100
Azərbaycan Xalq Cü mhuriyyəti dövründə Dövlət Teatrının
binasında opera, musiqili teatr tamaşaları, xalq musiqisindən ibarət
konsertlərlə yanaşı, mühü m dövlət tədbirləri də keç irilirdi. Dövlət
Teatrının pərdələri ilk dəfə 1918 il noyabrın 4-də Nəriman
Nərimanovun "Nadir şah" faciəsinin ta maşası ilə açıldı.
1919 il avqustun 22-də Bakı "Türk aktyorla rı ittifaqı"
idarəsi ilə "Hacıbəyli qardaşları" müdiriyyətinin birgə ic lasında
"milli səhnəmizi daha müntəzə m bir ha la salmaq" məsələsi
mü zakirə edilmiş, repertuardakı istər dramatik, istərsə də musiqili
əsərləri həyat gerçəkliyinə uyğunlaşdırmaq, müqtədir aktyor və
aktrisala r hazırla maq, onların peş əkarlıq səviyyəsini yüksəltmə k
məqsədilə dörd şöbədən ibarət "bədaye kursları"nın təsis edilməsi
qərara alın mışdı. Onun dra m şöbəsinə Abbas Mirzə Şərifzadə,
Hüseynqulu Sarabski, ko med iya şöbəsinə Mirzağa Əliyev, musiqi
şöbəsinə Zülfüqar və Üzeyir Hacıbəyli qardaşları, Müslü m
Maqomayev, Qurban Pirimov, ədəbiyyat şöbəsinə isə Əlabbas
Müznib və Rza Zəki müəllim təsdiq olunmuşdular. Kurslara
azərbaycanlı həvəskar aktyorla r, habelə mü xtəlif millət lərdən olan a ktrisala r cə lb edildilər.
Azərbaycan Höku məti müsəlman teatr truppasını ö z himayəsinə götürməyi qərara almışdı. Na zirlər Şurası 1919 il 17
noyabr tarixli iclasında maarif nazirinin türk opera-dram teatrının təşkili haqqında məruzəsini dinləyərək, Dövlət Türk
Opera-Dra m Teatrının yaradılmasın ı nə zərdə tutan qanun layihəsini bəyəndi və dövlət teatrının bərpası üçün 300 min 605
manat vəsait ayırdı. Be ləliklə, Azərbaycan türk teatrı milliləşdirild i və dövlətin himayəsinə verild i. Bağ lanılan müqavilələ rin
və dövlət xid mətin in şərtləri ilə tanış olmaq üçün aktyor və aktrisaların dövlət teatrına dəvət olunmasına başlandı.
Xalq Maarifi Nazirliyi teatrın inkişafına qayğı göstərərək, Parlamentə teatr ko llektiv ləri və d igər mədəniyyət
müəssisələri üzərinə qoyulmuş vergilərin ləğv olun ması barəsində məruzə təqdim etdi. Məruzədə həmin verg ilərin hədsiz
dərəcədə çox olmasını təsdiq edən faktlar göstərilirdi. Nəticədə, Parla ment teatr tamaşalarına və digər kütləvi ta maşalara
qoyulmuş dövlət vergilərini yarıbayarı azaltdı.
1919 il oktyabrın 24-də teatr mövsümünü A zərbaycan Dövlət Dram Teatrının opera və operetta truppası açdı. Par-
la ment və Höku mət ü zvlərin in iştira k etdiyi açılışda İsa bəy Aşurbəyovun "Azərbaycan " adlı tarixi pyesi böyük uğurla
oynanıldı.
Azərbaycan Xalq Cü mhuriyyətinin mədəniyyətin inkişafına göstərdiyi qayğı nəticəsində milli teatrın inkişafında
müəyyən nəzərəçarpan uğurlar qazanıldı. "Dəmirçi Gavə", "Nadir şah", "Ölülər", " Yağışdan çıxd ıq, yağmura düşdük",
"Bə xtsiz cavan", "Əlli yaşında cavan", "Şamdan bəy", "O olmasın, bu o lsun", "Ağa Məhəmməd şah Qacar", "Şah İsmayıl",
"Pəri-cadu", "Otello", "Qaçaqlar", "Dağ ılan tifaq", "Əlmənsur", "Hacı Qara", "Bədbə xt milyonçu", "Vətən, yaxud Silistrə",
"Ev tərbiyəsinin bir şəkli", " Evliykən subay", "Arşın ma l a lan" əsərləri milli teatrın repertuarında ən yaxşı ta maşalar idi.
Xeyriyyə ta maşala rın ın təşkili teatrın fəaliyyətində, b ir növ, ənənəyə çevrilir, "Azərbaycan" qəzetində hə lak olmuş
döyüşçü ailələrinin xeyrinə təşkil olunan teatr tamaşaları barəsində tez-tez elanlar verilirdi. Bu işdə Üzeyir və Zü lfüqar
Hacıbəyli qardaşlarının truppası xüsusi fəallıq göstərird i. Dövlət teatrının d irektoru Zülfüqar Hacıbəyli tərəfindən təşkil
edilmiş xey riyyə tamaşasından Azərbaycan ordusunun bölməsinə 22292 manat 80 qəpik pul vəsaiti köçürülmüşdü. Ağdaşda
yerli ziyalıların təşkil etdikləri xeyriyyə tamaşasından toplanmış vəsait Dağıstanın "Qızıl Aypara Cəmiyyəti‖nə
göndərilmişdi.
Azərbaycan teatrının repertuarında müstəqillik uğrunda mübarizə ta rixinə həsr olun muş dra m əsərlə ri mühüm yer
tuturdu. Mirzəbala Mə mməd zadənin "Bakı uğrunda müharibə", İsa bəy Aşurbəyovun "Azərbaycan", Cəfər Cabbarlının
"Bakı müharibəsi", "Ədirnə fəthi" kimi vətənpərvərlik ruhlu əsərləri oynanılırdı.
Teatrda tamaşaya qoyulan əsərlərin keyfiyyətinə, cəmiyyətin bədii zövqünün düzgün formalaş masına ciddi d iqqət
yetirilirdi. Səhnə əsərlərinin seçilməsi və onların ədəbi və bədii keyfiyyətlərinə la zımi d iqqət yetirilməsi üçün xüsusi ədəbi
ko missiya yaradılmışdı.
Azərbaycanın mədəni həyatında teatr ço x böyük rol oynayırdı. Rəsmi Hö ku mət qəzet lərinin səhifə lərində teatr
tamaşaları haqqında elan lar, ro lların ifaçıları barədə məlu matlar və d igər zəru ri in formasiyalar çap o lunurdu. Hüseyn
Ərəblinskin in faciəli surətdə ölü münün cəmiyyət və Höku mət dairələrində doğurduğu əks-səda dövlətin teatra necə böyük
əhəmiyyət verdiyini göstərirdi. Böyük aktyor və rejissorun matəm mərasimindəki çıxışında Məhəmməd Əmin Rəsulzadə
onun fəaliyyətini yüksək qiy mətləndirmiş, A zərbaycanda səhnə sənətinin inkişafında və çiçəklənməsində böyük
xid mət lərini qeyd etmişdi. O, Hüseyn Ərəblinskinin ən böyük xid mət inin xalqa a zadlıq və müstəqillik ruhunun və