173
naziri, xarici işlər, əd liyyə, hərb i, maliyyə nazirləri ilə, həmçin in xarici dövlətlərin Türkiyədəki nü mayəndələri ilə görüşmüş,
geniş diplomatik danışıqlar aparmış, beynəlxalq sülh konfransına hazırlıqla bağlı məsələləri mü zakirə etmişdir. Əlimərdan
bəy Topçubaşov İstanbuldakı Antanta dövlətlərin in diplo matik nümayəndələrinə Azərbaycan Xalq Cü mhuriyyəti adından
me mo randum təqdim et mişdir. Cənubi Qafqa zın hər üç millət inin mənafey inin ədalətlə nə zərə a lındığı bu me morandu mun
surətləri ermən i və gürcü nümayəndələrinə də təqdim o lunmuşdu. Əlimə rdan bəy Topçubaşovun rəhbərlik etdiy i missiyaya
Azərbaycan Xalq Cü mhuriyyəti Xaric i İişlə r Na zirliyin in nü mayəndəsi Səlim bəy Behbudov, Əlimə rdan bəy Topçubaşovun
iki katib i (Mustafa bəy Vəkilov və Rəşid bəy Topçubaşov) daxil id ilər.
1918 ilin dekabrında A zərbaycan Xa lq Cü mhuriyyəti Pa rla menti Paris sülh konfransında iştira k et mək üçün ta m
səlahiyyətli və geniş hüquqa ma lik olan nü mayəndə heyəti göndərmək haqqında qərar qəbul etdi. Paris sülh konfransında
aparılacaq danışıqlar Azərbaycan Xalq Cü mhuriyyəti üçün həyati əhəmiyyətə malik idi. Odur ki, həmin qərara əsasən,
Parla mentin sədri, görkə mli dövlət xadimi Əlimə rdan bəy Topçubaşov Paris ə göndəriləcək nü mayəndə heyətinə başçı təyin
edildi. Nü mayəndə heyəti aşağıdakı tərkibdə id i: Əlimərdan bəy Topçubaşov (sədr), Məmməd Həsən Hacınski (sədrin
müavin i - "Müsavat"), Əh məd bəy Ağayev (üzv - b itərəf), Əkbər ağa Şey xülislamov (üzv -"Hü mmət"), Məmməd
Məhərrə mov (müşavir-sosialist), Mir Yaqub Mehdiyev (müşavir - "İttihad"), Ceyhun bəy Hacıbəyli (müşavir - "İttihad").
Nü mayəndə heyətinə katiblər, tərcü məçilər və heyət sədrinin şəxsi katibi də daxil idi. Üç ay İstanbulda gözlədikdən sonra,
nümayəndə heyətinin üzvləri (texn iki işçilər və yeni əməkdaşlar istisna edilməklə) Parisə yola düşdülər. 1919 ilin payızında
Parla mentin ü zvü Abbas bəy Atamalıbəyov (sosialist) part iya yoldaşı M.Məhərrə movu əvəz et mə k üçün Versala e za m
olundu. A.Atamalıbəyov Parisdə nümayəndə heyətinin tərkibinə qatıldı və katib kimi işə başladı. M.Məhərrəmov
nümayəndə heyətinin tərkib ində saxlanıldı və onun Bakıya qayıtmasına icazə verild i.
Azərbaycan Xalq Cü mhuriyyəti Hö ku məti, Antantanın Azərbaycanın müstəqilliy ini de-fak to tanımasından əvvəl də
bir sıra qonşu dövlətlərlə diplo matik əlaqələr saxlay ırd ı. Azərbaycan Xalq Cü mhuriyyətinin Gürcüstan Respublikasında
diplo matik nü mayəndəsi Məmməd Yusif Cəfərov id i. Sonra onu Fariz bəy Vəkilov əvəz etmişdi.
Cü mhuriyyət Hö ku mətinin Ermən istan Respublikasında diplo matik nümayəndəsi Məmməd bəy Təkinski idi. Onu
isə sonra Əbdürrəhim bəy Haqverdiyev əvəz et mişdi. Əbdürrəhim bəy Haqverdiyevin müşaviri Ağa Saleh Musayev
olmuşdur. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycanın diplomatik nü mayəndəsi kimi Dağlılar Respublikasında da fəaliyyət
göstərmişdir.
Azərbaycan Xalq Cü mhuriyyətinin İstanbulda diplomatik nü mayəndəsi Yusif bəy Və zirov (Çə mənzə minli),onun
müavin i və maliyyə müşaviri isə Cahangir bəy Qayıbov id i.
