[]



Yüklə 0,82 Mb.
səhifə5/5
tarix26.09.2017
ölçüsü0,82 Mb.
#1516
1   2   3   4   5

Nazan


(mətbəxdən)
Sən öz sözlərinçin cavabı ara,

Sənin ürəyinə vuracam yara.
Sultan

(sakit görkəm alaraq)
Bəsdir, axıtma gəl göz yaşlarını,

Şərabda tapmısan sirdaşlarını.

Çoxdan itirmisən namusu, arı,

İçgidə axtarıb tapmısan yarı.

Min Sultan bəs etməz bir gündə sənə,

Fikrin kəf gəlməkdir indi mənə.

Sevgidən, eşqidən oxudun, bəsdir,

Məni qamarlamaq hiylən əbəsdir.

Şərab tək qədəhə süzüb adını,

Kef üçün çox içdim sən tək qadını
Birdən Nazan əlində bıçaq mətbəxdən gəlir, bir əliylə Sultanı

arxadan qucaqlayır, bir əliylə qoltuğu altda gizlətdiyi bıçağı onun boynuna çəkir. Arteryal qan damarına düşən bıçaq yerə düşür. qan çılçırağın oturacaqların üstünə fışqırır.

Altunşah Sultanın üstünə yüyürür. Nazan dəli kimi dişarıya atılır qonşudan təcili yardıma zəng edir.

Sultan


(qan içində)
Ah, Allah, ah, Tanrı, bu düşgün qadın,

Batırdı bir nəslin, bir soyun adın.

Bacım elə öldü mən isə belə,

Verdim həyatımı, İlahi, yelə.
Təcili yardım gəlir. Sultanı xeyli qan itirmiş halda xəstəxanaya aparırlar.

pərdə örtülür.

8- şəkil
Gecədir. Xəstəxana. Çoxlu qan itirmiş Sultan ağır vəziyyətdə cərahi əməliyyat altında. Ərinin sağ qalacağına ümidini itirmiş Aypara dəhliz boyu hönkür-hönkür ağlayıür. Yuxusuzluqdan dəhşətdən Lamiyənin ay üzü qaralıb.

Lamiyə

(ağlar)
Ana zülümlərdən üzüldü ürək,

Bizə xoş həyatı çox gördü fələk.

Aypara

(ümidsiz)
Ay Allah, bircə yol rəhm eylə mənə,

Dərgahında əlim, dərvişəm sənə.

Sultana şəfa qıl qalxsın ayağa,

Qıyma şirin cana, qıyma növrağa.
Şəfqət bacısı

(qapını açır dəhşətlə)
Doktorlar saxlaya bilmədi qanın,

Yaralı xəstəniz tapşırdı canın
Aypara

(içəri yüyürür ərinin meyidi üstünə sərilir.)
Sultanım, ömrünün taxtı çevrildi,

Yeganə qızımın baxtı çevrildi.

Dost-düşmən içində xəcil olduq ah,

Mənə rəhm eylə öldür, ay Allah.

Dağıtdı evimi şərəfsiz qadın,

Ləkəyə batırdı bir soyun adın.

Ay Allah, of, Tanrı, zülmünə bir bax!

Partladı bağırım, ax ürəyim, ax,

Yanır cismi-canım, odlarım sönməz,

Sultanım bir daha ocağa dönməz.

Nazan tutulubdu polisdə yatır,

Əxlaqsız qızının cinisi qatır.

Küçə qadınına verib parasın,

Atdı yetimliyə ciyərparasın.

Mənim fəğanımdan inləsin bəşər,

Şeytan insanlıqdı, iblis ürək şər.

Bir-birinə qənim kəsildikcə biz,

Gecələr yarasa, gündüzlər iblis.

Bir üz görmədim ki, olmasın donsuz,

Tanrı hüzurunda gunahlar sonsuz.

Süsənin göz yaşı boğdu bizi ,

Uddu tənimizi ah dənizi .

Öldür, qoy mənim qurtarsın canım,

Sağ qalsam sabahdan başlar divanım.

İzin ver zülümlə ölmüş, Sultanım,

Axar qanlarına qarışsın qanım.

Bu adla yaşamaq vallah zülümdü,

Hər rusvayçılığı örtən ölümdü
Qoynunda gizlətdiyi bıçağı bağrına soxur. Aypara canından

artıq sevdiyi Sultanın meyidi üstündə can verir. Həkimlər tökülüşüb gəlir. Onu xilas etmək mümkün olmur.
Lamiyə
(dəhşətlə)


Kimə tapşıraraq gedirsən məni?

Aypara

(can üstə)
Mən ki, çox sevirdim dünyada səni

Sultan belə öldü, yaşamaq çətin.

Allah amanatı, mətin ol, mətin.

Bağışla böyüklük etmədik sənə,

Aman, rəhmət dilə, qızım, ölənə
Ölür. Həkimlər şəfqət bacıları bu faciədən

dəhşətə gəlirlər. Hamı donmuş halda bir-birinə baxır.

Lamiyə
(ata və anasının meydi üstündə ağlar)


Altunlar, paralar dağ çəkdi bizə,

Fəlakət gətirdi, var ailəmizə

Rahatlıq tapmadı əlindən cahan,

Dünyanın köksündə dərya olub qan.

Savaş gün vermədi heç bir millətə,

Atdı ölkələri altun zillətə.

Baş kəsən bizik, baş kəsdirən ,

Göyləri yerlərdən hey küsdürən .

Halıma yanmasın bir qətrə Allah,

Günahdan doğulduq, ömrümüz günah.

Ehey, ulu Tanrım, çaxsın şimşəklər,

Ağlasın zəhmindən qorxunc ürəklər.

Çirkaba batıbdı insanlıq yenə,

Məhəl qoyulmayır Allaha, dinə.

Onun əzabıdır sinəmiz ağlar,

Odur ki, Rəbbimiz qapılar bağlar.
(Lamiyə meyidlərin üstünə yıxılır)
pərdə çökür.

Son.

23.02.1994/ Neft Daşları
Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə