olmuşdur.