Azərbaycan Xalq Cü mhuriyyəti illə rində Kuban və Don höku mətləri yanında səlahiyyətli nü mayəndəsi Cə fər bəy
Rüstəmbəyov, Batu mda baş konsulu Mah mud bəy Əfəndiyev, Ukraynada konsulu Camal Sadıqov, Krımda konsul agenti
Şey x Əli Hüseynov olmuşlar.
1920 ilin fevral ayından Ən zəlidə (İran) Azərbaycan Xalq Cü mhuriyyəti konsulluğu fəaliyyətə başlamışdı.
Məhəmməd bəy Xə lilov Ənzə lidə vitse-konsul təyin olunmuşdu.
Türküstandakı Azərbaycan nümayəndəliyinə Ələkbər bəy Sadıqov başçılıq edirdi. 1920 il 20 mart tarixli müqa-
viləyə əsasən İran Azə rbaycan Xalq Cü mhuriyyətinin müstəqilliyin i de-yure tanıdı. Qısa müddətdə Tehranda Azərbaycan
səfirliyi fəa liyyətə başladı. Adil xan Ziyad xan s əfir, Ələkbər bəy Sadıqov isə onun müavini təyin olundular. Aprelin 1-dən
Təbrizdə baş konsulluq, Rəştdə konsulluq, Məşhəddə vitse-konsulluq, Xoy və Əhərdə konsul agentliklə ri yarad ıld ı. 1920 il
yanvarın 7-də Azərbaycan Xalq Cü mhuriyyəti Hö ku məti Qərbi Avropa ölkələrinə, ABŞ-a, Polşaya, keçmiş Rusiya
imperiyası ərazisində yaranmış yeni dövlətlərə də dip lo matik missiya göndərmək haqqında qərar qəbul etdi.
Azərbaycanın müstəqilliyi Antanta Ali Şurası tərəfindən tanındıqdan sonra Hökumət in hazırlad ığı "Qə rbi Avropa
və Amerikada Azə rbaycan Cü mhuriyyətinin d iplo matik missiyalarının ya radılması və Paris sülh konfransındakı A zərbaycan
nümayəndəliyin in ləğv edilməsi haqqında" qanun layihəsi Parlamentdə müzakirə olundu və qəbul edildi. Həmin qanuna
görə, 1920 il aprelin 1-dən etibarən B.Britaniya, Fransa, İsveçrə, İtaliya, ABŞ, Almaniya, Rusiya və Polşada (Latviya, Litva,
Estoniya, Fin landiya, Ukrayna, Ru muniya) Azərbaycan Xa lq Cü mhuriyyətinin dip lo matik nü mayəndəliklə ri təsis olunmalı
idi.
Fransa hökuməti yanında təsis ediləcək Azərbaycan diplomatik missiyası Parisə gəldikdən sonra Paris sülh kon-
fransındakı A zərbaycan nümayəndəliy i ləğv edilməli idi.
Avropa ölkələrinə dip lo matik nü mayəndəliklər göndərilmədiyi müddətdə, Əlimərdan bəy Topçubaşovun başçılıq
etdiyi Azərbaycan nümayəndə heyəti Ve rsal Ali Şurasın ın keç irdiy i beynəlxa lq görüşlərdə Azərbaycan Xalq
Cü mhuriyyətini təmsil etməli id i. Lakin sovet-bolşevik rejiminin beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Şimali
Azərbaycam işğal et məsi və de-fak to tanınmış müstəqil A zərbaycan Xa lq Cü mhuriyyətini aradan götürməsi nəticəsində
Azərbaycanın xaric i ö lkə lərlə d iplo matik ə laqələ rinə və beynəlxalq münasibətlər sistemində tə msil olun masına son qoyuldu.
Əlimərdan bəy Topçubaşovun başçılıq etdiy i nü mayəndə heyəti, habelə xarici ölkələrə ezam o lunmuş bir ço x Azərbaycan
diplomatları vətənə dönə bilmədilər (bax həmçinin Aprel işğalı (1920)).
Əd.: Aзepбaйджанская Демократичеческая Pecnублика (1918-1920). Законодательные акты (сборник документов), Б., 1998;
Aзepбaйджанская Демократическая Pecnублика. Документы и материалы, (1918-1920 гг.), Б.,
1998;
Aдpec-календары Aзepбaйджанской
Pecnублики нa 1920 год, Б., 1920;