[]



Yüklə 0,82 Mb.
səhifə2/5
tarix26.09.2017
ölçüsü0,82 Mb.
#1516
1   2   3   4   5

Süsən


(qəmli-qəmli)
Bəzəkli ev-eşik, bu var, bu dövlət,

Hamı suç, hamısı heyvani qələt.

Ürək sevgi, dostluq, saflıq, oyuncaq,

Haram pul-parayla doludur qucaq.

Kiminin yeməyə çörəyi yoxdur,

Kiminin varı çox ürəyi yoxdur.

Aypara



Masanın üstündə necə yeməklər,

Meyvələr, şirnilər, özün de nələr?

A Süsən, nəyimiz əskikdir, balam?

Kəsilib arada iltifat, salam.

Üzünün çöhrəsi tufandan betər,

Yenə başlamısan, sən Allah yetər!

Bilmirəm kefini ilə alam?

Dözürəm hər cəngə, mən Rüstəm-zalam!

Axı tək deyilik bu el içində,

Qonşuların dili niyə,neçində?

Sənin Ərqayayla məhəbbətin car,

Həya yaxşı şeydir el, caamat var.

Qardaşın vaxtdı üzümə baxmır,

Məni heç yerə daha buraxmır.

Nəzir-niyaz ilə bir qızımız var.

Firavan günümü eyləmisən tar.

Sevgi , eşq bir quru sözdür.

Axı qonum-qonşu bu evə gözdür.
Lamiyə
Mənim gözəl bibim bir nağıl söylə,

Nədən pərişanlıq bu qədər böylə?

Bu evdə tək sənsən qəlbimə yaxın,

Qüssəni, kədəri buraxma yaxın.
Süsən

(Lamiyənin boynunu qucaqlayır)
Mənim kədərlərim qaynayan çeşmə,

Ürəkdir tab edir keşməkeşimə.

Mən gedən deyiləm o Altunşaha,

Qoy naləm, fəryadım yetsin Allaha.

Onun dükanı var, adamdır demək?

Bəşərin başında pul-para, yemək.

Boğur bu cəh-cəlal, bu sərvət məni,

Bağlanan bəxtimin üzülüb dəni

Lamiyə

(məsum-məsum)
A bibi, nağılı qoy bir tərəfə,

yazıq taleyin keçib kələfə.

Vallah, o Ərqaya çox sevir səni,

Qov gözəl çöhrəndən çiskini, çəni.

Hər gün pəncərənin önündə durur,

Məktəbdən dönəndə o məndən sorur

«Salam söylə» dedi dünəndə yazıq.
Aypara

(əsəbəi)
Allahım, qədər gör biz dayazıq?

Sus ay qız, olub dil-dil ötürsən,

Kitabı əlinə bir dəm götür sən.

Altunşaha verdik onun hərisin,

Atan mən yazığa tökür hirisin.

Bilsə hamımıızı qırar, öldürər,

Bütün el-obanı bizə güldürər.

Sevgi kişilərin fitnə-fəsadı,

Dünyada yaşayar pak qadın adı.


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə